Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə80/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   76   77   78   79   80   81   82   83   ...   142

239 

adını dəyişirdi və bundan sonra bütün abdalilərə şərəfli qəbilə 

adı olan "dürrani" ("dürr" – mirvari sözündəndir) deyilməyə 

başlandı.  Ən  güclü  dürrani  qəbilələrinin  başçılarına  sarayda 

ən mühüm vəzifələr verildi və bu vəzifələr onların nəsli və-

zifələrinə çevrildi. 

 

Əfqan dövlətinə Səfəvilərdən və Moğollardan feodal in-



zibati  aparatı  və  şəriətə  əsaslanan  məhkəmə  sistemi  irs  qal-

mışdı.  İslamın  sünni  təriqəti  əfqan  dövlətində  hakim  dini 

mövqe tuturdu. 

Amma  təəsüflər  olsun  ki,  islamın  parçalan-

masına xidmət edən sünni-şiə təriqəti yenicə yaranmış Əfqan 

dövlətinin də idarəçiliyinə şamil edilmişdi.  Əfqan qəbilələ-

rinin və ölkənin tacik əhalisinin çoxu bu dini təriqətə etiqad 

edi


rdi. Əfqan dövlətinin yaranması əfqanlar içərisində feodal 

münasibətlərinin  inkişafının  qanunauyğun  nəticəsi  idi.  Bu 

inkişaf prosesində zəhmətkeşlərlə yanaşı tədricən feodallaşan 

qəbilə zadəganları arasında kəskinləşən sinfi ziddiyyətlər də 

formalaşmaqda davam edirdi. Feodallaşan qəbilə zadəganları 

dövləti,  onun  zorakılıq  və  cəbr  orqanlarını  ələ  alıb,  başqa 

qəbilələr  və  tabe  edilmiş  xalqlar  üzərində  hökmranlıq  aləti 

kimi bundan istifadə etməyə çalışırdı. Öz sinfi xarakteri eti-

barilə Əfqan dövləti feodal dövlət idi. Bununla bərabər əfqan-

la

rın tayfa-qəbilə ittifaqı və patriarxal-tayfa qalıqlarını saxla-



mış olan ictimai inkişaf xüsusiyyətləri bu dövlət quruluşunun 

bəzi mühüm cəhətlərinə mənfi təsir göstərirdi. Əfqan qəbilə-

lərinin və xanların hərbi dəstələri bu dövlətin hərbi qüvvələri-

nin 


yalnız bir hissəsini təmsil edirdi. Amma qəbilə hərbi dəs-

tələri  öz  rəhbərlərinin  komandası  altında  xidmət  göstərirdi. 

Əfqan qəbilələrinin yaşadığı əyalətlər inzibati cəhətdən xüsusi 

vəziyyətdə idi. Bunlar xeyli dərəcədə öz daxili müstəqilliyini 

saxlayaraq, öz adətləri əsasında idarə olunurdu. Əfqan qəbilə-

lərinin çoxu vergidən azad edilmişdi. Bunun əvəzində onlar 

şaha qoşun verməli, hərbi mükəlləfiyyətləri yerinə yetirməli 

idilər. Bu amil, yəni hərbiçilik ənənələri müasir əfqan xalqı-

nın  döyüşgənliyinin  formalaşmasına  müsbət  təsir  etmiş  və 

hərbiçilik ənənələrinin yaranmasına kömək etmişdi. 




240 

XVIII əsin ikinci yarısı və XIX əsrin əvvəllərində  

əfqan qəbilələrinin vəziyyəti 

 

XVII  əsrin  sonu,  XVII  əsrin  birinci  yarsında  Əfqanıs-



tanda hələ də siyasi pərakəndəlik mövcud idi. Amma Əfqan 

qəbilələrinin  yaşadığı  ən  mühüm  əyalətlər  Əhməd  şah  döv-

lətinin  tərkibinə  daxil  olmuşdu.  Əfqan  sülaləsinin  başçılığı 

altında bu qəbilələrin vahid dövlətdə birləşdirilməsinin əfqan 

xalqının  milli  birliyinin möhkəmlənməsində  və  milli  şüurun 

inkişafında böyük əhəmiyyəti var idi. Ümumiyyətlə Dürrani-

lər  dövlətinin  təşəkkülü  ərəfəsində  əfqanlarda  bir  neçə  yüz 

qəbilə  var  idi.  Bunlar  içərisində  ən  iri  qəbilələr  dürranilər, 

gilzaylar və yusifzaylar idi. Bunların hər biri öz növbəsində 

bir sıra bölmələrə ayrılırdı. Həmin bölmələr isə əslində qon-

şuluqda  yaşayan,  bir-birilə  mənşə,  dialekt,  tarixi  həyat  və 

ənənə bağlılığı olan böyük müstəqil qəbilələr idi, yəni hərbi, 

iqtisadi, siyasi birliyə malik idilər və iri təsərrüfatları var idi. 

 

Dürranilər əsasən Qəndəhar əyalətində və Qəndəhardan 



şimalda Herata qədər olan yerlərdə yaşayırdı. O zaman dürra-

nilərin  (abdalilərin)  tərkibinə  10  qəbilə  daxil  idi.  Bunlardan 

ən böyüyü barakzaylar idi (təxminən 30 min ailə). XIX əsrin 

əvvəllərində dürrani qəbilələrinin ərazisində yaşayan əhalinin 

sayı təxminən 100 min ailə və ya 800 min nəfər idi. Qəznə 

əyalətində  və  buna  bitişik  Süleymani  dağları  rayonlarında 

(həmçinin Qəndəharın bir hissəsində) yaşayan gilzaylar sayca 

dürranilərdən bir qədər az idi. Yusifzaylar Peşavər vadisinin 

bir hi

ssəsində  və  onun  şimalındakı  yerlərdə  yaşayırdı.  XIX 



əsrin  əvvəllərində  yusifzayların  əyalətində  yaşayan  əhalinin 

ümumi  sayı  bir  neçə  yüz  min  nəfərə  çatırdı.  Bunların  xeyli 

hissəsi  başqa  əfqan  qəbilələrinin  torpaqlarında  da  yaşayıb 

əkinçilik, sənətkarlıq və ticarətlə məşğul olan qeyri-əfqan ası-

lı əhalidən ibarət idi ki, bunları da "həmsayə" adlandırırdılar. 

Əkinçi "həmsayələr" əfqanların onlara verdiyi sahələri becə-

rir və bunun müqabilində məhsulun müəyyən hissəsini torpaq 

sahibinə  vegi  formasında  qaytarırdılar.  Bundan  başqa,  onlar 

sahibkarlar  üçün  müxtəlif  iş  görməyə  və  əlavə olaraq  əfqan 



241 

xan


larına  vergi  verməyə,  onların  nəfinə  mükəlləfiyyət  daşı-

ma

ğa borclu idilər. Amma təhkimli deyildilər. 



Belə şəraitdə müxtəlif əfqan qəbilələri içərisində feodal 

münasibətləri qeyri-bərabər inkişaf edirdi. Tayfa-qəbilə zadə-

gan

larının hakimiyyəti heç də hər yerdə eyni dərəcədə güclü 



deyildi və XIX əsrin əvvəllərində qəbilə rəhbəri vəzifəsi hər 

yerdə  tam  nəsli  xarakteri  daşıyırdı.  XVIII  əsrin  ikinci  yarı-

sında dürranilər içərisində artıq iri feodal torpaq sahibliyi ya-

ranmaqda idi və bir çox xanlar həm də, mülkədarlara çevril-

mişdi. Bu, dürranilərə bir sıra imtiyazlar verən və əfqan ol-

ma

yan əhalidən vergi toplanmasını dürrani xanlarının ixtiya-



rına verən sədozay şahlarının siyasətilə əlaqədar idi. Əfqanıs-

tan


da bərabərlik prinsipi əsasında yaradılmış Dürrani dövləti-

nin  daxilində  tədricən  bərabərsizlik  formalaşırdı.  Belə  ki, 

XVIII əsrin axırlarında Qəndəhar əyalətində və bunun qonşu-

lu

ğunda olan rayonlarda torpaqların çox hissəsi dürrani xan-



la

rının əlinə keçmişdi. Bu proses hakim tayfa arasında təbəqə-

ləşməni sürətləndirdikcə, ziddiyyəti də artırırdı. Nəticədə, Dür-

rani  qəbilə  üzvlərinin  bir  hissəsi  yoxsullaşaraq  yoxsul  kənd-

lilərə  çevrilir,  öz  xanlarından  asılı  vəziyyətə  düşür  və  qeyri-

əfqan  rəiyyətlə  birlikdə  vergi  verməyə  və  mükəlləfiyyət 

daşımağa  məcbur  olurdu.  Yusifzay  kimi  qəbilələrin  xanları 

asılı  əhali  olan  "həmsayələr"  üzərində  geniş  hüquqa  və  imti-

yazlara 

malik idilər. Lakin həmin xanlar öz həmqəbilə üzvləri 

üzərində tam hakimiyyət hüququna malik deyildi, onların hə-

yatı və azadlığı üzərində ağalıq edə bilmir və onlardan vergi də 

ala bilmirdilər. Bu xüsusiyyət yuxarıdan istiqamətləndirilirdi. 

Amma, 


Yusifzay qəbiləsinin sıravi üzvləri kimi, bir çox 

xanlar da qəbilədən pay torpağı alırdılar, həm də yusifzayla-

rın torpaq sahələri və yaşayış mənzilləri püşk atmaq yolu ilə 

vaxtaşırı dəyişdirilməli idi. Hind çayının sağ sahillərində ya-

şayan  və  suvarılmayan  torpaqlarda  əkinçiliklə  məşğul  olan 

bir sıra başqa əfqan qəbilələri içərisində də torpaqların vaxt-

aşırı  yenidən  bölüşdürülməsi  qaydası  var  idi.  Bu  qaydaya 

"veş" deyirdilər. "Veş" keçirildikdə təkcə bir kəndin adamları 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə