Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə78/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   74   75   76   77   78   79   80   81   ...   142

233 

İngilis  işğalçılarına  qarşı  müharibədə  bir  çox  partizan 

dəstələrinin rəhbərləri bacarıqlı sərkərdə kimi formalaşmışdı

1



Partizan dəstəsi rəhbərləri içərisində Mia-Tun xüsusilə məş-

hur idi. İngilislər ona ən təhlükəli partizan rəhbəri, Birmanın 

Əbdülqədiri  deyirdilər.  Onun  başı  üçün  1000  rupilik böyük 

mükafat vəd verilmişdi və sonralar bu mükafat iki qat artırıl-

mışdı. Maunq Qaunq-Qi və bir sıra başqa vətənpərvərlər də 

partizan mühari

bəsinin  məşhur  qəhrəmanları  idi.  Partizan 

müharibəsi  Basseyn  mahalında  xüsusilə  geniş  yayılmışdı, 

burada partizan mü

haribəsilə yanaşı yerli əhali 1854-cü ildə 

ümumi üsyan qal

dırdı.  Demək  olar  ki,  bütün  mahal 

üsyançıların  əlinə  keçmişdi  və  partizan  dəstələri  strateji 

məkanları  tutmuşdular.  Amma  hökumət  daha  çevik  hərəkət 

edərək buraya çoxlu nizami qoşun gətirildikdən sonra, üsyan 

yatırıldı.  Lakin  Basseyndə  partizanlar  əməliyyatı  davam 

etməkdə  idi.  İşğal  edilmiş  digər  rayonlarda  da,  o  cümlədən 

Ranqunda,  Martabanda  və  başqa  yerlərdə  iğtişaşlar  davam 

edir, xalq kütləsi məğlubiyyətlə barışmırdı. 

Bu  səbəbdən  Pequda xalq müqaviməti  9  ilədək  davam 

etdi. Birləşmiş xalq müqavimət hərəkatı məğlubiyyətlə nəti-

cələnəndən sonra da qalın meşələrdə gizlənmiş davam Birma 

partizanlarının ayrı-ayrı çıxışları yenə də davam etməkdə idi.  

İngilis  işğalçılarına  qarşı  müharibələrdə  birmalıların 

məğlubiyyətini təhlil edərkən bunun başlıca səbəbini Birma-

nın  ictimai-iqtisadi  geriliyində  və  bundan  irəli  gələn  hərbi 

zəifliyində görmək olar. 

Pequ partizanlarının fədakar mübarizəsi XIX əsrin orta-

larında  Şərq  ölkələrində  feodal  istismarının  güclənməsi  və 

İngiltərə-Amerika-Fransa işğalçılarının bu ölkələrə soxulması 

nəticəsində baş verən xalq çıxışları milli-azadlıq hərəkatı tari-

xin


də  mübarizə  silsiləsinin  bir  hissəsi  idi. Odur ki, 1852-

1860-c


ı  illərdəki  partizan  müharibəsi  ölkənin  işğal  edilmiş 

hissəsində Britaniya ağalığının möhkəmlənməsinə təhlükə tö-

                                                 

1

Əbdülqədir (1808-1883) Əlcəzair xalqının milli-azadlıq hərəkatının rəh-



bəri olmuşdu. 


234 

rədən xalq müqavimətinin gücünü göstərdi. Bu xalq müqavi-

məti Yuxarı Birmanın müstəmləkə əsarətinə tabe edilməsini 

bir müddət təxirə saldı, onu ləngitdi. 



 

Birma XIX əsrin 60-cı illərində 

 

İkinci  İngiltərə  Birma  müharibəsi  nəticəsində  İngiltərə 



mühüm  strateji 

mövqelər  tutmuşdu. Bunlar  Birmanın  tama-

milə  işğal  edilməsini  asanlaşdırırdı.  İngiltərə    ildə  üç  dəfə 

məhsul verən, iqtisadi cəhətdən zəngin və inkişaf etmiş Pequ 

əyalətini artıq Birmadan qoparmışdı. Yuxarı Birma limanlar-

dan, ümu


miyyətlə dənizdən tamamilə aralı düşmüşdü və Bri-

tani


yanın mühasirə zonasına qatılmışdı. 

 

Pequda  partizan  hərəkatı  məğlubiyyətə  uğradıldıqdan 



sonra İngiltərənin hakim dairələri var qüvvəsi ilə Yuxarı Bir-

maya soxularaq 

onun  iqtisadiyyatını  öz  mənafeyinə  tabe  et-

dir


məyə başlamışdı. Nəhayət, ingilislər 1862 və 1867-ci illər-

də Birma hökumətini qeyri-bərabərhüquqlu müqavilələr bağ-

la

mağa  məcbur  etdilər.  Bu  müqavilələr  ölkəni  əsarət  altına 



almaq üçün ən güclü bir vasitə oldu. 

 Müqa


vilələrə  əsasən  ingilis  tacirləri  ölkənin  hər  hansı 

bir hissəsində maneəsiz ticarət edə bilərdilər, həm də onların 

mal

larından alınan gömrük haqqı azaldılaraq beş faizə endi-



ril

mişdi. Bununla yanaşı inzibati idarəçilik sistemində despo-

tik  idarə  üsulu  tətbiq  etmək  məqsədilə  Birmanın  paytaxtı 

Man


dalaya öz hərbi dəstəsi olan ingilis rezidenti göndərildi. 

Bamo  şəhərində  rezidentin  xüsusi  nümayəndəsi  siyasi agent 

yerləşirdi. O, da öz hərbi dəstəsini saxlamaq hüququna malik 

idi


. Çinin Yunnan əyaləti ilə əsas ticarətin Bamo şəhərindən 

keçdiyini nəzərə alaraq, ingilislər Çinə soxulmaq üçün bu şə-

həri  öz  dayaq  məntəqəsinə  çevirmək  istəyirdilər.  Birma  hö-

kuməti  Yuxarı  Birma  vasitəsilə  ingilis-Çin  ticarətinin  inkişaf 

etdirilməsinə hər cür kömək göstərməyi öhdəsinə götürməli idi. 

İngiltərənin Yuxarı Birmaya soxulması buranın işğalının 

başlanğıcı  oldu.  Lakin  Birma  xalqının  silahlı  müqavimətini 

qırmaq üçün ingilis burjuaziyası çox vaxt və qüvvə sərf etməli 

oldu. 

Milli  tənhalıq  Birma  xalqını  müstəmləkə  əsarətinə 



düşməsi üçün zəmin hazırladı.  


235 

ƏFQANISTAN 

 

Əfqanıstan  ölkəsi  çoxlu  xalqların,  etnik  qrupların  məs-

gun

laşdığı ölkədir. Burada əfqanlar, taciklər, özbəklər, türk-



mənlər, xəzarilər, bəluclar, qırğızlar, qazaxlar, qaraqalpaqlar

azərlər və başqa xalqlar tarixin müxtəlif mərhələlərində məc-

buri  və  yaxud  mövcud  şəraitlə  əlaqədar  miqrasiya  etmiş  və 

aborigen xalqlarla qaynayıb qarışmışlar. Sonrakı mərhələlər-

də tayfalar arasında gah könüllü və yaxud məcburi birləşmə 

prosesi baş vermişdir. Beləliklə, arxeoloji məlumatlara istina-

dən demək olar ki, Mərkəzi Asiyanın Cənub-Qərbində yerlə-

şən Əfqanıstanın şimal hissəsində daş dövründə, cənub hissə-

sində isə tunc dövründə məsgunlaşma prosesi baş vermişdir. 

Dövlətçilik baxımından isə, e.ə. 1-ci minilliyin 1-ci yarısında 

Bəlx dövlətinin yaranması ehtimal olunur. Lakin e.ə. VI əsrin 

30-cu 


illərində Əhəmənilər dövlətinin tərkibinə qatılmış, 330-

329-


cu  ildə  Makedoniyalı  İsgəndər  tərəfindən  işğal  edilmiş, 

s

onra  isə  Selevkilərin  bu  ərazilərdə  hökmranlığı  nəticəsində 



işğal təsir altına düşmüşdü

Bu tarixi proses



lərdən sonra isə Əfqanıstan VI əsrin 60-cı 

illərindən  etibarən  Türk  xaqanlığının  və  Sasanilərin  əsarəti 

altına  düşdü.  Ərəb  işğallarının  başlanması  və  genişlənməsi 

nəticəsində  VII-VIII  əsrlərdə  ərəblər  Əfqanıstanın  xeyli 

hissəsini işğal edib islam dinini zorla yaymağa başladılar və 

Əfqanıstanda ərəb xilafəti əsarəti dövrü başlandı. Əfqanıstanda 

ərəb zülmünə qarşı qənimətçilik, xaricilik və başqa təriqətlər 

müba


rizə aparmalı olmuş və fasilələrlə davam etmiş, islamın 

yayılması zorla reallaşmışdı. 

Əfqanıstan  X  əsrin  60-cı  illəri  və  XII  əsrin  30-cu  illə-

rində Qəznəvilər dövlətinin, sonralar isə Əfqanıstanın böyük 

bir  hissəsi  Qurilər  dövlətinin  (1148-1206)  işğalına  məruz 

qal


mışdır. 1206-cı  ildə  çağrılmış  Onon  qurultayından  sonra 

Monqol istilasına zəmin hazırlandı və XIII əsrdə bir çox öl-

k

ələr  kimi  Əfqanıstan  da  monqollar  tərəfindən  işğal  edildi. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə