Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə85/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   81   82   83   84   85   86   87   88   ...   142

254 

feodal xanların torpaqları və ya şah tərəfindən onlara tiyul və 

so

yurqal  şəklində  bəxş  edilən  torpaqlar;  vəqf  torpaqları  – 



məscidlərin,  əslində  isə  iri  ruhanilərin  ixtiyarında  olan  tor-

paq


lar; qəbilə torpaqları – bunlar əslində feodal xanlara çev-

rilmiş qəbilə başçılarının ixtiyarında idi. Bunlardan başqa öz 

həcmi etibarilə çox olmayan ərbabi və ya mülk adlanan (bu 

torpaq sahibliyi döv

lətə xidmət etməklə əlaqədar deyildi) xü-

su

si  sahibkar  mülkədar  torpaqları;  otlaqlardan  və  çəmənlər-



dən  ibarət  olub  ümumi  adlanan  icma  torpaqları  həmçinin 

xordemalek adlanan xırda torpaq sahibliyi var idi. 

Cüzi istisna ilə kəndlilərin öz torpağı yox idi. Onlar feo-

dalların  torpaqlarını  becərir  və  ağır  feodal  istismarı  altında 

əzab çəkirdilər. Kəndlilərlə feodallar, yəni torpaq sahibkarları 

ara


sında məhsul orta əsrlərdən qalma beş istehsal əlamətinə - 

torpaq, su, toxum, qoşqu vasitəsi və işçi qüvvəsinə görə bölü-

nürdü. Kəndli bütün məhsulun təxminən 

4



hissəsini feodala 

verməli və bundan əlavə, bir sıra başqa natural vergi ilə yana-

şı,  digər  mükəlləfiyyətlər  də  daşımalı,  feodallara  yağ,  yun, 

toyuq, yumurta, odun-

ocaq, çırpı verməli, həmçinin mal-qara 

və  müxtəlif  fövqəladə  vergilər  ödəyirdi.  Vergiləri  adətən 

xanın  müvəkkili  olan  mübaşir  toplayırdı.  Bu  işdə  mübaşirə, 

xan  tərəfindən  təyin  olunan  və  kənd  icmasına  başçılıq  edən 

kəndxuda kömək edirdi. Vergi toplanılması və hərbi mükəllə-

fiyyətlərin yerinə yetirilməsində icmada ellik zəmanət qayda-

sı var idi. Kənddə xanların qeyri-məhdud özbaşınalığı hökm 

sürürdü.  Onlar  orta  əsr  qaydası  ilə  kəndliləri  öz  istədikləri 

kimi mühakim

ə edir və onlara qəddar cəza verirdilər. 

Şiddətli feodal çəkişmələri nəticəsində kəndlilər kütləvi 

surətdə  müflisləşir,  həyat  şəraiti  pisləşir  və  ölkədə  tez-tez 

aclıqlar, taun və vəba epidemiyaları baş verirdi. 

Rəiyyət  adlanan  oturaq  kəndlilərdən  başqa  İranda elat 

de

yilən çoxlu köçərilər, o cümlədən kürdlər, lurlar, bəxtiyari-



lər,  bəluclar,  qaşqaylar,  şahsevənlər  və  başqaları  var idi ki, 

bunlar da əhalinin dörddə bir hissəsindən üçdə bir hissəsinə 

qədərini  təşkil  edirdi.  Köçərilər  başlıca  olaraq  maldarlıqla 

məşğul olurdular. Köçəri qəbilə başçılarının əksəriyyəti var-




255 

lan


araq feodal xanlara çevrilmişdi və onlar sıravi elatları feo-

dal qaydası ilə istismar edirdilər. Bəzi elatlar özləri də mal-

qa

rasının  və  heyvandarlıq  məhsulunun  bir  hissəsini  xanlara 



ver

məli,  xanların  mal-qarasını  otarmalı  idilər.  Belə  feodal 

münasi

bətləri  qəbilə  başçılarının  öz  hakimiyyətini  möhkəm-



lətmək  üçün  istifadə  etdiyi  yarımpatriarxal  forma  və  qalıq-

larla pərdələnirdi. 

İran kəndində natural təsərrüfat hökm sürdüyü bir vaxtda 

kəndlilər və köçərilər əkinçilik və maldarlıqla yanaşı ev sex-

ləri,  kustar  sənaye,  toxuculuq,  xalça  toxumaq,  ipəkçilik  və 

sai


rə ilə də məşğul olurdular. 

Şəhərlərdə  orta  əsrlərə  məxsus  sex  quruluşunun  saxlanıl-

mış  olan  formaları,  sənətkarlıq  geniş  inkişaf  etmişdi.  Başlıca 

olaraq parça istehsalında sadə, primitiv manufakturalar var idi.  

Sənətkarlar  ev  sənayesi  və  manufakturalarda  pambıq, 

ipək və yun parça, xalça, dəmirdən, misdən və zinət əşyala-

rından digər məmulatlar hazırlayırdılar. Bunların çox hissəsi 

İranda işlədilir, bəzisi isə, misal üçün xalça və parçalar xari-

cə,  Rusiyaya  və  Qərbi  Avropaya  ixrac  edilirdi.  İran  şəhər-

lərində bu malların daxili ticarəti geniş inkişaf etmişdi. Daxili 

müharibələr və ölkənin dağılması nəticəsində XIX əsrin əv-

vəllərində xarici ticarət əhəmiyyətsiz olub, ölkənin iqtisadiy-

yatında ikinci dərəcəli rol oynamağa başladı. 

İranın  siyasi  quruluşu  şah  başda  olmaqla  qeyri-məhdud 

feodal  monarxiyası  idi.  Çox  nadir  hallarda  şah  feodal  zadə-

gan


ların və ali ruhanilərin məşvərətçi şurasını çağırırdı. Döv-

lətin  idarə  işləri  sədr-əzəm  adlanan  baş  vəzirin  əlində  idi. 

Bun

dan başqa daha üç nazir – hərbi vəzir, maliyyə vəziri  – 



mos

toufiəl  məmalek  və  xarici  dövlətlərlə  əlaqə  işlərinə  ba-

xan,  şah  dəftərxanasının  vəziri  –  monşiəl  məmalek  var idi. 

Çoxlu  müxtəlif  saray  vəzifələri,  təşrifat  məmuru,  fərraşbaşı 

(polis rəisi), hərəmağası, mehtərbaşı və başqa bu kimi vəzi-

fələr  də  var  idi.  Bu  adamlar  şah  sarayını  idarə  edirdisə  də, 

lakin döv

lət işlərinin həllində çox zaman şah vəzirləri mühüm 

ro

l oynayırdılar. Əhalidən alınan vəsaitin xeyli hissəsi çoxlu 



saray  qulluqçularına  və  şah  hərəmxanasına  sərf  olunurdu. 


256 

Dünyanın  bir  çox  regionlarından  şah  hərəmxanasına  gözəl 

xanımlar gətirilirdi ki, bu da çox xərc tələb edirdi. Bir sözlə 

büdcə talan edilir, xalqın sosial problemlərinin həlli tamamilə 

unudulmuşdu.  Bu  haqda  Fransa  səyyahları  obrazlı  şəkildə 

hələ XIX əsrin ortalarında deyirdilər: “Şah saraylarında quru-

lan  kef  məclislərində  ucalan  musiqi  sədalarından  və  gözəl-

lərin qəhqəhəsindən məzlim xalqın ah-naləsi eşidilmirdi”. 

 

İran  ictimai-siyasi  və  inzibati  quruluşuna  görə  vilayət-



lərə və əyalətlərə bölünmüşdü. Vilayətləri şah tərəfindən tə-

yin olunan qubernatorlar (hakimlər), əyalətləri, yəni daha bö-

yük vilayətləri isə qubernatorlarla nisbətən daha geniş hüquq 

və səlahiyyətə malik olan general-qubernatorlar, şah canişin-

ləri  idarə  edirdi.  Adətən  əyalətlərə  şahın  oğlanları  (şahza-

dələr) və ya onun ən yaxın qohumları və yaxın adamları cani-

şin təyin olunurdu. Qacarlar dövründə Azərbaycanın hakimi 

vəzifəsinə bir qayda olaraq şahın böyük oğlu, vəliəhdi təyin 

olunurdu.  XIX  əsrin  birinci  yarısında  Azərbaycanın  hakimi 

Fətəli şahın oğlu Abbas Mirzə idi. Vilayət və əyalət hakimləri 

əslində  müstəqil  feodal  knyazlar  idi.  Onlar  pul  kəsir,  özləri 

qoşun saxlayır, gömrük haqqını və vergiləri yığır, mühakimə 

edib iş kəsir, hətta istədiyi adama ölüm cəzası verirdilər. Bəzi 

feodal xanlar və vilayət hakimləri bir sıra hallarda şaha tabe 

olmaqdan boyun qaçırır və hətta şah taxtını ələ keçirmək uğ-

runda mübariz

ə aparırdı. XVIII əsrin axırı və XIX əsrin birin-

ci yarısında İran şahları Xorasanda, Kirmanda və İranın başqa 

vilayətlərində itaətdən çıxan belə feodalları tabe etmək üçün 

çox tez-


tez daxili müharibələr aparmalı olmuşdular. 

Şahın  və  vilayət  hakimlərinin  piyada  qoşunu,  başlıca 

olaraq  qeyri-

nizami  feodal  dəstələrindən,  süvari  qoşun  isə 

köçəri qəbilə dəstələrindən ibarət idi. 

Vergilərin və gömrük haqqının toplanması hər yerdə ilti-

zama verilirdi. Rütbələr, vəzifələr, fəxri adlar şah tərəfindən 

satılırdı. Peşkəş və hədiyyə adı ilə geniş yayılmış olan rüşvət-

xorluq  rəsmi  hal  almışdı.  Peşkəş  toplamaq  üçün  şahın  hətta 

xüsusi idarəsi var idi. Bu idarənin işçiləri şahın həmyerliləri 

və qohum-əqrəbalarından ibarət yaxın adamları idi. 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə