Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə106/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   102   103   104   105   106   107   108   109   ...   142

317 

Odur ki, t

ürk ordusunun darmadağın edilməsi sultan hö-

ku

mətini çox pis vəziyyətə saldı. Üstəlik türk donanması da 



mi

sirlilərə  təslim  oldu.  Yaranmış  vəziyyətdə  Türkiyə  höku-

məti necə olursa olsun, Məhəmmədəli ilə barışmaq üçün yol 

tapmalı idi. Lakin 1839-cu il iyulun 27-də İngiltərə, Rusiya, 

Fransa 

və Avstriya Türkiyəyə kollektiv nota göndərərək, tək-



lif  etdilər  ki,  bu  dövlətlər  tərəfindən  qərar  qəbul  edilincəyə 

qədər  Məhəmmədəli  ilə  sülh  danışıqları  aparmasın.  Sultan 

dünya dö

vlətlərinin bu kollektiv əmrinə tabe olmaya bilməzdi. 

Türkiyəyə  qarşı  formalaşan  Avropa  dövlətlərinin  koali-

siya


sı yeni hücum taktikası hazırlamaqda idilər. 

 

1839-



cu il Gülxana xəttişərifi  

  

Belə bir mürəkkəb şəraitdə hakim dairələrin qabaqcıl nü-



ma

yəndələri təcili surətdə yeni islahatlara başlamağın zəruri 

ol

ması fikrinə gəldilər. Onlar bu tədbirlə Avropa dövlətləri-



nin  etimadını  qazanmaq,  Türkiyənin  daxili  işlərinə  onların 

daxiləsinin qarşısını almaq və daxili siyasi böhranı zəiflət-



mək istəyirdilər. Mustafa Rəşid paşanın komissiyası tərəfin-

dən  sultanın  ali  fərmanı  (xətt-şərif)  şəklində  tərtib  edilmiş 

bəyannamə 1839-cu il noyabrın 3-də sultanın Gülxana sara-

yında  elan  olundu.  Buna  görə  də  həmin  fərman  "Gülxana 

xətt-şərifi" adı ilə tarixə daxil olmuşdu. 

Fərmanda Osmanlı imperiyasının bütün təbəələrinin hə-

yat,  şərəf  və  əmlak  təhlükəsizliyinin  təmin  edilməsi,  vergi-

lərin düzgün təqdim olunması və toplanması, iltizam sistemi-

nin  ləğv  edilməsi,  orduya  çağırışın  qaydaya  salınması  və 

hərbi qulluq müddətinin azaldılması nəzərdə tutulurdu. 

Gülxana  fərmanında  həmçinin  o  da  vəd  olunmuşdu  ki, 

ye

ni qanunlar əsasında Osmanlı imperiyasının bütün əyalətlə-



ri

nin yaxşı və ədalətli idarə olunması təmin ediləcəkdir. Fər-

manda misal üçün  deyilirdi:-  "

bundan sonra məhkəmə işləri 

açıq aparılacaq, məhkəmə məsuliyyətinə cəlb edilənlərin əm-

lakı müsadirə olunmayacaq, vərəsələr öz qanuni hüquqların-

dan məhrum edilməyəcəkdir". Fərman dini etiqadından asılı 



318 

ol

mayaraq imperiyanın bütün təbəələrinə hüquq və vəzifə cə-



hətdən  tam  bərabərlik  vəd  edirdi.  Yuxarıda  göstərilənlərdən 

ay

dın görünür ki, Gülxana fərmanı Türkiyədə uzun illər möv-



cud  olan  problemləri  və  II  Mahmud  dövründəki  islahat  və 

ide


yaları  ümumiləşdirib  inkişaf  etdirirdi.  Bu  fərman  Mustafa 

Rəşid paşa başda olmaqla 1838-ci ildə yaradılmış "İctimai fay-

da şurası" adlanan şuranın mütərəqqi fəaliyyətinin nəticəsi idi. 

Şuranın işində xaricilər, xüsusilə fransızlar da iştirak edirdilər 

ki, bununla Avropa

ya yaxınlaşma, daha doğrusu avropalaşma 

meylləri aydınca hiss olunurdu. Eyni zamanda bu amil demok-

ratikliyinə görə fərmanın məzmununa öz təsirini göstərmişdi. 

"İslahata" türkcə "tənzimat" deyirlər. "Tənzimat" dedik-

də tarix ədəbiyyatında adətən Gülxana fərmanında vəd veri-

lən islahatların sonrakı bir neçə onillik ərzində həyata keçiril-

diyi dövr nəzərdə tutulsa da, əslində islahatlar 1826-cı ildən 

başlanmışdı. Beləliklə, Gülxana fərmanı bir tərəfdən II Mah-

mu

dun  islahatlarının  davamı,  digər tərəfdən  də bir  sıra  yeni 



islahatların başlanğıcı oldu. Özünün bəzi məhdudluğuna bax-

mayaraq 


bu  islahatlar  burjua  xarakteri  daşıyırdı  və  həyata 

k

eçirilə  bilsəydi  müəyyən  dərəcədə  ölkənin  tərəqqisinə 



kömək edə bilərdi. 

 

Türkiyə üzərində dövlətlərin qəyyumluğu, boğazlar 



haqqında 1841-ci il sazişi 

 

Gülxana 



fərmanının  elan  olunması  Türkiyəni  Avropa 

döv


lətlərinin "qəyyumluq" siyasətindən xilas etmədi. Nəticə-

də Türkiyə, İngiltərə, Rusiya,  Avstriya və Prussiya arasında 

razılaşmaya görə 1840-cı il iyulun 15-də Londonda saziş im-

zalandı. Bu  saziş  "Osmanlı imperiyasının bütövlüyü və is-

tiq

laliyyətini təmin etmək üzərində nəzarət" pərdəsi adı altın-



da A

vropa  dövlətlərinin  Türkiyə  üzərində  "qəyyumluğunu" 

yaratdı. Saziş Rusiya da daxil olmaqla bütün dövlətlərin hərbi 

gəmilərinin  Bosfor  və  Dardanelə  gəlməsinin  qadağan  olun-

ma

sını  nəzərdə  tuturdu.  Nəhayət,  Məhəmmədəliyə  verilməli 



olan tələblər də sazişdə ifadə olunmuşdu. Bunlar rədd edilə-


319 

cəyi halda saziş bağlamış dövlətlər silahlı müdaxiləyə əl ata-

caqlarını öhdələrinə götürmüşdülər. Məhəmmədəlinin tərəfini 

saxlayan  Fransa  sazişi  imzalamaqdan  imtina  etdi.  Məhəm-

mədəli ona verilən ultimatumu əvvəl rədd etdi. Lakin ingilis 

donan


ması Beyrutu və Suriyanın başqa limanlarını bombard-

man etdikdən sonra İsgəndəriyyəni bombardman etmək təh-

kəsi yaranmışdı. İbrahim paşa Suriyada məğlub edildikdən 



sonra 

əlacsız və köməksiz qalan Məhəmmədəli tabe olmağa 

məcbur oldu və yalnız Misirin nəsli hakimi olaraq qaldı. Mə-

həmmədəli  sultana  bac  xərac  verməyi  200 minlik ordusunu 

18  min  nəfərədək  azaltmağı,  müsadirə  edilmiş  donanmanı 

sultana qaytarmağı öhdəsinə götürdü və 1838-ci il ingilis-türk 

ticarət müqaviləsinin şərtləri ilə razılaşmağa məcbur edildi. 

 1840-


cı  il  sazişinin  davamı  olmaq  etibarilə,  1841-ci il 

iyulun 13-

də  Londonda  boğazlar  haqqında  xüsusi  saziş 

bağlandı. 1840-cı il sazişini qəbul etmiş dövlətlər, həmçinin 

1840-

cı il sazişini imzalamamış Fransa da bu sazişi imzaladı. 



Bu saziş mahiyyətinə görə bütün dövlətlərin hərbi gəmiləri-

nin  boğazlardan  keçməsini  qadağan  edirdi.  Bununla  da  ilk 

növbədə Rusiyanın Qara dəniz donanması buradakı imkanın-

dan  məhrum  oldu.  Bundan  sonra  boğazlar  rejimi  keçmişdə 

olduğu  kimi  ikitərəfli  sazişlərlə  deyil,  beynəlxalq  sazişlə 

müəyyən edilirdi. Bu saziş əslində boğazları Türkiyənin səla-

hiy

yətindən kənarlaşdırırdı. 



Beləliklə, həmişə olduğu kimi Türkiyə-Misir münaqişə-

sin


dən ən çox İngiltərə qazandı. İngiltərə Məhəmmədəlini öz 

yolu üzərindən kənar etdi, Yaxın Şərqdə Fransanın və boğaz-

larda  Rusiyanın  mövqeyini  zəiflətdi  və  Osmanlı  imperiyası-

nın siyasətinə ən çox təsir göstərən dövlətə çevrildi. 

Avropa d

övlətlərin Türkiyə-Misir münaqişəsinə müdaxi-

ləsi, onların Türkiyə üzərindəki qəyyumluğunun yeganə tim-

salı deyildi. Suriya və Livandakı münaqişələr, həmçinin 40-cı 

illərdə Türkiyə-İran sərhəd ixtilafları da onların yaxından işti-

rakı ilə "həll edilmişdi". Bununla yanaşı koalisiya qüvvələri 

bundan sonra 

Türkiyədəki  ermənilərin  "vəziyyətindən"  də 

daxilə üçün bəhanə kimi istifadə etməyə başladılar. 1848-




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə