Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə93/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   89   90   91   92   93   94   95   96   ...   142

278 

Hakim sinfin bu hissəsinin mənafeyini Nəsrəddin şahın 

baş vəziri Mirzə Tağı xan ifadə edirdi. Mirzə Tağı xan eyni 

za

manda  şah  qoşunlarının  komandanı  olduğundan  Əmir  Ni-



zam  ləqəbi  daşıyırdı.  O,  dövlətin  hakimiyyətini möhkəmlət-

məyə,  ordunu  və  maliyyə  sistemini  yenidən  təşkil  etməyə 

çalışırdı. O, dövlət malını oğurlayanlara qarşı, rüşvətxorluğa 

və xəyanətkarlığa qarşı, habelə əyalət hakimlərinin özbaşına-

lığına  və  dövlət  işlərinə  iri  ruhanilərin  hədsiz  dərəcə  müda-

xiləsinə qarşı mübarizə aparırdı. Bilavasitə Mirzə Tağı xanın 

təşəbbüsü  ilə  bir  çox  şahzadələr  bilavasitə  əyalətlərdən  əldə 

etdikləri  gəlirlərdən  məhrum  edildi.  Məmurların  sayı  və  al-

dıqları maaş azaldıldı. Əmir Nizam İranın milli müstəqilliyini 

möhkəmlətməyə, xarici dövlətlərin, xüsusilə İngiltərənin İra-

nın daxili işlərinə müdaxiləsinin qarşısını almağa çalışırdı. 

Lakin 


Əmir  Nizamın  siyasəti  bir  çoxlarının  şəxsi  maraq-

larına  qarşı  olduğuna  görə  iri  ruhaniləri,  şaha  yaxın  adamları, 

feodal  zadəganları  və  ingilisləri  ona  qarşı  qaldırmış  oldu.  İn-

gilislərin təhriki ilə şahın anası və Tehran ruhanilərinin rəhbəri 

Əmir  Nizam  əleyhinə  müxalifətçilərin  başında  durmuşdu. 

Onlar,  əvvəllər  islahatlara  müsbət  münasibət  bəsləyən  gənc 

Nəsrəddin şahı da öz tərəfinə çəkə bildilər. Beləliklə, xalqın mə-

nafeyinə  xidmət  edən  islahat  dayandırıldı.  1851-ci  ilin  axırla-

rında Mirzə Tağı xan baş vəzir vəsifəsindən kənar edildi və son-

ra da edam olundu, onun islahatlar 

layihəsi  isə ləğv edildi. 

 

Babi üsyanlarının yatırılması və Əmir Nizamın islahat-



la

rının süquta uğraması İranı daha da zəiflətdi və xarici kapi-

tal  tərəfindən  ölkənin  daha  da  əsarət  altına  alınmasını  asan-

laşdırdı. 



 

1856-1857-

ci illərdə İran-İngiltərə müharibəsi 

   

XIX  əsrin  ortalarında  Asiyada  ingilis-rus  ziddiyyətləri 

olduqca 

kəskin  şəkil  aldı.  Süni  şəkildə    hazırladıqları    Şərq  

problemi 

nəticəsində  1853-1856-cı  illərdə  Krım  müharibəsi 

baş verdi. Bu müharibəyə başlayarkən İngiltərə həm də Rusi-



279 

ya

nı  Qafqazdan,  Zaqafqaziyadan  və  Zakaspi  vilayətlərindən 



sıxışdırıb çıxarmağı planlaşdırmışdı. Əslində heç kəs Hindis-

tana 


qarşı  təhlükə  törətmədiyi  halda,  İngilətərə  Hindistanın 

dafiəsi lüzumu haqqında hay-küy qaldıraraq bu pərdə al-



tında İranı, Xivəni və Buxaranı işğal etməyə can atırdı. İngi-

lislər  öz  təcavüzkar  planlarında  İran  və  Orta  Asiya  üzərinə 

cum etmək üçün Herata strateji hərbi meydan kimi böyük 



əhəmiyyət  verirdilər.  Onlar  bu  sahədə  təkcə  özləri  fəaliyyət 

gös


tərməklə kifayətlənməyib, əfqan əmiri Dost Məhəmməd-

dən istifadə edirdilər. Dost Məhəmməd isə 1855-ci ildə İngil-

tərə ilə dostluq müqaviləsi bağlayıb Qəndəharı tutmuşdu. 

Krım müharibəsi zamanı ingilislərin diqqətinin Sevasto-

polun mühasirəsinə cəlb olmasından istifadə edərək, İran şahı 

Heratı tutmaq qərarına gəldi ki, Dost Məhəmməd və ingilislər 

tərəfindən  zəbt  edilməsin,  onları  qabaqlasın.  Bu  məqsədlə 

1856-


cı ildə İran qoşunları Heratı mühasirəyə aldı və həmin 

ilin okty

abrında oranı tutdular. 

Bunun ardınca ingilislər İrana qarşı təcavüzkar mühari-

bəyə başladılar. Müharibə 1856-cı il noyabrın 1-də elan edil-

di.  Dekabrın  4-də  ingilis  eskadrası  Xərək  adasını  işğal  etdi, 

de

kabrın 10-da isə ingilis desantı Buşir limanını tutdu və Şi-



raz  istiqamətində  irəliləmək  təşəbbüsü  göstərdi.  Lakin bu 

cəhd  uğursuzluqla  nəticələndi. 1857-ci  il  martın  axırlarında 

in

gilislər Məhəmmərəni (indiki Xorrəmşəhr) işğal etdilər və 



Harun çayı ilə yuxarıya doğru irəliləyərək, aprelin 1-də Əh-

vaz 


şəhərini işğal etdilər. 

Lakin 1857-

ci  ilin  əvvəllərində  Hindistanda  ingilislərə 

qar


şı çıxışlar və milli üsyan başlanmışdı. Bu çıxışlar ingilislər 

əleyhinə böyük milli üsyanın ilk xəbədarlıqları idi. Buna görə 

də  ingilislər  İranda  müharibəni  təcili  dayandırmağa  məcbur 

oldu. 


Hələ müharibə davam edərkən 1857-ci il martın 4-də Pa-

risdə  ingilis-İran  sülh  müqaviləsi  bağlanmışdı.  Müqaviləyə 

əsasən şah İran qoşunlarını Heratdan və Əfqanıstandan çıxar-

ma

ğı, bu yerlərə daha heç bir vaxt iddia etməyəcəyini, Hera-




280 

tın və Əfqanıstanın istiqlaliyyətini tanımağı, Herat və Əfqa-

nıstanla İranın ixtilafı baş verdikdə İngiltərənin vastəçiliyin-

d

ən istifadə etməyi öhdəsinə götürməli oldu. Öz növbəsində 



İngiltərə də qoşunlarını İrandan geri çıxarmağa razılıq verir-

di. 


Qarşılıqlı razılaşma əsasında 1857-ci ildə İranla İngiltərə 

arasında diplomatik əlaqələr bərpa edildi. 

İngiltərə  ilə  müharibədə  feodal  İranının  məğlubiyyəti 

onun iqtisadi, ictimai-

siyasi  və  hərbi  geriliyinin  nəticəsi  idi. 

Bu  məğlubiyyət  İranın  yarımmüstəmləkəyə  çevrilməsi  üçün 

şərait yaradılmasına kömək etdi və XIX əsrin 60-70-ci illərin-

dən  etibarən  İranda  sürətlə  yarımmüstəmləkəyə  çevrilməyə 

prosesi 

başlandı. 



 

Mədəniyyət 

 

XVIII əsrin sonundan etibarən İranda ictimai-siyasi və-



ziyyətlə əlaqədar mədəniyyət sahəsində də böhran dərinləşdi. 

XIX əsrin birinci yarısında isə İran mədəniyyətinin tənəzzü-

lünün səbəbi İranın iqtisadi və siyasi geriliyində, ölkənin ic-

timai-


siyasi quruluşunda orta əsr feodalizm qalıqlarının hökm 

sürməsində idi. O zaman İranın nə ədəbiyyatında, nə incəsə-

nətində,  nə  də  ictimai  fikir  inkişafında  heç  bir  əhəmiyyətli 

orijinal yenilik 

müşahidə edilməmişdir. Amma Azərbaycanın 

mütəfəkkirləri,  o  cümlədən  N.Gəncəvi,  M.Fizuli,  Ə.Xaqani, 

İ.Nəsimi, X.Təbrizi İranda və bütün Şərq dünyasında söz fikir 

tarixinin formalaşdırılmasında məşhur idilər. XIX əsrin birin-

ci yarısında daxili çəkişmələrin nisbətən azalması, ziddiyyət 

və münaqişələrin aradan qaldırılması nəticəsində, İranda xey-

li  şair,  yazıçı  və  digər  yaradıcılıq  sahəsində  mütəfəkkirlərin 

ye

tişməsinə  şərait  yaratdı  (Rzaqulu xan öz antologiyasında 



350  şairin  adını  çəkir).  Belə  mütəfəkkirlər  içərisində  Səba, 

Qaani,  Yəğma,  Şeybani  və  başqa  görkəmli  şairlər  olmasına 

baxmayaraq, bu dövrün təqlidçilik xarakteri daşıyan poeziya-

sı heç bir yeni ideya irəli sürməyərək, orta əsrlər poeziyasının 

ənənlərini davam etdirirdi. O dövrün şairlərinin əsərləri baş-



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə