278
Hakim sinfin bu hissəsinin mənafeyini Nəsrəddin şahın
baş vəziri Mirzə Tağı xan ifadə edirdi. Mirzə Tağı xan eyni
za
manda şah qoşunlarının komandanı olduğundan Əmir Ni-
zam ləqəbi daşıyırdı. O, dövlətin hakimiyyətini möhkəmlət-
məyə, ordunu və maliyyə sistemini yenidən təşkil etməyə
çalışırdı. O, dövlət malını oğurlayanlara qarşı, rüşvətxorluğa
və xəyanətkarlığa qarşı, habelə əyalət hakimlərinin özbaşına-
lığına və dövlət işlərinə iri ruhanilərin hədsiz dərəcə müda-
xiləsinə qarşı mübarizə aparırdı. Bilavasitə Mirzə Tağı xanın
təşəbbüsü ilə bir çox şahzadələr bilavasitə əyalətlərdən əldə
etdikləri gəlirlərdən məhrum edildi. Məmurların sayı və al-
dıqları maaş azaldıldı. Əmir Nizam İranın milli müstəqilliyini
möhkəmlətməyə, xarici dövlətlərin, xüsusilə İngiltərənin İra-
nın daxili işlərinə müdaxiləsinin qarşısını almağa çalışırdı.
Lakin
Əmir Nizamın siyasəti bir çoxlarının şəxsi maraq-
larına qarşı olduğuna görə iri ruhaniləri, şaha yaxın adamları,
feodal zadəganları və ingilisləri ona qarşı qaldırmış oldu. İn-
gilislərin təhriki ilə şahın anası və Tehran ruhanilərinin rəhbəri
Əmir Nizam əleyhinə müxalifətçilərin başında durmuşdu.
Onlar, əvvəllər islahatlara müsbət münasibət bəsləyən gənc
Nəsrəddin şahı da öz tərəfinə çəkə bildilər. Beləliklə, xalqın mə-
nafeyinə xidmət edən islahat dayandırıldı. 1851-ci ilin axırla-
rında Mirzə Tağı xan baş vəzir vəsifəsindən kənar edildi və son-
ra da edam olundu, onun islahatlar
layihəsi isə ləğv edildi.
Babi üsyanlarının yatırılması və Əmir Nizamın islahat-
la
rının süquta uğraması İranı daha da zəiflətdi və xarici kapi-
tal tərəfindən ölkənin daha da əsarət altına alınmasını asan-
laşdırdı.
1856-1857-
ci illərdə İran-İngiltərə müharibəsi
XIX əsrin ortalarında Asiyada ingilis-rus ziddiyyətləri
olduqca
kəskin şəkil aldı. Süni şəkildə hazırladıqları Şərq
problemi
nəticəsində 1853-1856-cı illərdə Krım müharibəsi
baş verdi. Bu müharibəyə başlayarkən İngiltərə həm də Rusi-
279
ya
nı Qafqazdan, Zaqafqaziyadan və Zakaspi vilayətlərindən
sıxışdırıb çıxarmağı planlaşdırmışdı. Əslində heç kəs Hindis-
tana
qarşı təhlükə törətmədiyi halda, İngilətərə Hindistanın
mü
dafiəsi lüzumu haqqında hay-küy qaldıraraq bu pərdə al-
tında İranı, Xivəni və Buxaranı işğal etməyə can atırdı. İngi-
lislər öz təcavüzkar planlarında İran və Orta Asiya üzərinə
hü
cum etmək üçün Herata strateji hərbi meydan kimi böyük
əhəmiyyət verirdilər. Onlar bu sahədə təkcə özləri fəaliyyət
gös
tərməklə kifayətlənməyib, əfqan əmiri Dost Məhəmməd-
dən istifadə edirdilər. Dost Məhəmməd isə 1855-ci ildə İngil-
tərə ilə dostluq müqaviləsi bağlayıb Qəndəharı tutmuşdu.
Krım müharibəsi zamanı ingilislərin diqqətinin Sevasto-
polun mühasirəsinə cəlb olmasından istifadə edərək, İran şahı
Heratı tutmaq qərarına gəldi ki, Dost Məhəmməd və ingilislər
tərəfindən zəbt edilməsin, onları qabaqlasın. Bu məqsədlə
1856-
cı ildə İran qoşunları Heratı mühasirəyə aldı və həmin
ilin okty
abrında oranı tutdular.
Bunun ardınca ingilislər İrana qarşı təcavüzkar mühari-
bəyə başladılar. Müharibə 1856-cı il noyabrın 1-də elan edil-
di. Dekabrın 4-də ingilis eskadrası Xərək adasını işğal etdi,
de
kabrın 10-da isə ingilis desantı Buşir limanını tutdu və Şi-
raz istiqamətində irəliləmək təşəbbüsü göstərdi. Lakin bu
cəhd uğursuzluqla nəticələndi. 1857-ci il martın axırlarında
in
gilislər Məhəmmərəni (indiki Xorrəmşəhr) işğal etdilər və
Harun çayı ilə yuxarıya doğru irəliləyərək, aprelin 1-də Əh-
vaz
şəhərini işğal etdilər.
Lakin 1857-
ci ilin əvvəllərində Hindistanda ingilislərə
qar
şı çıxışlar və milli üsyan başlanmışdı. Bu çıxışlar ingilislər
əleyhinə böyük milli üsyanın ilk xəbədarlıqları idi. Buna görə
də ingilislər İranda müharibəni təcili dayandırmağa məcbur
oldu.
Hələ müharibə davam edərkən 1857-ci il martın 4-də Pa-
risdə ingilis-İran sülh müqaviləsi bağlanmışdı. Müqaviləyə
əsasən şah İran qoşunlarını Heratdan və Əfqanıstandan çıxar-
ma
ğı, bu yerlərə daha heç bir vaxt iddia etməyəcəyini, Hera-
280
tın və Əfqanıstanın istiqlaliyyətini tanımağı, Herat və Əfqa-
nıstanla İranın ixtilafı baş verdikdə İngiltərənin vastəçiliyin-
d
ən istifadə etməyi öhdəsinə götürməli oldu. Öz növbəsində
İngiltərə də qoşunlarını İrandan geri çıxarmağa razılıq verir-
di.
Qarşılıqlı razılaşma əsasında 1857-ci ildə İranla İngiltərə
arasında diplomatik əlaqələr bərpa edildi.
İngiltərə ilə müharibədə feodal İranının məğlubiyyəti
onun iqtisadi, ictimai-
siyasi və hərbi geriliyinin nəticəsi idi.
Bu məğlubiyyət İranın yarımmüstəmləkəyə çevrilməsi üçün
şərait yaradılmasına kömək etdi və XIX əsrin 60-70-ci illərin-
dən etibarən İranda sürətlə yarımmüstəmləkəyə çevrilməyə
prosesi
başlandı.
Mədəniyyət
XVIII əsrin sonundan etibarən İranda ictimai-siyasi və-
ziyyətlə əlaqədar mədəniyyət sahəsində də böhran dərinləşdi.
XIX əsrin birinci yarısında isə İran mədəniyyətinin tənəzzü-
lünün səbəbi İranın iqtisadi və siyasi geriliyində, ölkənin ic-
timai-
siyasi quruluşunda orta əsr feodalizm qalıqlarının hökm
sürməsində idi. O zaman İranın nə ədəbiyyatında, nə incəsə-
nətində, nə də ictimai fikir inkişafında heç bir əhəmiyyətli
orijinal yenilik
müşahidə edilməmişdir. Amma Azərbaycanın
mütəfəkkirləri, o cümlədən N.Gəncəvi, M.Fizuli, Ə.Xaqani,
İ.Nəsimi, X.Təbrizi İranda və bütün Şərq dünyasında söz fikir
tarixinin formalaşdırılmasında məşhur idilər. XIX əsrin birin-
ci yarısında daxili çəkişmələrin nisbətən azalması, ziddiyyət
və münaqişələrin aradan qaldırılması nəticəsində, İranda xey-
li şair, yazıçı və digər yaradıcılıq sahəsində mütəfəkkirlərin
ye
tişməsinə şərait yaratdı (Rzaqulu xan öz antologiyasında
350 şairin adını çəkir). Belə mütəfəkkirlər içərisində Səba,
Qaani, Yəğma, Şeybani və başqa görkəmli şairlər olmasına
baxmayaraq, bu dövrün təqlidçilik xarakteri daşıyan poeziya-
sı heç bir yeni ideya irəli sürməyərək, orta əsrlər poeziyasının
ənənlərini davam etdirirdi. O dövrün şairlərinin əsərləri baş-
Dostları ilə paylaş: |