272
karlar içərisində deyil, xarici kapitalın İrana soxulmasından
zərəz çəkən xırda ruhanilər və tacirlər arasında da baş
qaldırmaqda idi.
XIX əsrin axırlarında İranda ictimai siyasi vəziyyət
Artıq XIX əsrin ortalarında İranda təkcə kəndlilər, sə-
nətkarlar deyil, əksər təbəqələr hakimiyyətə qarşı nifrət hissi
ilə yaşayır, xalq arasında qəzəb kütləviləşməkdə idi. Orduya
güc
tətbiq etməklə xalq çıxışlarını yatırmaqda məşhur olan
cəza dəstələrinə arxalanan despotik rejim öz hakimiyyətini
əbədi hesab edərək zülmü gündən-günə artırırdı. Xalqın nara-
zılığı şahın və xanların hakimiyyətinə qarşı hələlik kortəbii
çıxışlar şəklini alırdı. Bu çıxışlar XIX əsrin 40-cı illərinin
axırlarında İranın müxtəlif vilayət və şəhərlərində, o cümlə-
dən Zəncanda, İsfəhanda, Təbrizdə, Yəzddə və başqa yerlər-
də getdikcə daha tez-tez baş verirdi. XIX əsrin ortalarında bu
çıxışların başında babi müsəlman şiə təriqəti və onun banisi
Bab dururdu.
Babın əsil adı Əli Məhəmməd idi. O, 1820-ci ildə bəz-
zaz
lıqla məşğul olan seyid ailəsində anadan olmuş və həddi-
büluğa çatandan sonra özü də beş il ticarətlə məşğul olmuşdu.
O, Kərbala və Nəcəfdə ziyarətdə olan vaxt şeyxilər təriqətinə
qoşulmuşdu. Bu təriqətin tərəfdarları müsəlmanlara nicat ve-
rəcək 12-ci imam Mehdinin tezliklə zühur edəcəyi ideyasını
ya
yırdılar. İranda mövcud istibdad rejimindən təngə gəlmiş
xalq şah rejimindən ümidini üzdüyünə görə Babizm cərəyanı-
na inanmaq məcburiyyətində qalmışdı. Ona görə də Babın
ide
yaları sürətlə yayılmağa başladı. Rəvayətə görə təxminən
min il bundan əvvəl qeyb olmuş imam Mehdi guya yer üzün-
də ədalətsizliyi aradan qaldırmaq və yeni, ədalətli qaydalar
yaratmaq üçün zühur etməli, xalqı əzab və əziyyətlərdən xilas
etməli idi.
1844-
cü ildə seyid Əli Məhəmməd özünün Bab – zühuru
gözlənilən imam Mehdinin öz iradəsini xalqa ötürəcəyini və
tezliklə bu hadisənin qapı vasitəsilə reallaşacağını elan etdi.
273
Nəhayət, 1847-ci ildə o, özünü əsil Mehdi peyğəmbər elan
edir və yazdığı "Bəyan" kitabında öz nəzəriyyəsinin əsas
müd
dəalarını şərh edir və çoxlu tərəfdarlar tapmağa nail oldu.
Bab öyrədirdi ki, "Məhəmməd tərəfindən quranda qo-
yul
muş qanunlar və qaydalar artıq köhnəldiyindən, bunlar ye-
ni peyğəmbərin, yəni Babın öz müqəddəs "Bəyan" kitabında
insanlara gətirdiyi yeni qanunlarla əvəz edilməlidir". Bab bü-
tün insanların bərabər olmasını və İranın beş əsas vilayətində
-
Azərbaycanda, Mazandaranda, Ərakda (Mərkəzi İran), Fars-
da və Xorasanda müqəddəs səltənət yaradılmasını irəli sürür-
dü
. O, göstərirdi ki, "Bəyanı" və onun göstərişlərini qəbul et-
məyənlərin hamısı, o cümlədən xaricilər də babilərin müqəd-
dəs ölkəsindən qovulacaq, onların əmlakı isə müsadirə edilib
babilər arasında bölüşdürüləcəkdir. "Bəyanda" şəxsiyyət və
mülkiyyət hüquqlarının müdafiə edilməsi haqqında maddələr
də var idi. Feodal zülmündən azad olmaq haqqında və bütün
in
sanların bərabər və xoşbəxt yaşayacağı bir quruluş haqqın-
da geniş xalq kütlələrinin arzularını əks etdirən bu kimi ümu-
mi müddəalardan başqa, Bab tacirlərin mənafeyinə uyğun
olan bir sıra çox konkret tələblər də irəli sürürdü. O, borcların
hökmən ödənilməsi, sələm faizlərinin qanuniləşdirilməsi, ti-
ca
rət haqqındakı yazışmanın gizli olması, tacirlər üçün müx-
təlif güzəşt və üstünlüklərlə yanaşı digər təkliflər də irəli sü-
rürdü.
Əlbəttə, Babın nəzəriyyəsi zəhmətkeş kütlələrin, kənd-
lilərin və sənətkarların mənafeyini ardıcıl surətdə ifadə etmir-
di. O, özü tacir olduğuna görə əsasən tacirlərin mənafeyini
güdür və imkanlı tacir təbəqlərin imtiyazlarının artırılması
üçün çalışırdı ki, bu da onun bərabərlik ideyasını inkar edirdi.
Bab
mövcud quruluşun və dinin əleyhinə təbliğat apar-
dığına görə 1847-ci ildə həbs edilib əvvəlcə Maku qalasına,
sonra da Çəhrik qalasın salındı.
Babın bəzi şagirdləri, o cümlədən, molla Məhəmmədəli
Bərfruşi, babilərin məşhur təbliğatçısı qadın Qürrətüleyn və
başqaları öz müəllimindən daha da irəli gedərək, onun nəzə-
riyyəsinin demokratik müddəalarını inkişaf etdirdilər. 1848-ci
274
ilin yayında Şahrud şəhəri yaxınlığındakı Bədəşt kəndində
babilərin yığıncağında onlar köhnə qanun və qaydaların, bü-
tün vergilərin, mükəlləfiyyətlərin və xüsusi mülkiyyətin ləğv
olunduğu və qadınların kişilərlə bərabərliyini elan etdilər,
həmçinin, başqa tələblər də irəli sürdülər. Hökumət orqanları
babilərin Bədəşt kəndindəki yığıncağını dağıtdı. Babilər Bə-
dəştdən ölkənin müxtəlif vilayətlərinə dağılaraq öz ideya-
larını daha fəal şəkildə təbliğ etməyə başladılar.
Məhəmməd şahın vəfatı ilə əlaqədar olaraq 1848-ci ildə
şah və hökumət dairələri içərisində baş verən qarışıqlıqdan is-
ti
fadə edən babilər 1848-ci ilin sentyabrında Mazandaranda
üs
yan qaldırdılar. Bir neçə yüz babi Bərfruş şəhərindən cə-
nub-
şərqdə Talar çayı sahilində olan meşə rayonunda şeyx
Təbəri məqbərəsi ətrafına toplaşdılar. Onlar məqbərənin ya-
nında çiy kərpicdən qala tikib, ətraf kəndlərdə kəndlilər ara-
sında geniş təbliğat aparmağa başladılar. Tez bir zamanda ba-
bilərin ətrafına 2 mindən artıq adam toplandı ki, bunların da
əksəriyyəti kəndlilər və sənətkarlar idi. Kəndlilər babilərə
ərzaq gətirir, sənətkarlar isə silah hazırlayırdılar.
Babilərin rəhbərləri, molla Məhəmmədəli Bərfruşi və
molla Hüseyn Boşruye babilərin düşərgəsində xüsusi mülkiy-
yəti ləğv etməyə, əmlak ümumiliyini və insanların bərabər-
liyini həyata keçirməyə çalışırdı. Əldə edilmiş mülkiyyət ba-
bi
lərin ümumi mülkiyyəti elan edilirdi. Əmlak bölgüsü ilə, bu
iş üçün ayrılmış xüsusi babilər məşğul olurdular. Babilər
ümu
mi qazandan yeyirdilər. Onlar üçün fərdi qayğı yox,
ümu
mi qayğı qanunu var idi.
B
u zaman xalqa zülm etmiş mülkədarlar, soyğunçu
əyanlar iri torpaq sahibləri və qorxuya düşmüş məmurlar,
Ma
zandaranın bir çox xanları və ruhaniləri şəhərlərdən öz
mülklərini qoyub dağlara qaçırdılar. Onlar babilərin guya
əhalini soyub, qarət etməsi, qadınları ümumiləşdirməsi haq-
qında və i.a. yalan şaiələr yayırdılar.
Nəhayət, varlı təbəqələr, yerli xanların dəstələri və topla
silahlanmış şah qoşunları üsyançı babilərə qarşı göndərildi.
Lakin səkkiz ay ərzində babilər şah qoşunlarının həmlələrini
Dostları ilə paylaş: |