248
hakimiyyətə gəldi. Eyni zamanda asanlıqla qələbə qazanmağa
adət etmiş Kabildəki Britaniya məmurları və zabitləri işğal
edilmiş ölkədə öz mövqelərinin möhkəm olduğuna əmin
edil
dilər. Bu zaman Əfqanıstanda yadellilərə qarşı geniş
müqavimət hərəkatı başlanmışdı. Lakin şiddətli cəza
tədbirlərinə baxmayaraq, işğalçılar Əfqan xalqının partizan
mübarizəsini yatıra bilmədilər.
Dost Məhəmmədə Buxarada sığınacaq vəd verilmişdisə
də, o, əslində burada əsir vəziyyətində idi. Bir sıra təhlükəli
ma
cəralardan sonra Dost Məhəmməd Buxara əmirliyinin
ərazisindən qaçıb Əfqanıstana gələ bildi və burada ingilislərə
qarşı mübarizəyə başladı. İşğalçılar təşvişə düşərək, Hindis-
tanda
kı ingilis hökumət orqanlarından əlavə yardımçı qüvvə
göndərilməsini xahiş etdilər. Məlum olmayan səbəbdən (ingi-
l
islər üçün gözlənilmədən) Dost Məhəmməd 1840-cı ilin no-
yab
rında mübarizəni dayandırıb özünü ingilislərə təslim etdi
və mühafizə altında Hindistana göndərildi. İngilislərin fikrin-
cə, onların Əfqanıstan üzərindəki ağalığı üçün təhlükə aradan
qaldırıldı. Çünki Şücanın hakimiyyətinə düşmən olan rəqib
meydand
an çıxarılmışdı. Lakin sonrakı hadisələr onların nə
qədər səhv etdiyini göstərdi.
1841-
ci ilin yazında və yayında xalq müharibəsi yenidən
alovlandı. İngilislərə qarşı bu mübarizədə əfqanlarla birlikdə
tacik əhalisi də iştirak edirdi. 1841-ci il noyabrın 2-si gecə
Kabildə baş verən xalq üsyanı müstəmləkəçi işğalçılara güclü
zərbə vurdu. Şəhər sakinləri paytaxtı ələ keçirərək ingilis za-
bitlərinə divan tutdu. Əfqan qəbilələrinin dəstələri tezliklə üs-
yançıların köməyinə gəldi. Şerpurdakı (Kabilin yaxınlığında)
ingilis düşərgəsi mühasirəyə alındı. Təslim olmağa məcbur
edilən ingilis işğalçıları toplarının bir hissəsini əfqanlara ve-
rib, adamlarının bir hissəsini zamin qoyaraq tələsik halda geri
çəkilməyə məcbur oldular. Lakin şaxtalı hava şəraitində
əfqan partizanlarının sistemli hücumları nəticəsində məhv
oldular. Bu
məğlubiyyətdən sonra Ost-Hind kompaniyası
qisas almaq və "nüfuzunu bərpa etmək" məqsədilə Kabilə
249
yeni yürüş təşkil etdi. İngilis qoşunları şəhəri alıb vəhşicəsinə
qarət etdilər, öz gözəlliyi ilə məşhur olan qədim, üstüörtülü
bazarı partlatdılar və şəhərin minlərlə sakinini edam etdilər.
Lakin arasıkəsilməyən xalq müharibəsi tez bir zamanda
ingilisləri Əfqanıstan ərazisindən tamamilə çıxıb getməyə və
əsirlikdə olan Dost Məhəmmədi Kabil taxtına qaytarmağa
məcbur etdi.
Əfqan xalqının yadellilərə qarşı mütəşəkkillə apardığı
istiqlal savaşı, ölkənin bütün taqfalarının və xalqlarının bir-
lik
də çıxışı, əfqanların qəhrəman mübarizəsi güclü və qor-
xulu düşmən üzərində qələbə ilə nəticələndi. Belə bir cəhətin
də böyük əhəmiyyəti oldu ki, əfqan kəndlilərinin çox hissəsi
feodallar
tərəfindən hələ tamamilə təhkim edilməmişdi və
onlar şəxsən azad silahlılar idi. Əfqan qəbilələrinin cəsur dö-
yüşçüləri partizan müharibəsi aparmaqda təcrübəli idi. Onlar
ö
z dağlıq ölkəsinin şəraitindən yaxşı istifadə edirdilər. 1838-
1842-
ci illər birinci ingilis-əfqan müharibəsində silaha sarıl-
mış xalqın göstərdiyi igidliklər əfqanların vətənpərvərlik ənə-
nələrindən irəli gəlirdi. Əfqan xalqının müstəmləkəçilik əley-
hinə mübarizəsi haqqında hətta, İngiltərə mətbuatı geniş
yazılar verirdi.
Hakimiyyətə qayıdan Dost Məhəmməd bərpa etdiyi dai-
mi orduya arxalanaraq ölkəni birləşdirmək siyasətini davam
etdirirdi. Müharibədəki müvəffəqiyyətsizliklərinə baxmaya-
raq
Britaniya müstəmləkəçiləri Əfqanıstanı yaxın gələcəkdə
ələ keçirəcəklərini hələ də ümid edirdilər. Buna görə də onlar
siqxlər tərəfindən işğal edilmiş əyalətlərin Əfqanıstanla bir-
ləşməsinə mane olur, lakin Şimalda Dost Məhəmmədin tor-
paq
larını genişləndirməsinə tərəfdar idilər. Bununla yanaşı
in
gilislər Əfqanıstanı itaətə gətirmək üçün Hindistandakı ya-
rımçıq qalmış müstəmləkəçilik siyasətini davam etdirmək si-
ya
sətini ön plana çəkdilər. İngiltərə 1849-cu ildə Pəncabı ta-
ma
milə işğal etdi və Hind çayının sağ sahilində vaxtilə siqx-
lərin işğal etmiş olduğu yerlərin əfqan əhalisi ingilis müstəm-
ləkəçilərinin əsarəti altına düşdü. Dost Məhəmməd həmin
250
əfqan əyalətlərini ingilislərdən geri almaq üçün cəhdlər
göstərsə də, amma buna nail ola bilmədi və özünün bütün
səylərini Qəndəharı və Heratı öz torpaqlarına birləşdirməyə,
həmçinin Hindiquşla Amu-Dərya arasında yerləşən kiçik
özbək və tacik xanlıqlarını özünə tabe etməyə yönəltdi. 1850-
1855-
ci illərdə bu xanlıqların çoxunu özünə tabe etdikdən
sonra
Dost Məhəmməd 1855-ci ildə Qəndəharı öz torpaqları-
na bitişdirdi. 1863-cü ildə isə ingilis-əfqan müharibəsinədək
Kabil əmirinin hakimiyyətinə tabe olmayan Heratı tutdu.
1863-
cü ildə Dost Məhəmmədin vəfatı Əfqanıstanda
stabilliyə təsir etmədi, əksinə hakimiyyətə gələn Əmir Şirəli
(1863-
1879) Amudəryanın sol sahillərinin Əfqanıstana tabe
etdirilməsinə nail oldu. Bununla yanaşı Bədəşxan zəbt olun-
du, hakimiyyət qüvvətləndirilidi, ordunun sayı artırıldı. Həm-
çinin d
övlət quruculuğu prosesində çatışmayan atributlar bər-
pa edild
i, poçt xidməti yaradıldı. Amma Əmir Şirəlinin quru-
cul
uq işlərinə yenə də ingilislər mane oldu. Hətta 1878-1880-
ci illərdə ingilislərlə müharibə əfqan xalqının inadını qıra
bilmədi. 1880-ci ildə hakimiyyətə keçən Əbd ür-Rəhman in-
gi
lis qoşunlarını Əfqanıstandan çıxarmağa nail olsa da, 1893-
cü ildə ingilislər yenidən Əfqanıstana qarşı müharibə hədə-
qorxusu gələrək əfqan tayfalarına məxsus sərhəd torpaqlarını
Hindistandak
ı müstəmləkə torpaqlarına birləşdirdilər. Yalnız
XIX əsrin sonu – XX əsrin əvvəllərində Əfqanıstanda mər-
kəzləşdirilmiş feodal dövləti yaranmağa başlandı. Əfqan xal-
qının uzunmüddətli məşəqqətlərə düçar olmasının bir çox
səbəbləri var idi. Bunlar ölkədə təriqət başçılarının həddindən
artıq varlanmağa meyilli olmaları və tayfaların birləşməsinə
imkan verməmələri idi. Digər bir vacib amillərdən biri də,
İngiltərə ilə Rusiya arasında Əfqanıstanın işğal edilməsi
maraqlarının toqquşması idi. Ən vacib amillərdən biri də
Əfqan xalqlarının birləşə bilməmələri idi. Buna mane olan
amillər isə qan düşmənçiliyi, qohumbazlıq, tayfabazlıq və
proteksionizmin idarəçilik sistemində ənənəyə çevrilməsi idi.
Dostları ilə paylaş: |