Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə92/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   88   89   90   91   92   93   94   95   ...   142

275 

müvəffəqiyyətlə dəf etdilər. Yalnız 1849-cu ilin mayında şah 

hökumət orqanları fitnə və riyakarlıqla üsyanı yatırdılar. Ba-

bi

lərin  həyatına  toxunmayacağı  və  azad  buraxılacağı  vəd 



olunsa da lakin

onlar silahı yerə qoyduqda, şah qoşunları on-

ların hamısını xaincəsinə qırdılar. Bu hadisə babilərin qəzə-

bini daha da artırdı. 

1850-

ci  ilin  mayında  molla  Məhəmmədəli  Zəncaninin 



rəhbərliyi  altında  Zəncanda  babilərin  yeni  üsyanı  baş  verdi. 

Babilərin  bütün  üsyanlarından  ən  mütəşəkkili  və  güclüsü 

Zəncan  üsyanı  oldu. Üsyançıların  əsas  kütləsini  sənətkarlar 

və Zəncan ətrafındakı kəndlərin kəndliləri təşkil edirdi. Bun-

lardan başqa, üsyanda çoxlu xırda tacir və ruhanilər də iştirak 

edirdi. Üsyanda 

qadınlar da fəallıq göstərir və kişilərlə yanaşı 

barrikadalarda vuru

şurdular.  Xırda  ruhanilərin  nümayəndə-

ləri,  sənətkarlar  və  tacirlər  üsyanda  rəhbər  rol  oynayırdı.  Ba-

bilərin  rəhbərləri  elan  etdilər  ki,  onlar  ədalətli  qaydalara  əsas-

lanan yeni 

səadət səltənəti yaratmışlar və bu səltənət əbədi yaşa-

yacaq


dır.  Zəncan  üsyanı  da  babilərin  Mazandaran üsyanı  za-

manı irəli sürülən şüarlar altında (əmlak ümumliyi və i.a.) keçdi. 

 

Zəncan  üsyançılarına  qarşı  topla  silahlanmış  iri  hərbi 



hissələr göndərilmişdi və bunlar şəhərin babilər tərəfindən tu-

tulmuş şərq hissəsini bombardman etdilər. 

 

İranın başqa şəhərlərində və vilayətlərində də babilərin 



sayı  və  nüfuzu  getdikcə  artmaqda  idi.  Yenicə  hakimiyyətə 

keçmiş  Nəsrəddin  şahın  (1848-1896)  baş  vəziri  Mirzə  Tağı 

xan etiraf edirdi ki, 1858-

ci ilin ortalarına yaxın İranda babi-

lərin  ümumi  sayı,  təxminən  100  min  nəfərə  çatmışdı.  Onlar 

ədalətsizliyə qarşı mübarizəyə qalxdıqlarına görə onların tə-

rəfdarları artırdı. Babilər hərəkatının daha da artmasının qar-

şısını almaq məqsədilə Mirzə Tağı xan şaha məsləhət gördü 

ki, Bab edam edilsin. 1850-

ci il iyulun əvvəllərində Bab Təb-

rizə gətirildi və şəhər meydanında güllələndi. Bu qətl hadisəsi 

əksinə  Bab  tərəfdarlarının  sayının  artmasına  səbəb  oldu. 

B

abın  güllələnməsi  əslində  hakimiyyətin  zəifliyi  idi  və  bu 



çıxış yolu deyildi. 


276 

 Odur ki, 

Babın edam olunması babilər hərəkatını dayan-

dıra  bilmədi,  Zəncandakı  üsyan  1850-ci  ilin  axırınadək  da-

vam etdi. Şiddətli bombardman, aclıq və çoxlu tələfat babi-

lərin  müqavimətini  qıra  bilmirdi.  Lakin  Mazandaran  üsyanı 

kimi,  Zəncan  üsyanı  da  yalnız  hiylə  ilə  1850-ci ilin dekab-

rında yatırıldı. Babilər şah hökuməti orqanlarının verdiyi və-

də, onların həyat və azadlığını saxlamaq vədinə inanıb silahı 

yerə qoyduqdan sonra əsgərlər xaincəsinə babiləri qırdılar və 

hərəkat silah gücü ilə pərakəndə hala salındı. 

Amma  1850-ci iyununda 

Neyrizdə babilərin üçüncü üs-

yanı baş versə də bu üsyan da tezliklə yatırıldı. Lakin şah qo-

şunlarının babilərə qanlı divan tutmasına cavab olaraq Neyri-

zin  və  onun  ətrafındakı  kəndlərin  əhalisi  ikinci  dəfə  üsyan 

qaldırdı.  Onlar  öz  ailələri  ilə  birlikdə  Neyriz  yaxınlığındakı 

dağlara çəkilərək təxminən 10000 nəfərə çatan şah qoşunları-

nın həmlələrini uzun müddət dəf etdilər. Babilərin Neyriz hə-

rəkatı  bir  növ  partizan  hərəkatını  xatırladırdı.  Təəssüflər  ol-

sun ki, xalq hərəkatına qarşı kürd və dağlı qəbilələrinin silahlı 

dəstələri  babilərə  qarşı  göndəriləndən  sonra  üsyan  amansız-

casına yatırıldı. Neyrizdə babilərə Mazandaran və Zəncanda 

olduğundan  daha  şiddətli  divan  tutdular.  Ağır  işgəncədən 

sonra on

ları  arvad  və  uşaqları  ilə  birlikdə  diri-diri  yandırır, 

top ağzına bağlayaraq atırdılar və s. 

Neyriz 


üsyanı  yatırıldıqdan  sonra  babilər  hərəkatı  öz 

kütləvi xarakterini itirməyə başladı. Öz təsərrüfatlarından və 

işlərindən  uzaqlaşdıqlarına  görə  irtica  nəticəsində  kəndli  və 

sənətkarlar tədriclə hərəkatdan uzaqlaşdılar. Kiçik ruhani və 

tacir nümayəndələrindən ibarət olan Babi təbliğatçıları kənd-

lilərin və sənətkarların yardımından məhrum olduqdan sonra 

sui-

qəsdçiliyə başladılar. 1852-ci ilin avqustunda onlar Nəs-



rəddin şahın həyatına qəsd düzəltdilər. Lakin qəsd baş tutma-

dı və şah yalnız yüngülcə yaralandı. Sui-qəsdçilər yerindəcə 

tutuldu. 

Bu hadisədən sonra Tehranda, sonra da bütün ölkədə 

babilər  kütləvi  surətdə  həbs,  təqib  və  edam  edilməyə  baş-

landı.  



277 

 

Babilərin  üsyanları  demokratik,  antifeodal üsyan olub 



obyektiv  surətdə  eyni zamanda  xarici  kapitalın  İranı  əsarət 

altına almasına qarşı çevrilmişdi. Bu üsyanların əsas hərəkət-

ve

rici  qüvvəsi  kəndlilər,  sənətkarlar  və  xırda  tacirlər  idi. Üs-



yançıların  başında  aşağı  təbəqəyə  malik  ruhanilərin  və  tacir-

lərin  nümayəndələri  dururdu.  Xüsusi  mülkiyyətin  ləğv  edil-

məsi və əmlak ümumiliyi qoyulması tələbləri o zamankı tarixi 

şəraitdə utopik tələb idi, lakin bu tələblər torpaqları və başqa 

istehsal va

sitələrini  bərabər  bölüşdürməyi  nəzərdə  tutan inqi-

labi-demokra

tik  arzuları  ifadə  edirdi.  Babilər  üsyanlarının 

mütərəqqi əhəmiyyəti bir də bunda idi ki, onlar feodalizm qu-

ru

luşunun əsaslarını sarsıdır və beləliklə də burjua münasibət-



lərinin inkişafı üçün yol açırdılar. İranın ictimai-siyasi geriliyi 

nəticəsində orta əsrlərin hərəkatlarına xas olan xarakter cəhət-

lərin bir çoxu, misal üçün hərəkatın dini pərdə altında getməsi, 

əmlak ümumiliyi şüarı, əbədi səadət səltənəti yaratmaq arzuları 

və s. babilər hərəkatında da təcəssüm tapmışdır və bu tələblə-

rin  mövcud  şəraitdə  qeyri-mümkünlüyü  bəlkə  də  dərk 

edilmirdi. 

 

Babilər üsyançılarının əsas məğlubiyyət səbəbləri ondan 



ibarət  idi  ki,  bunların  kortəbii  olması,  zəif  mütəşəkkilliyi, 

yerli xarakter daşıması, hərəkatın məqsəd və vəzifələrinin ay-

dın başa düşülməməsi və mübarizəyə düzgün istiqamət verə 

bilən rəhbər özəyin olmaması idi. Babilərin məğlub olmasın-

da  digər  amillər  də  rol  oynamışdı  ki,  bura  qarətçilik,  şəxsi 

var


lanma, hərəkatı sona çatdırmamış hakimlik iddiasının güc-

lənməsi, daxili xəyanət və digərini əlavə etmək olar. 



 

Əmir Nizamın islahatları 

 

Babilər hərəkatı İranda ictimai ziddiyyətlərin hədsiz kəs-

kinləşdiyini göstərdi. Hakim sinfin nisbətən üzaqgörən nüma-

yəndələri yaranmış vəziyyətdən çıxış yolunu islahatda görür-

dülər.  İslahatlar  keçirməyi  birinci  növbədə  mülkədarların, 

feo


dalların bazarla və ticarət əkinçiliyi ilə əlaqədar olan tor-

paq sahiblərinin mənafeyi tələb edirdi. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə