Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə99/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   95   96   97   98   99   100   101   102   ...   142

296 

saxlamağa  çalışırdılar.  Beynəlxalq  vəziyyət  gərginləşməkdə 

idi.  Balkan  xalqlarının  antiosmanlı  mübarizəsi    yenidən  baş 

qaldırmış,  Fransanın  qoşunları  Misir  istiqamətində  irəlilə-

yirdi.  İngilis  donanması  Əbukir  yaxınlığında  (İsgəndəriyyə-

nin şərqində  Fransa donanmasını məğlub etdi. Türkiyə həm 

Rusiya,  həm  də  İngiltərə  ilə  yaxınlaşmağa  başladı.  Lakin 

Türkiyə ilə Rusiya arasındakı müttəfiqlik uzun sürmədi) 

 

XVIII əsrin axırı və XIX əsrin əvvəllərində  

Türkiyənin beynəlxaq vəziyyəti 

 

XVIII 


əsrin  axırlarında İngiltərə  ilə  Fransa  arasında  rə-

qabətin  daha  da  gərgin  hal  alması  o  zaman,  xüsusilə  Napo-

leon   

müharibələri dövründə bütün beynəlxalq vəziyyətin, o 



cümlədən "Şərq məsələsinin" də kəskinləşməsinə səbəb oldu. 

İlk vaxtlar Napoleonla III Səlim arasında düşmən münasibət-

lər mövcud idi. Yaxın və Orta Şərqdə İngiltərənin mövqeyini 

zəiflətməyə çalışan Napoleon 1798-ci ildə Misirə hərbi yürüş 

təşkil etdi. Bu səbəbə görə Türkiyə Fransaya müharibə elan 

etdi. Napoleonun Misirə yürüşü müvəffəqiyyətsizliklə nəticə-

ləndi.  İngilis  donanması  Əbukir  vuruşmasında  (İsgəndəriy-

yənin şərqində) fransız donanmasını darmadağın etdi. Suriya-

da i

sə fransız orduları III Səlimin fransız təlimatçılarından tə-



lim  almış  nizami  hissələri  tərəfindən  Əkkə  şəhəri  ətrafında 

dayandırıldı və Misirə qayıtmağa məcbur edildi. 

Napoleonun  Türkiyə  əleyhinə  siyasəti  buna  səbəb  oldu 

ki,  Türkiyə  Napoleonun  düşmənləri  ilə,  o  cümlədən  Rusiya 

ilə yaxınlaşmağa başladı. İonik adalarını tutmuş olan fransız-

lara  qarşı  birgə  əməliyyat  keçirmək  üçün  III  Səlimin  xahişi 

ilə rus çarı I Pavel eskadra göndərdi. 1799-cu il yanvarın 3-də 

İstanbulda Rusiya ilə Türkiyə arasında Fransaya qarşı müttə-

fiqlik 

müqaviləsi imzalandı. İki gün sonra isə Türkiyə ilə İn-



gil

tərə arasında eyni məzmunlu qarşılıqlı anlaşma müqaviləsi 

imzaladı.  Beləliklə,  Türkiyə  münaqişəyə  cəlb  olunmuş  döv-

lətlərin Fransaya qarşı ittifaqına daxil oldu. 




297 

Birləşmiş rus-türk eskadrası fransızları İonik adalarından 

qaçmağa məcbur etdi. Həmin döyüşdə isə vitse-admiral Uşa-

kovun koman

danlığı altındakı rus donanması həlledici rol oy-

na

dı. 1800-cü il martın 21-də Rusiya ilə Türkiyə arasında ye-



ni müqavilə imzalandı ki, buna görə də yeddi İonik adaların-

da Türkiyənin səlahiyyətlərinin hüquqi cəhətdən əsaslandırıl-

ması ilə və Rusiyanın himayəsi altında "Yeddi Birləşmiş Ada 

Respublikası"  yaradıldı.  Hər  iki  ölkə  arasında  imzalanmış 

başqa  bir  sazişə  əsasən  sultan  1802-ci  ildə  yeni  bir  fərman 

ver


di. Bu fərmana görə Moldaviya və Valaxiya knyazlıqları-

nın qospodarları (hakimləri) sultan tərəfindən təyin edilir və 

işdən azad edilirdi. Lakin  buna  Rusiyanın  da razılığı  olmalı 

idi. H


əmin saziş nəticəsində hər iki knyazlığa Rusiyanın istə-

diyi qospodarlar təyin olunurdu.  

1802-

ci ildə Türkiyə ilə Fransa arasında sülh müqaviləsi 



bağlanmasına  baxmayaraq  Napoleona  qarşı  mübarizədə  mə-

na

fe ümumiliyi zəminində Rusiya ilə Türkiyə arasında müttə-



fiqlik  əlaqələri  hələ  də  inkişaf  edirdi.  1805-ci  il  sentyabrın 

24-


də hər iki dövlət arasında yenidən ittifaq müqaviləsi imza-

landı. Bu müqavilə İonik Respublikasını müdafiə etmək üçün 

rus  hərbi  gəmilərinin  boğazlardan  keçmək  hüququ  təsdiq 

edildi. 


Lakin Rusiya ilə Türkiyə arasındakı müttəfiqlik əlaqələri 

təbii xarakter daşımırdı. Rusiyanın Moldaviya ilə Valaxiyada 

ağalıq etməsi Türkiyədə narahatçılıq və qəzəb oyatdı. Misirdə 

və  Suriyada  isə  İngiltərənin  buna  oxsar  hərəkət  etməsi  də 

beynəlxalq münasibətlər sistemində gərginliyi artırdı. III Sul-

tan 


Səlimi öz tərəfinə çəkmək məqsədilə Napoleon vəziyyət-

dən istifadə etmək qərarına gəldi. Austerlits yaxınlığında rus-

Avstriya ordu

ları  üzərində  Napoleonun  qələbəsindən  sonra 

III Sultan 

Səlim Rusiyanın darmadağın olunduğunu təsəvvür 

edərək özünün Napoleona qarşı əvvəlki düşmən münasibətini 

dəyişdi. Türkiyə ilə Fransa arasında dostluq əlaqələrinin yaran-

ması ilə bərabər Rusiya ilə Türkiyənin münasibətləri pisləşməyə 

başladı  və  onların  arasındakı  bu  ziddiyyətlər  müharibə  ilə 

nəticələndi. 



298 

1806-1812-ci 

illərdə rus-türk müharibəsi,  

Buxarest sülhü 

 

1802-1805-ci 

illərdə Türkiyə ilə Rusiya arasında bağlan-

mış müqavilə və digər Türkiyə tərəfindən razılaşmaların po-

zul

ması  müharibə  üçün  bəhanə  oldu.  Sultanın    Rusiya  ilə 



bağlanmış müqavilələrə zidd sərəncamlarının ləğv olunması-

nı tələb edən rus ultimatiumunu Türkiyə rədd etdikdən sonra 

rus 

qoşunları Moldaviya və Valaxiyanı tutdular. Buna cavab 



olaraq 1806-

cı il dekabrın 27-də Türkiyə Rusiyaya müharibə 

elan etdi. Sultan 

müharibəyə  girməklə  Fransanın  yardımına 

inanaraq 

Krımı geri almaq ümidində idi. 

Bu zaman  Rusiya artıq Fransa ilə müharibə aparırdı və 

ikinci bir 

cəbhədə vuruşmaq heç də onun mənafeyinə uyğun 

deyildi.  İlk  vaxtlarda  Rusiyaya  yardım  göstərməyə  çalışan, 

la

kin müvəffəqiyyətsizliyə uğrayan İngiltərə demək olar mü-



ha

ribədə iştirak etmədi. Bütün səylərini Napoleona qarşı mü-

ha

ribə  cəbhəsinə  yönəltmək  lüzumu  Rusiyadan  tələb  edirdi 



ki, Türkiyə ilə müharibəyə son qoysun.  

Lakin Napoleonun xarici siyasətində gözlənilməz bir dö-

nüş  bütün  vəziyyəti  dəyişdi.  Dənizdə  İngiltərəni  məğlub  et-

mək  iqtidarında  olmayan  Napoleon  İngiltərəni  kontinental 

blo

kada  ilə  əzmək  istədi.  Lakin  Rusiyanın  iştirakı  olmadan 



blokada mümkün deyildi

. Məhz buna görə də Napoleon Rusi-

ya  ilə  yaxınlaşmaq  qərarına  gəldi.  Onun  bu  niyyəti  I  Alek-

sandr tərəfindən rəğbətlə qarşılandı. Napoleon özünün dünən-

ki  müttəfiqinə  xəyanət  edərək  rus  imperatorunun  Türkiyəni 

bölüşdürmək haqqındakı təklifini qəbul etdi. Doğrudur fran-

sız  imperatoru  I  Aleksandrın  təklifinə  yalnız  1807-ci ilin 

iyulunda  Tilzit  və  1808-ci ilin sentyabr-oktyabrında  Erfurt 

rüşləri  zamanı  qeyri-səmimi  söz  vermişdi. Napoleon  eyni 



za

manda İstanbuldakı fransız səfiri vasitəsilə sultanı müqavi-

mət  göstərməyə  təhrik  edirdi.  Bunun  nəticəsində  Rusiya  ilə 

Türki


yə  arasındakı  sülh  danışıqları  iki  dəfə  1807-ci ilin av-

qustun


da  Dunaydakı  Rumın  qalası  Slobodzeydə  və  1809-cu 

ilin fev


ralında  Yassıda  pozuldu.  Kutuzovun  komandanlığı 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə