Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə98/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   94   95   96   97   98   99   100   101   ...   142

293 

qanlı  qəsd  müəyyən  dərəcədə  həyata  keçirildi.  Bu  hadisə 

serblərin səbr kasasını doldurub daşdırdı. Nəticədə ümumxalq 

üsyanı baş verdi. Üsyanın başında qayduk (partizan), donuz 

al

veri  ilə  məşğul  olan  iri  tacir  Qara  Georgi  dururdu.  Əvvəl 



üs

yan yeniçərilərin özbaşınalığına qarşı çevrilmişdi. Lakin bir 

az sonra üsyan türk əsarətinə qarşı milli-azadlıq müharibəsinə 

çevrildi.  Üsyançı  serblərə  qarşı  mübarizədə  sultan  III  Səlim 

feo

dal  qoşunlarına  və  yeniçərilərə  arxalanırdı.  Serblər  dəfə-



lərlə türk qoşunlarını məğlub etmişdi. Nəhayət, 1806-cı ildə 

serblər  türkləri  Belqraddan  qovdular.  Müəyyən  müddət  bir 

qədər zəifləyən bu mübarizə sonralar yeni qüvvə ilə fəallaşdı 

və beləliklə, Balkan xalqlarının antimüstəmləkəçi mübarizəsi 

1818-

ci ilə qədər davam etdi. 



 

İlk burjua islahatı təşəbbüsləri 

 

B

ir  tərəfdən  daxili  çətinliklər,  hakimiyyət  uğrunda  gü-



zəştsiz mübarizə, feodalların separatçı əməlləri, milli-azadlıq 

hərəkatının yeni mərhələyə daxil olması, digər tərəfdən Tür-

ki

yənin  beynəlxalq  vəziyyətinin  pisləşməsi  Osmanlı  imperi-



ya

sının  hakim  dairələri  üçün  qorxulu  bir  vəziyyət  yaratmış 

oldu. Belə bir şəraitdə döyüş bacarığına malik olan güclü or-

duya çox böyük 

ehtiyacı var idi. Lakin belə bir ordu yox idi. 

1677-


ci ildə türklərin Ukraynaya hərbi yürüşlərinin uğursuz-

luğu, 1768-ci illər müharibəsində türklərin yeni məğlubiyyə-

tini təsdiq edən Kiçik Qaynarca müqaviləsi 1783-cü ildə Krı-

mın Rusiyaya birləşdirilməsi dövlətin hərbi qüdrətini zəiflət-

diyinə görə Osmanlı imperiyasının hakim dairələri bu ordu-

nun olmama

sına ən böyük təhlükə kimi baxırdılar və ordusu 

zəif olan dövlət üçün daima təhlükə gözlənilirdi. 

Əlbəttə, bu dövrdə Türkiyədə yaxşı ordu ola da bilməz-

di. Adətən ordunun vəziyyəti ölkənin ümumi vəziyyətini əks 

etdirir. 

Düzdür, türk ordusu yeni qaydada qurulmuşdu. Am-

ma bu ordunun 

özülünü yenə də feodal süvarisi və yeniçərilər 

təşkil edirdi ki, bu təbəqələrin də özlərinin maddi maraqları 



294 

var idi. Deməli türk ordusunun taleyi belə maddi maraq gü-

dən təbəqələrdən asılı idi ki, bu da mövsümi xarakter daşıyır-

dı. Bununla yanaşı len-timar sahibləri artıq uzun müddət idi 

ki, hərbi xidmətdən boyun qaçırırdılar. Yeniçərilər isə bu za-

man  sənətkarlıq  və  ticarətlə,  bəzən  də  qarət  və  quldurluqla 

da

ha çox məşğul olurdular və onlar döyüş qabiliyyətini itir-



mişdilər.  Orduda  intizam  aşağı  düşmüşdü.  Əsgərlərin  döyüş 

meydanından kütləvi surətdə fərariliyi adi hal almışdı. Ordu-

nun  belə  bir  vəziyyətdə  olması  hakim  dairələri  son  dərəcə 

narahat edirdi və buna görə də onlar belə bir fikrə gəldilər ki, 

ordunu  əsaslı  surətdə  Avropa  qaydasında  yenidən  qurmaq 

lazımdır. 

Ordunun yenidən qurulması üçün vəsait lazım idi, bu iş 

feodalları da narahat etməli idi. Mövcud böhrandan xilas ol-

maq üçün or

du  islahatı vacib  idi.  Axır  ki,  islahat  səyləri  öz 

ifa

dəsini sultanın bir sıra fərmanlarında tapmış oldu. Bu fər-



manlar ümumilikdə "nizami cədid", yəni yeni quruluş və ya 

yeni qayda adı ilə tarixə düşdü. Bu islahatlar sultan III Səli-

min  padşahlığı  dövründə  keçirildiyindən  tarixi  ədəbiyyatda 

onun adı ilə Sultan Səlim islahatları kimi tarixə daxil oldu. 

Beləliklə, 1791-ci ildə sultan ali dünyəvi və dini əyanlara 

sərəncam verdi ki, keçirilməsi lazım olan islahatlar haqqında 

öz  mülahizələrini  bildirsinlər.  Təqdim  edilən  layihələrin  ço-

xun


da  əsas  diqqət  ordunun  Avropa  qaydasında  qurulmasına 

yetirilirdi. III Sultan 

Səlim 1792-1793-cü illərdə əməli olaraq 

islahatlara başladı. Onun verdiyi fərmana görə hərbi vəzifəsi-

ni  yerinə  yetirməyən  len  sahiblərindən  timar  və  ziyamətlər 

ge

ri alınmalı, Avropa nümunəsində hərbi korpus yaradılmalı, 



islahatların  həyata  keçirilməsini  vəsaitlə  təmin  etmək  üçün 

xüsusi 


xəzinə təsis edilməli və bu məqsədlə bir sıra vergilərin 

top


lanması  həmin  xəzinənin  ixtiyarına  verilməlidir.  Hərbi 

isla


hatlar fransız hərbi missiyasının rəhbərliyi altında həyata 

keçirilirdi. Lakin yeni 

hərbi korpus çox ləng yaradılırdı. Hə-

min korpusda 1798-

ci ildə hələlik 3-4 min əsgər toplamışdı, 

1804-


cü ildə isə korpusda 12 min əsgər var idi. Bundan baş-


295 

qa, müt


ərəqqi hal idi ki, ilk növbədə hərbi-mühəndislər mək-

təbi açıldı və donanmanın yenidən təşkil edilməsi üçün təd-

birlər görülməyə başlandı. 

Lakin mühafizəkar qüvvələr islahatlara şiddətli müqavi-

mət göstərirdilər. Həmin islahat əleyhdarları əsasən yeniçəri-

lərə  arxalanırdı.  III  Sultan  Səlim  yeniçərilərin  bir  hissəsini 

yeni orduya göndərmək istədikdə bu əmrə etiraz olaraq yeni-

çərilər 1805-ci ildə qiyam qaldırdılar. Qiyam Avropa ilə sər-

hədlədə  yerləşdirilmiş  hərbi  hissələrdə  başlandı  və  sonra 

İstanbula da yayıldı. Türkiyə üçün reallaşan qorxulu vəziyyət 

dövlətin mövcudluğuna təhlükə yaratmışdı. Belə bir şəraitdə 

III Sultan 

Səlim  qətiyyətsizlik  göstərdi.  O,  hərbi  islahatlar 

haqqındakı fərmanı ləğv etdi, yeni korpusu buraxdı. Lakin o 

bununla özünü xilas ed

ə bilmədi. Nəticədə müxalif qüvvələr 

onu (1807-

ci  il  mayın  29-da)  taxtdan  saldılar.  III  Səlimin 

tərəfdarı, Ruşşuk paşası Mustafa Bayraqdar İstanbulu tutaraq 

Səlimi  hakimiyyətə  qaytarmaq  və  onun  islahatlarını  həyata 

keçirmək  təşəbbüsü  göstərdi.  Lakin  Sultan III Səlimi  taxtda 

əvəz edən irticaçı və cəhalətpərəst sultan IV Mustafanın əmri 

ilə  III  Səlimi  yatağında  boğub  öldürdülər.  Nəticədə  qan 

tökməklə  hakimiyyəti  ələ  keçirmiş  IV  Mustafanın  özü  qətlə 

yetirildi. Bay

raqdar və onun tərəfdarları (1808-ci il iyulun 28-

də)  II  Mahmudu  taxta  çıxardılar.  Bayraqdarın  da  Səlimin 

islahatlarını  həyata  keçirmək  səyləri  müvəffəqiyyətsiz  oldu. 

1808-

ci  il  noyabrın  ortalarında  yeniçərilərin  təzədən  qiyamı 



baş verdi və qiyam zamanı Bayraqdar da öldürüldü. 

III 


Səlimin başladığı islahatların müvəffəqiyyətsizliyinin 

əsas səbəbi bunda idi ki, o, Avropa dövlətləri nümunəsilə or-

du ya

ratmağa  çalışdığı  halda  eyni  zamanda  Osmanlı  impe-



riya

sının feodal əsaslarını saxlamaq istəyirdi. Əlbəttə, bu isla-

hatların özündə çoxlu mütərəqqi əlamətlər var idi. Çünki bun-

lar labüd olaraq hərbi-len sisteminin ləğv edilməsi ilə nəticə-

lənməli idi. Lakin III Səlim və onun tərəfdarları feodal-sultan 

idarə rejimini dağıtmaq deyil, onu möhkəmlətmək və Osman-

lı imperiyasının əsarəti altında olan xalqlar üzərindəki zülmü 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə