Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə96/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   92   93   94   95   96   97   98   99   ...   142

287 

lın  xeyrinə  torpağı,  həmçinin  öz  əmlakını  itirmiş  olurdu  və 

bunlar feod

alın ixtiyarına keçirdi. Feodal qaçan kəndliləri 15 

il ərzində qaytarmaq hüququna malik idi. Belə ki, əgər kəndli 

15 il müddətinə təhkim olunduğu torpağı tərk edibsə, o yeni-

dən qayıtmaq hüququnu saxlayırdı. Amma bu qayda mahiy-

yət  etibarilə  digər  ölkələrdəki  təhkimçilik  sistemlərindən 

daha 

dəhşətli idi. Ona görə ki, hər şeyini itirəcəyini dərk edən 



kəndli hara gedə bilərdi? 

 

XVII-



XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, 

Avropa dövlətləri tərəfindən "Şərq probleminin"  

hazırlanması 

   

Avropa  


dövlətləri artıq kapitalist inkişafı yoluna keçdiyi 

bir  vaxtda 

Osmanlı imperiyasında feodal münasibətləri hökm 

sürürdü. Ö

lkə durğunluq vəziyyətində idi. İmperiyanın Avro-

pa  ölkələrindən  geridə  qalması  buna  səbəb  oldu  ki,  türklər 

hərbi məğlubiyyətlərə uğramağa başladılar, zəngin hərbi qə-

ni

mət  mənbəyi  tükəndi,  feodalların  müharibəyə  marağı  itdi. 



Bunun 

müqabilində  isə  onlar  kəndlilər  üzərindəki  istismarı 

daha da güc

ləndirdilər. 

XVII-

XVIII əsrlərdə şəhər sənətkarları və tacirlərinin də 



vəziyyəti xeyli pisləşdi. Ödənilməsi heç də mümkün olmayan 

vergilər qoyulması, qəlp pul kəsilməsi, əhalinin həmin təbə-

qələrinin  əmlakının  müsadirə  edilməsi,  insan  həyatının  və 

mül


kiyyətinin  valilərin  özbaşınalığından  qorunmaması  onla-

rın narazılığına səbəb olurdu. Bu narazılıqlar getdikcə artır və 

bəzən də üsyanlara gətirib çıxarırdı.  

Kəndlilərin,  sənətkarların  və  tacirlərin  müflisləşməsi, 

kənd  təsərrüfatı,  sənaye  və  ticarətin  inkişafı  yolunda  feoda-

lizm  rejiminin  yaratmış  olduğu  maneələr  Türkiyəni  Avropa 

öl

kələrindən  ayıran  məsafəni  getkidcə  daha  çox  artırır  və 



onun tənəzzülünə, ölkədə uzun sürən iqtisadi böhrana, bir qə-

dər sonra isə siyasi böhranın baş verməsinə səbəb oldu. 

Türkiyənin  tənəzzülü  onun  başqa  ölkələrlə  əlaqələrində 

də özünü göstərdi. Bu məhdudiyyətlər xüsusilə Avropa döv-

lətləri  ilə  münasibətlərdə  özünü  büruzə  verirdi.  XVII  əsrin 

axırlarında Türkiyənin Avropada olan torpaqlarının bir hissə-




288 

si (1699-cu il Karlovitsi 

sülh  müqaviləsi  əsasında)  ilk  dəfə 

bölüşdürüldü.  Avropa  dövlətlərinin  təzyiqi  altında  Türkiyə 

sul

tanları XVIII əsrin ikinci yarısının axırlarından etibarən öz 



ölkəsinin ticarət və sənayesinin zərərinə olaraq xarici tacirlərə 

birtərəfli iqtisadi və siyasi imtiyazlar verməyə başladılar. Xa-

tırladaq ki, onlar bu güzəştləri keçmişdə öz xoşları ilə verir-

dilər və qismən könüllülük prinsipi gözlənilirdi. Kapitulyasi-

yalar adlanan bu birtərəfli imtiyazlar Türkiyənin müstəmləkə 

əsarəti  altına  düşməsinin  ən  mühüm  formalarından  birinə 

çev

rildi. Kapitulyasiyalara əsasən xarici tacirlər Türkiyə qa-



nun

larına tabe olmayaraq, Türkiyə hökumət idarələrinin səla-

hiy

yətindən  və  təsir  vasitələrindən  kənarda  qalırdı.  Onların 



Türkiyəyə  gətirdikləri  mallara  Türkiyə  tacirlərinin  verdiyin-

dən bir neçə dəfə az gömrük qoyulurdu.  

Bunul

a yanaşı, hələ 1664-cü və 1683-cü illərdə Osmanlı 



imperatorluğuna qarşı Sentqozxarda (Macarıstan) və Vyana-

da  uğurlu  döyüşlər  keçirmişdilər.  Zaman  keçdikcə  Avropa 

dövlətlərinin, xüsusilə Fransa, İngiltərə, bəzən də Rusiyanın 

səfirləri Türkiyə hökumətinin xarici və daxili siyasətinə daha 

artıq  təsir  göstərirdilər.  Avropa  dövlətləri  hətta  Türkiyənin 

tor


paqlarını  bölüşdürmək  planlarını  hazırlamağa  başlamışdı-

lar.  Bu  planlar  ətrafında  dövlətlər  arasında  kəskin  mübarizə 

gedirdi. Həmin mübarizə tarixi ədəbiyyatda "Şərq məsələsi" 

adlanır.  Türkiyənin  cəlb  olunduğu  bu  problem  XVIII  əsrin 

axırlarında xüsusilə kəskinləşdi. 

 

XVIII əsrin axırlarında böhranın kəskinləşməsi 



 

Türkiyənin artıq uzun illərdən bəri məruz qaldığı iqtisadi 

və  siyasi  böhran  XVIII  əsrin  axırları  və  XIX  əsrin  əvvəllə-

rində daha da kəskinləşdi. Daxili səbəblərdən başqa, o zaman 

Avropanın  iki  qabaqcıl  ölkəsində  baş  vermiş  hadisələr  – 

Fransa


dakı 1789-cu il burjua inqilabı və İngiltərədəki sənaye 

çevrilişi də buna təsir göstərmişdi. 

Əsasən  Fransa  inqilabı  Osmanlı  imperiyasının  hərbi, 

siyasi və iqtisadi vəziyyətinə böyük təsir göstərmişdi. İnqila-

bın  demokratik  ideyaları  birinci  növbədə  imperiyanın  əsarət 



289 

altında  olan  xalqları  arasında  içərisində  milli-azadlıq  hərə-

katını bir qədər də coşdurmuşdu. Tədricən fəallaşan xalqların 

bütün  əvvəlki  ictimai-iqtisadi  və  siyasi  dünyagörüşünün 

istiqlal savaşına istiqamətləndirilməsi nəticəsində baş verirdi 

və XVIII əsrin axırlarında həmin ideyalara yiyələnməyə daha 

əlverişli şərait yaranmışdı. Bundan başqa, burjuaziyanı haki-

miy


yət  başına  gətirən  Fransa  inqilabı  nəticəsində  Fransa  ilə 

İngiltərə  arasında  müstəmləkələr  uğrunda,  o  cümlədən  Os-

man

lı imperiyasının tərkibinə daxil olan ərazilər uğrunda mü-



ba

rizə özünün daha gərgin mərhələsinə daxil olmuşdu. İngil-

tərədəki  sənaye  inqilabı  da  (bunu  bəzən  də  sənaye  çevrilişi 

adlandırırdılar) İngiltərədə yeni tələblərin meydana çıxmasına 

səbəb olmuşdu. 

Fransa burjua 

inqilabı və İngiltərədə sənaye çevrilişi hə-

min ölkələrin, həmçinin bütün kapitalizm dünyasının ictimai-

iqtisadi tərəqqisi yolunda ən mühüm mərhələ hesab edilirdi. 

Belə  bir  mühitdə  Osmanlı  imperiyasının  geriliyi,  mərhələ-

mərhələ tənəzzülü xüsusilə nəzərə çarpırdı. 

Türkiyə  iqtisadiyyatının  əsas  istehsal  sahəsi  olan  kənd 

təsərrüfatı  dərin  böhran  içərisində  idi. Öz dövrünü keçirib 

dağılmaqda olan timar torpaq sahibliyi sistemi hələ də hökm 

sürürdü. 

Hələlik  bundan  mütərəqqi  üsul  tapılmırdı.  Amma 

XVIII əsrin axırlarında Osmanlı imperiyasında istehsal edilən 

kənd  təsərrüfatı  məhsullarına  Avropa  dövlətlərinin  tələbatı 

artmışdı.  Bu  isə  kəndlilər  üzərindəki  feodal  istismarının, 

xüsusilə  Kiçik  Asiyanın  sahil  rayonlarında  və  Balkanlarda 

feodal istisma

rının  güclənməsinə  səbəb  olmuşdu.  Bununla 

bərabər,  Türkiyədə  yardarlıq  sistemi  çox  yayılmış  olduğun-

dan 


istismarın  güclənməsi  başlıca  olaraq  özünü  kəndlilərin 

istehsal  etdiyi  məhsulun  bilavasitə  feodal  tərəfindən  ələ 

keçirilməsində və soyğunçuluqda özünü göstərirdi. 

Şəhərlərdə  sənətkarlar  və  tacirlər  üzərində tətbiq  edilən 

vergi siyasəti o qədər də ürək açan deyildi. Başqa təbəqələr 

kimi əhalinin bu təbəqələrinin, hətta iri əyanların belə həyatı 

və əmlakı heç bir qanunla qorunmurdu. Paşaların özbaşınalı-



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə