Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə116/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   112   113   114   115   116   117   118   119   ...   142

347 

hər-bi xəzinəsinə daxil edilirdi. Bunlara əlavə olaraq ölkədə 

yeni  vergilər  qoyuldu  və  özbaşına  qanunsuz  müsadirələr 

başlandı. 

Xarici işğalçıların ölkəyə soxulması və onların quldurluq 

siyasəti  Misir  xalqının  ayağa  qalxmasına  səbəb  oldu. Misir 

xalqı  xarici  işğalçılara  qarşı  mübarizəyə  başladı. 1798-ci il 

oktyrabrın 21-də Qahirədə fransızlara qarşı böyük üsyan baş 

verdi. Üsyanın mərkəzi Əl-Əzhar müsəlman universiteti idi. 

Napoleon çətinliklə üsyanı yatırdı. Fransızlar Misirdə başlan-

mış  antifransız  hərəkatını  yatırarkən  5  minədək  admı  öldür-

müşdülər.  Üsyan  yatırıldıqdan  sonra  bədəvilər  və  fəllahlar 

işğalçılara qarşı geniş partizan müharibəsinə başladılar. Fran-

sızlar  qəddar  tədbirlərlə  əyalətlərdə  müqaviməti  boğurdular. 

Nil boyunca yuxarıya irəliləyən fransız qoşunları 1798-ci ilin 

dekabrında Misirin işğalını başa çatdırdılar. 

1799-

cu ilin əvvəllərində Napoleon Suriyaya yürüşə baş-



la

dı. Lakin Şimali Fələstində Əkkə şəhəri yaxınlığında fran-

sızların  hücumunun  qarşısı  alındı.  Onlar  Əkkə  şəhərini  ala 

bil


məyib, Misirə qayıtmağa məcbur oldular. 1799-cu ilin av-

qustunda Napoleon  ordusunu 

Misirdə  qoyub  komandanlığı 

general Kleberə tapşırdı və gizli surətdə Fransaya qayıtdı. 

 

Misirdə  müharibənin  perspektivsiz  olduğunu  görən, 



həmçinin Türkiyədə Fransanın nüfuzunu bərpa etmək istəyən 

Kleber türklər və ingilislərlə danışıq aparmağa başladı. 1800-

cü il yanvarın 24-də imzalanan sazişə əsasən fransız qoşunla-

rı  Misirdən  çıxarılmalı,  ingilis  gəmiləri  isə  onları  Fransaya 

da

şımalı  idi.  Fransız  ordusu  bu  məqsədlə  Qahirə  ətrafında 



top

landı. Türkiyənin baş vəziri də Misir paytaxtına daxil ol-

maq üçün Qahirəyə yaxınlaşırdı. Lakin Kleber xəbər tutdu ki, 

ingilis admiralı sazişi təsdiq etmir, fransız əsgərlərini isə hər-

bi əsir elan etmək istəyir. Buna görə də Kleber sazişi ləğv et-

di və türklərə qarşı çıxdı. 1800-cü il martın 20-də Heliopolis 

yanında vuruşma oldu. Kleber tam qələbə çaldı. Lakin bu za-

man Qahirədə yeni üsyan başlandı. Yalnız aprelin 25-də Kle-

ber Qahirədəki üsyanı yatıra bildi. 

Misiri i


kinci dəfə işğal etdikdən sonra ingilislərin iştirakı 

olmadan birbaşa Türkiyə ilə yeni danışıqlar aparmağa hazır-




348 

la

şan Kleber 1800-cü il iyulun 14-də öldürüldü. Ondan sonra 



komandanlıq  tamamilə  bacarıqsız  və  məhdud  dünyagörüşlü 

bir  general olan Menuya keçdi. Menu  1801-

ci  ilin  yazında 

Misi


rə gətirilən ingilis qoşunları ilə üz-üzə gəlməli oldu. Say-

ca 


azalmış  və  özünü  çətinliklə  müdafiə  edən  fransız  ordusu 

iki 


hissəyə parçalanmışdı. Fransızlar Qahirədən, sonra da İs-

gəndəriyyədən çıxmaq haqqında saziş bağlamağa məcbur ol-

du. Sazişə əsasən ingilislər bu ordunu Fransaya daşımağı öh-

dəsinə götürmüşdü. 1801-ci ilin sentyabrında axırıncı fransız 

əsgəri Misiri tərk etdi. 

1798-1801-

ci  il  hadisələri  Misirdə  milli  oyanışa  səbəb 

oldu  və  qapalılıq  vəziyyətindən,  beynəlxalq  həyatdan  təcrid 

olmaq  vəziyyətindən  xilas oldu.  Misirdə  isə  başlıca  irticaçı 

qüvvə olan məmlük feodalları son dərəcə zəifləmişdi. Fransız 

işğalçılarından  azad  olan  Misir  xalqı  bundan  sonra  məmlük 

zülmünün saxlanılmasına razı ola bilməzdi. 

Köhnəlib və öz dövrünü keçirmiş olan türk-məmlük reji-

mi

nə qayıtmaq daha mümkün deyildi. Məhz bu dövrdə Misir-



də  yeni  islahat  zərurəti  meydana  çıxırdı.  Bu labüd  idi  və 

reallaşmasını xalq səbirsizliklə gözləyirdi. 

 

Məhəmmədəlinin hakimiyyətə keçməsi 

 

 

Fransızlar Misiri tərk etdikdən sonra Misirdə 4 il ərzin-



də hakimiyyət uğrunda şiddətli mübarizə davam etdi. Türkiyə 

ilə münaqişəyə yol verməmək üçün İngiltərə 1803-cü ildə öz 

ordusunu 

Misirdən  çıxarmalı  oldu.  Bundan  sonra  ingilislər 

Misirdə məmlüklərin silahlı və nüfuzlu qüvvələrinə arxalana-

raq Misirdə bəzi tədbirlər həyata keçirdi. Eyni zamanda Tür-

kiyə sultanının Misrə göndərdiyi yeni paşası məmlüklərə qar-

şı mübarizəyə başladı. Belə bir şəraitdə 4 minlik alban nişan-

çı  korpusunun  komandanı,  türkləşmiş  alban  Məhəmmədəli 

Misirdə canfəşanlıq edərək türklərin rəğbətini və inamını qa-

zandı. O, öz korpusunda da köhnə türk ordusuna nisbətən gö-

rün


məmiş  intizam  yaratdı. Özünü  misirlilərin  xilaskarı  kimi 

göstərdi və bununla da türklərin və məmlüklərin qarət və zo-

rakılığından cana gəlmiş yerli əhalinin rəğbətini qazandı. Mə-



349 

həmmədəli Misirdə yeni qüvvələrə, o cümlədən maddi cəhət-

dən  zəngin  adamlara,  tacirlərə  və  ruhanilərə,  başda  şeyx 

Ömər  Məkrəmin  durduğu  mütərəqqi  qüvvələrə  arxalanmağa 

çalışırdı. O, türk hökumət orqanları ilə məmlüklər arasındakı 

düşmənçilikdən məharətlə istifadə etdi. Ömər Məkrəm başda 

olmaqla Qahirə şeyxləri 1805-ci il mayın 14-də Məhəmməd-

əlini paşa elan etdilər. Türkiyə sultanı Qahirə şeyxlərinin qə-

rarını təsdiq etməyə məcbur oldu. Məhəmmədəli 44 il, 1805-

ci ildən 1849-cu ilədək hakimiyyət başında qaldı. 

 

Məhəmmədəli  mərkəzi  hakimiyyəti  möhkəmləndirmək 



və məmlük bəylərinə, digər separatçılara divan tutmaq məq-

sədilə Yuxarı Misirdə gizlənmiş məmlük dəstələri ilə yenidən 

mübarizə aparmalı oldu. 1807-ci ilin yazında ingilislər məm-

lük


lərin köməyinə qoşun göndərməyi qərara alıb İsgəndəriy-

yəyə hərbi qüvvə çıxardılar. Hərbi-taktiki cəhətdən yaxşı ha-

zırlaşmış  Məhəmmədəli  ingilisləri  məğlubiyyətə  uğratdı.  İs-

gəndəriyyədə onları mühasirəyə aldı və 1807-ci ilin sentyab-

rında təslim olmağa məcbur etdi. Bu qələbə təkcə Misirdə de-

yil, bütün Yaxın Şərqdə onun nüfuzunu son dərəcə yüksəltdi. 

Məmlük bəyləri könüllü surətdə silahı yerə qoymağa razı ol-

du

lar.  Lakin  ölkədə  sui-qəsd  və  qiyamların  daimi  mənbəyi 



qaldıqca,  Məhəmmədəli  özünü  rahat  hiss  edə  bilməzdi.  O, 

1811-


ci il martın 1-də Qahirə qalasında təntənəli ziyafət dü-

zəltdi və bütün məmlük bəylərini onların yaxın adamları ilə 

bərabər  buraya  dəvət  etdi.  Məmlük  bəyləri  buraya  toplanan 

kimi 


Məhəmmədəli öz alban nişançılarına onları dövrəyə alıb 

hamısını qırmağı əmr etdi. Məhəmmədəlinin oğlu İbrahim də 

eyni vaxtda əyalətlərdə məmlüklərə divan tutdu. Öldürülənlə-

rin sayı 2 minə çatırdı. Misiri 560 il əsarətdə saxlayan feodal 

dəstəsi həm siyasi, həm də fiziki cəhətdən məhv edilidi. Mə-

həmmədəli Misirin şəriksiz hakimi oldu. Ona mane olanların 

hamısını  fiziki  cəhətdən  məhv  edəndən  sonra  o, islahatlara 

ba

şlamağı planlaşdırdı. 



 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə