Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə114/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   110   111   112   113   114   115   116   117   ...   142

341 

ƏRƏB ÖLKƏLƏRİ 

 

 E



ramızın VII əsrinə qədər ərəblərin yaşadığı ərazi əsa-

sən Ərəbistan yarımadası ilə məhdud idi. İslam dini yarandıq-

dan sonra ərəb istilaları dövrü başlandı. Ərəb istilaları demək 

olar ki, bütün Yaxın Şərqi birləşdirən ərəb xilafətinin yaran-

ma

sına  səbəb  oldu.  İstila  edilən  xalqlardan  bir  çoxu  zorla 



ərəbləşdirildi.  Ərəbləşmə  prosesi  Atlantik  okeanından  Hind 

okeanına qədər ərazini bürüdü. 

Əvvəlki səhifədə qeyd edildiyi kimi sonralar ərəb ölkələ-

ri parçalanıb əsarət altına alındı və dövlət müstəqilliyini itirdi. 

XV  əsrdən  başlanan  istilalar  nəticəsində  XIX-XX  əsrlərdə 

ərəb ölkələri kapitalist dövlətlərinin müstəmləkə siyasəti ob-

yekti olub, imperialistlər arasında bölüşdürüldü. 

 

Hazırda  ərəb  ölkələrinin  azad  olması  və  birləşməsi 



prosesi getməkdədir. 

 

İndi ərəb ölkələrinin ümumi ərazisi, təxminən 12 milyon 



kvadrat kilometr, əhalisi isə 300 milyondan çoxdur. Fələstin 

muxtariyyatının da beynəlxalq hüququn subyektinə çevrildi-

yi

ni  nəzərə  alsaq,  dünyada  21  ərəb  dövləti  var.  Bi  faktdır. 



Amma danılmaz bir fakt da vardır ki, 300 milyonluq xalqın 

hələ  də  birləşə  bilməməsi  və  pərakəndəliyi  də  fakt  olaraq 

qalır. 

 

 



MİSİR 

 

 

Bəşər sivilizasiyasının erkən formalaşdığı və dünya mə-



dəniyyətinin ilk məsgənlərindən olan qədim Afrikanın şimali-

şərqində, Nil çayının aşağı axarında yerləşən Misirdə hələ Pa-

leolit dövründə məsgunlaşma prosesi baş vermişdir. E.ə. 4-cü 

minillikdə efiopialıların, liviyalıların, samilərin qaynayıb-qa-

rışması nəticəsində misir xalqı yarandı. E.ə. 5-4-cü minillik-

lərdə  isə  Fəyyum  gölü  ətrafında  Badari,  Amra,  Gerze  və  s. 

mədəniyyətlər formalaşdı. 



342 

Misirdə erkən padşahlıq e.ə. təqribən 3000- 2800 illərdə 

ilk sülalə hökmranlıq etmişdi. Misirin birinci fironu Harmer 

(Qədim Misir tarixçisi kahin Manefonun məlumatına görə adı 

Mina idi) olmuşdur. Orta padşahlıq e.ə. 2050-1750-ci illərə, 

Yeni  padşahlıq  e.ə.  təq.  1580-1070-ci  illərə  təsadüf  edir. 

Bununla yanaşı son Liviya və İran dövrü e.ə. təq. 1070-332-

ci illər, Yunan-Roma dövrü e.ə. 332 – eramızın 395-ci illəri, 

619-

cu ildə İran istilası, 639-642-ci illərdə ərəblər tərəfindən 



işğal edilərək ərəbləşdirildi. Misirdə islamlaşma bir neçə yüz 

il  davam  etdi  və  dünya  mədəniyyətinin  beşiyi  olan  bu  ölkə 

zəiflədi, misir mədəniyyəti ərəblər tərəfindən assimilyasiyaya 

uğradıldı. 

 

Misir 

Osmanlı hökmranlığı altında 

 

Türk 



sultanı  I  Səlim  1517-ci  ildə  Misiri  zəbt  edib,  Os-

man


lı imperiyası tərkibinə daxil etdi. Misiri türk  paşası idarə 

edirdi.  Onun 

hakimiyyətinin  əsas  dayağı  Misirdə  yerləşən 

türk 


qoşunu  idi.  Türklər  burada  geniş  inzibati  aparat  yarat-

mışdılar və misirlilərin daxili həyatına o qədər də çox qarış-

mırdılar. Onlar əsasən ölkədən bac-xərac alınması ilə maraq-

lanırdı.  Türk  istilaçıları  fəth  edilmiş  ölkədə  ictimai  münasi-

bətlərə toxunmadılar. XIII əsrin ortalarından Misirdə hökm-

ranlıq edən məmlük feodalları öz torpaqlarını və Misir kənd-

li

lərini, fəllahları hələ də istismar etmək imkanlarını əllərində 



saxlamışdılar. Osmanlıların hökmranlığı dövründə məmlüklər 

iki  əsas  qrupa,  bəylərə  və  sıravi  məmlüklərə  bölünürdülər. 

Bəylərin başında şeyx əl-bələd (ölkənin kattası) dururdu. Hər 

bir bəyin sıravi məmlüklərdən qoşun dəstəsi var idi ki, bun-

ları da onlar çox vaxt Şimali Qafqaz qəbilələrindən və başqa 

q

afqazlılardan təşkil edirdilər və ümumi bir ad "çərkəz" adı 



ilə  deyilən  həmin  adamları  məmlük  bəyləri  qul  kimi  satın 

alırdı. Məmlüklərdə nəsli zadəganlar yox idi. Məmlük bəyləri 

bacarıqlı sıravi döyüşçülər içərisindən çıxırdı. Bəyin nüfuzu və 

gücü onun dəstəsinin böyük-kiçikliyindən asılı idi. Adətən hər 

dəstədə  150-200  məmlük  olurdu.  Ayrı-ayrı  bəylərin  dəstələ-



343 

rində minlərlə adam olurdu.  XVIII əsrin axırlarında 10-12 min 

məmlük var idi. 

 

XVIII əsrin birinci yarısında Türkiyənin ümumi tənəz-



zülü  ilə  əlaqədar  olaraq  Misirdəki  hakimiyyəti  də  olduqca 

zəifləmişdi. Məmlüklər Misirdə hələ 1250-ci ildə hakimiyyəti 

ələ keçirmiş məmlüklər yenə də bundan istifadə edərək XVIII 

əsrin ortalarında yenidən öz siyasi hakimiyyətini bərpa etdi-

lər. Lakin onlar 1768-ci ilə qədər açıq şəkildə Türkiyəyə qarşı 

çıxmağa  cürət  etmirdilər.  Nəhayət,  şeyx  əl-bələd  vəzifəsini 

ələ  keçirən  Əli  bəy  Türkiyəyə  bac-xərac  verilməsini  dayan-

dırdı  və  mərkəzi  Misirdə  olmaqla  müstəqil  dövlət  yaratmaq 

hazırlığına  başladı.  Türkiyə  qarşısında  öz  mövqeyini  möh-

kəmlətmək üçün Əli bəy Rusiya ilə daha doğrusu, Aralıq də-

ni

zindəki rus donanmasının komandanlığı ilə və Cənubi Suri-



ya

dakı ərəblərlə əlaqələr yaratdı və gələcək üsyançılarla itti-

faqa girdi. Əli bəyin istəkli sərkərdəsi Əbu Dəhabın koman-

da

nı olduğu məmlük ordusu 1771-ci ildə Suriyaya daxil oldu. 



Ərəb  üsyançıları  ilə  birlikdə  məmlüklər  Dəməşq  ətrafında 

türk


lərə qalib gəldi və şəhəri tutdular. Bu əsnada bəylər-sər-

kərdələrə  gözlənilmədən  əmr  verdilər  ki,  ordu  Misirə  geri 

qayıtsın. Bu onunla izah edilir ki, Əbu Dəhab başda olmaqla 

məmlük feodalları, əsasən ərəb kəndlilərindən ibarət olan Su-

riya  üsyançıları  ilə  ittifaqdan  narazı  idilər.  Eyni zamanda 

sərkərdə Əbu Dəhab Əli bəyə qarşı dönük çıxmışdı və Əbu 

Dəhab  1772-ci  ildə  Əli  bəyi  hakimiyyətdən  devirdi  və  onu 

Mi

sirdən  qaçmağa  məcbur  etdi.  Öz  hakimiyyətini  bərpa  et-



mək təşəbbüsü edən Əli bəy 1773-cü ildə öldürüldü. Üsyanın 

zəif  və  müvəffəqiyyətsiz  olmasının  səbəbi  bunda  idi  ki,  Əli 

bəy  yalnız  məmlüklərə  arxalanırdı.  Misirin  yerli  əhalisi  isə 

hadisələrdə iştirak etmirdi, bunları yalnız kənardan müşahidə 

edirdi

lər. 


Əbu  Dəhab  1775-ci  ilin  yayına  qədər  hökmranlıq  etdi. 

O, sultan

ın  ali  hakimiyyətini  qəbul  edib  Türkiyəyə  yenidən 

bac-


xərac  verməyə  başladı  və  daxili  məsələlərdə  Misirin 

müs


təqilliyini saxladı. Əbu Dəhab vəfat etdikdən sonra məm-

lük bəyləri içərisində Murad və İbrahim, xüsusilə nüfuzlu idi. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə