254
feodal xanların torpaqları və ya şah tərəfindən onlara tiyul və
so
yurqal şəklində bəxş edilən torpaqlar; vəqf torpaqları –
məscidlərin, əslində isə iri ruhanilərin ixtiyarında olan tor-
paq
lar; qəbilə torpaqları – bunlar əslində feodal xanlara çev-
rilmiş qəbilə başçılarının ixtiyarında idi. Bunlardan başqa öz
həcmi etibarilə çox olmayan ərbabi və ya mülk adlanan (bu
torpaq sahibliyi döv
lətə xidmət etməklə əlaqədar deyildi) xü-
su
si sahibkar mülkədar torpaqları; otlaqlardan və çəmənlər-
dən ibarət olub ümumi adlanan icma torpaqları həmçinin
xordemalek adlanan xırda torpaq sahibliyi var idi.
Cüzi istisna ilə kəndlilərin öz torpağı yox idi. Onlar feo-
dalların torpaqlarını becərir və ağır feodal istismarı altında
əzab çəkirdilər. Kəndlilərlə feodallar, yəni torpaq sahibkarları
ara
sında məhsul orta əsrlərdən qalma beş istehsal əlamətinə -
torpaq, su, toxum, qoşqu vasitəsi və işçi qüvvəsinə görə bölü-
nürdü. Kəndli bütün məhsulun təxminən
4
∕
5
hissəsini feodala
verməli və bundan əlavə, bir sıra başqa natural vergi ilə yana-
şı, digər mükəlləfiyyətlər də daşımalı, feodallara yağ, yun,
toyuq, yumurta, odun-
ocaq, çırpı verməli, həmçinin mal-qara
və müxtəlif fövqəladə vergilər ödəyirdi. Vergiləri adətən
xanın müvəkkili olan mübaşir toplayırdı. Bu işdə mübaşirə,
xan tərəfindən təyin olunan və kənd icmasına başçılıq edən
kəndxuda kömək edirdi. Vergi toplanılması və hərbi mükəllə-
fiyyətlərin yerinə yetirilməsində icmada ellik zəmanət qayda-
sı var idi. Kənddə xanların qeyri-məhdud özbaşınalığı hökm
sürürdü. Onlar orta əsr qaydası ilə kəndliləri öz istədikləri
kimi mühakim
ə edir və onlara qəddar cəza verirdilər.
Şiddətli feodal çəkişmələri nəticəsində kəndlilər kütləvi
surətdə müflisləşir, həyat şəraiti pisləşir və ölkədə tez-tez
aclıqlar, taun və vəba epidemiyaları baş verirdi.
Rəiyyət adlanan oturaq kəndlilərdən başqa İranda elat
de
yilən çoxlu köçərilər, o cümlədən kürdlər, lurlar, bəxtiyari-
lər, bəluclar, qaşqaylar, şahsevənlər və başqaları var idi ki,
bunlar da əhalinin dörddə bir hissəsindən üçdə bir hissəsinə
qədərini təşkil edirdi. Köçərilər başlıca olaraq maldarlıqla
məşğul olurdular. Köçəri qəbilə başçılarının əksəriyyəti var-
255
lan
araq feodal xanlara çevrilmişdi və onlar sıravi elatları feo-
dal qaydası ilə istismar edirdilər. Bəzi elatlar özləri də mal-
qa
rasının və heyvandarlıq məhsulunun bir hissəsini xanlara
ver
məli, xanların mal-qarasını otarmalı idilər. Belə feodal
münasi
bətləri qəbilə başçılarının öz hakimiyyətini möhkəm-
lətmək üçün istifadə etdiyi yarımpatriarxal forma və qalıq-
larla pərdələnirdi.
İran kəndində natural təsərrüfat hökm sürdüyü bir vaxtda
kəndlilər və köçərilər əkinçilik və maldarlıqla yanaşı ev sex-
ləri, kustar sənaye, toxuculuq, xalça toxumaq, ipəkçilik və
sai
rə ilə də məşğul olurdular.
Şəhərlərdə orta əsrlərə məxsus sex quruluşunun saxlanıl-
mış olan formaları, sənətkarlıq geniş inkişaf etmişdi. Başlıca
olaraq parça istehsalında sadə, primitiv manufakturalar var idi.
Sənətkarlar ev sənayesi və manufakturalarda pambıq,
ipək və yun parça, xalça, dəmirdən, misdən və zinət əşyala-
rından digər məmulatlar hazırlayırdılar. Bunların çox hissəsi
İranda işlədilir, bəzisi isə, misal üçün xalça və parçalar xari-
cə, Rusiyaya və Qərbi Avropaya ixrac edilirdi. İran şəhər-
lərində bu malların daxili ticarəti geniş inkişaf etmişdi. Daxili
müharibələr və ölkənin dağılması nəticəsində XIX əsrin əv-
vəllərində xarici ticarət əhəmiyyətsiz olub, ölkənin iqtisadiy-
yatında ikinci dərəcəli rol oynamağa başladı.
İranın siyasi quruluşu şah başda olmaqla qeyri-məhdud
feodal monarxiyası idi. Çox nadir hallarda şah feodal zadə-
gan
ların və ali ruhanilərin məşvərətçi şurasını çağırırdı. Döv-
lətin idarə işləri sədr-əzəm adlanan baş vəzirin əlində idi.
Bun
dan başqa daha üç nazir – hərbi vəzir, maliyyə vəziri –
mos
toufiəl məmalek və xarici dövlətlərlə əlaqə işlərinə ba-
xan, şah dəftərxanasının vəziri – monşiəl məmalek var idi.
Çoxlu müxtəlif saray vəzifələri, təşrifat məmuru, fərraşbaşı
(polis rəisi), hərəmağası, mehtərbaşı və başqa bu kimi vəzi-
fələr də var idi. Bu adamlar şah sarayını idarə edirdisə də,
lakin döv
lət işlərinin həllində çox zaman şah vəzirləri mühüm
ro
l oynayırdılar. Əhalidən alınan vəsaitin xeyli hissəsi çoxlu
saray qulluqçularına və şah hərəmxanasına sərf olunurdu.
256
Dünyanın bir çox regionlarından şah hərəmxanasına gözəl
xanımlar gətirilirdi ki, bu da çox xərc tələb edirdi. Bir sözlə
büdcə talan edilir, xalqın sosial problemlərinin həlli tamamilə
unudulmuşdu. Bu haqda Fransa səyyahları obrazlı şəkildə
hələ XIX əsrin ortalarında deyirdilər: “Şah saraylarında quru-
lan kef məclislərində ucalan musiqi sədalarından və gözəl-
lərin qəhqəhəsindən məzlim xalqın ah-naləsi eşidilmirdi”.
İran ictimai-siyasi və inzibati quruluşuna görə vilayət-
lərə və əyalətlərə bölünmüşdü. Vilayətləri şah tərəfindən tə-
yin olunan qubernatorlar (hakimlər), əyalətləri, yəni daha bö-
yük vilayətləri isə qubernatorlarla nisbətən daha geniş hüquq
və səlahiyyətə malik olan general-qubernatorlar, şah canişin-
ləri idarə edirdi. Adətən əyalətlərə şahın oğlanları (şahza-
dələr) və ya onun ən yaxın qohumları və yaxın adamları cani-
şin təyin olunurdu. Qacarlar dövründə Azərbaycanın hakimi
vəzifəsinə bir qayda olaraq şahın böyük oğlu, vəliəhdi təyin
olunurdu. XIX əsrin birinci yarısında Azərbaycanın hakimi
Fətəli şahın oğlu Abbas Mirzə idi. Vilayət və əyalət hakimləri
əslində müstəqil feodal knyazlar idi. Onlar pul kəsir, özləri
qoşun saxlayır, gömrük haqqını və vergiləri yığır, mühakimə
edib iş kəsir, hətta istədiyi adama ölüm cəzası verirdilər. Bəzi
feodal xanlar və vilayət hakimləri bir sıra hallarda şaha tabe
olmaqdan boyun qaçırır və hətta şah taxtını ələ keçirmək uğ-
runda mübariz
ə aparırdı. XVIII əsrin axırı və XIX əsrin birin-
ci yarısında İran şahları Xorasanda, Kirmanda və İranın başqa
vilayətlərində itaətdən çıxan belə feodalları tabe etmək üçün
çox tez-
tez daxili müharibələr aparmalı olmuşdular.
Şahın və vilayət hakimlərinin piyada qoşunu, başlıca
olaraq qeyri-
nizami feodal dəstələrindən, süvari qoşun isə
köçəri qəbilə dəstələrindən ibarət idi.
Vergilərin və gömrük haqqının toplanması hər yerdə ilti-
zama verilirdi. Rütbələr, vəzifələr, fəxri adlar şah tərəfindən
satılırdı. Peşkəş və hədiyyə adı ilə geniş yayılmış olan rüşvət-
xorluq rəsmi hal almışdı. Peşkəş toplamaq üçün şahın hətta
xüsusi idarəsi var idi. Bu idarənin işçiləri şahın həmyerliləri
və qohum-əqrəbalarından ibarət yaxın adamları idi.
Dostları ilə paylaş: |