329
dılması haqqında fərman verdi və bu işləri ruhanilərin səla-
hiy
yətindən kənarlaşdırdı. Eyni zamanda 1864, 1867 və
1871-
ci illərdə Fransa inzibati idarəçiliyinə oxşar inzibati
islahatlar keçirildi.
Əslində bütün bu islahatların olduqca az əhəmiyyəti var
idi. Yaln
ız adı dəyişmiş satraplar (hakimlər və valilər) əvvəl-
ki kimi özbaşınalıq edirdilər, müsəlmanlarla müsəlman olma-
yanlar arasında məzlumlarla dilənçilər arasında heç bir bəra-
bərlik yox idi. İslahatlardan isə xarici kapitalistlər və yerli
burjuaziya
ən çox xeyir görür və daha geniş imtiyazlara sahib
olurdular.
Ölkədə daxili zidiyyətlərin artması, Krım
müharibəsindən sonra müstəmləkə ərazilərində milli
azadlıq hərəkatı
Krım müharibəsindən sonra ölkədə narazılıq qüvvətlənir-
di. Xalq k
ütlələri öz vəziyyətinin pisləşməsindən narazı idilər.
50-60-
cı illərin yarımçıq, həm də çox pis həyata keçirilən
islahatları hətta mülkədar-burjua təbəqələrini də qane etmirdi.
Bir sıra yerlərdə ağır vergilərə qarşı pərakəndə kəndli üsyanları
baş verirdi. Türkiyənin tarixindən bəhs edən tarixi ədəbiyyat-
larda məzlum xalqlar ifadəsi tez-tez işlədilir. Ən başlıcası isə
sultan hakimiyyətinə müxalif olan qüvvələr "məzlum xalqlar"
adlan
dırılan xalqların adlarından istifadə edirdilər. Rusiyada
nəşr olunan kitablar da məhz belə mənbələrdən bəhrələnirdilər.
Türk tarixçisi Bilge Ç.
məzlum xalqlar ifadəsinə münasibət
bildirərək deyirdi ki, bu diyarda məzlum xalq deyəndə qeyri
müsəımanlar nəzərdə tutulur. Daha başa düşmürlər ki, Sultanın
ailəsindən və qohumlarından başqa hamı məzlumdur.
Əlbəttə, hakimiyyətin təbəqələr arasında fərq qoyması,
imtiyazlı şəxslərin hədsiz səlahiyyətlərə malik olmaları, əha-
lin
in yoxsul təbəqələrinin hüquqsuzluğu və daha da yoxsul-
laşması məzlum xalqların və təbəqələrin mübarizəsini xüsu-
silə genişləndirirdi. Xüsusilə xristianların azad cəmiyyət mü-
ba
rizəsi hərəkata çevrilməkdə idi. Bu hərəkat Türkiyənin əsa-
rətindən tamamilə azad olmaq və öz milli hökumətlərini ya-
rat
maq uğrunda ümummilli mübarizə səviyyəsinə yüksəldi.
Bu mübarizənin hegemonu milli, başlıca olaraq ticarət bur-
330
jua
ziyası, ideoloji rəhbəri milli ziyalılar, əsas hərəkətverici
qüv
vəsi kəndlilər, habelə şəhər zəhmətkeşləri və başlıca ola-
raq sənətkarlar idi. "Məzlum" xalqların mübarizəsində iki cə-
rəyan, Türkiyə əsarətinə qarşı milli-azadlıq uğrunda mübarizə
və türk mülkədarlarının - feodal və yarımfeodalların zülmün-
dən azad olmaq uğrunda kəndlilərin ictimai mübarizəsi birlə-
şirdi ki, bu da gələcəkdə ümumölkə miqyasına çevrilə bilərdi.
Türkiyədə milli-azadlıq hərəkatının və istismara qarşı
mübarizənin bir səbəbi də, Krım müharibəsindən sonra Bal-
kan xalqla
rı ilə Avropa ölkələrinin iqtisadi və ideoloji əlaqə-
lərinin artması idi. Balkan xalqları içərisində Avropanın qa-
baqcıl ideyalarının, o cümlədən Gertsen və Çernışevski ide-
ya
larının böyük təsiri var idi və bu təsir sultan hökumətini
narahat edirdi.
Balkanlarda türk ağalarının vəziyyəti getdikcə çətinləşir-
di. Balkan ölkələrinin ümumi əhalisi içərisində türklərin sayı
dönmədən azalmaq istiqamətində dəyişirdi, yəni türklər bu
yerləri məcburən tərk edirdilər.
Krım müharibəsindən sonra Balkanlarda baş verən proses-
lərə münasibət bildirən K.Marks göstərirdi ki: "On iki milyon
slavyan, yunan, valax, arnaut (alban-red) bir milyon türkün
tabeliyindədir", "türklərin Avropada olması Frakiya-İlliriya
yarımadasının malik olduğu bütün ehtiyatların inkişaf etdi-
rilməsi üçün ciddi maneədir"
1
.
K.Marksın antitürk mövqeyi
başa düşüləndir. Ona görə ki, o da avropalılar mövqeyindən
çıxış edən yəhudi ziyalısı idi, amma onun irəli sürdüyü fikirlər
faktlara söykəndiyinə görə obyektivliyinə də yaxın idi.
Bununla yanaşı, türklərin Balkanlarda hakim mövqe
tutmasından qeyzlənən Marks Avropa dövlətlərinin, Rusi-
yanın Balkanlardakı siyasətinə obyektiv münasibət bəsləmə-
məsi aydındır. Bu qapalı fikrin açıqlaması isə ondan ibarətdie
ki, Avropa dövlətlərinin, həmçinin Rusiyanın Balkanlardakı
ma
raqları heç də Türkiyənin maraqlarından az deyildi. Bal-
kan yarımadasının xalqları getdikcə daha artıq qətiyyətlə Tür-
kiyə əsarətini həmişəlik olaraq öz üzərindən atmağa çalışırdı.
Serblər 1862-ci ildə yenidən mübarizəyə qalxdı və 1867-ci
ildə türkləri serb torpaqlarından çıxıb getməyə məcbur etdi-
1
1
K.Marks və F.Engels. Əsərləri, 9-cu cild, səh 5,6.
331
lər. Bosniya və Hertsoqovina kəndliləri təhkimçilik zülmünə
qarşı 1860-1862-ci illərdə yenidən üsyan qaldırdılar. Molda-
viya və Valaxiya knyazlıqlarından 1861-ci ildə Rumınya döv-
ləti yarandı. 1866-cı ildə Krit adasında yunanların böyük bir
üs
yanı baş verdi. Üsyançılar Yunanıstanla birləşməyə çalışırdılar.
XIX əsrin 60-cı illərində bolqar xalqının milli azadlıq
hərəkatı yeni yüksəliş dövrü keçirirdi. Bu hərəkat gedişində
Xristo Botev, Qriqori Rakovski, Vasil Levski kimi görkəmli
rəhbərlər formalaşdılar.
Dunay vilayətinin (Dunay vilayəti "Bolqarıstan" adının
özünü
yer üzərindən silmək məqsədilə quraşdırılmışdı) valisi
(qubernatoru) Midhət paşa bolqar milli-azadlıq hərəkatına
qar
şı şiddətli mübarizə aparırdı. Bununla bərabər o başa dü-
şürdü ki, köhnə, açıq zorakılıq vasitəsilə türklərin hakimiyyə-
tini burada
möhkəmləndirmək mümkün deyil. Buna görə də
o, əhalinin rəğbətini qazanmağa çalışırdı. O, yollar çəkdirir,
sənayeyə, ticarətə, təhsil işinə himayəçilik edir, bolqar varlı-
la
rını inzibati idarə işinə cəlb edir, kənd təsərrüfatı kredit xə-
zinələri yaradırdı. Lakin Midhət paşanın ikili siyasəti milli-
azadl
ıq hərəkatının qanunauyğun inkişafını dayandıra
bilmədi.
Türkiyə əsarətinə qarşı mübarizə imperiyanın şərqindəki
bir çox
məzlum xalqları da bürüdü. 1858-ci ildə Livanda üs-
yan baş verdi və xarici müdaxilə ilə nəticələndi (1861-ci il).
Nəticə etibarilə Livanın idarə olunmasına dair xüsusi qayda-
lar qəbul edildi ki, qaydalara əsasən Livana qismən muxtariy-
yət verirdi. 1862-ci ildə Zeytun şəhəri rayonunda ermənilər
üsyan etdi. Ermənilərin bu üsyanı imperiyanın erməni əhalisi
içərisində və imperiyadan xaricdə özünə dayaq tapmadı.
Er
mənilər isitisna olmaq şərtilə "Məzlum" xalqlar içərisində
aza
dlıq hərəkatının və türk xalqının öz içərisində narazılığın
artması Osmanlı imperiyasının yeni siyasi böhran mərhə-
ləsinə daxil olduğunu göstərirdi.
Konsti
tusiyaçılıq hərəkatının formalaşması
İmperiya ərazisində baş qaldırmış narazılıqlar onsuz da
beynəlxalq münasibətlər sistemində təklənməkdə olan Tür-
Dostları ilə paylaş: |