269
tax
tını tutmaq uğrunda gedən mübarizəni daha da qızışdırdı-
lar
. Nəhayət, ingilislərin köməyilə şah taxtına Abbas Mirzə-
nin oğlu Məhəmməd Mirzə çıxarıldı. İngilislər Təbrizdən
Teh
rana yürüş etmək üçün Məhəmməd Mirzəni pul vəsaiti və
ingilis hərbi təlimatçıları ilə təmin etdilər. Məhəmməd şah
(1834-
1848) hakimiyyətə keçəndən bir az sonra İrana ingilis
hərbi missiyası gəldi, şaha "hədiyyə" olaraq silah və döyüş
sursatı göndərildi. Lakin ingilislər bu tədbirlərlə şah sarayını
ö
z təsiri altına ala bilmədilər və çar Rusiyasının İranda artan
nü
fuzunu zəiflətməyə çalışsalar da onların bu cəhdi baş tut-
ma
dı. Eyni zamanda ingilislərin Türkmənçay müqaviləsi əsa-
sında Rusiyaya verilən imtiyaz və üstünlüklərə oxşar üstün-
lük
ləri İngitərəyə də verməyə şahı məcbur etmək səyləri mü-
vəffəqiyyətsiz oldu. Şaha təzyiq göstərmək məqsədilə ingilis-
lər Heratın, Qəndəharın və Kabilin əfqan hakimləri arasında
nifaq salır və onları İrana qarşı qaldırırdılar. İngilislər Heratı
tamamilə özlərinə tabe etmək üçün tədbirlər görür və şah sa-
ray dairələrini Rusiyaya qarşı qızışdırırdılar. İngiltərənin bu
siyasəti Orta Asiyada və Xəzər dənizi hövzəsində ingilis
mövqeyinin möhkəmlənməsinə yol verməməyə və həmin ra-
yonlarda öz mövqeyini
möhkəmlətməyə çalışan çar Rusiya-
sının ciddi müqavimətinə rast gəlməkdə idi.
Heratı öz hakimiyyəti altına almağa, həmçinin İranın
şərq sərhədlərində ingilislərin təxribatlarına son qoymağa,
Hera
tın ingilislər tərəfindən işğalına yol verməməyə və hə-
min rayonda ingilislərin təcavüzkarlığını dayandırmağa çalı-
şan Məhəmməd şah İranda olan çar nümayəndələrinin təhriki
ilə 1837-ci ildə Herata yürüşə başladı və oranı mühasirəyə
aldı. Buna cavab olaraq ingilis hərbi eskadrası 1838-ci ildə
Fars kör
fəzinə soxulub Buşirin şimal-qərbində olan Xərək
ada
sını işğal etdi. İngilislər İranı müharibə ilə hədələyərək
tələb edirdilər ki, şah Heratın mühasirəsindən əl çəksin və
Türk
mənçay müqaviləsinin şərtlərinə oxşar şərtlərlə İngiltərə
ilə ticarət müqaviləsi imzalasın. 1838-ci ilin avqustunda şah
Heratın mühasirəsindən əl çəkməyə məcbur oldu. Lakin İran
İngiltərənin qeyri-bərabərhüquqlu ticarət müqaviləsi bağla-
270
maq və Herat xanlığı tərkibinə daxil olan Qorian, Fərəh və
Səbzəvər sərhəd rayonlarına İran qoşunlarını çıxarmaq
haqqındakı tələbləri rədd etdiyindən İngiltərə 1838-ci ilin
noyabrında İranla diplomatik əlaqəsini kəsdiyini bildirdi.
Bundan sonra başlanan danışıqlar gedişində ingilislər
hədə və təzyiqlə şahı məcbur edirdilər ki, onların tələbini qə-
bul etsin. Nəhayət, 1841-ci oktyabrında İngiltərə ilə İran ara-
sında diplomatik münasibətlər bərpa olundu. Eyni zamanda
İngiltərə ilə İran arasında yeni ticarət müqaviləsi də imzalan-
dı. Bu müqaviləyə əsasən ingilislər İranda eksteritoriallıq hü-
ququ almış oldu və onlar daxili gömrük haqqı verməkdən
azad edilirdi. İrana gətirilən ingilis mallarından bunların qiy-
mətinin 5 faizi həcmində gömrük alınması müəyyən edildi.
1845-ci il
də Fransa, sonra isə Avstriya və başqa dövlətlər də
İrandan eyni imtiyazlar qoparmağa müvəffəq oldu və 1856-cı
ildə ABŞ da İranla müqavilə bağladı. Rəsmiyyətdə bu müqa-
vilə "Dostluq və ticarət haqqında müqavilə" adlanırdı, əslində
isə bu da eyni şərtlərlə olan qeyri-bərabərhüquqlu müqavilə
idi və ABŞ-ın İranda müstəmləkəçilik siyasəti üçün zəmin
ha
zırlayan ilk vasitələrdən biri idi. Bununla yanaşı ABŞ-ın
müxtəlif tapşırıqlarla İrana gətirilmiş missionerləri, o cümlə-
dən presviterian missionerləri geniş fəaliyyətə başladılar
(presviterianlar –
protestant məzhəblərindən birinin tərəfdar-
ları). Onlar hələ XIX əsrin 30-cu illərində Urmiyədə (Rzaiy-
yə) məskən salaraq buradan öz fəaliyyətini Azərbaycana və
Mərkəzi İrana yaymağa başlamışdılar. Böyük pul vəsaitinə
malik olan Amerika
missionerləri dini fəaliyyət, məktəb təş-
kil etmək və tibbi xidmət göstərmək pərdəsi altında İranda
ABŞ-ın nəfinə təbliğat aparır və müxtəlif gizli qruplar əslində
kəşfiyyat xarakterli məlumat toplamaqla məşğul olurdular.
İranla Avropa dövlətləri arasında qeyri-bərabərhüquqlu
müqavilələr bağlanması və İranda kapitulyasiyalar rejiminin
yara
dılması ölkədə xarici dövlətlərin təsirinin qüvvətlənməsi-
n
ə səbəb oldu. Avropa dövlətlərinin və onların təbəələrinin
al
mış olduğu imtiyazlardan Qərbi Avropa kapitalı, başlıca
271
olaraq ingilis kapit
alı İranı öz sənaye mallarının satış baza-
rına çevirmək üçün istifadə etdi.
XIX əsrin ikinci rübündə İrana ingilis toxuma mallarının
idxalı sürətlə artdı və İranın bütün idxalatının təxminən 90
fai
zini təşkil etdi. İngilislərin İrana idxalatı 1827-ci ildən
1834-
cü ilədək 2,5 dəfə, 1833-cü ildən 1837-ci ilədək təxmi-
nən 3 dəfə artdı. Kapitulyasiyalar rejimi nəticəsində xarici ta-
cirlər və ticarət firmaları İran tacirlərini xarici və qismən də
da
xili ticarətdən sıxışdırıb çıxarırdılar. İrana soxulan xarici
kapital sənətkarlığı, ev sənayesini zəiflədirdi. Çünki bunlar
Qərbi Avropanın fabrik istehsalı mallarının rəqabətinə davam
gətirə bilmirdi. Şah hökumət orqanları milli istehsalı xarici
kapitalın rəqabətindən müdafiə etmək əvəzinə, xarici tacirlər
və firmalar üçün əlverişli şərait yaradaraq xarici kapitalın öl-
kəyə soxulmasına yol açırdılar. Nəticədə artıq XIX əsrin orta-
larında İranda kapitalist manufakturası və fabriklərinin ilk
rüşeymlərinin inkişafı yolu bağlanmış oldu. Xarici kapitalın
İrana soxulması ilə əlaqədar olaraq əmtəə-pul münasibətləri-
nin
inkişafı qüvvətlənirdi. Bu isə feodal İranının iqtisadiyya-
tını sarsıdır, len torpaq sahibliyinin böhranını dərinləşdirir və
feodal hüququna deyil, xüsusi mülkiyyətə əsaslanan torpaq
sahibliyinin artmasına səbəb olurdu. Yeni torpaq sahiblərinin
meydana
gəlməsi ilə kəndlilərin istismarı qüvvətlənir, biyar
işi daha çox yayılırdı. Əmtəə-pul münasibətlərinin inkişafı
pul vergilərinin artmasına və mülkədarların kəndlilərdən aldı-
ğı məhsul payının çoxalmasına səbəb olurdu. Bunun nəticə-
sində kəndlilər üzərində sələmçilərin əsarəti artdı. Kəndli tə-
sərrüfatının mühüm dayaqlarından biri olan ev sənayesi ingi-
lis mallarının rəqabəti nəticəsində pozulurdu və beləliklə,
kəndlilərə də zərbə vurulurdu, kəndlilərin vəziyyəti pisləşirdi.
Ö
lkənin bir çox yerlərində aclıq ənənəvi hal almışdı, tez-tez
taun və vəba epidemiyaları baş verirdi (misal üçün 1830,
1831 və 1835-ci illərdə Azərbaycanda vəba xəstəliyi baş ver-
mişdi). Bir çox kəndlilər öz kəndlərini tərk edərək şəhərlərə
qaçır və şəhər yoxsullarına qoşulurdular. Ölkədəki narazı-
lıqlar təkcə kəndlilər, şəhər yoxsulları və müflisləşən sənət-
Dostları ilə paylaş: |