Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə81/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   77   78   79   80   81   82   83   84   ...   142

242 

başqa  bir  kəndin  adamları  ilə  deyil,  hətta  onlarla  kənddən 

ibarət olan bütöv bir rayonun əhalisi başqa bir rayonun əhalisi 

ilə öz yaşayış yerlərini dəyişdirirdi. Yüzlər və minlərlə, bəzən 

isə on minlərlə əhali öz yurdlarından ayrılır və öz əmlakı ilə 

yeni yerə - püşk ilə onlara düşən yerə köçür və növbəti "ve-

şədək" bu yerlərdə yaşamlı olurdular. Bu qayda istər ayrı-ayrı 

ailələrin,  istərsə  də  tayfa-qəbilə  birləşmələrinin  müxtəlif 

keyfiyyətli  torpaqlardan  növbə  ilə  istifadə  edilməsini  təmin 

edirdi. Qəbilə qəbilə ilə, qəbilənin bir bölməsi başqa bir böl-

mə ilə, tayfa tayfa ilə, nəhayət ailə ailə ilə öz yerlərini dəyiş-

dirirdi. 

Əfqanıstanda belə yerdəyişmələrin həyata keçirilməsi 

ola bilsin ki, 

münbit torpaqlardan bərabərhüquqlu istifadə ba-

xımından  ədalətli  idi,  amma  bu  yerdəyişmələr  köçəri  həyat 

tərzinə bənzəyirdi, oturaq həyat mədəniyyətinin formalaşma-

sına mənfi təsir edirdi. 

Əfqan  qəbilələri  öz  təsərrüfat  fəaliyyətinin  xarakteri  ilə 

bir-


birindən  fərqlənirdi.  Yerli  xüsusiyyətlər  həyat  tərzi  və 

adətlərdə də özünü göstərirdi. Qəbilələrin bir hissəsi əkinçi-

liklə, digər hissəsi isə maldarlıq ilə məşğul olub köçəri həyat 

tərzi keçirirdi. Bunların içərisində yarım köçərilər də var idi. 

Onlar  həm  əkinçiliklə  məşğul  olur,  həm  də  mal-qaranı 

otlaqlara  köçürürdülər.  Ticarətlə  əlaqədar  olan  əfqan 

qəbilələrinin  həyatında  pulun  rolunun  artması, hind 

sələmçilərinin fəaliyyəti və i.a. nəticəsində əfqanlar içərisində 

əmlak  bərabərsizliyi  artır,  sinfi  ziddiyyətlər  kəskinləşir, 

qəbilələrin yoxsullaşmış üzvləri torpaqlarını itirir və torpaqlar 

xanların əlinə keçirdi. Lakin nisbətən uzaq dağlıq vilayətlərdə 

yaşayan  əfqan  qəbilələri  içərisində  bu  proses  xeyli  zəif 

şəkildə  idi.  Vaxtaşırı  torpaq  bölgüsü,  torpaq  üzərində 

kollektiv  mülkiyyət  və  digər  patriarxal-tayfa  qalıqlarını 

saxlamış  olan  əfqan  qəbilələri  içərisində  hələ  XIX  əsrdə  də 

feodalizm q

uruluşu  tam  təşəkkül  tapmamışdı.  Həmin 

qəbilələr  üzərində  əfqan  şahlarının  hakimiyyəti  hələlik  zəif 

idi,  bunlardan  bəziləri  isə,  misal  üçün  cəngavər  vəzirlər 

qəbiləsi,  əslində  öz  müstəqilliyini  saxlamışdı  və  heç  kimə 

tabe  olmaq  istəmirdi.  Bununla  yanaşı  məsgənlərin  növbəti 



243 

dəyişdirilmə vaxtınadək mövcud olması mövsümi, müvəqqəti 

xarakter  daşıdığı  üçün  vahid  dilin,  mədəniyyətin 

formalaşmasına  imkan  vermirdi.  Qəbilələr, tayfalar arasında 

mədəni  münasibətlər  zəif  olduğuna  görə  hər  bir  qəbilənin 

primit


iv  həyat  tərzi  dəyişmir  və  onlar  ətraf  aləmdən  təcrid 

olunduqlarına görə olduqları kimi də qalırdılar. 

 

Əhməd şahın istilaları 

 

Əfqan xanlarının mənafeyini təmsil edən Əhməd şah öz 



hakimiy

yətinin ilk günlərindən qonşu ölkələrə işğalçı yürüş-

lərə  başladı  və  işğalçılıq  mövqeyi  tutdu. O, Sindi,  Pəncabı, 

K

əşmiri  və  Cammanı  işğal  etdi.  Tabe  edilən  əhali  üzərinə 



ver

gilər  qoyuldu  ki,  bunlar  da  şah  xəzinəsi  gəlirlərinin  əsas 

his

səsini  təşkil  edirdi.  Əfqan  işğalçıları  Hindistanın  zəngin 



şəhərlərini qarət edir, hind knyazlıqlarından milyonlarla təz-

minat  alır,  bu  təzminat  ödənilmədikdə  isə  bütöv  vilayətləri 

xarabazara çevirirdi

lər. Minlərlə hərbi əsirlər köləyə çevrilir-

di.  Lakin  Şimali  Hindistan  üzərində  əfqan  feodallarının 

hakimiyyəti möhkəmlənə bilmədi və tezliklə onlara qarşı xalq 

üsyanları baş verdi. Pəncabda sənətkarlar və kəndlilər siqxlə-

rin silahlı çıxışlarına yardım göstərdilər. Əhməd şahın bir sıra 

hərbi yürüşlərinə baxmayaraq o, siqxlərin bu silahlı çıxışları-

nı yatıra bilmədi. 

 50-

ci illərin axırlarında Şimali Hindistan əfqanlarla ma-



ratxalar 

arasında mübarizə meydanına çevrildi. Bu mübarizə 

1761-

ci  il  yanvarın  14-də  baş  vermiş  Panipat  vuruşmasında 



Əhməd şahın və onun müttəfiqi olan müsəlman knyazlarının 

qələbəsilə qurtardı. Hindistanın ən güclü knyazlığına ağır zər-

bə  vuruldu  və  bu  zərbə  ingilis  müstəmləkə  qəsbkarlarının 

Hin


distanı özlərinə tabe etməsini asanlaşdırdı. Lakin Panipat 

vuruşması nəticəsində əfqan feodalları yeni torpaqlar tuta bil-

mədi. Əhməd şah çoxlu hərbi qənimət ələ keçirdikdən sonra 

təcili surətdə Əfqanıstana geri qayıtmağa məcbur oldu. Çünki 

feo

dal qəsdləri və qiyamları nəticəsində Əfqanıstanın özündə 



onun  hakimiyyəti  üçün  təhlükə  yaranmışdı.  Amma  Əhməd 


244 

şah  hələ  1750-1751-ci  illərdə  İran  ərazisinə  hərbi  yürüşlər 

edərək Məşhəd və Nişapur şəhərlərini işğal etmiş və bunların 

hakimləri  Əhməd  şahın  vassallığını  qəbul  etmişdilər.Əhməd 

şah Amu-Dəryanın sol sahillərindəki kiçik özbək xanlıqlarını 

da özünə tabe edərək həmin xanlıqlar və yerli hakimlər Əhməd 

şahın vassallığını qəbul etmişdilər. Beləliklə, 20 illik hakimiy-

yəti dövründə Əhməd şah Dürrani istilalar nəticəsində ölkənin 

qüdrətini artırmağa nail oldu. 

 

Daxili ziddiyyətlər, Əfqan dövlətinin zəifləməsi və  



Sədozay sülaləsinin hakimiyyətdən devrilməsi 

 

Hələ  1747-ci  ildə  tayfa  ittifaqına  əsaslanaraq  yaradılan 

bu  dövlətdə  Əfqan  qəbilələri  mərkəzi  hakimiyyətə  möhkəm 

surətdə tabe edilməmişdi və buna görə də Sədozay şahlarının 

mövqe

yi zəif, idarəçilik sistemi isə səbatsız idi. Əsarət altına 



alınmış xalqların üsyanları, dürrani xanlarının və digər əfqan 

qəbilə 


başçılarının 

qiyamları 

Sədozay 

şahlarının 

hakimiyyətini  zəiflədir  və  sarsıdırdı.  Qüdrətli  dürrani 

xanlarının hərbi qüdrətindən və yaxın qonşuluğundan ehtiyat 

edən və 1773-cü ildə hakimiyyətə gələn Teymur şah (1773-

1793) strateji 

əhəmiyyəti nəzərə alaraq paytaxtı Qəndəhardan 

Kabilə  köçürdü.  Çünki  Dürranilər  son  20  il  ərzində  həm 

çoxlu  varlanmış,  həm  də  geniş  sosial  baza  yaratmışdılar. 

Teymur  şah  müxtəlif  tədbirlər  görsə  də,  ehtiyat etdiyi 

xanların  imtiyazlarına  toxunmadı  və  ən  mühüm  dövlət 

vəzifələrində onları saxladı. Teymur şahın yürüşlərinin çoxu 

keç

mişdə  işğal  edilmiş  əyalətlər  üzərində  hakimiyyəti 



saxlamaq 

və  bərpa  etmək  məqəsdi  güdürdü.  Teymur  şah 

Kəşmiri  əfqanların  hakimiyyəti  altında  saxlaya  bilsə  də 

Pəncab  demək  olar  tamamilə  tabelikdən  çıxdı,  Sind  isə 

əslində  müstəqil  oldu.  Teymur  şah  çox  çətinliklə  Xorasanın 

bir 


hissəsini  əlində  saxlaya bildi.  Amu-Dəryanın  sol 

sahilindəki  özbək  torpaqlarında  isə  onun  hakimiyyətinin 

yalnız adı qalmış, bu torpaqlar hakimiyyətin təsir dairəsindən 

demək olar ki, tamamilə çıxmışdı. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə