320
ci ildə Moldaviya və Valaxiyada xalq üsyanının yatırılma-
sında türk qoşunları ilə birlikdə rus orduları da iştirak etdi.
Beləliklə, XIX əsrin 30-40-cı illərində Türkiyənin Avropa
döv
lətlərinin yarımmüstəmləkəsinə çevrilməsi ticarət əlaqə-
ləri qurmaq üçün ilkin siyasi zəmin hazırladı. Eyni zamanda
müvafiq ilkin iqtisadi
əlaqələr yaranmaqda idi.
Osmanlı dövlətində Krım müharibəsi ərəfəsində
islahatlar
, ölkənin iqtisadi vəziyyəti
Gülx
anə fərmanından sonra Osmanlı imperiyası ərazisin-
də fərmanın davamı olaraq yeni islahatlar haqqında təkliflər
verildi.
Türkiyənin rəsmi tarixşünaslığında bu islahatlara
"tənzimati-xeyriyyə" deyilirdi.
Əlavə olaraq 1840-cı ildə vergi alınması islah edildi və
bundan sonra vergi
alınması tənzimləndi. Eyni zamanda ver-
giləri xüsusi agentlər vasitəsilə dövlət özü topamalı oldu. Hə-
min il ci
nayət məcəlləsinə yeni maddələr də daxil edildi və
mülki-
qanun məcəlləsi də hazırlanmağa başlandı. Bununla
ya
naşı 1843-cü il fərmanı orudunun yeni quruluşunu müəy-
yən etdi. Kadr qoşunlarında xidmət müddəti 15 ildən 5 ilə
endirildi. Ehtiyatda qalmaq müddəti 7 il müəyyən olundu. Elə
həmin il islam dini mürtədlərinə edam cəzası verilməsi ləğv
olundu. 1847-
ci ildə ticarət məhkəmələri təşkil edildi ki, bun-
larda da ilk dəfə olaraq müsəlman olmayanların şəhadəti
müsəlmanların şəhadətinə bərabər tutulurdu. Yenə də həmin
il
də maarif nazirliyi yaradıldı. 1850-ci ildə fransız ticarət mə-
cəlləsi nümunəsi ilə türk ticarət qanun məcəlləsi qəbul edildi.
Qanun layihələrinə baxmaq üçün dövlət şurası, qubernator-
paşalar nəzdində isə məsləhət şuraları-məclisləri yaradıldı ki,
bunlara da zadəgan və varlıların, o cümlədən müsəlman ol-
mayanlar
ın nümayəndələri də daxil edildi.
Lakin p
aşalar, iltizamçılar, sələmçilər, ruhanilər və başqa
imtiyaz sahibləri, qeyri-mütərəqqi qüvvələr əyalətlərdə isla-
hat
ların həyata keçirilməsini qəsdən pozurdular. Bir sıra hal-
321
lar
da əhalini məcbur edirdilər ki, həm keçmişdə olduğu kimi
iltizamçılara, həm də hökumət agentlərinə vergi versinlər.
Bunun nəticəsində ölkənin müxtəlif regionlarında üsyanlar
baş verirdi. Lakin müsəlman olmayan əhaliyə, hələ də əziyyət
verilməsi mövcud idi. İrticaçılar müsəlmanlarla "kafirlərin"
hüquqca bərabər olmasını təsəvvürünə belə gətirmək istəmir-
di
lər. Mühafizəkarların belə pozucu fəaliyyəti Balkanlarda və
bir sıra digər yerlərdə üsyanların baş verməsinə səbəb oldu.
Bu üsyanlar sultanın Gülxanə islahatlarını həyata keçirmək
zəruriliyi şüarı altında gedirdi. Belə üsyanlar Bolqarıstanda
1841-
ci ildə məşhur Niş üsyanı, Makedoniyada, Kritdə və
Ki
pirdə də baş vermişdi.
Osmanlı imperatorluğunda yuxarıdan keçirilən islahatlar
zəhmətkeş kütlələrin vəziyyətini əsla yaxşılaşdırmadısa da
bur
juaziyanın, o cümlədən milliyətcə türk olmayan burjuazi-
ya
nın artmasına kömək edirdi. Lakin islahatlar paralel olaraq
eyni zamanda
xarici kapitalın da mövqeyinin möhkəmlənmə-
sinə kömək edirdi. Bunlar bir-birinə zidd olan iki təmayül idi.
Lakin bu zaman xarici kapital Türkiyədə artıq elə üstünlüklər
qazanmışdı ki, geridə qalmış və zəif Türkiyə burjuaziyası xa-
ri
cilərlə rəqabətdə geridə qalır, həm də idxalat getdikcə ixra-
catı ötüb keçirdi. XIX əsrin 50-ci illərinin əvvəllərində impe-
ri
yanın xarici ticarətində kəsir baş verdiyi aşkara çıxır və bu
k
əsir daimi hal alırdı. Həmin ildə 11.820 min lirəlik mal gəti-
ril
mişdirsə, 10.640 lirəlik mal çıxarılmışdı. Xarici malların
idxalının təsiri altında sənayenin fəaliyyəti zəifləyirdi. Misal
üçün, 1812-
ci ildə Skutari və Tırnovoda 2000 toxucu dəzgahı
oldu
ğu halda, 1841-ci ildə yalnız 200 dəzgah fəaliyyət göstə-
rirdi
. Eyni zamanda Türkiyənin kapitalist dövlətləri üçün aq-
rar-xam
mal bazasına çevrilməsi prosesi qüvvətlənirdi. Misal
üçün, 1839-
cu ildə imperiyanın Qara dəniz limanları vasitə-
silə 1,8 milyon kiloqram taxıl ixrac edildiyi halda, 1841-ci
ildə təxminən 11 milyon kiloqram taxıl ixrac edilmişdi. Baş-
qa kənd təsərrüfatı məhsullarının ixracı da bir neçə dəfə art-
mışdı. Türkiyənin iqtisadiyyatı getdikcə daha çox birtərəfli və
şəxsi mənafelərə xidmət edən iqtisadiyyata çevrilirdi.
322
Beləliklə, XIX əsrin 30-50-ci illərində Türkiyənin həm
siyasi, həm də iqtisadi sahədə Avropa kapitalist dövlətlərinin
başlıca olaraq İngiltərə və Fransanın yarımmüstəmləkəsinə
çev
rilməsi üçün ilkin zəmin hazırlandı. Həmin dövlətlərin
təsiri altına düşən Türkiyə, getdikcə daha artıq dərəcədə bu
dövlətlərin öz düşmənlərinə qarşı mübarizə alətinə çevrilirdi.
Türkiyənin bu asılı vəziyyəti Rusiya-Osmanlı münasibətləri-
nə xələl gətirirdi. Belə mövcud vəziyyət nə Rusiyanın, nə də
Tü
rkiyəni razı salmırdı. Qarşılıqlı narazılıqlar təbii olaraq
yeni müharibə üçün şərait yaratmaqda idi.
1853-1856-
cı illər Şərq (Krım) müharibəsi
Şərq və ya Krım müharibəsi adlanan müharibə Türkiyəni
müharibə meydanına çəkmək məqsədilə hələ XIX əsrin əv-
vəllərində Avropa dövlətləri tərəfindən hazırlanmışdı. Bu
müha
ribə İngiltərə ilə Rusiyanın birinci növbədə "Şərq məsə-
ləsində" mövqelərinin tamamilə əksliyindən irəli gələn zid-
diy
yətlərin kəskinləşməsi nəticəsində baş verdi. Osmanlı im-
peri
yasını bütünlüklə özünə tabe etməyə çalışan İngiltərə, im-
periyanın vəziyyətini olduğu kimi ("status kvo") saxlamağa
tərəfdar idisə, Rusiya Osmanlı imperiyasının Balkanlarda və
Yaxın Şərqdəki torpaqlarının dövlətlər arasında bölüşdürül-
məsi siyasətini yeridirdi. Bu dövrdə Türkiyəyə qarşı iddialı
olan Rusiya əsasən boğazları və İstanbulu tutmaq istəyirdi.
Fransa və Avstriya, habelə Avropanın başqa dövlətləri, hər
biri
öz mənafeyi nöqteyi-nəzərindən İngiltərənin tərəfində
durur
du. Aydındır ki, Balkan torpaqlarını öz hakimiyyəti
altında saxlamağa çalışan Türkiyə İngiltərəyə və Rusiyanın
digər düşmənlərinə arxalanırdı.
"Şərq məsələsində" Rusiyanın rəqibi olan dövlətlərlə
Ru
siya arasında münasibətlər o dərəcədə kəskinləşmişdi ki,
ki
çicik bir bəhanə müharibəyə səbə ola bilərdi. Belə bir bəha-
nə, Qüds və Vifleyemdə xristianların "müqəddəs yerləri" üs-
tündə pravoslav və katolik kilsələri arasındakı mübahisə oldu.
Pra
voslav kilsəsinin arxasında Rusiya, katolik kilsəsinin arxa-
Dostları ilə paylaş: |