Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə104/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   100   101   102   103   104   105   106   107   ...   142

311 

inkarı-inkar  qanunauyğunluqlarına  tamamilə  uyğun  gəlirdi. 

Təbii qanunauyğunluq idi ki, kənddə kapitalizmin təşəkkülü 

şəhərdə kapitalist münasibətlərinin inkişafından asılı idi. Bu 

zaman  belə  bir  sual  meydana  çıxır,  bəs  o  zaman  Osmanlı 

imperiyasında şəhərlərin vəziyyəti necə idi? 

XIX əsrin birinci yarısında Türkiyədə çoxlu iri şəhərlər 

var idi. 1816-

cı ilin məlumatına görə təkcə 20 mindən artıq 

əhalisi olan 47 şəhər var idi. Bunlardan səkkizinin hərəsində 

100 mindən çox əhali yaşayırdı və o cümlədən İstanbulda – 

400 min, Qahirədə - 400 min, İzmirdə - 120 min, Tokat və 

Ədirnədə,  hərəsində  100  min  əhali  yaşayırdı.  XVIII  əsrin 

axırlarından şəhərlərdə bəzi sənaye sahələri, o cümlədən to-

xuculuq, gön-

dəri, keramika  sənayesi,  silah  istehsalı  inkişaf 

etməyə başladı. Yerli sənaye məhsullarının ən iri istehlakçısı 

ni

zami  ordu  idi.  Sənayenin  özündə  də  mütərəqqi  proseslər 



nəzərə  çarpmağa  başlayırdı.  Bu  cəhətlər,  əmək  bölgüsünün 

art


masında,  manufakturaların  və  hətta  fabriklərin  yaranma-

sında  özünü  göstərirdi.  XIX  əsrin  30-cu  illərində  bir  nəfər 

bol

qar kapitalisti hökumətdən borc almaqla ilk mahud fabriki 



açmışdı.  Sexlərin  dağılması  prosesi  daha  da  sürətlənmişdi. 

Bir çox sexlər, bunların istehsal etdiyi malları satın alan tacir-

lərdən asılı idi. Belə tacirlər çox vaxt sex rəhbərlərinin özlə-

rindən  olurdu.  Beləliklə,  XIX  əsrin  30-cu  illərində  Türkiyə 

sənayesində kapitalist münasibətləri tədricən yaranmaqda idi. 

Bu hal ölkənin Avropa hissəsində xüsusilə aydın görünürdü. 

Daxili  və  xüsusilə,  xarici  ticarət  də  xeyli  canlanmışdı. 

Bu isə liman şəhərlərinin və ölkə daxilindəki mühüm ticarət 

yollarında yerləşən şəhərlərin artmasına kömək edirdi. 

Beləliklə, Türkiyədə sənaye və ticarətin müəyyən dərə-

cədə  inkişafı,  sənaye  burjuaziyasının  yaranmasına  və  ticarət 

bur


juaziyasının formalaşmasına səbəb oldu. Həmin burjuazi-

yanın mühüm xüsusiyyəti və müəmmalı amili bundan ibarət 

idi ki, onun əksəriyyətini türk olmayan millətlərin nümayən-

dələri yunanlar, ermənilər, bolqarlar və başqaları təşkil edirdi. 

Yəni xristianlar bu gəlirli sahədə çoxluq təşkil edirdilər. 



312 

Yerli camaatın həddindən artıq yoxsullaşması və yadel-

lilərin sürətlə varlanması vətəndaşların əmlak, xüsusi mülkiy-

yətin bəzi növlərinin balansını pozurdu. Öz vətənində vətən-

siz

lər  ordusu  çoxalmaqda  idi.  Bu  xüsusiyyət  də  artıq  o  za-



man

dan  başlayaraq  xarici  kapitalın,  türk  ticarət  və  sənaye 

burjuaz

iyasının inkişafı yolunu kəsmişdi. Çünki çox sərt mo-



nopoliya var idi. 

Xarici  monopoliyalar  hökumət  məmurları 

ilə əlaqəli idi.  

 

Xarici kapitalistlər öz iqtisadi üstünlüyü və kapitulyasi-



ya  hüquqlarından  istifadə  edərək  hazır  sənaye  mallarının 

idxalını və Türkiyədən kənd təsərrüfatı xammalı ixracını get-

dik

cə artırırdılar. İngilis və fransız toxuma  mallarının idxalı 



yerli toxucu

luq sənayesinə mənfi təsir göstərirdi. Bu onunla 

əlaqədar  idi  ki,  XIX  əsrin  birinci  yarısında  Türkiyənin  icti-

mai-iqtisadi ink

işafı  onun  aqrar  münasibətlərində  və  dövlət 

quruluşunda  mütləq  islahat  keçirilməsini  tələb  edirdi.  Bunu 

yaranmaqda olan türk burjuaziyasının mənafeyi də tələb edir-

di. 


Əlbəttə, bir sıra sahələrdə, misal üçün dövlətin mərkəzləş-

diril


məsini qüvvətləndirməkdə, feodal separatizminin aradan 

qal


dırılmasında,  inzibati  idarə  və  maliyyə  işlərinin  qaydaya 

sa

lınmasında,  yaxşı  nizami  ordu  yaradılmasında  burjuaziya 



ilə mərkəzi hökumətin mənafeyi uyğun gəlirdi. 

 

Sultan 



II Mahmudun islahatları 

 

Avropada 

sürətli inkişaf, kapitalizmin yeni xətt üzrə in-

ki

şafı, elmin, texnikanın tərəqqisi diktə edirdi ki, Türkiyə də 



bu prosesdən geri qalmasın. Odur ki, Türkiyə hakim dairələ-

rinin nisbətən uzaqgörən və mütərəqqi fikirli nümayəndələri 

başa  düşürdülər  ki,  Türkiyə  öz  mövcudluğunu  mühafizə  et-

mək üçün bir sıra islahatlar  keçirməlidir.  Çünki, beynəlxalq 

münasibətlər sistemindəki gərginliklər, Osmanlı imperiyasına 

qarşı  hazırlanan  təxribatlar  bunu  tələb  edirdi.  Odur ki, döv-

rün,  zamanın  tələblərinə  uyğun  olaraq  nəhayət.  Türkiyədə  

1834-1839-

cu illərdə belə islahatlar keçirildi və bu islahatlar 



313 

mahiy


yətinə  görə  Türkiyə  inkişaf  tarixində  yeni  mərhələ 

oldu. 


 

Bununla  yanaşı  XIX  əsrin  30-40-cı  illərində  hərbi-len 

torpaq sahibliyi sistemi tamamilə ləğv edildi. Len sahibləri-

nin ixtiyarında bu vaxtadək qalmış olan timar və ziyamət tor-

paqları  alınıb  dövlət  torpaq  fonduna  qatıldı.  Len  sahibliyi 

hüququ haq

qında  sultandan  bəratı  (fərmanı)  olanlara  alınan 

torpaq əvəzində dövlət qiymətilə pul təyin edildi. Qalan len 

sahib

lərinin  torpaqları  isə  əllərindən  alındı.  Bu  torpaqların 



çox bö

yük hissəsi xırda torpaq malikanələri (timar), qismən 

də  orta  malikanələr  (ziyamət)  idi.  Türk  feodallarının  xeyli 

his


səsi öz lenlərini irəlicədən mülkiyyətə (ciftliyə) çevirə bil-

mişdi. Misal üçün bolqar rayonlarında bütün len sahiblərinin 

təxminən 30 faizi belə etmişdi. Alınan torpaqlar çoxdan bəri 

bu yerləri becərən kəndlilərin istifadəsində saxlanıldı. Müsa-

dirə edilən boş yerlərin xeyli hissəsi isə hərraca çıxarılmışdı 

və həmin torpaqlar şəhər varlıları, sultanın məmurları və qo-

humları tərəfindən dəyər-dəyməzinə pulla alınırdı. 

Türkiyədə başlanan və çox əhəmiyyəti olan bu islahat bu 

dövrdə  bir  çox  sahələri  əhatə  edirdi.  Ən  başlıcası  hərbi-len 

sistemin


in qəti surətdə ləğv olunması idi və bu tədbiri aqrar 

islahat


ın ən vacib və zəruri tərəfi hesab etmək olardı. Eyni za-

manda bu islahat 

feodal münasibətlərinin yarımfeodal əlaqə-

lərlə əvəz edilməsinə səbəb oldu. Bununla da kənd təsərrüfa-

tının inkişafı üçün bəzi imkanlar yaradıldı. Lakin bu,  islaha-

t

ın  müəyyən  mütərəqqi  əhəmiyyəti  olsa  da  islahat  kəndlilər 



üzərindəki əsas istismar üsulunu dəyişdirmədi. Hərbi-len sis-

temi döv


ründəki yardarlıq sistemi islahatdan sonra da qalırdı. 

Yəni, bu tədbir xalq üçün o qədər də ideal və xeyirverən təd-

bir deyildi

, xüsusiyyətinə görə də ola bilməzdi. 

Hərbi-len sisteminin ləğv edilməsi inzibati sahədə də isla-

hat  keçirilməsinə  səbəb  oldu.  Çünki  Osmanlı  imperiyasında 

inzibati quruluşun əsasını da hərbi-len sisemi təşkil edirdi və 

uzun illər bu sistemin mövcudluğu ənənəyə çevrilmişdi. 1834-

cü ildəki  yeni inzibati islahata görə  bütün  ərazi  əyalətlərə və 

sancaqlara (mahallara) bölündü. Lakin bu islahat yerli rəislərin 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə