326
laxi
ya üzərində Türkiyənin suverenliyi saxlanılırdı. Müqavi-
ləyə əlavə olaraq boğazlar haqqında müqaviləyə ayrıca bənd
qəbul edildi və bu da bütün ölkələrin hərbi gəmilərinin bo-
ğazlardan keçməsinin qadağan olunduğunu təsdiq etdi. İngil-
tərə, Fransa və Avstriya 1856-cı il aprelin 15-də imzaladıqları
sazişlə "Paris müqaviləsi məzmunu daxilində Osmanlı impe-
ri
yasının istiqlaliyyəti və bütövlüyünə təminat verməyi" və
bu müqavi
lənin hər hansı bir şəkildə pozulmasına mühari-
bəyə səbəb kimi baxmağı öhdələrinə götürdülər.
Bu müharibədə Avropa dövlətlərinin yardımı ilə Türki-
yənin qalib gəlməsinə baxmayaraq Krım müharibəsi Türkiyə
üçün
də olduqca ağır nəticələr verdi. İngilis-fransız kapitalı
tərəfindən Türkiyənin maliyyə əsarətinə alınması məhz mü-
har
ibə illərində başlandı. Böyük hərbi xərclər Türkiyəni
1854-1855-
ci illərdə olduqca ağır şərtlərlə ingilis və fransız
bank
larından ilk borclar almağa məcbur etdi. İngilis kapita-
listləri Türkiyəni təsir altında saxlamaq üçün 1856-cı ildə
Osmanlı bankının əsasını qoydular. Bu bank Türkiyədə xarici
kapitalın əsas dayağı oldu. Elə həmin il yenə də ingilis kapi-
ta
listləri İzmir rayonunda dəmir yolu çəkmək üçün Türkiyəyə
qətiyyən xeyirli olmayan şərtlərlə ilk konsessiya aldılar. Tür-
ki
yə hərbi cəhətdən tamamilə zəifləşmiş, onun ordusu ruhdan
düşmüşdü. Türkiyə demək olar bütün donanmasını itirmişdi.
Heç bir dövlətə nüfuz gətirməyən süni şəkildə törədilmiş
müha
ribə Türkiyəni İngiltərə və Fransanın kollektiv protekto-
ratı altına düşməyə məcbur etdi.
XI
X əsrin 50-60-cı illərində Türkiyədə iqtisadi vəziyyət,
Yeni islahatlar
1853-1856-
cı illərdə baş vermiş Krım müharibəsi
Türkiyənin iqtisadi qüdrətini xeyli zəiflətdi. Müharibə
kəndlilərin vəziyyətinə xüsususilə ağır təsir göstərdi. Lakin
müharibədən sonra da hakim dairələr kəndlilərin vəziyyətini
yüngülləşdirmək üçün nəinki tədbir görmədilər, hətta onların
üzərindəki vergi yükünü daha da ağırlaşdırdılar və 1850-ci
327
ildə illik yığım 2,5 milyona çatdığı halda, 1856-cı ildə vergi
yığımı təxminən 7 dəfə artırılmışdı. Amma müharibənin baç
verməsinin bəzi təbəqələrə çox xeyri olmuşdu. Belə ki,
müharibə ordu üçün ərzaq satan iri torpaq sahiblərinin var-
lanmasında əsas mənbə olmuşdu.
XIX əsrin 30-40-cı illərində len sistemi ləğv edildikdən
sonra torpaq sahibliyind
ə yaranmaqda olan yeni münasibtlər
aqrar sahədə yeni qanunlar verilməsini tələb edirdi. 1858-ci
ildə qəbul olunan torpaq qanunu mövcud aqrar münasibətləri
təsbit etdi. Yeni qanuna görə torpaqların böyük bir hissəsini
dövlət və vəqf torpaqları təşkil edirdi. Bu torpaqlar icarəyə
verilirdi. Bunları satmaq, girov qoymaq, bağışlamaq olmazdı.
Bu torpaqların çox cüzi hissəsi nəsli prinsiplərə əsasən nəslin
davamçılarına keçə bilərdi. Təəssüf ki, yeni torpaq qanunu
aqrar
hüquq sahəsində bir çox feodal istismarı xüsusiyyət-
lərini yenə də saxladı. Dövlət və məscid torpaqlarından isti-
fadə edən icarədarların tələbini yerinə yetirərək hökumət
1867-
ci ildə verdiyi qanunla bu iki qrup torpaqların nəsli su-
rətdə keçməsi imkanını xeyli artırdı. Yenə də həmin ildə xari-
ci
lərə Türkiyədə daşınmaz əmlak satın almaq hüququ verildi.
Xaricilər başlıca olaraq yeraltı sərvət yataqlarını ələ keçirmək,
müəssisə və ev tikmək üçün sahə almaq imkanı əldə etmək
məqsədi ilə buna nail olmağa çalışırdılar. Türkiyədə nəsli prin-
siplərə əsasən keçən torpaqların varislərə çatması narazılıq
yaradırdı. Məsələn, 50 il əvvəl birinin babası hansı yollasa xeyli
torpaq əldə edib. Həmin varis heç bir əziyyət çəkmədən torpaq
sahibi olur, başqalarını da istismar edirdi. Nəticədə narazılıq
artırdı.
Amma, hələlik sənayedə durğunluq hökm sürürdü. Sənət
sənayesi, yəni kustar sənətkarlıq və xırda əmtəə istehsalı üs-
tün yer tuturdu. Doğrudur, 1861-ci ildə sex reqlamenti (sənət-
karların müstəqil fəaliyyətini məhdudlaşdıran qaydalar) ləğv
edilmişdi. Lakin bazarda xarici malların hökmranlığı şəraitin-
də bu tədbir sənayenin inkişaf etdirilməsi üçün daha ciddi
müsbət nəticələr verə bilməzdi.
328
Xarici ticarət on illərdən bəri müəyyənləşmiş istiqamət-
də, yəni köhnə qayda ilə inkişaf edirdi. Bu isə xarici kapital-
dan Türkiyənin asılılığını artırırdı. Xarici kapitalistlər yeni
dəmiryol konsessiyaları alırdılar. Hökumət, çəkilən hər bir ki-
lometr yol üçün onla
ra gəlir təminatı verirdi və beləliklə,
nəticədə kəndlilərdən alınan bir sıra vergi gəlirləri konsessiya
sahib
lərinin ixtiyarına keçirdi.
Ölkənin maliyyə vəziyyəti getdikcə pisləşirdi. Dövlətin
məxarici mədaxilindən çox idi. Büdcə gəlirlərinin böyük bir his-
səsi ordu saxlanılmasına və saray xərclərinə sərf olunur,
borcların ödənilməsinə sərf edilirdi. Odur ki, daxili xərcləri ödə-
mək üçün hökumət xaricdən tez-tez borc almağa başladı. 1854-
cü ildən 1869-cu ilədək olan qısa müddətdə Türkiyənin borcu
böyük məbləğə - 2 milyard 391 milyon franka çatmışdı. Bu
məbləğdən yalnız 1.533 milyon frank Türkiyə dövlətinin ehtiyat
fonduna daxil olmuşdu. Türk tarixçilərinin dediyi kimi "Xalqın
soyulması hesabına müəmmalı maliyyə fırıldaqları var idi".
Türkiyənin maliyyə çətinliklərindən istifadə edən xarici
ka
pitalistlər onu getdikcə daha çox özlərinə tabe edir və Tür-
ki
yədən yeni-yeni imtiyazlar qoparırdılar. Bu imtiyazlardan
biri
xüsusi Osmanlı bankının 1863-cü ildə dövlət bankı hüqu-
quna malik olan maliyyə orqanına çevrilməsi idi. Osmanlı
ban
kına kağız pul buraxmaq, dövlət adından borclar almaq və
s. hüquqlar ver
ilmişdi. Bununla yanaşı 1864-1868-ci illərdə
Türkiyədə yeni xarici banklar açıldı ki, bu da ölkənin daha da
böhrana sürüklənməsinə xidmət edirdi. Nəticədə bank
oliqarxiyası ilə maliyyə oliqarxiyasının birləşməsi prosesi
yaxınlaşmaqda idi ki, bu da təhlükəli iş idi.
Əlbəttə, yeni təfəkkürlü burjua və mülkədar təbəqələri,
həmçinin xarici kapitalistlər Türkiyədə inzibati idarə işlərinin
qaydaya salınmasına, özbaşınalığın aradan qaldırılmasına, ti-
ca
rət və digər kapitalist fəaliyyəti üçün əlverişli şərait yara-
dılmasına ehtiyacı bəyan etsələr də, hakimiyyət irəli sürülən
təklifləri sanki eşitmirdi. Bu da ölkəni gələcək fəlakətlərə
sürükləyirdi. Bu səbəbdən sultan hökuməti özünü yeni şə-
raitə uyğunlaşdıraraq 1860-cı ildə ticarət məhkəmələri yara-
Dostları ilə paylaş: |