305
təhriki ilə sultan öz donanmasının darmadağın edilməsinə bax-
mayaraq
Akkerman sazişini ləğv etdi və 1827-ci il dekabrın 20-
də Rusiyaya qarşı "cihad müharibəsi" elan etdi. Öz növbəsində
Rusiya da 1828-ci il aprelin 26-
da Türkiyəyə müharibə elan
etdi. Rusiyanın 150 minlik ordusu Prut çayını keçdi. Rumınlar
və bolqarlar rus ordusunu rəğbətlə qarşılayır, ona öz xilaskarı
ki
mi baxırdılar. Rus ordusunun sürətli hücumu yunan xalqında
yenidən antiosmalı ruh yüksəkliyini oyatdı. Rumınlar, serblər,
bolqarlar, yunanlar könüllü dəstələr təşkil edərək Rusiya tə-
rəfində çıxış etdilər. Müharibə eyni zamanda həm Balkanlarda,
həm də Qafqaz-Türkiyə sərhədində gedirdi. Rus ordusu əvvəl
Qafqaz cəbhəsində mühüm qələbələr qazandı. General Dibiçin
komandası altında rus ordusu 1829-cu ilin iyununda Balkan
cəbhəsində də türk ordusunu böyük məğlubiyyətə uğratdı. Rus
ordusu
Balkan dağlarını keçərək sürətlə Ədirnəyə yaxınlaşdı və
Ədirnəni işğal etdi. Rus qoşunlarının hücumunu dayandırmağa
qa
dir olmayan türk qoşunları intizamsız halda geri çəkilirdi.
İstanbula gedən yol açıq idi. Paytaxt təşviş içində olmaqla yana-
şı, ölkədə hakimiyyətə qarşı siyasi gərginlik artırdı. Belə ki,
Türki
yənin fasiləsiz müharibələr aparması, ordunun yorğun
düşməsi və əsgər ailələrinin sultana ünvanladıqları məktublar
ondan xəbər verirdi ki, ölkədə hakimiyyətə qarşı qınaqlar çoxal-
maq
dadır.
Bun
unla yanaşı, rus ordusunun hərbi müvəffəqiyyətləri
İngiltərə, Fransa və Avstriyanı çox narahat edirdi. Yunan mə-
sələsinin təklikdə həll edilməsinə yol verməmək üçün İngiltə-
rə və Fransa hökumətləri hələ 1829-cu il martın 27-də, yəni
türk
lərin Balkan ordularını məğlub edilməmişdən əvvəl, Lon-
don
da saziş imzalanmasına nail olmuşdular ki, bu da Türkiyə
ilə Rusiya arasındakı sülhün əsas şərtlərini müəyyən edirdi.
Bu müqavilənin qapalı tərəfləri də mövcud idi.
Odur ki,
həmişə olduğu kimi İngiltərənin müəmmalı si-
yasəti nəticəsində Rusiya Ədirnə istiqamətində uğurlu hərbi
əməliyyat apardı, eyni zamanda rus ordusu Ədirnəni tutduq-
dan sonra Türkiyə məcburiyyət qarşısında qalaraq sülh müqa-
306
viləsinin bağlanmasını təklif etdi. Rusiya hərbi uğurları ilə
yana
şı, incə diplomatiya nümayiş etdirdi. Rusiya İstanbulu və
boğazları tutmaq fikrində deyildi, çünki Rusiya diplomatiyası
bilirdi
ki, belə bir addım Avropa dövlətlərinin hərbi ittifaqı
ilə müharibəyə səbəb ola bilər. Odur ki, Türkiyənin sülh haq-
qındakı təklifi qəbul edildi. Türkiyə hökuməti 1829-cu il
sent
yabrın 14-də öz nümayəndələrini Ədirnəyə, Dibiçin qə-
rar
gahına göndərdi. Danışıqların yekunu olaraq sülh müqavi-
ləsinin imzalanması ilə nəticələndi, müqavilə London pro-
tokolu əsasında tərtib edilmişdi.
1829-cu il
Ədirnə sülhü
Yunanıstanın istiqlaliyyət əldə etməsi
Ədirnədə bağlanan müqavilənin əsas bəndləri Londonda
ha
zırlanmışdı. Ədirnə sülhünün şərtlərinə görə son müharibə-
də Rusiya tərəfindən azad edilmiş Cənubi Qafqaz torpaqları
və Qara dənizin şimal-şərq sahilləri Rusiyaya birləşdirilməli
idi.Türkiyə öhdəsinə götürürdü ki, Yunanıstana və Serbiyaya
muxtariy
yət verilir, Moldaviya və Valaxiyada türklərin məs-
kən salması və mülkə sahib olması qadağan edilirdi. Eyni za-
manda nəzərdə tutulmuş vaxtda müşahidə altında türklər bu-
ra
dan öz qarnizonlarını çıxarırdılar. Bundan sonra Rusiya bu
knyazlıqların işlərinə və buraya qospodarların təyin edilməsi-
nə güclü təsir göstərmək imkanı əldə edirdi. Türkiyə Qara də-
nizdə və boğazlarda ticarət gəmiçiliyinə mane olmamağı və
1,5 milyon holland çervonu təzminat verməyi öhdəsinə götür-
dü
. Təzminat ödənilincəyə qədər (18 ay müddətində) rus
qoşunları Moldaviya və Valaxiyada qalmalı idilər.
1830-
cu il fevralın 3-də Rusiya, İngiltərə və Fransa Lon-
donda ye
ni saziş imzaladılar. London sazişi Yunanıstana tam
istiqlaliyyət verilməsini nəzərdə tuturdu. Lakin, bu qərar yu-
nan vətənpərvərlərinin bütün arzularını təmin etmədi. Yuna-
nıstanın sazişlə müəyyən edilən sərhədlər yunanların yaşadığı
bütün əraziləri əhatə etmirdi. Bu dövrdə həmçinin yunan xal-
307
qına məcburi qaydada mütləqiyyət quruluşu qəbul etdiril-
mişdi.
London sazişini imzalayan dövlətlər 1830-cu il aprelin
8-
də sultana ultimatum göndərib, Yunanıstanın istiqlaliyyə-
tini tanımağı tələb etdilər. Aprelin 24-də sultan Yunanıstanın
istiqlaliyyyətini tanıması haqqında öz razılığını bildirməyə
məcbur oldu. Həmin il avqustun 29-da sultan xüsusi fərmanla
Serbiyaya da muxtariyyət verilməsini elan etdi. Beləliklə,
1828-1829-
cu illər müharibəsində rus ordusu yunan xalqını
ta
mamilə, serb və rumın, eləcə də Cənubi Qafqaz xalqlarını
isə Osmanlı basqın və qarətlərindən qismən azad etdi. K.
Marks yazmırdı ki, "Bəs yunan üsyanı zamanı mübarizənin
nəticəsini kim həll etdi? Bütün qəsdləri və qiyamları ilə yani-
nalı Əli paşa deyil, Navarin yaxın-lığındakı vuruşma deyil,
Mo
reyadakı fransız ordusu deyil, London sazişləri və proto-
kolları deyil, Balkanları keçib Marista vadisinə daxil olan
Dibiçin rus ordusu həll etdi"
1
.
K.Marks bununla demək istə-
yirdi ki, XIX əsrin əvvəllərindən etibarən başlanan sürətli
bey
nəlxalq imperializm düşərgəsində Rusiya jandarm rolunu
oynayırdı. Bunun obyektiv və subyektiv səbəblərinin tarixin
sonrakı mərhələsində baş verən hadisələr bir daha sübut etdi.
1831-1833-
cü illər Türkiyə - Misir münaqişəsi,
Şərq məsələsinin yenidən kəskinləşməsi
Əvvəla qeyd olunması zərurdir ki, Avropa dövlətləri sü-
ni şəkildə beynəlxalq miqyaslı münaqişə ocaqları yaradaraq
gələcək müharibələrə zəmin hazırlayırdılar. 1829-cu il Ədir-
nə sülh müqaviləsindən sonra güman etmək olardı ki, Türkiyə
ilə Avropa dövlətləri arasında əbədi sülh bərqərar ediləcəkdir.
Amma
belə olmadı. Çünki dünyanın bölüşdürülməsi məsələsi
qarşıda dururdu. Odur ki, sülh müqaviləsi imzalandıqdan iki
il sonra Türkiyə yenidən müharibəyə cəlb olundu. Bu dəfə
münaqişə Türkiyədən uzaq olan Misirdə formalaşmaqda idi.
1
K.
Marks və F.Engels. Əsərləri, 9-cu cild, səh 32.
Dostları ilə paylaş: |