Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə89/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   85   86   87   88   89   90   91   92   ...   142

266 

məqsəddən asılı olmayaraq müharibələrin obyektiv nəticələri 

Zaqafqaziyanın xalqları üçün azadlıq xarakteri daşıyırdı. Bu 

müh


aribələr  Zaqafqaziya  xalqlarını  geridə  qalmış  feodal 

İranın və feodal Türkiyənin əsarətindən azad etməklə yanaşı 

bir-

biri  ilə  müstəmləkə  və  soyğunçu  rəqabətt  aparan  qonşu-



ların  mübahisəsinə  son  qoydu.  Obyektivlik  naminə  qeyd 

olun


malıdır  ki,  çarizmin müstəmləkə  siyasətinə  baxmayaraq 

Gürcüstanın,  ermənilərin  Rusiya  qəyyumluğuna  keçməsi  və 

Şimali Azərbaycanın Rusiya ilə birləşməsinin həmin yerlərin 

xalqları üçün tarixən mütərəqqi əhəmiyyəti var idi. Bu yerlə-

rin Rusiya ilə birləşməsi dağıdıcı xarici basqınlara son qoydu, 

xanlıqları və feodal dağınıqlığını aradan qaldırdı, Rusiya ilə 

sıx  iqtisadi  əlaqələr  yaradılmasını  və  qabaqcıl  rus  mədəniy-

yətilə geniş ünsiyyət yaradılmasını təmin etdi. Çar hökuməti 

və  rus  kapitalistləri  Rusiyanın  başqa  ucqarlarında  olduğu 

kimi  Zaqafqaziyada 

da  müstəmləkə  siyasəti  yeridib  cəhalət 

və nadanlığı mühafizə edib saxlamağa çalışırdısa da, bu siya-

sət Zaqafqaziya xalqlarının iqtisadi və mədəni inkişafını lən-

gitsə də, hər halda çarizmin və rus kapitalistlərinin məqsəd və 

səylərindən asılı olmayaraq, Zaqafqaziya xalqlarının Rusiya-

nın  tərkibinə  daxil  olması,  Rusiyada  kapitalizm  əlaqələrinin 

genişlənməsi  nəticəsində  Zaqafqaziyanın  iqtisadi  həyatının 

canlanmasına,  onun  daha  sürətli  iqtisadi,  ictimai  və  mədəni 

inki

şafına  səbəb  oldu.  Bu tarixi  prosesin  uğurları  və  çətin-



likləri fakt olaraq qalır, bunu inkar etmək tarixi inkişafı, tarixi 

mövcudluğu  inkar  etmək  kimi  qəbul  edilirdi.  Dünya poezi-

yasının korifeylərindən biri olan böyük səməd Vurğun haqlı 

olaraq demişdi: “Kiçik xalqın böyük şairi olmaqdansa, böyük 

xalqın  kiçik  şairi  olmaq  yaxşıdır”.  Böyük  şair  bu  fikirlə 

inperiyaların  kiçik  xalqlar  üzərində  qəddar  ağalığına  işarə 

edirdi. 

Zaqafqaziyanın  Rusiyaya  birləşdirilməsi  yalnız  geridə 

qal

mış  feodal  İranı  üzərində  Rusiyanın  qələbəsi  olmayıb, 



həm də o zaman Yaxın Şərqdə öz müstəmləkəçilik siyasətini 

fəallaşdırıb, İranı və Zaqafqaziyanı özünə tabe etməyə və bu-

ra

da  Rusiya  təsirinin  yayılmasına  yol  verməməyə  çalışan 




267 

fran


sız,  xüsusilə  ingilis,  osmanlı  müstəmləkəçilərinin  yeni 

talanlarının və soyğunçuluqlarının qarşısını almış oldu. 

 

Hərbi-strateji,  eləcə  də  beynəlxalq  vəziyyəti  düzgün 



qiy

mətləndirə  bilməyən  İran  XIX  əsrin  birinci  yarısındakı 

məğlubiyyətləri hələ də obyektivcəsinə təhlil etmək istəmirdi. 

Şah tərəfindən Rusiyaya qarşı aparılan müharibənin xərcləri 

və Türkmənçay müqaviləsi üzrə verilmiş olan təzminat föv-

qəladə vergilər və tədiyələr hesabına ödənilirdi. Bütün bunlar 

onsuz da ağır zülm altında olan və rus-İran müharibələrinin 

tün ağırlıqlarını öz çiyinlərində daşıyan xalqın narazılıq və 



hiddətini daha da gücləndirdi. Şahın saray adamları və ruha-

ni

lər xalqın qəzəbini şahdan, saraydan və xanlardan yayındı-



rıb  Rusiyaya  qarşı,  Türkmənçay  müqaviləsi  imzalandıqdan 

son


ra  İrana  təyin  edilmiş  olan  Rus  səfiri  A.S.Qriboyedova 

qarşı yönəltməyə çalışırdılar. Rusiya ilə müharibədəki müvəf-

fəqiyyətsizliyə görə sədr-əzəm (baş vəzir) vəzifəsindən kənar 

edilmiş, şahın qohumu Allahyar xan başda olmaqla bir qrup 

saray əyanları Rusiyaya və A.S.Qriboyedova qarşı nifrət qı-

zışdırmaqda  canfəşanlıq  edirdi.  İngilislər  Allahyar  xanın  tə-

rəfdarlarını və ruhaniləri hər vasitə ilə Rusiyaya və onun nü-

ma

yəndəsi  A.S.Qriboyedova  qarşı  qaldırmağa  çalışırdılar. 



Ona görə ki, A.S.Qriboyedovun diplomatik fəaliyyəti İranda 

Rusiyanın  nüfuzunun  möhkəmlənməsinə  və  İngiltərənin 

möv

qeyinin  zəifləməsinə  səbəb  olurdu.  Eyni zamanda A.S. 



Qri

boyedov  Rusiyanın  yuxarı  dairələri  üçün  arzuolunmaz 

şəxs idi. Allahyar xanın cəsusları və ruhanilər 1829-cu il fev-

ra

lın  11-də  mövhumatçı  camaatın  rus  səfirliyinə  basqınını 



təşkil  etdilər.  Səfirliyin  binası  dağıdıldı,  A.S.Qriboyedov  və 

onun demək olar bütün əməkdaşları vəhşicəsinə qətlə yetiril-

di

. Rusiya diplomatlarının başı kəsildi, cəsədləri təhqir edildi. 



 

İnqilabi ideyaları müdafiə edən, çarizmin ədalətsizliyini 

tənqid edən və dekabristlərə rəğbət bəsləyən A.S.Qriboyedo-

vu İrana sürgünə göndərmiş çar I Nikolay böyük rus yazıçısı-

nın  həlak  olmasına  qəlbən  sevinirdi.  Buna  görə  də  çar 

səfirliyin  faciəli  surətdə  məhv  edilməsi  haqqında  şah  sarayı 

tərəfindən uydurulan və çar məmurları üçün göydəndüşmə bir 

bəhanə olan izahata inandığını bildirdi. Bu uydurma izahatın 




268 

mənası  ondan  ibarət  idi  ki,  guya  A.S.Qriboyedov  ehtiyatsız 

və İran mühitinə zidd hərəkətləri ilə rus səfirliyinin məhvinə 

özü  səbəb  olmuşdur.  Çar  hökuməti  Rusiyanın  rəsmi  nüma-

yəndəsinin öldürülməsinə qarşı qəti tədbir görmədi. Çar hö-

ku

məti qorxurdu ki, İrana yeni təzyiq göstərilməsi orada üs-



yana səbəb olar və bu üsyan da genişlənərək Zaqafqaziyaya 

da keçə bilər. Çar hökumətinin bu cür mövqe tutması bir də 

ondan irəli gəlirdi ki, Rusiya bu zaman Türkiyə ilə müharibə 

aparırdı və buna görə də İranla münasibətlərini kəskinləşdir-

mək istəmir, iki dövlətlə müharibə aparmaqdan ehtiyatlanırdı. 

 

Herat problemi 



və xarici kapitalın İrana 

isti

qamətləndirilməsi 

 

XIX əsrin birinci rübü ərzində Xorasanda və İranın bəzi 



başqa vilayətlərində yerli xanlıqların ərazisində istismar olu-

nan xalq


ların arasıkəsilməyən üsyan və çıxışları baş verirdi. 

Onlar  şah  hakimiyyətinə  və  şahın  canişinlərinə    tabe  olmaq 

i

stəmirdilər.  



  

İngilislər də Xorasan xanlarını şaha qarşı çıxışa təhrik 

edirdilər. İngilislər Xorasanı öz təsir dairəsinə salmaq, sonra 

özünə tabe etmək üçün zəmin yaratmaq, Hindistana gedən şi-

mal-

qərb  keçidlərini  nəzarət  altında  saxlamağa  imkan  verən 



və ingilislərin strateji məhəmiyyət kəsb edən Heratda şah ha-

ki

miyyətinin  möhkəmlənməsinə  yol  verməmək  məqsədilə 



Xo

rasanda  iğtişaşlar  yaratmağa  çalışırdılar.  Herat  hakimləri 

şahın ali hakimiyyətini rəsmən tanıyırdı, lakin reallıq ondan 

ibarət  idi  ki,  Herat  İrandan  asılı  deyildi  və  müstəqil  siyasət 

yeridirdi. 

Türkmənçay müqaviləsi bağlandıqdan sonra Abbas Mirzə 

Xorasan  xanlarını  itaətə  gətirə  bildi.  Bundan  sonra,  1833-cü 

ildə Heratı da İrana tabe etmək üçün təşəbbüs göstərildi və şah 

qoşunları Herat şəhərini mühasirəyə aldı, lakin Abbas Mirzə-

nin vəfatından sonra (1833) qoşun geri çəkildi. Çünki, Abbas 

Mir

zənin hərbi strategiya və taktikasını davam etdirən yox idi. 



Şah saray dairələrində öz nüfuzunu möhkəmlətməyə ça-

lışan ingilislər 1834-cü ildə Fətəli şahın vəfatında sonra şah 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə