245
1793-
cü ildə hakimiyyətə gələn Zaman şah özünün bəzi
xüsusiyyətlərinə görə fərqlənirdi. Teymur şahdan fərqli ola-
raq
Zaman şah (1793-1801) itaətdən çıxan bəzi dürrani xanla-
rını özünə tabe etməyə çalışır, xoşuna gəlməyən xanları nəsli
dövlət vəzifələrindən məhrum edir və torpaqlarını əllərindən
alırdı. Lakin o, da şah hakimiyyətini möhkəmlədə bilmədi,
əksinə, dürrani zadəganlarının xeyli hissəsini özündən narazı
sal
dı. O, Hindistana yürüşlər təşkil etdi, lakin müvəffəqiyyət
qaza
na bilmədi. Çünki hər dəfə Əfqanıstanın özündə baş
verən qiyamları yatırmaq üçün Qacarların Herat və Bəlx
üzərinə hücumunu dəf etmək üçün Əfqanistana qayıtmağa
məcbur olurdu.
XIX əsrin əvvəllərində Əfqanıstanda Sədozay sülaləsin-
dən olan son hakimlər arasında taxt-tac uğrunda uzun sürən
mübarizə və çoxlu feodal dəstələri arasında daxili müharibə-
lər başlandı. Dövlətin paytaxtında tez-tez xalq üsyanları baş
verirdi. Gilzaylar dürranilərin imtiyazlı vəziyyətinə qarşı si-
lahl
ı çıxış edirdilər. Xalq Mahmud şahı (1801-1803) Qacarla-
rın əlaltısı hesab edirdi. Beləliklə, onun kiçik qardaşı Şüca
əhalinin narazılığından istifadə edərək hakimiyyətə keçdi
(1803-
1809). Şüca feodal hərc-mərcliyinin qarşısını ala bil-
mədi və barakzayların rəhbəri Fəth xan Mamudu yenidən ha-
ki
miyyət başına keçirə bildi (1809-1818). Şüca Hindistana
qaç
dı və nəticə etibarilə Ost-Hind kompaniyasından maaş
ala
raq təqaüdçüyə çevrildi. İngilislər Şücanı Əfqanıstanın iş-
lərinə müdaxilə etmək naminə saxlayırdılar. Mahmudun pad-
şahlığı illərində hakimiyyət əslində onun vəziri barakzay Fəth
xanın əlində idi. Fəth xana nifrət edən və ondan qorxan şah-
za
də Kamran qüdrətli vəzirə divan tutmaq üçün gizlicə olaraq
şahın razılığını aldı. Əvvəlcə Fəth xanın gözləri çıxarılıb kor
edildi (1815), sonra isə vəhşicəsinə öldürüldü. Fəth xanın qo-
humları qüdrətli barakzay feodalları Mahmuda və Kamrana
qarşı mübarizəyə qalxdılar. Mahmud şahın qoşunları itaətdən
çıxdı. Nəticədə 1818-ci ildə Sədozay sülaləsi devrildi.
Mahmud və onun oğlu Kamran Herata qaçdılar və beləliklə
yalnız Herat on illər boyu Sədozayların hakimiyyəti altında
qalmış iqamətgaha çevrildi.
246
Uzun müddətli daxili ziddiyyətlər və çəkişmələr, haki-
miy
yət uğrunda mübarizə nəticəsində Əfqanıstan bir sıra feo-
dal
xanlıqlarına parçalandı. Bunlardan ən irisi Kabil, Qəndə-
har, Peşavər və Herat xanlıqları idi. Əfqanıstanın siyasi dağı-
nıqlığından istifadə edən siqxlər 1819-1823-cü illərdə Hind
ça
yının sağ sahillərində əfqanların yaşadığı yerləri tutdular.
Rəncit Sinq 1823-cü ilin martında Nauşer yaxınlığındakı qan-
lı vuruşmada yusufzaylara qalib gəlib Peşavəri özünə tabe et-
di. Əfqanların bu mühüm təsərrüfat və mədəni mərkəzi o za-
mandan etibarən Əfqanıstan dövlətinin tərkibindən çıxarıldı.
Britaniya müstəmləkəçilərinin yardımı da siqxlərin hərbi mü-
vəffəqiyyətinə kömək etdi. Britaniya müstəmləkəçiləri gələ-
cəkdə həm siqxləri, həm də əfqanları özünə tabe edib əsarət
al
tına almaq ümidində idi. Xalqları, qonşu dövlətləri bir-birilə
vuruşdurmaqda böyük təcrübəyə malik olan ingilislər gələ-
cəkdə həm Hindistanı, həm də Əfqanıstanı işğal etmək məq-
sədi güdürdü.
Dost
Məhəmmədin hakimiyyətinin başlanması
Əfqanıstanda tayfalar arasında hakimiyyət uğrunda mü-
ba
rizə son həddə çatdı və sərdar Dost Məhəmməd hərbi cə-
hətdən daha da güclənərək Qəznəni, Cəlalabadı və Kabili ələ
keçirə bildi. Paytaxtı da işğal edən Dost Məhəmməd sonralar
özünü əmir adlandırdı və Barakzay sülaləsinin hakimiyyəti-
nin əsasını qoydu. Dost Məhəmməd feodal dağınıqlığının
qar
şısını almaq uğrunda mübarizəyə başladı. Lakin beynəl-
xalq vəziyyət ölkənin birləşdirilməsini çətinləşdirirdi. İngilis-
lər öz əlaltısı olan keçmiş əfqan şahı Şücadan və işğalçılığa
təhrik etdikləri siqxlərdən istifadə edərək Əfqanıstanın daxili
işlərinə qarışır və kobud müdaxilələr edirdilər. Lakin siqxlər-
lə əfqanlar arasında düşmənçilik hələ də davam edirdi. Odur
ki, s
iqxlər Xeybər keçidində qala tikərək buradan Əfqanısta-
na soxulmaq istəyirdilər. Dost Məhəmməd başa düşürdü ki,
Əfqanıstan üçün əsas təhlükə Şücanın və siqxlərin arxasından
iş görən ingilislər tərəfindəndir və profilaktik tədbirlər gör-
mək məqsədilə Dost Məhəmməd Rusiyadan yardım almaq
üçün
Peterburqa elçilər göndərdi. Lakin, 1837-ci ildə Herat
247
üstündə ixtilaf baş verdi. İngilislər Heratı tutub onun zəif Sə-
doza
y hakimlərini öz nəzarətinə tabe etməyə cəhd göstərdilər.
İngiltərə ilə rəqabət aparan çar Rusiyası ingilisləri Orta Asi-
yan
ın yaxınlıqlarına buraxmaq istəmədiyindən, yaxın
münasibətdə olduğu Qacarların işğalçılıq planlarına kömək
edirdi. 1837-ci ilin pa
yızında qacarlar Heratı mühasirəyə
aldılar. Dost Məhəmməd və onun Qəndəharda hökmranlıq
edən qardaşları Qacarlarla dostluq müqaviləsi imzaladılar. Bu
müqavilə Rusiyanın nümayəndəsi poruçik (zabit rütbəsi)
Vitkeviçin vasi
təçiliyi ilə bağlanmışdı. Amma müqaviləyə
Rusiya təminat verməli olduğu halda ingilis diplomatiyasının
təzyiqi altında çar hökuməti bu müqaviləni təsdiq etməkdən
boyun qaçırdı. Çar hökumətinin Əfqanıstana qarşı mövqeyinin
dəyişməsi onunla əlaqədar idi ki, İngiltərə Əfqanıstana strateji
region kimi baxırdı. Eyni zamanda bu regiona ruslardan tez
gəlmişdi. Bununla yanaşı, İngiltərənin müstəmləkəçilik
təcrübəsi Rusiyadan qədim idi.
Birinci ingilis-
əfqan müharibəsi (1838-1842)
Rusiyanın diplomatik cəhətdən geri çəkilməsinə müvəf-
fəq olmuş və 1838-ci ilin sentyabrında İran qoşunlarını Herat
əyalətindən çıxarmağa məcbur edə bilmiş çevik siyasət yeri-
dən, müstəmləkəçilik ənənlərinə yiyələnmiş İngiltərə Əfqa-
nıstanın istilasına başlayaraq Ost-Hind kampaniyasının 22
minlik ordusunu b
uraya göndərdi. İşğalçılar öz əllərində
oyuncaq olan
Şücanın hakimiyyətini bərpa etmək bəhanəsilə
çıxış edirdilər. Feodallar arasındakı daxili mübarizədən istifa-
də edən və satqın feodalları ələ almaq üçün pullarını
əsirgəməyən ingilislər 1839-cu ilin aprelində Qəndəharı işğal
etdi, iyulda isə Qəznəni aldılar və bundan sonra Kabil üzərinə
hərəkət etdilər. İngilislər tərəfindən rüşvətlə ələ alınmış
əyanlar və sərkərdələr Dost Məhəmmədə xain çıxdılar. Dost
Məhəmməd öz ailəsi ilə birlikdə Bəlxə, sonra da Buxaraya
q
açdı. Otuzillik fasilədən sonra Şüca əcnəbi qoşunlarının
müdafiəsi altında Kabilə daxil oldu və beləliklə ingilislərə
verilmiş qızıl bəxşişlərin və ingilis süngülərinin gücü ilə
Dostları ilə paylaş: |