353
yük inhisarçı tacir idi. Bəzi inhisarlar yüksək qiymətlə ayrı-
ayrı şəxslərə verilirdi. Bir nəfər levantlı tacir 1826-cı ildə hət-
ta içməli Nil suyunu yüksək qiymətlə ona iltizama verilməsi-
ni təklif etmişdi. Məhəmmədəli isə az qala buna razı olmuş-
du. L
akin qəzəblənən və az-çox insafı olan hərbi nazir Lazoğ-
lu bu acgöz
taciri Nildə batırmaq əmri vermişdi və bu hadisə
xalq tərəfindən rəğbətlə qarşılanmışdı.
İnhisara qarşı narazılığın son dərəcə artdığını nəzərə ala-
raq, Məhəmmədəli 1832-ci ildə kəndlilərin buğda, qarğıdalı,
arpa və paxla bitkilərini azad surətdə sərf etməsinə icazə ve-
rib, qalan məhsullar üzərində inhisarı saxladı.
Eyni zamanda b
ütün xarici ticarət dövlət inhisarında idi.
Məhəmmədəlinin hakimiyyəti dövründə xarici ticarət 8 dəfə
artmışdı. 1836-cı ildə əslində ixracatın 95 faizi, idxalatın isə
4
0 faizi paşanın ixtiyarında idi. Yəni ölkədə gəlir təxminən
birinci şəxsin və yaxud onun tayfasının əlində cəmləşmişdi.
1816-
cı ildə Məhəmmədəli ölkəyə gətirilən digər məmu-
lat
ların da satışını inhisara aldı. Bu qayda ölkə daxilində is-
teh
sal edilən sənətkarların məhsullarına da şamil edildi. Sə-
nətkarlar bütün məhsulu dövlət qiymətilə məmurlara təhvil
verməli olurdular. Sənətkarların xeyli hissəsi müflisləşdi və
onlar fabrik fəhlələrinə çevrildilər. 1818-ci ildə ilk toxuculuq
fabrikləri yaradıldı. Nəticədə 1837-ci ildə 29 çit, ipək, yun və
kətan fabriki fəaliyyət göstərməyə başladı. Bu fabriklərin
nəzdində boyaqxanalar da düzəldilmişdi. Şəkər və yağ za-
vodları, kağız fabriki açılmışdı. Ordunun ehtiyaclarını ödə-
mək üçün, Qahirə qalasında köhnə silah emalatxanaları ge-
nişləndirilmiş, yeni silah, barıt, kükürd zavodları yaradılmış-
dı. İsgəndəriyyədə tərsanələr yaradılmış və burada hərbi gə-
milər düzəldilirdi. Artıq 1831-ci ildə eskadra gəmisi (mükəm-
məl silahlandırılmış iri hərbi gəmi) tikilib qurtardı. Bu gəmi-
nin 136 topu və 1.000 nəfərlik şəxsi heyəti yəni, komandası
var idi. Çay gəmiləri hazırlayan müəssisələr də var idi. Səna-
yeni təmin etmək üçün 1820-ci ildə Bulakda metaltökmə za-
vo
du açılmışdı. Burada maşınlar, alətlər, əyirici və toxucu
d
əzgahlar, hətta buxar mühərrikləri hazırlanır və təmir
edilirdi.
354
Sənaye müəssisələri demək olar bütünlüklə dövlətin
əlində idi. Az miqdarda olan xüsusi kapitalistlər də adətən
döv
lətdən öz işlərini qurmaq üçün maddi yardım alırdı. Am-
ma bu gənc sənayenin buraxdığı məhsulun maya dəyəri çox
yüksək idi. Zavodların və fabriklərin feodal müdiriyyəti hö-
küməti aldadır, xəzinədən külli miqdarda vəsait mənimsəni-
lirdi və öz ətaləti ilə istehsalın inkişafını ləngidirdi. Ümumiy-
yətlə sənaye mənfəət vermirdi, ona arasıkəsilmədən kömək
etmək, onu xarici rəqabətdən qorumaq lazım gəlirdi. Misir
sənayesi 1841-ci ilədək hələ lazımınca möhkəmlənmədiyi bir
vaxtda 1838-ci il ingilis-
türk ticarət sazişi Misirin hərbi-iqti-
sadi
məğlubiyyətinə istiqamətləndirilmişdi. Bu saziş inkişaf
etmiş Avropa sənayesinin ucuz malları üçün ölkənin qapıla-
rını geniş açırdı. 40-cı illərdə müəssisələr xarici rəqabətə tab
gətirməyərək bir-birinin ardınca bağlanırdı. 1844-cü ildə isə
axırıncı sənaye müəssisələri bağlandı. Məhəmmədəlinin yan-
lış siyasətinin ona vurduğu zərbədən sonra o, özünü düzəldə
bilmədi. Sənətkarlıq və kustar istehsal müəyyən dərəcədə öz
mövqeyini saxlamış olsa da, 1882-ci ildə sexlər fəaliyyətini
dayandırmışdı.
Halbu ki, 1840-
cı ildə yeni sənaye müəssisələrində 35
mindən çox fəhlə işləyirdi. İlk vaxtlar bunlar sabiq sənətkar-
lardan
ibarət idi. Sonralar isə kəndliləri icbari qaydada fabrik-
lərə göndərməyə başladılar. Məhkəmə cəzası verilən adamları
da buraya göndərir və islah işlərinə cəlb edirdilər. Fəhlələr
f
abrik nəzdindəki yataqxanalarda yaşamalı idi və onlar fab-
rik
dən kənara çıxa bilməzdi. Fəhlələrin qaçmasına yol vermə-
mək üçün onların bədənlərinə xüsusi nişanlar həkk etdirilirdi.
Fəhlələr hərbi intizama tabe edilmişdi. Onları tez-tez döy-
məklə cəza verirdilər. Əmək haqqı onlara adətən natura şək-
lində verilirdi. Bu təhkimli fəhlələrin əmək məhsuldarlığı son
dərəcə aşağı idi. Bəzi hallarda fəhlələr içərisində iğtişaşlar
baş verirdi. Məsələn, 1826-cı ildə Əsyütdə 600 fəhlə maşın-
ları sındırmış və fabriki yandırmışdılar.
İslahatların məhdud xarakter daşımasına və feodal-təh-
kimçilik qaydalarının qalmasına baxmayaraq, ümumiyyətlə
XIX əsrin birinci yarısında Misir öz iqtisadi inkişafında
355
nəzəri cəlb edəcək müvəffəqiyyətlər qazanmışdı. Bu, əhalinin
artmasında da özünü göstərirdi. Əvvəlki illərlə müqayisədə
1800-
cü ildə Misirin əhalisi 2.460 min nəfər olduğu halda,
1847-
ci ildə 4.476 min nəfərə çatmışdı. 1800-cü ildə İsgəndə-
riyyədə 15 min nəfər əhali olduğu halda, 1848-ci ildə 143 mi-
nə çatmışdı. Qahirədə təqribən 260 min nəfər əhali yaşayırdı.
Məhəmmədəli digər islahat xarakterli tədbirlərlə yanaşı
i
nzibati sistemi də yenidən qurmağa nail oldu. İdarə sistemi-
nin başında mütləq hakimiyyət hüququ olan və geniş imtiyaz-
lara malik olan
paşa dururdu. Misir əyalətlərə, mahallara və
rayonlara bölünmüşdü. Yeni idarə aparatı paşa tərəfindən tə-
yin edilən adamlardan ibarət olub, bütünlüklə ondan asılı idi
və onun əmrlərini həyata keçirirdi. İdarəçilikdə mütərəqqi hal
on
dan ibarət idi ki, əvvəlki feodal hərc-mərcliyi əvəzinə,
mərkəzləşmiş idarə sistemi yaradılmışdı. Yerlibazlığa, tayfa-
baz
lığa, qohumbazlığa ümumiyyətlə proteksionizmin bütün
formaları qadağan edilmişdi. Bu haqda Misirə səyahət edən
Lenu Furje yazırdı ki, “Məhəmmədəlinin islahatlarına ən də-
yərlisi istedadlı gənclərə yolun açılması idi. Bunun nəticə-
sində Avropa təhsilli milli kadrlar yetişdi”.
Məhəmmədəlinin fəaliyyətində dövlət və xalq üçün zə-
ruri olan
hərbi islahat ən mühüm yer tuturdu. Amma onun ilk
qoşunları muzdla tutulan alban və türk əsgərlərindən ibarət
idi. Onlar sayca çox az olub, Avropa qay
dasında hər hansı bir
təlim keçilməsi təşəbbüslərinə qarşı müqavimət göstərirdilər.
Məhəmmədəli tədricən fəllahların orduya çağrılması fikrini
reallaşdırdı. Bu fövqəladə bir yenilik idi. Çünki fəllahlar əsr-
lərdən bəri hərbi xidmətə cəlb olunmurdu. Onların müqavi-
mət göstərməsinə baxmayaraq 20-ci illərin ortalarında fəllah-
larından ibarət ilk nizami hərbi hissələr yaradıldı. Ordunun
komanda heyəti türklərdən, albanlardan, çərkəslərdən, kürd-
lərdən, lazlardan ibarət idi və bunlara Napoleon ordusunun
sa
biq zabitləri təlim keçirdi. Bu zabitlər Məhəmmədəli tərə-
fin
dən muzdla işə götürülmüşdü. Az bir müddətdə, yəni
1839-
cu ildə ordunun sayı 200 min nəfərə çatdırılmışdı. Bun-
dan başqa, 30-dan çox hərbi gəmidən ibarət olan donanmada
20 min adam qulluq edirdi. Məhəmmədəlinin ordusundakı
Dostları ilə paylaş: |