311
inkarı-inkar qanunauyğunluqlarına tamamilə uyğun gəlirdi.
Təbii qanunauyğunluq idi ki, kənddə kapitalizmin təşəkkülü
şəhərdə kapitalist münasibətlərinin inkişafından asılı idi. Bu
zaman belə bir sual meydana çıxır, bəs o zaman Osmanlı
imperiyasında şəhərlərin vəziyyəti necə idi?
XIX əsrin birinci yarısında Türkiyədə çoxlu iri şəhərlər
var idi. 1816-
cı ilin məlumatına görə təkcə 20 mindən artıq
əhalisi olan 47 şəhər var idi. Bunlardan səkkizinin hərəsində
100 mindən çox əhali yaşayırdı və o cümlədən İstanbulda –
400 min, Qahirədə - 400 min, İzmirdə - 120 min, Tokat və
Ədirnədə, hərəsində 100 min əhali yaşayırdı. XVIII əsrin
axırlarından şəhərlərdə bəzi sənaye sahələri, o cümlədən to-
xuculuq, gön-
dəri, keramika sənayesi, silah istehsalı inkişaf
etməyə başladı. Yerli sənaye məhsullarının ən iri istehlakçısı
ni
zami ordu idi. Sənayenin özündə də mütərəqqi proseslər
nəzərə çarpmağa başlayırdı. Bu cəhətlər, əmək bölgüsünün
art
masında, manufakturaların və hətta fabriklərin yaranma-
sında özünü göstərirdi. XIX əsrin 30-cu illərində bir nəfər
bol
qar kapitalisti hökumətdən borc almaqla ilk mahud fabriki
açmışdı. Sexlərin dağılması prosesi daha da sürətlənmişdi.
Bir çox sexlər, bunların istehsal etdiyi malları satın alan tacir-
lərdən asılı idi. Belə tacirlər çox vaxt sex rəhbərlərinin özlə-
rindən olurdu. Beləliklə, XIX əsrin 30-cu illərində Türkiyə
sənayesində kapitalist münasibətləri tədricən yaranmaqda idi.
Bu hal ölkənin Avropa hissəsində xüsusilə aydın görünürdü.
Daxili və xüsusilə, xarici ticarət də xeyli canlanmışdı.
Bu isə liman şəhərlərinin və ölkə daxilindəki mühüm ticarət
yollarında yerləşən şəhərlərin artmasına kömək edirdi.
Beləliklə, Türkiyədə sənaye və ticarətin müəyyən dərə-
cədə inkişafı, sənaye burjuaziyasının yaranmasına və ticarət
bur
juaziyasının formalaşmasına səbəb oldu. Həmin burjuazi-
yanın mühüm xüsusiyyəti və müəmmalı amili bundan ibarət
idi ki, onun əksəriyyətini türk olmayan millətlərin nümayən-
dələri yunanlar, ermənilər, bolqarlar və başqaları təşkil edirdi.
Yəni xristianlar bu gəlirli sahədə çoxluq təşkil edirdilər.
312
Yerli camaatın həddindən artıq yoxsullaşması və yadel-
lilərin sürətlə varlanması vətəndaşların əmlak, xüsusi mülkiy-
yətin bəzi növlərinin balansını pozurdu. Öz vətənində vətən-
siz
lər ordusu çoxalmaqda idi. Bu xüsusiyyət də artıq o za-
man
dan başlayaraq xarici kapitalın, türk ticarət və sənaye
burjuaz
iyasının inkişafı yolunu kəsmişdi. Çünki çox sərt mo-
nopoliya var idi.
Xarici monopoliyalar hökumət məmurları
ilə əlaqəli idi.
Xarici kapitalistlər öz iqtisadi üstünlüyü və kapitulyasi-
ya hüquqlarından istifadə edərək hazır sənaye mallarının
idxalını və Türkiyədən kənd təsərrüfatı xammalı ixracını get-
dik
cə artırırdılar. İngilis və fransız toxuma mallarının idxalı
yerli toxucu
luq sənayesinə mənfi təsir göstərirdi. Bu onunla
əlaqədar idi ki, XIX əsrin birinci yarısında Türkiyənin icti-
mai-iqtisadi ink
işafı onun aqrar münasibətlərində və dövlət
quruluşunda mütləq islahat keçirilməsini tələb edirdi. Bunu
yaranmaqda olan türk burjuaziyasının mənafeyi də tələb edir-
di.
Əlbəttə, bir sıra sahələrdə, misal üçün dövlətin mərkəzləş-
diril
məsini qüvvətləndirməkdə, feodal separatizminin aradan
qal
dırılmasında, inzibati idarə və maliyyə işlərinin qaydaya
sa
lınmasında, yaxşı nizami ordu yaradılmasında burjuaziya
ilə mərkəzi hökumətin mənafeyi uyğun gəlirdi.
Sultan
II Mahmudun islahatları
Avropada
sürətli inkişaf, kapitalizmin yeni xətt üzrə in-
ki
şafı, elmin, texnikanın tərəqqisi diktə edirdi ki, Türkiyə də
bu prosesdən geri qalmasın. Odur ki, Türkiyə hakim dairələ-
rinin nisbətən uzaqgörən və mütərəqqi fikirli nümayəndələri
başa düşürdülər ki, Türkiyə öz mövcudluğunu mühafizə et-
mək üçün bir sıra islahatlar keçirməlidir. Çünki, beynəlxalq
münasibətlər sistemindəki gərginliklər, Osmanlı imperiyasına
qarşı hazırlanan təxribatlar bunu tələb edirdi. Odur ki, döv-
rün, zamanın tələblərinə uyğun olaraq nəhayət. Türkiyədə
1834-1839-
cu illərdə belə islahatlar keçirildi və bu islahatlar
313
mahiy
yətinə görə Türkiyə inkişaf tarixində yeni mərhələ
oldu.
Bununla yanaşı XIX əsrin 30-40-cı illərində hərbi-len
torpaq sahibliyi sistemi tamamilə ləğv edildi. Len sahibləri-
nin ixtiyarında bu vaxtadək qalmış olan timar və ziyamət tor-
paqları alınıb dövlət torpaq fonduna qatıldı. Len sahibliyi
hüququ haq
qında sultandan bəratı (fərmanı) olanlara alınan
torpaq əvəzində dövlət qiymətilə pul təyin edildi. Qalan len
sahib
lərinin torpaqları isə əllərindən alındı. Bu torpaqların
çox bö
yük hissəsi xırda torpaq malikanələri (timar), qismən
də orta malikanələr (ziyamət) idi. Türk feodallarının xeyli
his
səsi öz lenlərini irəlicədən mülkiyyətə (ciftliyə) çevirə bil-
mişdi. Misal üçün bolqar rayonlarında bütün len sahiblərinin
təxminən 30 faizi belə etmişdi. Alınan torpaqlar çoxdan bəri
bu yerləri becərən kəndlilərin istifadəsində saxlanıldı. Müsa-
dirə edilən boş yerlərin xeyli hissəsi isə hərraca çıxarılmışdı
və həmin torpaqlar şəhər varlıları, sultanın məmurları və qo-
humları tərəfindən dəyər-dəyməzinə pulla alınırdı.
Türkiyədə başlanan və çox əhəmiyyəti olan bu islahat bu
dövrdə bir çox sahələri əhatə edirdi. Ən başlıcası hərbi-len
sistemin
in qəti surətdə ləğv olunması idi və bu tədbiri aqrar
islahat
ın ən vacib və zəruri tərəfi hesab etmək olardı. Eyni za-
manda bu islahat
feodal münasibətlərinin yarımfeodal əlaqə-
lərlə əvəz edilməsinə səbəb oldu. Bununla da kənd təsərrüfa-
tının inkişafı üçün bəzi imkanlar yaradıldı. Lakin bu, islaha-
t
ın müəyyən mütərəqqi əhəmiyyəti olsa da islahat kəndlilər
üzərindəki əsas istismar üsulunu dəyişdirmədi. Hərbi-len sis-
temi döv
ründəki yardarlıq sistemi islahatdan sonra da qalırdı.
Yəni, bu tədbir xalq üçün o qədər də ideal və xeyirverən təd-
bir deyildi
, xüsusiyyətinə görə də ola bilməzdi.
Hərbi-len sisteminin ləğv edilməsi inzibati sahədə də isla-
hat keçirilməsinə səbəb oldu. Çünki Osmanlı imperiyasında
inzibati quruluşun əsasını da hərbi-len sisemi təşkil edirdi və
uzun illər bu sistemin mövcudluğu ənənəyə çevrilmişdi. 1834-
cü ildəki yeni inzibati islahata görə bütün ərazi əyalətlərə və
sancaqlara (mahallara) bölündü. Lakin bu islahat yerli rəislərin
Dostları ilə paylaş: |