Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə105/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   101   102   103   104   105   106   107   108   ...   142

314 

özbaşınalığını  aradan  qaldıra  bilmədi.  Vəzifələrin  satılması 

kimi neqativ hallar b

u özbaşınalığı daha da dərinləşdirirdi. 

Başqa islahatlar içərisində 1836-cı ildə gömrük sistemi-

nin vahid şəkilə salınmasını, taxıl və yun satın almaq sahəsin-

də  dövlət  inhisarının  1838-ci  ildə  ləğv  edilməsini,  1836-

1837-


ci illərdə xarici işlər və daxili işlər nazirliklərinin, hərbi 

nazirliyin  yaradılmasını,  Paris,  Vyana,  London  və  Berlində 

səfirliklər açılmasını da göstərmək lazımdır. Məhz bu islahat-

dan sonra Türkiyənin beynəlxalq münasibətlər sistemi ilə da-

xili  idarəçilik  sistemi  arasında  qismən  uyğunluq  yaradılmış 

oldu. 


Hətta məmurların zahiri görünüşünü müəyyən edən fər-

manlar verildi. Misal üçün, 1837-

ci il fərmanı bığların uzun-

lu

ğu ilə qaşların uzunluğu arasında nisbət olmasını tələb edir-



di. 

Yəni,  insanın  zahiri  görünüşü  dövləti  maraqlandırırdı  və 

bunun çox böyük əhəmiyyəti var idi.  

Səlnaməçilərin təsvirinə görə Türkiyədə küçələrdə qışqı-

ra-

qışqıra danışanların  siması çox iyrənc görünürdü. II Mah-



mud öz fərmanı ilə belələrini mədəniləşdirdi. Bu fərmandan 

sonra ilk növbədə şəhər əhalisinin xarici görünüşündə Avropa 

təsiri özünü göstərməyə başladı. Müasirlərdən birinin dediyi-

nə görə, alabəzək Şərq geyimi əvəzinə indi kişilər qara, avro-

pasayağı pencək və dar şalvar geyir, çalma əvəzinə fəs qoymağa 

başlamışdı. Uzun saqqal qoyanlar azalmışdı. "Türklərin yuxarı 

təbəqələrinin indiki gəncləri daha əvvəlki kimi bir-birilə qışqıra-

qışqıra  danışmır,  hay-küy salmırlar,  fransızca  laqqırtı  vurur, 

naz-

əda ilə  söhbət  edir,  sarı rəngli qədim  çəkmə  əvəzinə laklı 



tufli geyirdi

lər. Keçmişdə ayaqyalın gəzən varlı qadınlar isə indi 

ayaqlarında  tarım  geyilmiş  corabla  gəzir  və  hətta  bəziləri  bel-

lərinə korset də taxırdı. Uzun yaylı, avropasayağı faytonlar da 

dəbə düşmüşdü..." 

İslahatın  digər  bir  tərəfi  də  diqqətəlayiqdir  ki,  II  Mah-

mud özünü dini mənsubiyyətindən asılı olmayaraq bütün tə-

bəələrin bərabər olması tərəfdarı kimi qələmə verməyə çalı-

şırdı.  O,  Türkiyə  sultanları  içərisində  birinci  olaraq  1837-ci 

ildə imperiyanın Avropa hissəsini gəzdi, orada müsəlman ol-

mayan əhalinin nümayəndələrini qəbul etdi, onlara müraciətlə 



315 

söylədiyi nitqlərində dini etiqadından asılı olmayaraq imperi-

yanın bütün təbəələrinin bərabər olmasından danışdı. Padşa-

hın xalq içərisinə getməsi, hətta müstəmləkələrdə yerli əhali 

ilə  ünsiyyətdə  olması,  onların  problemləri  ilə  maraqlanması 

onun nüfuzunu artırdı. Bu olduqca böyük siyasət idi. Fransız 

səyyahı, etnoqrafı A.Buni XIX əsrin ortalarında Türkiyə mə-

dəniyyəti və xalqların adət-ənənələrindən bəhs edərək yazır-

dı: "İqdırda bir toy mərasiminə dəvət edilməmiş iştirak edir-

d

im.  Süfrələri  çox  kasıb  idi,  amma  o  qədər  oynayırdılar  ki, 



oyun yerinin to

zu insanların çöhrəsini tanınmaz etmişdi. Oy-

na

yanların arasında hətta ürəkləri gedən də oldu. Bu adamlar 



o  qədər  şənlənmişdilər  ki,  səfalətlərini  və  kasıblıqlarını  toy 

müd


dətində unutmuşdular". Mən türk musiqisini başa düşmə-

səm də, yəqin edirdim ki, oynayanların əksəriyyəti musiqinin 

məzmununu dərk etmədən oynayırdılar. 

Öz 


hakimiyyətini möhkəmlətmək məqsədilə II Mahmu-

dun  yuxarıdan  həyata  keçirdiyi  islahatlar  geniş  zəhmətkeş 

kütlələrin  vəziyyətini  yüngülləşdirməyə  yönəldilmişdi.  Am-

ma aparılan islahat reallaşandan sonra xalq kütləsi əsl həqi-

qəti gec də olsa dərk etdi. Onlar dərk etdilər ki, sultanın bütün 

cəhdləri yalnız hakimiyyətini möhkəmlətmək imiş. Xalq küt-

lələri, xüsusilə kəndlilər vergilərin artmasından və hərbi mü-

kəlləfiyyətdən daha çox şikayət edirdilər. Doğrudan da yeni 

inzibati rəislər hökumətin göstərişi əsasında vergilərin yükü-

nü daha da ağırlaşdıraraq toplanılan vergilərin xeyli hissəsini 

özləri mənimsəyirdi. Orduda 15 il qulluq etməyi nəzərdə tu-

tan hərbi mükəlləfiyyət səfərbərlik zamanı kəndliləri uzun za-

man  öz  ailə  və  təsərrüfatından  ayırırdı.  Halbuki  əvvəllər  öz 

feodalı tərəfindən hərbi qulluğa çağırılan kəndli adətən yayda 

müha

ribədə  iştirak  edir,  qışda  isə  evinə  qayıdırdı.  Bu  amil-



dən,  yəni  əhalinin  narazılığından  istifadə  edərək  islahatları 

poz


mağa  çalışan  qüvvələr  də  var  idi.  Onlar  bəzən  də  buna 

müvəffəq olurdular. Lakin II Mahmud heç bir müxalifətçiyə 

güzəşt  etmir,  öz  düşmənlərinə,  hətta  ruhanilərdən  olan 

düşmənlərinə də şiddətli divan tuturdu. 




316 

Türkiyədə islahatın davamı kimi, hətta II Mahmud yeni 

islahatlar  da 

hazırlayırdı.  Bunların  işlənib  hazırlanması  ilə 

xüsusi  komissiya  məşğul  olurdu.  Bu  komissiyaya  görkəmli 

dövlət xadimi, diplomat, qərbpərəst Mustafa Rəşid paşa baş-

çılıq edirdi. Lakin Məhəmmədəli ilə yeni münaqişə baş ver-

məsi  yeni  islahatlardan  ayrıldı  və  sultanın  diqqətini  özünün 

hakimiyyətinin qorunub saxlanılmasına cəlb etdi. 

 

Misir hakimi 



Məhəmmədəli ilə Türkiyə arasında 

1839-1840-

cı illərdə ikinci münaqişə  

 

 

Özünü müstəqil hakim hesab edən Məhəmmədəli uzun 



müddət  idi ki,  Osmanlı  imperatorluğuna  xərac vermir,  hətta 

Avropa  dövlətləri  ilə  müstəqil  əlaqələr  qurmağa  səy  göstə-

rirdi. 

Bu səbəbdən Məhəmmədəli ilə ikinci münaqişə 1838-ci 



il

də  baş  verdi.  Sultan  II  Mahmud  vassalı  Məhəmmədəlini 

özü

nə tabe etmək üçün yenidən müharibə variantını  1839-cu 



ildə sultanla onun rəsmi vassalı arasında açıq müharibə baş-

landı. Həmişə olduğu kimi bu dəfə də münaqişənin mühari-

bəyə çevrilməsində İngiltərə mühüm rol oynadı. Məhəmməd-

əli ərəb Şərqində İngiltərənin öz mövqeyini genişlədib möh-

kəmlətmək  səylərinə  mane  olurdu. O,  1836-cı  ildə  imzalan-

mış ingilis-türk ticarət müqaviləsinə görə taxıl və yun almaq 

sahəsində dövlət inhisarının ləğv edilməsi ilə razı olmamışdı. 

Türk


lərin əli ilə Məhəmmədəlini rədd etməyə çalışan İngiltə-

rə Misir canişininin bu hərəkətindən istifadə edib, onunla sul-

tan  arasında  münaqişə  hazırlamışdı.  Bununla  İngiltərə  eyni 

zaman


da Misirdə Fransanın da mövqeyini son dərəcə zəiflədə 

bilərdi.  Lakin  İngiltərə  türk  sultanının  vədlərinə  əbəs  yerə 

ümid bəsləyirdi. 1839-cu il iyunun 24-də Suriyanın şimalında 

Nəzib  yaxınlığında  sultan  ordusu  ilə  Misir  qoşunları  arasın-

dakı vuruşmada türklər darmadağın edildi. II Mahmuda bun-

dan 6 gün sonra 

məğlubiyyət  haqqındakı  xəbər  çatmışdı. 

Onun xələfi sultan Əbdülməcidin o zaman 16 yaşı var idi və 

buna görə də təbiidir ki, o, imperiyanın idarə olunmasında elə 

bir rol oynaya bilməzdi, idarəçilik zəif idi. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə