Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə76/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   72   73   74   75   76   77   78   79   ...   142

227 

sərəncamın  yerinə  yetirilməsini  yalnız  müvəqqəti  olaraq 

dayand

ıra bilərdi. Lakin bunları tamamilə ləğv edə bilməzdi. 



İri  feodal  dövləti  ölkə  əhalisinin  əsas  hissəsini  təşkil  edən 

kəndliləri  istismar  etmək  aləti  idi.  Ən  başlıcası  kəndlilərin 

torpağa  təhkim  edilməsi  prosesi  güclənirdi.  Bu,  sinfi 

mübarizənin  kəskinləşməsinə  və  tez-tez  kəndli  üsyanlarının  

baş verməsinə səbəb olurdu. Ava hakimləri qonşu dövlətlərlə, 

o cümlədən Çin, Siam və başqaları ilə müharibələr aparırdı. 

Fasilələrlə  1765-ci  ildən  1769-cu  ilədək  Çinə  qarşı  mühari-

bədə birmalılar Çinin, Bamodan şimal-şərqdə olan sərhəd ra-

yonunu tut

muşdular.  Birmalılar  hind  knyazlıqları  Manipuru, 

Assamı və başqa yerləri də işğal edə bilmişdilər. Lakin daima 

istilaçılıq amalı ilə yaşayan imperiyaların, qəsbkarlığa meylli 

olan dövlətlərin, qaniçən hökmdarların aqibəti eyni faciə ilə 

bitir. 


Bu tarixi prosesdir. Birmanı da belə aqibət gözləyirdi. 

 

Birinci ingilis - 



Birma müharibəsi (1824-1826) 

 

İmperiya ənənlərini unutmayan və daima belə ideallarla 

düşünən  ingilis  müstəmləkəçiləri  Birmadan qovulduqdan 

son


ra da onu əsarət altına almaq ümidlərindən əl çəkməmiş-

dilər və buna hazırlaşırdılar.  



 

XVIII əsrin axırı və XIX əsrin əvvəllərində Birmada in-

gilislərin təcavüzkarlığı daha da gücləndi. İngilis hökumət or-

qanları Birmaya qonşu olan hind feodal knyazlıqları ilə Bir-

ma əleyhinə "müdafiə və hücum sazişləri" bağlayaraq, onları 

silahla təchiz edir, Birmaya qarşı basqın etməyə qaldırırdılar. 

İngilislər eyni zamanda Birmaya əsarətli sazişlər qəbul etdir-

mək yolu ilə burada öz mövqelərini möhkəmlətmək istəyirdi-

lər.  Lakin  Birma  hökumətinin  göstərdiyi  müqavimət  nəticə-

sin


də, Birmaya göndərilən bütün diplomatik nümayəndəliklə-

rin səyləri uğursuzluqla nəticələndi və ingilis təxribatları baş 

tutmadı. 

 

XIX əsrin  20-ci illərinin əvvəllərində İngiltərənin daimi 



müttəfiqi ABŞ Birmaya soxulmağa səy edirdi. Amerika höku-

məti  dini  baptist  cəmiyyətinin  missionerləri  vasitəsilə  Birma 




228 

k

ralından  müxtəlif  güzəştlər,  o  cümlədən  öz  tacirləri  üçün 



müxtəlif  imtiyazları  almaq,  Birmada  amerikalıların  yaşaması 

üçün orada torpaq satın almaq hüququ və bu kimi güzəştlər əl-

də  etməyə  çalışırdı.  Bir  sıra  cəhdlərə  baxmayaraq  Birma  hö-

kumətinə qeyri-bərabər saziş qəbul etdirmək mümkün olmadı. 

Milli qüvvələr haqlı olaraq xariciləri ölkəyə buraxmadılar. 

 

Nəhayət ki, ABŞ-ın təcavüz cəhdləri ingilis burjuaziya-



sının Birmaya qarşı işğalçılıq müharibəsinə başlamaq niyyəti-

nə təkan verdi. Bu zaman İngiltərə üçün əlverişli vəziyyət ya-

ranmışdı. İngilislərin bütün qüvvələrinin Hindistanı əsarət al-

tına almağa yönəltməsi nəticəsində, XIX əsrin 20-ci illərinə 

ya

xın Hindistan əsasən istila edilmişdi. Hindistanda olan in-



gi

lis  hökumət  orqanları  növbəti  sərhəd  münaqişəsi  salaraq 

1824-

cü ilin martında Birmaya müharibə elan etdilər. Həm də 



ingilislər Birmaya qarşı bu xaincəsinə hücumu özlərinin müs-

təmləkəsi olan Hindistan torpaqlarını guya Birmanın təcavü-

zün

dən müdafiə etmək kimi qələmə verirdilər. 



Ost-

Hind kompaniyası tərəfindən aparılan birinci ingilis-

Birma  müharibəsi  Hindistanın  maddi  və  insan  ehtiyat  qüv-

vələri  hesabına  aparılırdı.  Ost-Hind  kompaniyası  ordusunun 

böyük bir hissəsini muzdlu hind əsgərləri olan sipahilər təşkil 

edirdi 


ki, onların sayı 200 mindən çox idi. 

İngilis-hind ordusunun hissələri birmalıların şiddətli mü-

qavimətini qıraraq tədricən ölkənin cənubundakı sahil rayon-

la

rını işğal etdilər. 1825-ci ilin əvvəllərində isə Birmanın şi-



mal-

şərq rayonları işğal edildi. Bu rayonlar İngiltərənin Hin-

dis

tandakı müstəmləkə torpaqları ilə həmsərhəd olduğuna gö-



rə ingilislər işğal prosesində o qədər də çətinlik çəkmədilər. 

 

ABŞ və İngiltərənin hərbi koalisiya qüvvələri tərəfindən 



Birmanın işğalı ərəfəsində dövlətin ordu quruculuğu olduqca 

ləng aparılırdı. Bu onunla əlaqədar idi ki, Avropa dövlətləri, 

o cüm

lədən qonşu dövlətlər Birmanın hərbi-iqtisadi cəhətdən 



güclənməsini istəmirdilər və buna ciddi maneələr törədilirdi. 

Birma qo


şunlarının yalnız yarısı odlu silahla, qalanı isə nizə 

və  qılıncla  silahlanmışdı.  Buna  baxmayaraq  Birma  əsgərləri 

öz  vətənini  qəhrəmanlıqla  müdafiə  edərək  düşmənə  qarşı 

inamla vuruşurdular. 




229 

Beləliklə, Birma ərazisinə soxulan ingilis işğalçıları yal-

nız Birma ordusunun deyil, həmçinin öz istiqlaliyyətini mü-

da

fiə  etməyə  qalxmış  olan  bütün  xalqın  müqavimətinə  rast 



gəldilər. Bu müharibə ingilislərlə Birma xalqının müharibəsi 

xarakterini 

aldı. 

 

Düşmən  yaxınlaşdıqca  əhali  öz yaşayış  yerlərini  tərk 



edərək  digər  rayonlara  qaçır  və  ya cəngəlliklərdə  gizlənirdi. 

Qaçan  əhali  əvvəlcədən  bütün  ərzağı,  nəqliyyat  vasitələrini 

və  işğalçıların  azacıq  da  olsa  istifadə  edə  biləcəyi  hər  şeyi 

məhv edirdi. Onlar ingilislərin yükdaşıyan arabalarına hücum 

edir, düşmən qoşunlarının ayrı-ayrı hissələri arasında rabitəni 

kəsirdilər. Bu müharibəyə bütün xalq qoşulmuşdu. Hamı əs-

gər, hamı döyüşçü, hamı partizan, hamı fədakar vətənpərvər 

idi. 


Beləliklə,  bu  xalq  müharibəsi  ingilis  müstəmləkəçiləri-

nin t


ez və tam qələbə əldə etmək ümidlərini puça çıxardı. Ər-

zağın çatışmaması və əlverişli iqlim şəraitinin olmaması Bri-

taniya qoşunlarında yoluxucu xəstəliklərin geniş yayılmasına 

və bunun nəticəsində kütləvi tələfatlara səbəb oldu. Bütün bu 

xüsusiyyətlərə baxmayaraq ingilis işğalçıları çox böyük qur-

banlar 


bahasına müvəffəqiyyət qazanmalı olurdular. 

Ost-Hind kom

paniyasının  qüvvələrinin  Birmaya  qarşı 

müh


aribəni yarımçıq  dayandırmasının  ən  başlıca  səbəb  xalq 

müqavimət hərəkatı idi. Bundan başqa, birmalılara qarşı əda-

lətsiz müharibəyə yabançı olan hind hərbi hissələri içərisində 

ingilis komandanlığına tabe olmamaq halları da artıq baş ve-

rir

di. Məhz bu hal müharibənin müvəffəqiyyətlə qurtara bilə-



cəyinə ingilis komandanlığında böyük şübhə oyadır və onları 

narahat edirdi. 

Odur  ki,  qismən  hərbi  uğurlarla  kifayətlənən  ingilislər 

belə şəraitdə müharibənin davamını əhəmiyyətsiz bilib 1826-

cı  ilin  fevralında  paytaxt  Avanın  yaxınlığında  olan  İandabo 

qəsəbəsində sülh müqaviləsi imzaladı. İandabo müqaviləsinə 

görə ölkənin şimalında Assam, Kaçar, Manipur əyalətləri, ha-

belə ən mühüm dəniz sahili əyalətləri olan Arakan və Tenas-

se

rim Birmadan alındı. Birma 1 milyon funt sterlinq məblə-



ğində  təzminat  verməli oldu.  Bu  müqavilə,  Birma  dövlətinə 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə