323
sında isə Fransa və onun müttəfiqləri dururdu. I Nikolay ulti-
ma
tum şəklində sultandan tələb etdi ki, "müqəddəs yerlərin"
ixti
yarı pravoslav kilsəsinə, sultanın bütün pravoslav təbəələri
üzərində himayəçilik hüququ isə onun özünə verilsin. Belə
bir müqavilə pravoslav əhali olan yerlərdə sultanın suveren
ha
kimiyyətini sarsıda bilərdi. Eyni zamanda bu müqaviləni
Türkiyənin bölüşdürülməsinin başlanğıcı hesab etmək olardı.
İngiltərə və Fransaya arxalanan sultan I Nikolayın tələbini
rədd etdi. Buna cavab olaraq müharibə elan edilmədən əvvəl
rus qoşunları 1853-cü il iyunun 21-də Moldaviyaya girdilər.
Bundan sonra həmin il oktyabrın 4-də Türkiyə Rusiyaya
müharibə elan etdi.
1853-
cü il noyabrın 30-da admiral Naximov Sinop lima-
nında türk donanmasını məğlubiyyətə uğratdı. Buna cavab
olaraq İngiltərə və Fransa öz donanmalarını Qara dənizə gə-
tir
dilər. 1854-cü il martın 12-də onlar Rusiyaya qarşı Türkiyə
ilə ittifaq haqqında müqavilə bağladılar və martın 27-28-də
isə Rusiyaya müharibə elan etdilər. Beləliklə, Rusiya təklən-
miş şəraitdə müharibəni davam etdirdi.
Rusiyanın məğlubiyyəti ilə qurtaran "Şərq müharibəsi",
eyni zamanda Rusiyada hakim feodal idarə üsulunun çürüklü-
yü
nü və dağılması ehtimalı özünü doğrultdu. Rusiya Avropa-
nın qabaqcıl dövlətlərinin ittifaqı ilə nə iqtisadi, nə də hərbi
cəhətdən müharibə aparmağa hazır deyildi
Əslində Türkiyə də bu müharibəyə hazır deyildi. Rusiya-
nın məğlub olması aydınlaşdıqda Qara dənizdə heç də İngil-
tərənin mövqeyini möhkəmlətmək istəməyən Fransa və Avst-
riya sülh söhbətini ortaya atdılar. Müharibəni davam etdir-
mək istəyən İngiltərə güzəştə getməyə məcbur oldu. Avstriya
1855-
ci ilin axırlarında İngiltərə və Fransa ilə birlikdə hazır-
lan
mış sülh şərtlərini Rusiyaya təqdim etdi. Rusiya hökuməti
bu şərtlərə özünün ilkin razılığını verdi və 1856-cı il fevralın
25-
də Parisdə sülh konfransı açıldı. Lakin hələ konfrans açıl-
ma
mışdan əvvəl Türkiyə Rusiyanın mövqeyini zəiflətmək
üçün İngiltərə və Fransanın məsləhəti ilə daxili bir tədbir
keçirdi.
Bu tədbir Balkanlara, Qara dəniz regionuna və digər
ərazilərə aid idi.
324
Türkiyədə 1856-cı ildəki xətt-humayunun mahiyyəti
1856-
cı il fevralın 25-də açılan Paris sülh konfransının
gündəliyindən bir daha məlum olurdu ki, bu konfransda im-
pe
rialist dövlətlər Türkiyəyə qarşı heç də səmimi deyillər. O
da
məlum idi ki, sülh konfransında Rusiya Türkiyənin fakt
qarşısında qoymağa cəhd göstəriləcəkdir. Odur ki, Rusiyaya
özünü
Türkiyədəki "məzlum" milliyyətlərin müdafiəçisi kimi
çıxış etmək imkanı verməmək üçün İngiltərə və Fransa hələ
müharibə illərində sultanı bəzi fərmanlar verməyə məcbur et-
mişdilər ki, bunlar da müsəlman olmayan əhalinin vəziyyəti-
nin yaxşılaşdırılmasını və bərabərhüquqlu vətəndaş olmaları-
nı sübut etməli idi. Odur ki, misal üçün, müsəlmanların cina-
yət işlərinə müsəlman olmayanların şəhadət verməyə buraxıl-
ması haqqında 1854-cü ildə fərman nəşr edildi. Əsrlərdən bəri
müsəlman olmayanlardan alınan xüsusi şəxsi vergi "xəracın"
ləğv edilməsi haqqında hələ 1855-ci il mayın 10-da fərman
verilmişdi. Lakin, əslində "xərac" ləğv edilməmiş, müsəlman
olmayanların hərbi mükəlləfiyyətdən azad edilməsi üçün alınan
vergi ilə əvəz edilmişdi. Bütün bu fərmanlar az səmərəli
tədbirlər idi. Qeyri müsəlman əhalinin ziyalıları Paris sülh kon-
fransına göndərdikləri müraciətlərdə göstərirdilər ki, “Müharibə
zamanı Osmanlı imperiyasının xristian əhalisinə qarşı Türkiyə
hö
kumət idarələrinin özbaşınalığı misli görünməmiş bir şəkil
alıb”. Belə ki, xristianlar iddia edirdilər ki, “guya milli ayrı
seçkiliklə yanaşı Rusiyaya rəğbət bəsləyən xristianlardan qisas
alırlar”, bu da Avropa ictimaiyyatının qınağına çevrilirdi.
Məzlum xalqların Türkiyə əsarətindən azad edilməsi
məsələsinin müzakirəsi Rusiyanın rəqibləri üçün əlverişli de-
yil
di və buna yol verməmək üçün İngiltərə və Fransa hələ
1856-
cı ilin yanvarında Türkiyəyə memorandum vermişdilər.
Sultanın 1856-cı il fevralın 18-də nəşr etdiyi ali fərmanının
(xətt-humayunun) əsas prinsipləri həmin memorandumdan
götürül
müşdü. Fərman, Gülxanə xətt-şərifinin elan etdiyi hü-
quq bərabərliyinin müsəlmanlarla müsəlman olmayanların
hü
quq bərabərliyini, dini etiqadından asılı olmayaraq bütün
325
təbəələrin şəxsiyyət, şərəf və mülkiyyət təhlükəsizliyinin tə-
min olunmasını təsdiq edirdi. Yəni fərman müsəlman olma-
yan
ların müsəlmanlarla bərabər əsasda dövlət qulluğuna və
hərbi məktəblərə buraxılmasını bəyan edirdi. Fərman dinin-
dən asılı olmayaraq bütün təbəələr üzərinə bərabər vergi qo-
yul
masını, vergi toplanışında iltizam sisteminin tədriclə ləğv
olunacağını vəd edirdi. Dövlət büdcəsi tərtib olunacağı, yollar
çəkiləcəyi, banklar açılması, xaricilərə mülk sahibliyi hüququ
verilməsi, Avropa dövlətlərinin kapitalından, həmçinin elm
və incəsənət nailiyyətlərindən istifadə edilməsi də fərmanda
nəzərdə tutulmuşdu ki, bu da Türkiyədə xristianlara çox bö-
yük hü
quq və imtiyazlar verirdi.
Rusiyanın rəqibləri sülh şərtlərinin müzakirəsi zamanı
bu fərmandan istifadə edərək, “Osmanlı imperiyasında xris-
tian əhalinin vəziyyəti kimi” kəskin bir məsələ ətrafında
uzun-
uzadı müzakirə və mübahisələrə yol verməməyə müvəf-
fəq oldular. Həmin fərman eyni zamanda Türkiyənin avropa-
laşması dəlili kimi qələmə verilirdi və buna əsasən Türkiyə
sırasında olan dövlət kimi tə qdim edildiyinə görə sənədləş-
mədə Avropa dövlətləri tərkibinə qəbul edildi.
1856-
cı il Paris sülh müqaviləsi
1856-
cı il martın 30-da bir tərəfdən Rusiya, digər tərəf-
dən də Avstriya, Fransa, Böyük Britaniya, Prussiya, Sardini-
ya və Türkiyə arasında sülh müqaviləsi imzalandı. Müqavilə-
yə əsasən Rusiya Cənubi Bessarabiyanı itirmiş oldu. Bununla
yanaşı Rusiya Dunay mənsəbini öz nəzarəti altında saxlamaq
imkanından məhrum edildi. Müqavilə Qara dənizdə Rusiya-
nın hərbi-dəniz donanmasını ton su tutumu hesabı ilə məh-
dud
laşdırır, Qara dəniz sahillərində cəbbəxana, tərsanə və gə-
mi-
təmir edən müəssisələr tikməyi qadağan edirdi. Bu haqda
rus klassikləri haqlı olaraq yazırdılar ki, Krım müharibəsində
Rusi
yanın məğlubiyyəti "Çarizmin çürüklüyünü göstərdi".
Maraq
lı burasıdır ki, "qalib gəlmiş" Türkiyə də öz üzərinə bu
cür
öhdəliklər götürdü. Həmçinin Serbiya, Moldaviya və Va-
Dostları ilə paylaş: |