Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə115/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   111   112   113   114   115   116   117   118   ...   142

344 

Tür


kiyə 1786-1787-ci illərdə Misirdə özünün bilavasitə haki-

miy


yətini bərpa etmək təşəbbüsü göstərdi. Türkiyənin bu səy-

ləri müvəffəqiyyətsizliklə nəticələndi. 1791-ci ildə Murad və 

İbrahim hakimiyyətə qayıtdılar. Onlar artıq öz aralarında mü-

ba

rizə aparmayaraq bütün səylərini yerli əhalini soyub qarət 



etməyə  istiqamətləndirmişdilər.  Amma  ölkədə  xarici  istila 

daima güclənməkdə idi və müstəmləkə rejimi bərpa olduqdan 

sonra xalqın vəziyyəti daha da pisləşdi. 

1798-


ci ildən etibarən Fransa Misiri işğal etməyə başla-

dı. Amma 1801-ci ildə vəziyyət dəyişdi və Osmanlı hökmran-

lığı Misirdə yenidən bərpa olundu. 

XVIII  əsrin  axırlarında  Misir  hələ  də  iqtisadiyyatının 

əsasını kənd təsərrüfatı təşkil edirdi. Suvarma sistemi son də-

rəcə  tənəzzül  etmişdi.  2-2,5  milyon  fəddandan  (fəddan  0,42 

hektardır)  artıq  torpaq  becərilmirdi.  Yayda  Nil  çayında  su 

azal


dıqda Nil vadisinin xeyli hissəsi yarımsəhraya çevrilirdi. 

Misirdə buğda, arpa, darı və bir az da düyü yetişdirilirdi. Tür-

ki

yənin hakimiyyəti dövründə qarğıdalı bitkisi də yayılmağa 



başlamışdı. 

 

Mülkiyyət növlərinə görə torpaqlar bir neçə kateqoriya-



ya bölünürdü. Xass torpaqları Türkiyə sultanının mülkiyyəti 

hesab olunur, paşa və onun məmurları tərəfindən idarə edilir-

di. Xass torpaqlarından sonra məmlük bəylərinin çoxlu mali-

kanələri gəlirdi. Misal üçün, 1720-ci ildə İsmayıl bəyin 400 

kəndi  var  idi.  Daim  hakimiyyət  uğrunda  mübarizəyə  başı 

qarışan bəylər demək olar ki, heç bir vaxt öz malikanələrində 

yaşamırdılar.  Onlar  bu  yerləri  icarəyə  verirdilər.  İcarədarlar 

ilti


zamçılardan,  mültəzimlərdən  olurdu.  Türkiyənin  hökumət 

orqanları bütün vergilərin yığılmasını iltizama həvalə etmişdi. 

Mültəzimlərin öz inzibati idarəsi, katibləri, vergi yığan agent-

ləri, keşikçiləri var idi. Əslində onlar yerlərdə imtiyazlı höku-

mət  nümayəndələri  idi.  Eyni  zamanda  onlar  bəylərin  də  tor-

paqlarını icarəyə götürür və zaman keçdikcə nəsli icarədarlara 

çevrilirdi. Onla

rın  nəsli  malikanələri  olurdu  və  buradakı  tor-

paqlar

ı biyar əməyi ilə becərilirdi, qalan torpaqları isə fəllah-



lara icarəyə verirdilər. Həm  mülkədarlar, həm  də iltizamçılar 


345 

kəndlilər  üzərində  böyük  hüquqa  malik  idilər.  XVIII  əsrin 

axırlarında  5-6  min  mültəzim  var  idi.  Məscidlərin  və  digər 

müsəlman dini idarələrin torpaqları vəqf adlanırdı. Bu yerlərin 

idarəçilərini müsəlman ruhaniləri təyin edirdi. Nəhayət, xüsusi 

mülkiy


yətdə olan mülk yerləri var idi, amma bunlar o qədər də 

çox deyildi. Belə torpaqların sahibləri isə çoxlu vergi və tədiyə-

lərdən yaxa qurtarmaq üçün öz torpaqlarını vəqfə keçirirdilər. 

Misir əhalisinin böyük əksəriyyətini təşkil edən kəndlilər 

tamamilə  hüquqsuz  idi.  Fəllahın  nə  torpağa,  nə  də  bunun 

məhsuluna qarışmaq hüququ yox idi. Kəndlinin istismar dərə-

cəsi  feodalın  özbaşınalığından  asılı  idi.  Kəndli  rəsmən  azad 

olsa da, əslində feodalların hakimiyyəti altında idi və kəndli-

lərin hüquqları haqqında qanuna məhəl qoyulmurdu. 

Fəllahlarda  icma  quruluşu  qalmaqda  idi.  Kəndin  idarə 

edil

məsi feodal tərəfindən təsdiq edilən kəndxudaya tapşırıl-



mışdı. Kənd, mülkədardan torpağı icarəyə götürür, bunu bir-

likdə əkib becərirdi. Kənd vergiləri ellik zəmanət sistemi ilə 

ödəyirdi ki, bu da ədalətsiz sistem idi. 

 

Şəhər idarəçilik sistemi, inzibati quruluşu araşdırılarkən 



bir daha aydın olur ki, ölkədə inkişaf edən yeganə iri şəhəri 

Qahirə idi, burada təxminən 250 min əhali yaşayırdı. Vaxtilə 

Aralıq dənizi hövzəsində ən böyük mərkəz olan İsgəndəriy-

yədə  cəmi  6-8  min  əhali  qalmışdı.  Əhali  istismardan,  ağır 

vergi siyasətindən bezərək məcburi mühacirət edirdi. 

 

Şəhərlərdə sənətkarlıq, parça, həsir, kirəmit hazırlanma-



sı,  ərzaq  malları  istehsalı  olduqca  ləng  gedirdi.  Sənətkarlar 

başda şeyxlərə məxsus olan sexlərdə, əsnaflarda birləşmişdi-

lər. Şeyxlər hazırlanan mallara qiymət qoyur, sənətkarlardan 

ver


gi  yığır,  sifarişləri  sənətkarlar  arasında  bölüşdürürdülər. 

Tədricən Misirdə ilk şəkər istehsal edən sexlər və başqa xırda 

istehsal müəssisələri yaranırdı. 

 

Misirdə həm daxili, həm də xarici ticarətlə məşğul olan 



nüfuzlu  tacir  təbəqəsi  də  var  idi.  Misir  Avropa  ilə,  daxili 

Afrika və Ərəbistanla ticarət edirdi.  

 

Şəhərin varlı sakinləri türk-məmlük hökumət orqanları-



nın özbaşınalıq və zorakılığı qarşısında tam aciz idi və onlar 


346 

özlərinin varlı olduğunu gizlətməyə  məcbur olurdular. Varlı 

he

sab olunan şəxsləri bəylər çox zaman həbs edir və onlardan 



pul qoparmaq üçün d

öyür,  işgəncə  verirdilər.  Arasıkəsilmə-

yən feodal müharibələri və bunlarla əlaqədar olan siyasi sə-

batsızlıq, çoxlu daxili gömrüklər, xarici və daxili nəqliyyatın 

maneələrə rast gəlməsi də ticarət və sənayenin inkişafını lən-

gidirdi. Türk-

müsəlman  feodalizm  rejimi  Misirin  iqtisadi 

inkişafı yolunda başlıca maneə idi. 

Türkiyənin və  məmlük  feodallarının  uzun  sürən  ağalığı 

ölkənin tənəzzülünə və əhalinin azalmasına səbəb oldu. 1800-

cü ilin əvvəllərində Misirdə təqribən 2,5 milyon əhali qalmış-

dı.  Odur ki, az-çox  mötəbər  məlumata  malik  olduğumuz 

bütün Misir tarixində bu dövr, Misir üçün ən aşağı səviyyə və  

daim dərinləşdiyi dövr hesab olunur. 

 

1798-1801-

ci illərdə Misirə qarşı Fransız ekspedisiyası  

  

XVIII əsrin axırları və XIX əsrin əvvəllərində Misir Av-

ro

panın qabaqcıl kapitalist dövlətləri olan Fransa ilə İngiltərə 



ara

sında  müstəmləkəçilik  uğrunda  mübarizə  regionuna 

çevrildi.  

1798-ci il iyunun 30-

da  Napoleon  başda  olmaqla  35 

min


lik fransız ordusu İsgəndəriyyənin yaxınlığına quruya çı-

xarıldı.  İyulun  21-də  ehramlar  yaxınlığındakı  vuruşmada 

fran

sızlar Muradın və İbrahimin məmlüklərini darmadağın et-



di

lər, sonra isə fransızlar Qahirəni tutdular. Lakin ingilis ad-

miralı Nelson avqustun 1-də Əbukir yaxınlığında fransız do-

nan


masını  məhv  etdi  və  fransızların  Misirdəki  ordusu  arxa 

cəbhədən təcrid edilmiş oldu. Türkiyə sultanı III Səlim Fran-

sa

nın Misirə soxulmasına cavab olaraq sentyabrın 2-də Fran-



saya müharibə elan etdi. Bu dövrdə yerli əhali də fransızlara 

qarşı  üsyana  qalxdı.  Fransızlar  yerli  əhali  ilə  də  mübarizə 

aparmalı oldular və bir sıra dəyişikliklər etdilər. 

Amma üsyanlar yatırıldıqdan sonra onlar Misirdə köhnə 

ictimai quruluşu və köhnə inzibati aparatın aşağı orqanlarını 

olduğu kimi saxladılar. Bütün vergilər əvvəlki miqdarda top-

la

nırdı.  Daha  bu  vergi  gəlirləri  bəylərin  deyil,  fransızların 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə