Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə111/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   107   108   109   110   111   112   113   114   ...   142

332 

kiyə üçün əlavə problemlər yaradırdı. Odur ki, belə bir vəziy-

yət o dövrdəki Türkiyə ictimai dairələrində dərin həyəcan do-

ğurdu.  İctimaiyyətin  müxtəlif  təbəqələri  bu  hadisələrə  müx-

təlif münasibət bəsləyirdi. İrticaçı mühafizəkarlar bütün fəla-

kətlərin əsas səbəblərini islahatlarda görürdü. Çünki bu isla-

hatlar 

onların  fikrincə  "kafir-xristianları"  fəallaşdırmaqdan 



təqlid  etməkdən  başqa  bir  şey  deyildi.  Bunun  əksinə  olaraq 

radikal-


liberal  təbəqələr  qəbul  edilmiş  islahatları  olduqca 

məhdud  və  imperiyanın  dağılmasının  qarşısını  almaq  üçün 

qeyri-kafi hes

ab  edirdilər.  Bir  qədər  sonra  radikal-liberallar 

i

çərisindən bir cərəyan yetişdi ki, bu da yeganə nicat yolunu 



konstitusiyalı-parlamentar  monarxiya  yaradılması  tələbini 

irəli sürürdü. Bu cərəyanın tərəfdarları zabitlərdən, yeni yetiş-

miş gənclərdən, məmurlar içərisindən çıxmış demokratik fi-

kirli  şəxslərdən,  müxtəlif  aşağı  təbəqələrin  nümayəndələrin-

dən  və  hətta  bəzi  əyanlar  içərisindən  çıxmış  vətəndaşlardan 

ibarət idi. Bu cərəyanın əsas nümayəndələri burjuaziya sinfi-

nə mənsub deyildisə də, hər halda  həmin cərəyan yetişməkdə 

olan türk burjuazi

yasının  mənafeyini  ifadə  edirdi.  Yəni  bu 

cərəyanın fəaliyyəti sinfi xarakter daşıyırdı. 

 Bu 

cərəyanın  fəaliyyətində  əvvəllər  mütərəqqilik,  yəni 



maarifçilik 

ideyaları güclü idi. Hərəkatın əsas nümayəndələri 

eyni zamanda istedadlı yazıçılar idi. Onlar milli türk ədəbiy-

yatı yaradılması, türk dilinin təmizliyi, ölkədə elmi biliklərin 

yayılması uğrunda mübarizə aparırdılar. İlk vaxtlarda bu cə-

rəyanın nümayəndələri 1860-cı ildə təsis olunmuş "Tərcüma-

ni-

əhval" qəzeti ətrafında birləşmişdilər. Qəzetin ilhamçısı və 



yeni cərəyanın ən görkəmli nümayəndəsi ədib və alim İbra-

him Şinasi idi. Sıravi bir zabit oğlu olan İbrahim Şinasi Fran-

sada 1848-ci il inqil

abında iştirak etmiş Mustafa Rəşid paşa-

nın qəzetinin əməkdaşı olmuşdu. 

 

Bir qədər sonra Şinasi "Təsviri əfkar" adlı öz xüsusi qə-



ze

tini yaratdı. Qəzet redaksiyası İstanbulun ən mütərəqqi nü-

ma

yəndələrini, vətənpərvər ziyalıları öz ətrafında birləşdirərək 



mütərəqqi amalları reallaşdıran bir mərkəzə çevrilmişdi. Əski 

türklər adlanan mühafizkarlardan fərqli olaraq, islahat tərəfdar-

ları özlərini gənc türklər və ya yeni osmanlılar adlandırırdı. 



333 

Yeni  osmanlıların  ən  görkəmli  nümayəndəsi,  məmur 

ailəsində anadan olmuş Namiq Kamal idi. O, şair, dramaturq, 

publisist və siyasi xadim idi. Çox keçmədən yeni osmanlıla-

rın  maarifçilik  fəaliyyəti  böyüyüb  mövcud  rejimi  tənqid  et-

mək,  sarayın  özbaşınalığına,  istibdada,  israfçılığa  qarşı,  bu 

bəlaların  müqəssirləri  və  təşkilatçılarına  qarşı  mübarizəyə 

çevrildi. 

Yeniliyi, elmi tərəqqini qəbul etmək istəməyən istis-

mar


çıların  və  tacirlərin  keçmiş  mürtəce  ruhlu  qalıqlar  bu 

gənclərə qarşı çıxdılar və yeni osmanlıları təqib etməyə baş-

la

dılar. Buna görə də yeni osmanlılar gizli cəmiyyət yaratdı-



lar. Bu gizli cəmiyyətin təşkilatçıları içərisində İbrahim Şina-

si  və  Namiq Kamaldan  başqa  iri  məmur  və  ədib  Ziya  bəyi, 

Krım  müharibəsi  zamanı  ordunun  baş  komandanı  olmuş 

Ömər paşanı və başqalarını göstərmək olar. Gizli cəmiyyətin 

245 üzvü var idi.  

Cəmiyyətin  əsas  tələbi  konstitusiyalı  monarxiya  yarat-

maq idi. Cəmiyyətin rəhbərləri öz tələblərini Qurana istinadla 

əsaslandırırdılar.  Yeni  osmanlılar  hətta  sultan  Əbdüləzizə 

qar

şı  sui-qəsd  də  hazırlamışdılar.  Lakin  xəyanət  nəticəsində 



bu qəsdin üstü açıldı. Yeni osmanlıların rəhbərləri Parisə və 

Londona  qaçdılar.  Onlar  mühacirətdə  "Hürriyyət"  ("Azad-

l

ıq"),  "Müxbir"  və  başqa  qəzetləri  dərc  etməklə  özlərinin 



məcburi  mühacirətlərinin  mahiyyətini,  Türkiyənin  demokra-

tik bir ölkə olmasının vacibliyini, Avropaya inteqrasiya yolla-

rı və onun vacibliyini yazırdılar. Həmin qəzetlər gizli surətdə 

Türkiyəyə  gətirilir  və  burada  geniş  yayılırdı.  Xalq  hökumət 

qəzetlərindən  çox  onlara  nicat  vermək  istəyən  bu  gənclərin 

qəzetlərini oxuyurdu. 

Nəhayət, yeni osmanlılar hərəkatı Türkiyənin həyatında 

mütərəqqi hadisə və onun siyasi inkişafı yolunda diqqətəlayiq 

bir mərhələ oldu. Lakin hər bir milli hərəkatda olduğu kimi 

“Yeni Osmanlıların”da çatışmazlıqları çox idi. Məsələn,  hə-

min hərəkat kütlələrdən və onların mənafeyindən uzaq idi ki, 

bu amil də onların ən böyük nöqsanlarından idi. Yeni osman-

lılar aşağı təbəqədən, yoxsullardan uzaq olduğuna görə yeni 

osmanlılar  hərəkatı  imperiyanın  məzlum  xalqlarının  milli-

azadlıq hərəkatına yabançı idi. Yeni osmanlılar hərəkatındakı 

bu irticaçı cəhət onu məzlum xalqların və əzilən təbəqələrin 




334 

güclü  hərəkatından  uzaqlaşdırıb,  zəiflədirdi.  Bütün  bunların 

hamısı təkcə hərəkatın özünə deyil, həmçinin Türkiyənin mü-

qəddəratına da mənfi təsir göstərirdi. Amma Türkiyənin və-

tənpərvər övladlarının tənqidi çıxışları mütərəqqi hadisə idi. 

Onların bu çıxışları vətənpərvərlikdən irəli gəlirdi və təbii xa-

rakter daşıyırdı. ən başlıcası isə “Gənc Osmanlılar” öz xalqını 

cəhalətdən,  istismardan,  təhkimçilik  əzablarından  qurtuluşa 

çıxarmağa gəlmişdilər. 

 

Mədəniyyət 

 

Orta 



əsrlərdə islam dininin təsiri Türkiyənin mədəni in-

kişafını olduqca ləngidirdi. Türkiyə yalnız feodal dövləti de-

yil, həm də feodal-teokratik dövlət olduğundan islam dini öl-

kədə  həyatın  bütün  sahələrinə  böyük  təsir  göstərirdi.  Bütün 

dini e

hkamlar dövlət qanunu hesab edilirdi. Dövlət qanunları 



Osma

nlı  imperiyasında  ən  yüksək  dini  başçı  hesab  olunan 

yal

nız şeyxülislamın təsvibindən sonra qüvvəyə minirdi, yəni 



hakimiyyətdən də güclü molla hökmranlığı mövcud idi.  

İdeologiya sahəsində təhrif olunmuş islam ayinləri əzilən 

təbəqələrə  xüsusilə  mənfi  təsir  göstərirdi.  Maarif  işi,  bütün-

lüklə  ruhanilərin  ixtiyarında  idi.  Savadlı  adamların  sayı  çox 

az idi. Elm yox 

dərəcəsində idi. Yalnız şəriət qanunları hökm 

sürür

dü.  Tarix,  başlıca  olaraq rəsmi  tarixçilərin əsərlərindən 



ibarət  idi.  İslam,  canlı  aləmin  rəsmi  təsvirini  qadağan  etdi-

yindən  təsviri  incəsənətin  inkişafı  ləngiyirdi.  İslam  Osmanlı 

imperi

yasını Qərb ölkələrinin mədəni təsirindən uzaqlaşdırır-



dı,  çünki  islam  dininə  görə  bütün  xristian  dövlətlər  düşmən 

he

sab olunur və bu ölkələrdən müəyyən bir şeyin iqtibas edil-



məsi fikri belə mürtədli sayılırdı. 

XIX əsrdə islam dini və müsəlman ruhanilərinin Türki-

yədə  böyük  nüfuzu  qalmaqda  idi.  Türkiyə  teokratik  dövlət 

ola


raq  qalırdı.  Lakin  Türkiyədə  yaranmış  olan  yeni  şəraitdə 

mədəniyyət sahəsində müəyyən tərəqqi də var idi. Mədəni tə-

rəqqi yolundakı hər bir addım fanatizm ideyaları ilə silahlan-

mış ruhanilərə qarşı şiddətli mübarizə bahasına başa gəlirdi. 

Ruhanilər daim hər bir yeniliyə qarşı çıxır, elm və mədəniy-

yət adamlarına qarşı qəsdlər düzəldilirdi. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə