275
müvəffəqiyyətlə dəf etdilər. Yalnız 1849-cu ilin mayında şah
hökumət orqanları fitnə və riyakarlıqla üsyanı yatırdılar. Ba-
bi
lərin həyatına toxunmayacağı və azad buraxılacağı vəd
olunsa da lakin,
onlar silahı yerə qoyduqda, şah qoşunları on-
ların hamısını xaincəsinə qırdılar. Bu hadisə babilərin qəzə-
bini daha da artırdı.
1850-
ci ilin mayında molla Məhəmmədəli Zəncaninin
rəhbərliyi altında Zəncanda babilərin yeni üsyanı baş verdi.
Babilərin bütün üsyanlarından ən mütəşəkkili və güclüsü
Zəncan üsyanı oldu. Üsyançıların əsas kütləsini sənətkarlar
və Zəncan ətrafındakı kəndlərin kəndliləri təşkil edirdi. Bun-
lardan başqa, üsyanda çoxlu xırda tacir və ruhanilər də iştirak
edirdi. Üsyanda
qadınlar da fəallıq göstərir və kişilərlə yanaşı
barrikadalarda vuru
şurdular. Xırda ruhanilərin nümayəndə-
ləri, sənətkarlar və tacirlər üsyanda rəhbər rol oynayırdı. Ba-
bilərin rəhbərləri elan etdilər ki, onlar ədalətli qaydalara əsas-
lanan yeni
səadət səltənəti yaratmışlar və bu səltənət əbədi yaşa-
yacaq
dır. Zəncan üsyanı da babilərin Mazandaran üsyanı za-
manı irəli sürülən şüarlar altında (əmlak ümumliyi və i.a.) keçdi.
Zəncan üsyançılarına qarşı topla silahlanmış iri hərbi
hissələr göndərilmişdi və bunlar şəhərin babilər tərəfindən tu-
tulmuş şərq hissəsini bombardman etdilər.
İranın başqa şəhərlərində və vilayətlərində də babilərin
sayı və nüfuzu getdikcə artmaqda idi. Yenicə hakimiyyətə
keçmiş Nəsrəddin şahın (1848-1896) baş vəziri Mirzə Tağı
xan etiraf edirdi ki, 1858-
ci ilin ortalarına yaxın İranda babi-
lərin ümumi sayı, təxminən 100 min nəfərə çatmışdı. Onlar
ədalətsizliyə qarşı mübarizəyə qalxdıqlarına görə onların tə-
rəfdarları artırdı. Babilər hərəkatının daha da artmasının qar-
şısını almaq məqsədilə Mirzə Tağı xan şaha məsləhət gördü
ki, Bab edam edilsin. 1850-
ci il iyulun əvvəllərində Bab Təb-
rizə gətirildi və şəhər meydanında güllələndi. Bu qətl hadisəsi
əksinə Bab tərəfdarlarının sayının artmasına səbəb oldu.
B
abın güllələnməsi əslində hakimiyyətin zəifliyi idi və bu
çıxış yolu deyildi.
276
Odur ki,
Babın edam olunması babilər hərəkatını dayan-
dıra bilmədi, Zəncandakı üsyan 1850-ci ilin axırınadək da-
vam etdi. Şiddətli bombardman, aclıq və çoxlu tələfat babi-
lərin müqavimətini qıra bilmirdi. Lakin Mazandaran üsyanı
kimi, Zəncan üsyanı da yalnız hiylə ilə 1850-ci ilin dekab-
rında yatırıldı. Babilər şah hökuməti orqanlarının verdiyi və-
də, onların həyat və azadlığını saxlamaq vədinə inanıb silahı
yerə qoyduqdan sonra əsgərlər xaincəsinə babiləri qırdılar və
hərəkat silah gücü ilə pərakəndə hala salındı.
Amma 1850-ci iyununda
Neyrizdə babilərin üçüncü üs-
yanı baş versə də bu üsyan da tezliklə yatırıldı. Lakin şah qo-
şunlarının babilərə qanlı divan tutmasına cavab olaraq Neyri-
zin və onun ətrafındakı kəndlərin əhalisi ikinci dəfə üsyan
qaldırdı. Onlar öz ailələri ilə birlikdə Neyriz yaxınlığındakı
dağlara çəkilərək təxminən 10000 nəfərə çatan şah qoşunları-
nın həmlələrini uzun müddət dəf etdilər. Babilərin Neyriz hə-
rəkatı bir növ partizan hərəkatını xatırladırdı. Təəssüflər ol-
sun ki, xalq hərəkatına qarşı kürd və dağlı qəbilələrinin silahlı
dəstələri babilərə qarşı göndəriləndən sonra üsyan amansız-
casına yatırıldı. Neyrizdə babilərə Mazandaran və Zəncanda
olduğundan daha şiddətli divan tutdular. Ağır işgəncədən
sonra on
ları arvad və uşaqları ilə birlikdə diri-diri yandırır,
top ağzına bağlayaraq atırdılar və s.
Neyriz
üsyanı yatırıldıqdan sonra babilər hərəkatı öz
kütləvi xarakterini itirməyə başladı. Öz təsərrüfatlarından və
işlərindən uzaqlaşdıqlarına görə irtica nəticəsində kəndli və
sənətkarlar tədriclə hərəkatdan uzaqlaşdılar. Kiçik ruhani və
tacir nümayəndələrindən ibarət olan Babi təbliğatçıları kənd-
lilərin və sənətkarların yardımından məhrum olduqdan sonra
sui-
qəsdçiliyə başladılar. 1852-ci ilin avqustunda onlar Nəs-
rəddin şahın həyatına qəsd düzəltdilər. Lakin qəsd baş tutma-
dı və şah yalnız yüngülcə yaralandı. Sui-qəsdçilər yerindəcə
tutuldu.
Bu hadisədən sonra Tehranda, sonra da bütün ölkədə
babilər kütləvi surətdə həbs, təqib və edam edilməyə baş-
landı.
277
Babilərin üsyanları demokratik, antifeodal üsyan olub
obyektiv surətdə eyni zamanda xarici kapitalın İranı əsarət
altına almasına qarşı çevrilmişdi. Bu üsyanların əsas hərəkət-
ve
rici qüvvəsi kəndlilər, sənətkarlar və xırda tacirlər idi. Üs-
yançıların başında aşağı təbəqəyə malik ruhanilərin və tacir-
lərin nümayəndələri dururdu. Xüsusi mülkiyyətin ləğv edil-
məsi və əmlak ümumiliyi qoyulması tələbləri o zamankı tarixi
şəraitdə utopik tələb idi, lakin bu tələblər torpaqları və başqa
istehsal va
sitələrini bərabər bölüşdürməyi nəzərdə tutan inqi-
labi-demokra
tik arzuları ifadə edirdi. Babilər üsyanlarının
mütərəqqi əhəmiyyəti bir də bunda idi ki, onlar feodalizm qu-
ru
luşunun əsaslarını sarsıdır və beləliklə də burjua münasibət-
lərinin inkişafı üçün yol açırdılar. İranın ictimai-siyasi geriliyi
nəticəsində orta əsrlərin hərəkatlarına xas olan xarakter cəhət-
lərin bir çoxu, misal üçün hərəkatın dini pərdə altında getməsi,
əmlak ümumiliyi şüarı, əbədi səadət səltənəti yaratmaq arzuları
və s. babilər hərəkatında da təcəssüm tapmışdır və bu tələblə-
rin mövcud şəraitdə qeyri-mümkünlüyü bəlkə də dərk
edilmirdi.
Babilər üsyançılarının əsas məğlubiyyət səbəbləri ondan
ibarət idi ki, bunların kortəbii olması, zəif mütəşəkkilliyi,
yerli xarakter daşıması, hərəkatın məqsəd və vəzifələrinin ay-
dın başa düşülməməsi və mübarizəyə düzgün istiqamət verə
bilən rəhbər özəyin olmaması idi. Babilərin məğlub olmasın-
da digər amillər də rol oynamışdı ki, bura qarətçilik, şəxsi
var
lanma, hərəkatı sona çatdırmamış hakimlik iddiasının güc-
lənməsi, daxili xəyanət və digərini əlavə etmək olar.
Əmir Nizamın islahatları
Babilər hərəkatı İranda ictimai ziddiyyətlərin hədsiz kəs-
kinləşdiyini göstərdi. Hakim sinfin nisbətən üzaqgörən nüma-
yəndələri yaranmış vəziyyətdən çıxış yolunu islahatda görür-
dülər. İslahatlar keçirməyi birinci növbədə mülkədarların,
feo
dalların bazarla və ticarət əkinçiliyi ilə əlaqədar olan tor-
paq sahiblərinin mənafeyi tələb edirdi.
Dostları ilə paylaş: |