Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə112/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   108   109   110   111   112   113   114   115   ...   142

335 

 

Müxtəlif məhdudiyyətlərə və antimaarifçiliyə baxmaya-



raq 

Türkiyədə ilk yenilik maarif sahəsində oldu. Hələ sultan 

III  Səlimin  dövründə  əsası  qoyulmuş,  lakin  II  Mahmudun 

döv


ründə həyata keçirilən hərbi islahatlar təhsil almış zabit, 

həkim,  mühəndislər  və  digər  mütəxəssislərin  olmasını  tələb 

edirdi. Bu tələbat ilk növbədə bir sıra ali hərbi məktəblər açıl-

ma

sına  səbəb  oldu.  1826-cı  ildə  ali  tibb  məktəbi  yaradıldı. 



Avropa 

ölkələri ilə əlaqələrin möhkəmlənməsi həmin ölkələ-

rin Türkiyəyə mədəni təsirinin artmasına səbəb oldu. 

Nəhayət, XIX əsrin 40-cı illərində məktəb islahatı keçi-

ril

di. İslahat dünyəvi ibtidai, orta və ali məktəblər açılmasını 



nəzərdə  tuturdu.  Dünyəvi  məktəblərə  rəhbərlik  işi,  bu  məq-

sədlə  təşkil  olunmuş  maarif  nazirliyinə  tapşırıldı.  Beləliklə, 

Türkiyədə  maarif  islahatı  müsbət  nəticələrini  verdi. 1861-ci 

ildə  Türkiyədə  15  mindən  artıq  ibtidai  məktəb  var  idi. Orta 

məktəblər tək-tək idi. Paralel olaraq məscidlər yanındakı bü-

tün məktəblər saxlanılmışdı və təəssüf ki, xalq maarifi əslində 

əvvəlki kimi yenə də ruhanilərin əlində idi. Çünki cəmiyyətin 

ideoloqu olan 

xalqı cəhalətdən, fanatizmdən qurtarmağa qadir 

olan alim, müəllim çatışmırdı.  

  

Türkiyədə xurafata qarşı mübarizə aparan xalqa əsl hə-



qiqəti söyləyən ziyalılar təqib olunurdu. Bu dövrdə ərəb ölkə-

lərindən  gəlmiş  missionerlər  maarifçiliyə  qarşı  mübariəyə 

çox

lu  vəsait  sərf  edirdilər.  Amma,  ölkədə  mətbuat  tədricən 



mədəni inkişafın mühüm amilinə çevrilirdi. İlk qəzet 1825-ci 

ildə İzmirdə, lakin fransız dilində çıxmağa başladı. Türk di-

lin

də isə ilk qəzet 1832-ci ildə çıxdı ("Təqvimi vəqai" "Hadi-



sələr jurnalı"). Bu qəzet rəsmi orqan olub, əsas etibarilə hö-

ku

mət sərəncamlarını çap edirdi. Lakin zaman  keçdikcə qə-



zet

lərin sayı çoxalırdı və XIX əsrin 70-ci illərinin əvvəlində 

Türkiyədə artıq 47 qəzet və jurnal nəşr olunurdu ki, bunlar-

dan 13-


ü türk dilində, qalanları isə yunan, erməni, ərəb, bol-

qar, fransız və başqa dillərdə buraxılırdı. Qəzetlər beynəlxalq 

və daxili hadisələri işıqlandırır və müxtəlif ictimai mövzular-

da məqalələr, həmçinin ədəbi əsərlər də dərc edirdi. Yeni os-

man

lıların qəzetləri siyasi və mədəni-maarif sahəsində xüsu-



silə  böyük  rol  oynayırdı.  Kitab  nəşri  inkişaf  edirdi  və  türk 

dilində ilk kitab Türkiyədə hələ 1728-ci ildə çap edilmişdi. 




336 

Nəzərdən keçirilən dövrdə yeni bədii ədəbiyyat keçmiş-

də demək olar ki, əsla inkişaf etməmişdi. Şərq poeziyasının 

klassik nümunələrindən bəhrələnərək nəzm, dramaturgiya və 

digər bədii yaradıcılıq növü yaranırdı. Yeni roman və pyeslər 

bir çox hallarda m

əzmunca vətənpərvərlik ruhunda yazılırdı. 

Humanizm  prinsiplərinə  əsaslanan  əsərlər  cəmiyyətin  bütün 

üzvlərinin azad olması, konstitusiya hüququna malik olması 

bədii şəkildə öz əksini tapırdı və bunlar həmçinin ölkədə bə-

ra

bərlik ideyalarını təbliğ edən əsərlər idi. O dövrün ədəbiy-



ya

tına yenilik gətirən ən görkəmli türk yazıçıları İbrahim Şi-

na

si, Namiq Kamal, Ziya paşa və başqaları idi. Belə mütəfək-



kirlərin əsərləri tərbiyəvi əhəmiyyətə malik idi. 

Yeni ədəbiyyata Qərb, xüsusilə fransız ədəbiyyatı böyük 

təsir göstərirdi. Türkiyədə fransız klassikləri Molyer, Russo, 

V.

Hüqo və başqalarının əsərləri tərcümə edilib yayılırdı. Eyni 



za

manda fransız dilindən boş əyləncəli romanlar da tərcümə 

edilir və təbliğ olunurdu. 

İctimai-siyasi  həyatın  inkişafı,  dövri  mətbuatın,  yeni 

ədəbiyyatın yaranması ədəbi dilin inkişaf etdirilməsini, onun 

danışıq dilinə yaxınlaşdırılmasını tələb edirdi. Türk dilinin is-

la

hatçıları  içərisində  də  İbrahim  Şinasi  və  Namiq  Kamal 



aparıcı mövqe tuturdular. 

Teatr  sənəti  sahəsində  də  yenilik  nümunələri  meydana 

çıxmağa başlayırdı. 1859-cu ildə ilk daimi dram teatrı açıldı. 

Burada  türk  müəlliflərinin  və  xarici  müəlliflərin  mütərəqqi 

pyesləri tamaşaya qoyulurdu. Qadın rollarını erməni aktrisa-

la

rı oynayırdılar. Əlbəttə, ölkədə mövcud olan idarəçilik sis-



temi  feodal-

teokratik rejim, bütün qalan sahələr kimi  mədə-

niy

yətin əksər sahəsinin də inkişafını ləngidirdi. 



  

Bu dövrdə dünya poeziyasının korifeyi Nizami Gəncə-

vi,  Ə.Xaqani,  İ.Nəsimi,  M.Füzuli,  M.Ş.Vazeh.  M.Ə.Sabir, 

M.F.Axundzadə  kimi  klassiklər türk  xalqı tərəfindən  sevilə-

rək  oxunurdu.  Azərbaycanın  görkəmli  mütəfəkkirləri  dünya 

səviyyəli klassiklər kimi qəbul olunduqlarına görə, həmçinin 

türk  dünyasının  klassikləri  rolunu  oynamış,  Azəri  xalqının 

dünyaya bəxş etdiyi dühalar kimi qəbul edilmişdi. 




337 

ƏRƏBLƏR VƏ ƏRƏB İSTİLALARI 

 

 

Ərəblər  əsasən  Qərbi  Asiya  və  Şimali  Afrikanın  Ərəb 



öl

kələrində  məsgunlaşmışlar.  Ərəblər  Suriya,  Livan,  İraq, 

İordaniya,  Səudiyyə  Ərəbistanı,  Yəmən  Ərəb  Respublikası, 

Yəmən Xalq Demokratik Respublikası, Oman, Küveyt, Bəh-

reyn

, Qətər, MƏR, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Birləş-



miş Ərəb Əmirlikləri, Mavritaniya, eləcə də Sudan və Fələs-

tin 


vətəndaşı olduqları ölkələrdə əhalinin əksəriyyətini təşkil 

et

məklə iqtisadi, siyasi və ərazi birliyinə nail olmaqla beynəl-



xalq hüququn 

subyektinə çevrilmişlər.  

Ərəblər yuxarıda sadalanan ölkələrlə yanaşı İran, Türki-

yə,  Əfqanıstan,  İsrail,  İndoneziya,  Efiopiya,  Somali,  ÇAD 

Res

publikası,  Tanzaniya,  Şərqi  Afrikanın  digər  ölkələrində, 



həmçinin  Şimali  və  Cənubi  Amerikada,  Fransada  və  başqa 

dövlətlərin ərazilərində yaşayırlar. 

 

Ehtimala  görə  ərəb  xalqının  təşəkkülündə  qədim  sami 



tayfaları  əsas  rol  oynamışdır.  Sami  tayfaları  hələ  e.ə.  2-ci 

min


illikdə Ərəbistan yarımadasında yaşayırdılar. Nəhayət, 1-

ci minillikdə Palmira (Tadmor) dövlətləri təşəkkül tapdı. Era-

mızın  V-VI  əsrlərində  isə  Şimali  Ərəbistanda  Hasan  Ləhm, 

Mərkəzi Ərəbistanda isə Kinda və başqa ərəb dövlətləri mey-

da

na gəldi. Həmçinin bu dövrdə vahid ərəb xalqının forma-



laşması  prosesi  də  davam  edirdi  və  tayfa  quruluşu  dağılma 

mərhələsində  olsa  da,  qədim  patriarxal  qəbilə  münasibətləri 

və tayfa əlaqələri uzun müddət davam etməkdə idi. Bu xüsu-

siyyət köçəri və yarımoturaq əhali arasında daha çox müşa-

hidə olunurdu. 

 

VII  əsrin  birinci  yarısında  islam  dininin  yaranması  və 



ərəb işğallarının başlanması nəticəsində ərəblərin qonşu ölkə-

lərə axını sürətləndi. 

 

Ərəblərin dövlətinin yaradılmasında bütün Ərəb dünyası 



Məhəmmədə  (570-632)  borcludur. Ona  görə  ki,  səhra  həyat 

şəraitində köçəri bədəvi ərəbləri islam bayrağı altında birləş-

di

rərək dövlətin ideya əsasının qoyulması Məhəmmədə məx-




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə