Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə86/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   82   83   84   85   86   87   88   89   ...   142

257 

Ölkənin ictimai-siyasi həyatında müsəlman, şiə ruhanilə-

ri çox mühüm rol oynayırdı. Mövcud ictimai quruluşun hüqu-

qi əsası olan quran və şəriəti yalnız ruhanilər şərh edə bilərdi. 

Quranı tərcümə etmək, mahiyyətini soruşmaq qanunla qada-

ğan  idi.  Vəqf  torpaqları  və  digər  malikanələr  iri  ruhanilərin 

ixtiyarında  olduğundan  onlar  iqtisadi  sahədə  də  mühüm 

mövqe tutur

du. Bundan başqa xalq maarifi (bütün məktəblər 

onların  nəzarəti  altında  idi),  mülki  məhkəmə  işləri  (şəriət 

məhkəmələri)  və  dini  hakimiyyət  də  onların  təsiri  altında 

olmaqla 


bilavasitə onlara məxsus idi. 

Ruhanilərin aşağı təbəqəsinin vəziyyəti böyük ruhanilə-

rin 

vəziyyətindən xeyli fərqlənirdi. Xırda ruhanilər vəqf tor-



paq

larının gəlirlərindən istifadə etmirdi, onlar məhkəmə işlə-

rin

dən də bir o qədər gəlir əldə edə bilmirdilər. Xırda ruha-



nilərin bir çox nümayəndələri özlərini dolandırmaq üçün hər 

hansı bir sənətlə, ticarətlə və hətta əkinçiliklə məşğul olmağa 

məcbur idilər. 

XVIII əsrin axırı və XIX əsrin əvvəllərində İranın iqtisadi 

və ictimai-siyasi vəziyyətinin ümumi cəhətləri təxminən belə idi. 

 

XIX əsrin əvvəllərində Avropa dövlətlərinin  



İranın istilası uğrunda rəqabəti 

 

İngiltərədə sənaye çevrilişindən və Fransada XVIII əsrin 

axırlarında burjua inqilabından sonra həmin dövlətlərin müs-

təmləkə işğalları, habelə Avropa və Asiyada iqtisadi və siyasi 

üstünlük  uğrunda  mübarizəsi  daha da qüvvətlənərək  yeni 

mərhələyə daxil oldu. İngiltərə və Fransa XIX əsrin əvvəllə-

rində İranın işlərinə fəal surətdə müdaxilə etməyə başlayaraq 

İran ərazisini Yaxın Şərqdə öz təcavüzkarlıq məqsədləri üçün 

əməliyyat  meydanına  çevirməyə  çalışırdılar.  Hələ  1796-cı 

ildə iki nəfər fransız nümayəndəsi (Olivye və Brüqyer) Teh-

ra

na  gələrək  şahı  Rusiyaya  qarşı  müharibəyə  təhrik  etmək 



istəmişdilər. Napoleon İngiltərəyə qarşı mübarizədə də İran-

dan 


istifadə  etməyə  çalışırdı.  Hindistana  gedən  dəniz  yolla-


258 

rında möhkəm mövqe tutmaq məqsədilə Napoleonun 1798-ci 

ildə  Misirə  yürüşü  müvəffəqiyyətsizliyə  uğradıqdan  sonra 

Hindistana qurudan yü

rüş  təşkil  etmək  planı  irəli  sürüldü. 

1800-


cü  ildə  Napoleon Rusiya imperatoru Paveli  Fransa  və 

Rusiya 


qoşunlarının İran vasitəsilə Hindistana birgə yürüşünü 

təşkil  etmək  haqqında  müqavilə  bağlamağa  razı  sala  bildi. 

Lakin 

bilavasitə  ingilislərin  də  əli  olan  sui-qəsd  nəticəsində 



1801-

ci il martın 11-də Pavel öldürüldü və Hindistanın işğa-

lına yönəlmiş Fransa-Rusiya planı baş tutmadı. 

İranı özünə tabe etmək və Fransanın İran vasitəsilə Hin-

distana hücum etmək planına mane olmaq məqsədilə ingilis-

lər  1800-cü  ildə  öz  nümayəndəsi  kapitan  Malkolmu  İrana 

göndərdi. Malkolm bəxşişlər və rüşvət vasitəsilə 1800-cü ilin 

axırlarında şahla siyasi və ticarət müqaviləsi bağlamağa mü-

vəffəq oldu. Həmin müqaviləyə görə şah əfqan hakimi Hin-

distana hücum etdikdə öz qoşunlarını Əfqanıstana qarşı gön-

dərməyi və fransızları İrana buraxmamağı öhdəsinə götürdü. 

İranı öz siyasəti alətinə çevirməyə çalışan İngiltərə müharibə 

baş verdikdə İranı silah və döyüş sursatı ilə təchiz etməyə vəd 

verdi. 


Bundan başqa, müqaviləyə əsasən ingilis və hind tacir-

ləri vergidən azad edilir və İranın bütün limanlarında sərbəst 

məskən  salmaq,  gömrük  vermədən  İrana  ingilis  mahudu  və 

başqa  mallar  gətirmək  ixtiyarı  aldılar.  İranın  İngiltərədən 

asılılığının başlanğıcını qoyan həmin müqavilə eyni zamanda 

Rusiyaya qarşı çevrilmişdi. 

 

XVIII əsrin axırlarında İran feodalları və şah Zaqafqazi-



yanı  zəbt  edib  əsarət  altına  almaq  yolunda  Rusiyanı  başlıca 

maneə hesab edir və buna görə də Rusiyaya qarşı mübarizədə 

müttəfiq  axtarırdılar.  İran  şahları  və  xanlarının,  həmçinin 

Tür


kiyə  sultanları  və  paşalarının  dəhşətli  dağıdıcı  basqınla-

rından  xilas  olmağa  çalışan  Zaqafqaziya  xalqları  Rusiyadan 

kömək almağa və onun himayədarlığını qəbul etməyə çalışır-

dılar.  Gürcü  çarının  kömək  üçün  müraciətinə  cavab  olaraq 

1801-

ci ildə Şərqi Gürcüstan Rusiya imperiyasının tərkibinə 



daxil edildi. Çar hökuməti Rusiya imperiyasının başqa ucqar-


259 

ları  kimi  Gürcüstana da öz  müstəmləkəsi  nəzərilə  baxsa  da 

hər  halda  Gürcüstanın  Rusiyaya  birləşdirilməsi  onu  geridə 

qal


mış şah İranı və sultan Türkiyəsi tərəfindən tamamilə işğal 

olunmaqdan x

ilas etdi. İran və Türkiyə basqınçılarının dağı-

dıcı  hücumlarından  qurtulan  Gürcüstan  öz  məhsuldar  qüv-

vələrini və mədəniyyətini daha da inkişaf etdirmək imkanı əl-

də  etdi. Türkiyə  və  İrana  nisbətən  qabaqcıl,  hərbi  cəhətdən 

güclü 

Rusiya  ilə  iqtisadi  və  mədəni  əlaqələr  qurmağa  şərait 



yarandı. 

Zaqafqaziya 

xanlıqları  Azərbaycan  istisna  olmaqla  İran 

iqtisadiyyatı və mədəniyyəti ilə üzvi surətdə bağlı deyildi, dil 

və din cəhətdən ona yabançı idilər, bu yerlərin əhalisi onları 

amansızcasına  qarət  və  zülm  edən  İran  xanları  və  şahlarına 

nifrət bəsləyirdi. Gürcüstan Rusiya ilə birləşdikdən sonra Za-

qaf


qaziya  xanlıqları  içərisində  də  Rusiyanın  himayəsi  altına 

keçmək  meylləri  gücləndi.  Zaqafqaziyada  öz  torpaqlarını 

genişlətməyə çalışan çar hökumət orqanları isə belə əlverişli   

məqamlardan səmərli istifadə edirdilər. 

 

Nəhayət, Rusiyanın Cənubi Qafqaza olan maraq dairəsi 



və  tez-tez  hücuma  məruz  qalan  xalqların  Rusiyaya  xilaskar 

kimi baxmaları və bütün bunlar birinci rus-İran müharibəsilə 

nəticələndi. Müharibə rus qoşunlarının 1804-cü ildə Gəncəni 

tutması  ilə  başlandı.  Sonra  Eçmiadzin  yanındakı  vuruşmada 

rus  qoşunları  vəliəhd  şahzadə  Abbas  Mirzənin  (1789-1833) 

ko

mandanlığı altında olan sayca üstün İran qoşununu məğlu-



biyyətə uğradı. 1805-ci ildə Şəki, Şirvan və Qarabağ xanlıq-

ları  Rusiya  tərəfinə  keçdi  və  rus  qoşunları  bu  yerləri  işğal 

edərək Rusiyanın təsir dairəsinə keçirdi. 

 

Rusiyaya qarşı müharibə aparmaqla yanaşı, şah əslində 



İngiltərənin köməyinə ümid bəsləyirdi. Lakin həmişə olduğu 

kimi  1805-

ci  ildə  İngiltərə  mövqeyini  dəyişərək  Napoleona 

qarşı  dövlətlərin  ittifaqında  Rusiyanın  müttəfiqi  oldu  və 

bununla əlaqədar olaraq 1801-ci il müqaviləsi əsasında İrana 

açıq kömək imtina etdi. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə