Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə113/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   109   110   111   112   113   114   115   116   ...   142

338 

susdur.  İlk  xəlifə  Əbu  Bəkr  (632-634)  bilavasitə  kürəkəni 

Məhəmmədin  xeyir-duası  ilə  xəlifə  olmuşdu.  Məhəmmədin 

qayınatası Əbu  Bəkr  572-ci  ildə Məkkədə  anadan  olmuş  və 

tacir idi. O, qureyşlər tayfasından olmaqla islam dinini ilk qə-

bul edənlərdən idi. İlk xəlifə olan Əbu Bəkr (572-634) zəkat 

ver

mək  istəməyən  bədəvilərin,  yalançı  peyğəmbərlərin  üs-



yan

larını yatırmaqla Ərəbistanda separatçılığa son qoydu. O, 

633-

cü ildə Sasanilərə, 634-cü ildə Bizansa qarşı qoşun gön-



dərmişdi.  Bəhreyn,  Ümman,  Hadramaut,  Yəmən,  Suriya  və 

İran bilavasitə Əbu Bəkrin istila layihəsinə əsasən tutulmuş-

du. O, 23 avqust 634-

cü ildə vəfat edərək Məhəmmədin ya-

nında dəfn edilmişdir. Ərəb istilaları Yaxın və Orta Şərqdə, 

Şimali Afrikada və Cənub-qərbi Avropa ərazilərinin zorla xi-

la

fətə birləşdirilməsi və islam bayrağı altında aparılan bu eks-



pansiya  Ömərin  (634-644),  Osmanın  (644-656) hakimiyyət-

ləri  dövrünə  təsadüf  edir.  633-cü  ildə  Xalid  ibn  Əl-Validin 

qo

şunları  şimal-şərqi  Ərəbistanın  bədəviləri  ilə  birlikdə  Cə-



nu

bi İraqı işğal etdilər. Bu dövrdə Bizans bir qədər zəifləmiş-

di.  Bundan  istifadə  edən  ərəblər  Ölü  dənizinin  cənubunda, 

Vadi  əl-Ərəbdə,  634-cü  ilin  fevralında  isə  Dasində  Bizans 

hərbi qüvvələrini darmadağın etdilər. 634-640-cı illərdə ərəb-

lər bütün Suriya və Fələstini işğal edərək Xilafətin tərkibinə 

qatdılar. 640-641-ci illərdə ərəblər ciddi müqavimətə rast gəl-

mədən Misiri işğal etdilər. Ərəblər 641-ci ildə Yuxarı Meso-

potamiya, 642-

ci  ildə  Nəhavənd  yaxınlığında  İran  qoşunları 

üzərində qələbədən sonra İranı işğal edərək Sasanilərin bütün 

ərazisi (Amudərya çayınadək) xilafətin tərkibinə qatıldı. Bu-

nun

la yanaşı 642-ci ildə döyüşsüz, yəni müqavilə əsasında İs-



gəndəriyyənin,  Kirenaika,  643-cü  ildə  Liviya  zəbt edildi. 

Ərəblər 644-645-ci illərdə Hindistan sərhədlərinə yaxınlaşdı-

lar. 647-

ci ildə ərəblər Afrikadakı Bizans torpaqlarını, o cüm-

lədən Məğrib ölkələrini, indiki Tunisi, Əlcəzairi və Mərakeşi 

işğal etdilər. Bu işğallar nəticəsində Bizansın Asiya və Afri-

kadakı torpaqlarının 

2



 

hissəsi ərəblərin əlinə keçdi. 



Ərəb  işğalçılarına  qarşı  Cənubi  Qafqazda  xalq  azadlıq 

hərəkatı yeni mərhələyə daxil oldu. 650-ci ildə Azərbaycanın 




339 

cənubunda ərəblərə qarşı mübarizə geniş və əhatəli oldu. Üs-

ya

nın yatırılması üçün 654-cü ildə ərəblərin ən qəddar sərkədə-



lərindən  biri  olan  Salman  ibn  Kəbiənin  komandanlığı  altında 

ərəb ordusu xalqın müqavimətini qıraraq Təbriz, Bərdə, Bey-

ləqan  əhalisini  qılıncdan  keçirsələr  də,  Azəristanı  ərəblər 

tamamilə işğal edə bilmədilər. VII əsrin sonu, VIII əsrin əvvəl-

lərində ərəblərin işğalının ikinci mərhələsi başlandı. Bu dövrdə 

ərəblərin  əsas  dayaq  məntəqəsi  Qaruvan  idi.  Nəhayət,  VIII 

əsrin  30-cu  illərində  ərəblər  Zaqafqaziya,  Orta  Asiya,  Şərqi 

İran, Şimali Afrika və Kiçik Asiyada istilalarını davam etdirə-

rək Avropaya çatdılar. 709-cu ildə ərəblər Atlantik okeanı sa-

hil


lərinə çıxdılar. Eyni zamanda 711-ci ildə 7300 nəfərlik ərəb 

ordusu  Priney  yarımadasını,  712-ci  ildə  isə  ərəblər  Mədinə 

Sideniyanı, Kormonanı, Seviliyanı, Meridi işğal etdilər.  

 

Digər ölkələrdə olduğu kimi ərəblər Azəristanda da vəh-



şiliklər  törətmiş,  alçaldıcı  vergi  siyasəti  tətbiq  etmişdilər. 

Ərəblər siyahıyaalma kompaniyası başa çatdıqdan sonra ver-

gi

ni verə bilməyən əhaliyə qarşı amansız tədbirlər görürdülər. 



Belə tədbirlərdən biri 9-13 yaşında sarışın, ağbəniz, uzun kip-

rik


li azəri qızlarının zorla Ərəbistana aparılması idi. Akade-

mik  Ziya 

Bünyadovun və tarixçi alim Mahmud İsmayılovun 

məlumatlarına istinad edərək nəzərə çatdırırıq ki, bu məqsəd-

lə ərəblər Azəristandan ildə 2 min nəfər azyaşlı qız uşaqlarını 

zorla Ərəbistana aparırlarmış. 

 

Əlbəttə, xalqımız heç də ərəb işğallarını və zülmünü sü-



kunətlə qarşılamamışdır. Özünün milli qəhrəmanları olan Ca-

vidan, Babək və başqa vətənpərvər oğullarının rəhbərliyi al-

tında inadlı mübarizə aparmışdır. Nəhayət, dünyada baş verən 

hadisələr, yeni istilaçıların peyda olması və fasiləsiz azadlıq 

mübarizəsi nəticəsində Orta Asiyada, İranda, Zaqafqaziyada, 

Priney yarımadasında ərəb hökmranlığına son qoyuldu. 

Ərəb istilasına və zülmünə qarşı 807-ci ildə Azərbaycan-

da başlanmış Xürrəmilər hərəkatı məşhur sərkərdə Cavidanın 

adı  ilə  bağlıdır.  O,  816-cı  ildə  qonşu  feodal  Əbu  İmranla 

döyüşdə hlak oldu. 

816-838-

ci  illəri  əhatə  edən  Babək  hərəkatı  zamanı, 

Xürr

əmilər hərəkatı dövründə Bizansla müharibələrdə  şöhrət 




340 

qazanmış  Afşin  heydən  ibn  Kavuş  Babəkə  qarşı  göndərildi. 

Cəfər Xəyyat və İtax Təbbax kimi məşhur ərəb sərkərdələri 

xey


li canlı qüvvə və 30 milyon dirhəm pulla Afşinin köməyi-

nə gəldilər. Bütün bunlara baxmayaraq, Babək Xilafətin 6 or-

du

sunu darmadağın etdi, 500 min əsgərini və 6 məşhur sər-



kərdəsini məhv etmişdi. Nəhayət, xəyanət nəticəsində  838-ci 

ilin yanvarında əsir gtürüldü və 838-ci il martın 14-də Samirə 

şəhərində xəlifə Mötəsimin əmri ilə edam edildi. 

Xatırladılması zərurdir ki, ərəb işğallarının ilk mərhələ-

lərində ərəblər siyasi cəhətdən yetgin olmayan, məhdud dün-

ya

görüşlü  adamları  maddi  cəhətdən  həvəsləndirə  bilirdilər. 



Avesta kitabını evlərdən yığaraq onu yandırır, məhv edirdilər. 

Bəzən Avesta kitabı dəvə və köşəklə dəyişdirilirdi. Bununla 

da 2500 illik tarixə malik olan ideya mənbəyi məhv edilirdi. 

Odur ki, xalqların milli sərvətini məhv edən ərəblərin özləri-

nin mənəvi sərvətləri də pərakəndə halına düşdü. 

 

Beləliklə, silah gücünə yaradılmış Xilafət X əsrdə par-



ça

landı. XVI əsrdə Ön Asiyanın (Ərəbistan yarımadasının bir 

hissəsindən başqa)  və  Şimali  Afrikanın  (Mərakeşdən  başqa) 

ərəb ölkələri Osmanlı imperiyasının tərkibinə qatıldı. Xatırla-

daq ki, XV əsrdən başlayaraq ərəb ölkələrinin istilası uğrunda 

Os

manlı  imperiyası  ilə  Avropa  dövlətləri  arasında  rəqabət 



başlamışdı. XV əsrin sonu XVI əsrin əvvəllərində Mərakeşin 

bir hissəsi Portuqaliya tərəfindən işğal edilmişdi. Daha sonra 

ərəb ölkələrinə qarşı İngiltərənin, Fransanın, İtaliyanın, İspa-

ni

yanın və digər müstəmləkəçi dövlətlərin ekspansiya siyasəti 



gücləndi. Vaxtilə öz istilaları ilə dünyaya səs salan ərəblər və 

ərəb ölkələri Avropa dövlətlərinin, eləcə də Osmanlı imperi-

ya

sının müstəmləkə obyektinə çevrildi. Yeni dövrün başlan-



ğıcında  dünyanın  nəhəng  imperiyalarının  geniş  müstəmləkə 

əraziləri ərəb ölkələrinə məxsus idi. Lakin qan və rəzalət üzə-

rin

də  qurulmuş  imperiyaların  süqutunun  labüdlüyünü  dərk 



edən hər bir insan tam yəqinliyi ilə dərk edirdi ki, zaman ye-

tişəndə Ərəb imperiyası da süqut edəcəkdir. 

 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə