296
saxlamağa çalışırdılar. Beynəlxalq vəziyyət gərginləşməkdə
idi. Balkan xalqlarının antiosmanlı mübarizəsi yenidən baş
qaldırmış, Fransanın qoşunları Misir istiqamətində irəlilə-
yirdi. İngilis donanması Əbukir yaxınlığında (İsgəndəriyyə-
nin şərqində Fransa donanmasını məğlub etdi. Türkiyə həm
Rusiya, həm də İngiltərə ilə yaxınlaşmağa başladı. Lakin
Türkiyə ilə Rusiya arasındakı müttəfiqlik uzun sürmədi)
XVIII əsrin axırı və XIX əsrin əvvəllərində
Türkiyənin beynəlxaq vəziyyəti
XVIII
əsrin axırlarında İngiltərə ilə Fransa arasında rə-
qabətin daha da gərgin hal alması o zaman, xüsusilə Napo-
leon
müharibələri dövründə bütün beynəlxalq vəziyyətin, o
cümlədən "Şərq məsələsinin" də kəskinləşməsinə səbəb oldu.
İlk vaxtlar Napoleonla III Səlim arasında düşmən münasibət-
lər mövcud idi. Yaxın və Orta Şərqdə İngiltərənin mövqeyini
zəiflətməyə çalışan Napoleon 1798-ci ildə Misirə hərbi yürüş
təşkil etdi. Bu səbəbə görə Türkiyə Fransaya müharibə elan
etdi. Napoleonun Misirə yürüşü müvəffəqiyyətsizliklə nəticə-
ləndi. İngilis donanması Əbukir vuruşmasında (İsgəndəriy-
yənin şərqində) fransız donanmasını darmadağın etdi. Suriya-
da i
sə fransız orduları III Səlimin fransız təlimatçılarından tə-
lim almış nizami hissələri tərəfindən Əkkə şəhəri ətrafında
dayandırıldı və Misirə qayıtmağa məcbur edildi.
Napoleonun Türkiyə əleyhinə siyasəti buna səbəb oldu
ki, Türkiyə Napoleonun düşmənləri ilə, o cümlədən Rusiya
ilə yaxınlaşmağa başladı. İonik adalarını tutmuş olan fransız-
lara qarşı birgə əməliyyat keçirmək üçün III Səlimin xahişi
ilə rus çarı I Pavel eskadra göndərdi. 1799-cu il yanvarın 3-də
İstanbulda Rusiya ilə Türkiyə arasında Fransaya qarşı müttə-
fiqlik
müqaviləsi imzalandı. İki gün sonra isə Türkiyə ilə İn-
gil
tərə arasında eyni məzmunlu qarşılıqlı anlaşma müqaviləsi
imzaladı. Beləliklə, Türkiyə münaqişəyə cəlb olunmuş döv-
lətlərin Fransaya qarşı ittifaqına daxil oldu.
297
Birləşmiş rus-türk eskadrası fransızları İonik adalarından
qaçmağa məcbur etdi. Həmin döyüşdə isə vitse-admiral Uşa-
kovun koman
danlığı altındakı rus donanması həlledici rol oy-
na
dı. 1800-cü il martın 21-də Rusiya ilə Türkiyə arasında ye-
ni müqavilə imzalandı ki, buna görə də yeddi İonik adaların-
da Türkiyənin səlahiyyətlərinin hüquqi cəhətdən əsaslandırıl-
ması ilə və Rusiyanın himayəsi altında "Yeddi Birləşmiş Ada
Respublikası" yaradıldı. Hər iki ölkə arasında imzalanmış
başqa bir sazişə əsasən sultan 1802-ci ildə yeni bir fərman
ver
di. Bu fərmana görə Moldaviya və Valaxiya knyazlıqları-
nın qospodarları (hakimləri) sultan tərəfindən təyin edilir və
işdən azad edilirdi. Lakin buna Rusiyanın da razılığı olmalı
idi. H
əmin saziş nəticəsində hər iki knyazlığa Rusiyanın istə-
diyi qospodarlar təyin olunurdu.
1802-
ci ildə Türkiyə ilə Fransa arasında sülh müqaviləsi
bağlanmasına baxmayaraq Napoleona qarşı mübarizədə mə-
na
fe ümumiliyi zəminində Rusiya ilə Türkiyə arasında müttə-
fiqlik əlaqələri hələ də inkişaf edirdi. 1805-ci il sentyabrın
24-
də hər iki dövlət arasında yenidən ittifaq müqaviləsi imza-
landı. Bu müqavilə İonik Respublikasını müdafiə etmək üçün
rus hərbi gəmilərinin boğazlardan keçmək hüququ təsdiq
edildi.
Lakin Rusiya ilə Türkiyə arasındakı müttəfiqlik əlaqələri
təbii xarakter daşımırdı. Rusiyanın Moldaviya ilə Valaxiyada
ağalıq etməsi Türkiyədə narahatçılıq və qəzəb oyatdı. Misirdə
və Suriyada isə İngiltərənin buna oxsar hərəkət etməsi də
beynəlxalq münasibətlər sistemində gərginliyi artırdı. III Sul-
tan
Səlimi öz tərəfinə çəkmək məqsədilə Napoleon vəziyyət-
dən istifadə etmək qərarına gəldi. Austerlits yaxınlığında rus-
Avstriya ordu
ları üzərində Napoleonun qələbəsindən sonra
III Sultan
Səlim Rusiyanın darmadağın olunduğunu təsəvvür
edərək özünün Napoleona qarşı əvvəlki düşmən münasibətini
dəyişdi. Türkiyə ilə Fransa arasında dostluq əlaqələrinin yaran-
ması ilə bərabər Rusiya ilə Türkiyənin münasibətləri pisləşməyə
başladı və onların arasındakı bu ziddiyyətlər müharibə ilə
nəticələndi.
298
1806-1812-ci
illərdə rus-türk müharibəsi,
Buxarest sülhü
1802-1805-ci
illərdə Türkiyə ilə Rusiya arasında bağlan-
mış müqavilə və digər Türkiyə tərəfindən razılaşmaların po-
zul
ması müharibə üçün bəhanə oldu. Sultanın Rusiya ilə
bağlanmış müqavilələrə zidd sərəncamlarının ləğv olunması-
nı tələb edən rus ultimatiumunu Türkiyə rədd etdikdən sonra
rus
qoşunları Moldaviya və Valaxiyanı tutdular. Buna cavab
olaraq 1806-
cı il dekabrın 27-də Türkiyə Rusiyaya müharibə
elan etdi. Sultan
müharibəyə girməklə Fransanın yardımına
inanaraq
Krımı geri almaq ümidində idi.
Bu zaman Rusiya artıq Fransa ilə müharibə aparırdı və
ikinci bir
cəbhədə vuruşmaq heç də onun mənafeyinə uyğun
deyildi. İlk vaxtlarda Rusiyaya yardım göstərməyə çalışan,
la
kin müvəffəqiyyətsizliyə uğrayan İngiltərə demək olar mü-
ha
ribədə iştirak etmədi. Bütün səylərini Napoleona qarşı mü-
ha
ribə cəbhəsinə yönəltmək lüzumu Rusiyadan tələb edirdi
ki, Türkiyə ilə müharibəyə son qoysun.
Lakin Napoleonun xarici siyasətində gözlənilməz bir dö-
nüş bütün vəziyyəti dəyişdi. Dənizdə İngiltərəni məğlub et-
mək iqtidarında olmayan Napoleon İngiltərəni kontinental
blo
kada ilə əzmək istədi. Lakin Rusiyanın iştirakı olmadan
blokada mümkün deyildi
. Məhz buna görə də Napoleon Rusi-
ya ilə yaxınlaşmaq qərarına gəldi. Onun bu niyyəti I Alek-
sandr tərəfindən rəğbətlə qarşılandı. Napoleon özünün dünən-
ki müttəfiqinə xəyanət edərək rus imperatorunun Türkiyəni
bölüşdürmək haqqındakı təklifini qəbul etdi. Doğrudur fran-
sız imperatoru I Aleksandrın təklifinə yalnız 1807-ci ilin
iyulunda Tilzit və 1808-ci ilin sentyabr-oktyabrında Erfurt
gö
rüşləri zamanı qeyri-səmimi söz vermişdi. Napoleon eyni
za
manda İstanbuldakı fransız səfiri vasitəsilə sultanı müqavi-
mət göstərməyə təhrik edirdi. Bunun nəticəsində Rusiya ilə
Türki
yə arasındakı sülh danışıqları iki dəfə 1807-ci ilin av-
qustun
da Dunaydakı Rumın qalası Slobodzeydə və 1809-cu
ilin fev
ralında Yassıda pozuldu. Kutuzovun komandanlığı
Dostları ilə paylaş: |