Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə90/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   86   87   88   89   90   91   92   93   ...   142

269 

tax


tını tutmaq uğrunda gedən mübarizəni daha da qızışdırdı-

lar


. Nəhayət, ingilislərin köməyilə şah taxtına Abbas Mirzə-

nin  oğlu  Məhəmməd  Mirzə  çıxarıldı.  İngilislər  Təbrizdən 

Teh

rana yürüş etmək üçün Məhəmməd Mirzəni pul vəsaiti və 



ingilis  hərbi  təlimatçıları  ilə  təmin  etdilər.  Məhəmməd  şah 

(1834-


1848) hakimiyyətə keçəndən bir az sonra İrana ingilis 

hərbi  missiyası  gəldi,  şaha  "hədiyyə"  olaraq  silah  və  döyüş 

sursatı göndərildi. Lakin ingilislər bu tədbirlərlə şah sarayını 

ö

z təsiri altına ala bilmədilər və çar Rusiyasının İranda artan 



fuzunu zəiflətməyə çalışsalar da onların bu cəhdi baş tut-

ma

dı. Eyni zamanda ingilislərin Türkmənçay müqaviləsi əsa-



sında Rusiyaya verilən imtiyaz və üstünlüklərə oxşar üstün-

lük


ləri İngitərəyə də verməyə şahı məcbur etmək səyləri mü-

vəffəqiyyətsiz oldu. Şaha təzyiq göstərmək məqsədilə ingilis-

lər Heratın, Qəndəharın və Kabilin əfqan hakimləri arasında 

nifaq salır və onları İrana qarşı qaldırırdılar. İngilislər Heratı 

tamamilə özlərinə tabe etmək üçün tədbirlər görür və şah sa-

ray  dairələrini  Rusiyaya  qarşı  qızışdırırdılar.  İngiltərənin  bu 

siyasəti  Orta  Asiyada  və  Xəzər  dənizi  hövzəsində  ingilis 

mövqeyinin möhkəmlənməsinə yol verməməyə və həmin ra-

yonlarda öz mövqeyini 

möhkəmlətməyə  çalışan çar Rusiya-

sının ciddi müqavimətinə rast gəlməkdə idi. 

Heratı  öz  hakimiyyəti  altına  almağa,  həmçinin  İranın 

şərq  sərhədlərində  ingilislərin  təxribatlarına  son  qoymağa, 

Hera


tın  ingilislər  tərəfindən  işğalına  yol  verməməyə  və  hə-

min rayonda ingilislərin təcavüzkarlığını dayandırmağa çalı-

şan Məhəmməd şah İranda olan çar nümayəndələrinin təhriki 

ilə  1837-ci ildə  Herata  yürüşə  başladı  və  oranı  mühasirəyə 

aldı.  Buna  cavab  olaraq  ingilis  hərbi  eskadrası  1838-ci  ildə 

Fars kör


fəzinə  soxulub  Buşirin  şimal-qərbində  olan  Xərək 

ada


sını  işğal  etdi.  İngilislər  İranı  müharibə  ilə  hədələyərək 

tələb  edirdilər  ki,  şah  Heratın  mühasirəsindən  əl  çəksin  və 

Türk

mənçay müqaviləsinin şərtlərinə oxşar şərtlərlə İngiltərə 



ilə ticarət müqaviləsi imzalasın. 1838-ci ilin avqustunda şah 

Heratın mühasirəsindən əl çəkməyə məcbur oldu. Lakin İran 

İngiltərənin qeyri-bərabərhüquqlu  ticarət  müqaviləsi  bağla-



270 

maq  və  Herat  xanlığı  tərkibinə  daxil  olan  Qorian,  Fərəh  və 

Səbzəvər  sərhəd  rayonlarına  İran  qoşunlarını  çıxarmaq 

haqqındakı  tələbləri  rədd  etdiyindən  İngiltərə  1838-ci ilin 

noyabrında İranla diplomatik əlaqəsini kəsdiyini bildirdi. 

 

Bundan  sonra  başlanan  danışıqlar  gedişində  ingilislər 



hədə və təzyiqlə şahı məcbur edirdilər ki, onların tələbini qə-

bul etsin. Nəhayət, 1841-ci oktyabrında İngiltərə ilə İran ara-

sında  diplomatik  münasibətlər  bərpa  olundu.  Eyni  zamanda 

İngiltərə ilə İran arasında yeni ticarət müqaviləsi də imzalan-

dı. Bu müqaviləyə əsasən ingilislər İranda eksteritoriallıq hü-

ququ  almış  oldu  və  onlar daxili gömrük  haqqı  verməkdən 

azad edilirdi. İrana gətirilən ingilis mallarından bunların qiy-

mətinin  5  faizi  həcmində  gömrük  alınması  müəyyən  edildi. 

1845-ci il

də Fransa, sonra isə Avstriya və başqa dövlətlər də 

İrandan eyni imtiyazlar qoparmağa müvəffəq oldu və 1856-cı 

ildə ABŞ da İranla müqavilə bağladı. Rəsmiyyətdə bu müqa-

vilə "Dostluq və ticarət haqqında müqavilə" adlanırdı, əslində 

isə  bu  da  eyni  şərtlərlə  olan  qeyri-bərabərhüquqlu  müqavilə 

idi  və  ABŞ-ın  İranda  müstəmləkəçilik  siyasəti  üçün  zəmin 

ha

zırlayan  ilk  vasitələrdən  biri  idi.  Bununla  yanaşı  ABŞ-ın 



müxtəlif tapşırıqlarla İrana gətirilmiş missionerləri, o cümlə-

dən  presviterian  missionerləri  geniş  fəaliyyətə  başladılar 

(presviterianlar  – 

protestant məzhəblərindən birinin tərəfdar-

ları). Onlar hələ XIX əsrin 30-cu illərində Urmiyədə (Rzaiy-

yə)  məskən  salaraq  buradan  öz  fəaliyyətini  Azərbaycana  və 

Mərkəzi  İrana  yaymağa  başlamışdılar.  Böyük  pul  vəsaitinə 

malik olan Amerika 

missionerləri dini fəaliyyət, məktəb təş-

kil  etmək  və  tibbi  xidmət  göstərmək  pərdəsi  altında  İranda 

ABŞ-ın nəfinə təbliğat aparır və müxtəlif gizli qruplar əslində 

kəşfiyyat xarakterli məlumat toplamaqla məşğul olurdular. 

 

İranla Avropa dövlətləri arasında qeyri-bərabərhüquqlu 



müqavilələr  bağlanması  və  İranda kapitulyasiyalar rejiminin 

yara


dılması ölkədə xarici dövlətlərin təsirinin qüvvətlənməsi-

n

ə  səbəb  oldu.  Avropa  dövlətlərinin  və  onların  təbəələrinin 



al

mış  olduğu  imtiyazlardan  Qərbi  Avropa  kapitalı,  başlıca 




271 

olaraq ingilis kapit

alı  İranı  öz  sənaye  mallarının  satış  baza-

rına çevirmək üçün istifadə etdi. 

XIX əsrin ikinci rübündə İrana ingilis toxuma mallarının 

idxalı  sürətlə  artdı  və  İranın  bütün  idxalatının  təxminən  90 

fai

zini  təşkil  etdi.  İngilislərin  İrana  idxalatı  1827-ci  ildən 



1834-

cü ilədək 2,5 dəfə, 1833-cü ildən 1837-ci ilədək təxmi-

nən 3 dəfə artdı. Kapitulyasiyalar rejimi nəticəsində xarici ta-

cirlər və ticarət firmaları İran tacirlərini xarici və qismən də 

da

xili  ticarətdən  sıxışdırıb  çıxarırdılar.  İrana  soxulan  xarici 



kapital  sənətkarlığı,  ev  sənayesini  zəiflədirdi.  Çünki bunlar 

Qərbi Avropanın fabrik istehsalı mallarının rəqabətinə davam 

gətirə  bilmirdi.  Şah  hökumət  orqanları  milli  istehsalı  xarici 

kapitalın rəqabətindən müdafiə etmək əvəzinə, xarici tacirlər 

və firmalar üçün əlverişli şərait yaradaraq xarici kapitalın öl-

kəyə soxulmasına yol açırdılar. Nəticədə artıq XIX əsrin orta-

larında  İranda  kapitalist  manufakturası  və  fabriklərinin  ilk 

rüşeymlərinin  inkişafı  yolu  bağlanmış  oldu.  Xarici  kapitalın 

İrana soxulması ilə əlaqədar olaraq əmtəə-pul münasibətləri-

nin 


inkişafı qüvvətlənirdi. Bu isə feodal İranının iqtisadiyya-

tını sarsıdır, len torpaq sahibliyinin böhranını dərinləşdirir və 

feodal  hüququna  deyil,  xüsusi  mülkiyyətə  əsaslanan  torpaq 

sahibliyinin artmasına səbəb olurdu. Yeni torpaq sahiblərinin 

meydana 

gəlməsi  ilə  kəndlilərin  istismarı  qüvvətlənir,  biyar 

işi  daha  çox  yayılırdı.  Əmtəə-pul  münasibətlərinin  inkişafı 

pul vergilərinin artmasına və mülkədarların kəndlilərdən aldı-

ğı məhsul payının çoxalmasına səbəb olurdu. Bunun nəticə-

sində kəndlilər üzərində sələmçilərin əsarəti artdı. Kəndli tə-

sərrüfatının mühüm dayaqlarından biri olan ev sənayesi ingi-

lis  mallarının  rəqabəti  nəticəsində  pozulurdu  və  beləliklə, 

kəndlilərə də zərbə vurulurdu, kəndlilərin vəziyyəti pisləşirdi. 

Ö

lkənin bir çox yerlərində aclıq ənənəvi hal almışdı, tez-tez 



taun  və  vəba  epidemiyaları  baş  verirdi  (misal  üçün  1830, 

1831 və 1835-ci illərdə Azərbaycanda vəba xəstəliyi baş ver-

mişdi). Bir çox kəndlilər öz kəndlərini tərk edərək şəhərlərə 

qaçır  və  şəhər  yoxsullarına  qoşulurdular.  Ölkədəki  narazı-

lıqlar  təkcə  kəndlilər,  şəhər  yoxsulları  və  müflisləşən  sənət-



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə