Şubay Cavad oğlu Nuruzadə


Məhəmmədəlinin islahatları və daxili siyasəti



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə117/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   113   114   115   116   117   118   119   120   ...   142

350 

Məhəmmədəlinin islahatları və daxili siyasəti 

 

Məhəmmədəli  Misirdə  tam  qayda-qanun  yaratdıqdan 



sonra 

Misirlə  kifayətlənməyib  böyük imperiya yaratmaq 

niyyətində  idi.  Ona  qüdrətli,  yaxşı  silahlanmış  və  Avropa 

qayda


sı ilə təlim görmüş bir ordu lazım idi. Ona vəsait, iqti-

sadi  müstəqillik,  səlis  işləyən  inzibati  idarə  aparatı,  savadlı 

zabit və məmurlar lazım idi. Bu vəzifələrin zəruriliyini nəzərə 

alaraq 


Məhəmmədəli Misirdə özünün şəriksiz və "əbədi" ha-

kimiy


yətinə  nail  olmaq  üçün  ölkədə  islahatlar  keçirməyi  də 

plan


laşdırdı  ki,  bu  da  olduqca  mütərəqqi  hadisə  hesab 

olunurdu. 

Amma 

bir müddətdən sonra məlum oldu ki, Məhəmmə-



dəli heç də Misir xalqının həyat şəratini yaxşılaşdırmağa, onu 

təhkimli vəziyyətdən qurtarmağa qətiyyən çalışmır. Xalq küt-

lələri onu yalnız işçi qüvvəsi, vergi verən kütlə və əsgər kimi 

ma

raqlandırırdı. Bundan başqa, yeni hökmdar etnik cəhətdən 



də misirlilərə yabançı idi. Onun özü alban mənşəli, ana dili 

türk dili idi və o özünü türk hesab edirdi. Məhəmmədəli belə 

hesab edirdi ki, ərəbləri daima asılı vəziyyətdə saxlamaq la-

zımdır. Amma obyektivlik naminə deyilsə onun siyasəti ərəb 

Misri

nin yüksəlişinə səbəb oldu, lakin o özü heç də ərəblərin 



istiqla

liyyəti tərəfdarı deyildi. Məhəmmədəlinin əhatə dairəsi 

alban

lar,  türklər,  çərkəzlər,  kürdlər  və  lazlardan  ibarət  idi. 



Ölkədə rəsmi dövlət dili türk dili idi. 

Nəhayət,  bir  müddətdən  sonra  Məhəmmədəli  aqrar  sa-

hədə də islahat keçirdi. O, paşaların idarə etdiyi xass torpaq-

la

rını ən əvvəl öz əlinə aldı. Artıq 1808-ci ildə Məhəmmədəli 



qiyamçı  bəylərin  malikanələrini  müsadirə  etməyə  başladı. 

1811-


ci il qırğınından sonra məmlük feodallarının bütün tor-

paq


ları tamamilə paşanın əlinə keçdi. Sonra o, mürtəzimlər-

dən, onların gəlirləri haqqında hesabat tələb etdi. Mürtəzimlər 

güman etdilər ki, paşa yeni vergilər qoymaq istəyir və buna 

görə də onlar öz gəlirlərinin çox az və qəsdən azaldılmış rə-

qəmlərini  göstərdilər.  Məhəmmədəli  bütün  saxtakarlıqları 



351 

aşikar etdi və o, elan etdi ki, hökumət vergi yığmağı öz öh-

dəsinə  götürür.  Mürtəzimlərin  bəylərdən  icarəyə  götürmüş 

olduqları  torpaqlar  onların  əlindən  alındı.  Bunun  əvəzində 

onları  "ədalətlə"  mükafatlandırmaq  üçün  paşa mürtəzimlərə, 

öz  "gəlirləri"  haqqında  özlərinin  verdiyi  məlumata  uyğun 

miqdarda  təqaüd  verilməsini  əmr  etdi.  Məhəmmədəli  vəqf 

torpaqları idarəçilərindən torpaq mülkiyyəti hüququ haqqında 

sənəd tələb etdi. O, yaxşı bilirdi ki, belə sənədlərin əksəriyyə-

ti çoxdan itib-bat

mışdır. Məhəmmədəli heç bir sənəd təqdim 

edə bilməyən idarəçiləri dini əmlaka pis nəzarət etməkdə təq-

sirləndirdi və vəqf torpaqlarını öz nəzarəti altına aldı. Bunun-

la da o, vəqf gəlirləri hesabına yaşayan müsəlman ruhaniləri-

nə  təsir  göstərmək  üçün  əlavə  vasitə  və  imkanlar  əldə  etdi. 

1841-


cü il üçün Məhəmmədəli, əslində, Misirdə yeganə tor-

paq mülkiy

yətçisi o, özü idi. 

Bununla yanaşı Məhəmmədəli fəllahlar üçün yeni torpaq 

qaydası qoydu. Paşanın əmrilə hər kənddə torpaq hər bir yaşlı 

işçi üçün 3-5 fəddah hesabı ilə kəndlilər arasında bölüşdürül-

dü. Hüquqi cəhətdən kəndli torpaq sahəsinin sahibi və onun 

məhsulunun mülkiyyətçisi hesab olunurdu. Əslində isə fəlla-

hın hüquqsuz və təhkimli vəziyyəti demək olar ki, dəyişmə-

miş qalırdı. Paşa kəndlinin məhsulunu ya vergi hesabına əlin-

dən alır və ya özü təyin etdiyi qiymətlə "satın alırdı". Fəllah 

ildə 60 gün paşa və dövlət üçün biyara getməli idi. Məhəm-

mədəli  vergi  yığılmasında  ellik  zəmanət  sistemini  saxlayıb 

möhkəmlətdi. Çox vaxt elə olurdu ki, bir kənddən vergi tama-

milə toplanmırdısa, verginin toplanmamış hissəsi qonşu kən-

din 


əhalisinin hesabına toplanırdı. Məhəmmədəlinin hakimiy-

yəti dövründə orduya səfərbərlik qaydası kəndlilər üçün yeni 

və ağır yük idi.  

 

Göstərilən tədbirlərlə yanaşı, Məhəmmədəli geniş miq-



yas

da torpaq paylamağa başlamışdı. O, öz oğlanlarından, za-

bit 

və  məmurlardan  qohum-əqrəbasından  ibarət  yeni  torpaq 



sahibləri yaradıb, onları öz ictimai dayağına çevirdi. Bu qay-

da ilə Məhəmmədəli feodal sinfinin tərkibini, demək olar ta-




352 

mamilə  yeniləşdirdi.  Köhnə  feodallar  kimi,  bu  yeni  mülkə-

dar-

feodallar da mənşə etibarilə misirli deyildilər. Bunlar pa-



şanın ətrafındakı türklər, albanlar, çərkəzlər və kürdlər hesa-

bına artırdı. Torpaq paylanması və yeni mülkədarlar sinfinin 

təşəkkülü bir neçə onillik davam etdi.  

 

Lakin  ölkədə  mövcud  olan  diktatura  rejimi  və  xalqın 



zülm altında olmasına baxmayaraq, XIX əsrin birinci yarısında 

Misirin kənd təsərrüfatında xeyli irəliləyiş baş verdi və uğurlar 

əldə  edildi.  XIX  əsrin  əvvəllərində  əkin  sahələri  2  milyon 

fəddandan artıq olmadığı halda, artıq 1840-cı ildə 3,8 milyon 

fəddana, 1852-ci ildə isə 4,1 milyon fəddana çatmışdı. Ölkədə 

köhnə suvarma şəbəkələrinin bərpa edilməsi və yeni suvarma 

şəbəkələri  yaradılması  sahəsində  böyük  iş  aparılırdı.  1820-ci 

ildən etibarən suvarma işləri il boyu aparılırdı. Bu ildə iki dəfə 

məhsul götürməyə və növbəti mövsüm bitkilərini su ilə təmin 

etməyə imkan verdi. Ölkədə məhsul istehsalı çoxalsa da köhnə 

qayda 

ilə idarəçilik sistemi olduğu kimi qalırdı. 



Ölkənin  idarəçilik  sistemində,  aqrar  sahədə  problemlər 

hələ  də  mövcud  olsa  da,  nəticədə  ölkədə  kənd  təsərrüfatı 

məhsulları xeyli artdı. 1820-ci ildən yetişdirilməyə başlanan 

pambıq  məhsulu  artıq  1836-cı  ildə  300  min  kantara  (kantar 

44,9 kiloqramdır) çatdı. Şəkərqamışı, xam ipək, indiqo isteh-

salının  əvvəlki  illərə  nisbətən  artımına  nail  oldu.  Buğda  və 

düyü məhsulu da çoxaldı ki, bu da xalqın maddi vəziyyətini 

xeyli yaxşılaşdırdı. 

Misirdə nəzərə çarpan irəliləyişlə yanaşı idarəçilik siste-

min


də despotik üsul, vergi sistemində hədsiz qarətçilik hələ 

də saxlanılmışdı. Belə ki, fəllahın yığılan məhsulu sərf etmək 

ix

tiyarı yox idi. Kəndli biçindən sonra məhsulu dövlət anba-



rına təhvil verirdi. Məhsulun bir hissəsi vergiyə çıxılır, qalan 

hissəsi isə dövlət qiymətilə satın alınırdı. Bu qiymətlər Misir-

də bazar qiymətindən təxminən iki dəfə, ixracat qiymətindən 

isə üç dəfə aşağı idi. Yəni məhsulu becərəndən çox istehlakçı 

qazanırdı.  

 

Məhəmmədəli  bir  çox  kənd  təsərrüfatı  məhsulları  üzə-



rin

də dövlət inhisarı qoymuşdu. O, özü daxili bazarda ən bö-




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə