Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə102/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   98   99   100   101   102   103   104   105   ...   142

305 

təhriki ilə sultan öz donanmasının darmadağın edilməsinə bax-

mayaraq 

Akkerman sazişini ləğv etdi və 1827-ci il dekabrın 20-

də Rusiyaya qarşı "cihad müharibəsi" elan etdi. Öz növbəsində 

Rusiya da 1828-ci il aprelin 26-

da  Türkiyəyə  müharibə  elan 

etdi. Rusiyanın 150 minlik ordusu Prut çayını keçdi. Rumınlar 

və  bolqarlar  rus  ordusunu  rəğbətlə  qarşılayır,  ona  öz  xilaskarı 

ki

mi baxırdılar. Rus ordusunun sürətli hücumu yunan xalqında 



yenidən  antiosmalı  ruh  yüksəkliyini  oyatdı.  Rumınlar,  serblər, 

bolqarlar,  yunanlar  könüllü  dəstələr  təşkil  edərək  Rusiya  tə-

rəfində çıxış etdilər. Müharibə eyni zamanda həm Balkanlarda, 

həm  də  Qafqaz-Türkiyə  sərhədində  gedirdi.  Rus  ordusu  əvvəl 

Qafqaz cəbhəsində mühüm qələbələr qazandı. General Dibiçin 

komandası  altında  rus  ordusu  1829-cu ilin iyununda Balkan 

cəbhəsində də türk ordusunu böyük məğlubiyyətə uğratdı. Rus 

ordusu 


Balkan dağlarını keçərək sürətlə Ədirnəyə yaxınlaşdı və 

Ədirnəni işğal etdi. Rus qoşunlarının hücumunu dayandırmağa 

qa

dir  olmayan  türk  qoşunları  intizamsız  halda  geri  çəkilirdi. 



İstanbula gedən yol açıq idi. Paytaxt təşviş içində olmaqla yana-

şı,  ölkədə  hakimiyyətə  qarşı  siyasi  gərginlik  artırdı.  Belə  ki, 

Türki

yənin  fasiləsiz  müharibələr  aparması,  ordunun  yorğun 



düşməsi  və  əsgər  ailələrinin  sultana  ünvanladıqları  məktublar 

ondan xəbər verirdi ki, ölkədə hakimiyyətə qarşı qınaqlar çoxal-

maq

dadır. 


Bun

unla  yanaşı, rus ordusunun hərbi  müvəffəqiyyətləri 

İngiltərə, Fransa və Avstriyanı çox narahat edirdi. Yunan mə-

sələsinin təklikdə həll edilməsinə yol verməmək üçün İngiltə-

rə və Fransa hökumətləri hələ 1829-cu il martın 27-də, yəni 

türk


lərin Balkan ordularını məğlub edilməmişdən əvvəl, Lon-

don


da saziş imzalanmasına nail olmuşdular ki, bu da Türkiyə 

ilə  Rusiya  arasındakı  sülhün  əsas  şərtlərini  müəyyən  edirdi. 

Bu müqavilənin qapalı tərəfləri də mövcud idi.  

Odur ki, 

həmişə olduğu kimi İngiltərənin müəmmalı si-

yasəti  nəticəsində  Rusiya  Ədirnə  istiqamətində  uğurlu  hərbi 

əməliyyat apardı, eyni zamanda rus ordusu Ədirnəni tutduq-

dan sonra Türkiyə məcburiyyət qarşısında qalaraq sülh müqa-




306 

viləsinin  bağlanmasını  təklif  etdi.  Rusiya  hərbi  uğurları  ilə 

yana

şı, incə diplomatiya nümayiş etdirdi. Rusiya İstanbulu və 



boğazları tutmaq fikrində deyildi, çünki Rusiya diplomatiyası 

bilirdi 


ki,  belə  bir  addım  Avropa  dövlətlərinin  hərbi  ittifaqı 

ilə müharibəyə səbəb ola bilər. Odur ki, Türkiyənin sülh haq-

qındakı  təklifi  qəbul  edildi.  Türkiyə  hökuməti  1829-cu il 

sent


yabrın  14-də  öz  nümayəndələrini  Ədirnəyə,  Dibiçin  qə-

rar


gahına göndərdi. Danışıqların yekunu olaraq sülh müqavi-

ləsinin  imzalanması  ilə  nəticələndi,  müqavilə  London  pro-

tokolu əsasında tərtib edilmişdi. 

 

1829-cu il 



Ədirnə sülhü  

Yunanıstanın istiqlaliyyət əldə etməsi 

 

Ədirnədə bağlanan müqavilənin əsas  bəndləri Londonda 



ha

zırlanmışdı. Ədirnə sülhünün şərtlərinə görə son müharibə-

də Rusiya tərəfindən azad edilmiş Cənubi Qafqaz torpaqları 

və Qara dənizin şimal-şərq sahilləri Rusiyaya birləşdirilməli 

idi.Türkiyə öhdəsinə götürürdü ki, Yunanıstana və Serbiyaya 

muxtariy


yət verilir, Moldaviya və Valaxiyada türklərin məs-

kən salması və mülkə sahib olması qadağan edilirdi. Eyni za-

manda nəzərdə tutulmuş vaxtda müşahidə altında türklər bu-

ra

dan öz qarnizonlarını çıxarırdılar. Bundan sonra Rusiya bu 



knyazlıqların işlərinə və buraya qospodarların təyin edilməsi-

nə güclü təsir göstərmək imkanı əldə edirdi. Türkiyə Qara də-

nizdə  və  boğazlarda  ticarət  gəmiçiliyinə  mane  olmamağı  və 

1,5 milyon holland çervonu təzminat verməyi öhdəsinə götür-

.  Təzminat  ödənilincəyə  qədər  (18  ay  müddətində)  rus 



qoşunları Moldaviya və Valaxiyada qalmalı idilər. 

1830-


cu il fevralın 3-də Rusiya, İngiltərə və Fransa Lon-

donda ye


ni saziş imzaladılar. London sazişi Yunanıstana tam 

istiqlaliyyət verilməsini nəzərdə tuturdu. Lakin, bu qərar yu-

nan vətənpərvərlərinin bütün arzularını təmin etmədi. Yuna-

nıstanın sazişlə müəyyən edilən sərhədlər yunanların yaşadığı 

bütün əraziləri əhatə etmirdi. Bu dövrdə həmçinin yunan xal-



307 

qına  məcburi  qaydada  mütləqiyyət  quruluşu  qəbul  etdiril-

mişdi. 

London  sazişini  imzalayan  dövlətlər  1830-cu il aprelin 



8-

də  sultana  ultimatum  göndərib,  Yunanıstanın  istiqlaliyyə-

tini tanımağı tələb etdilər. Aprelin 24-də sultan Yunanıstanın 

istiqlaliyyyətini  tanıması  haqqında  öz  razılığını  bildirməyə 

məcbur oldu. Həmin il avqustun 29-da sultan xüsusi fərmanla 

Serbiyaya  da  muxtariyyət  verilməsini  elan  etdi.  Beləliklə, 

1828-1829-

cu  illər  müharibəsində  rus  ordusu yunan  xalqını 

ta

mamilə, serb və rumın, eləcə də Cənubi Qafqaz xalqlarını 



isə  Osmanlı  basqın  və  qarətlərindən  qismən azad etdi. K. 

Marks  yazmırdı  ki,  "Bəs  yunan  üsyanı  zamanı  mübarizənin 

nəticəsini kim həll etdi? Bütün qəsdləri və qiyamları ilə yani-

nalı  Əli  paşa  deyil,  Navarin  yaxın-lığındakı  vuruşma  deyil, 

Mo

reyadakı fransız ordusu deyil, London sazişləri və proto-



kolları  deyil,  Balkanları  keçib  Marista  vadisinə  daxil  olan 

Dibiçin rus ordusu həll etdi"

1

K.Marks bununla demək istə-

yirdi  ki,  XIX  əsrin  əvvəllərindən  etibarən  başlanan  sürətli 

bey


nəlxalq imperializm düşərgəsində Rusiya jandarm rolunu 

oynayırdı. Bunun obyektiv və subyektiv səbəblərinin tarixin 

sonrakı mərhələsində baş verən hadisələr bir daha sübut etdi.  

 

1831-1833-

cü illər Türkiyə - Misir münaqişəsi,   

Şərq məsələsinin yenidən kəskinləşməsi 

 

Əvvəla qeyd olunması zərurdir ki, Avropa dövlətləri sü-

ni  şəkildə  beynəlxalq  miqyaslı  münaqişə  ocaqları  yaradaraq 

gələcək müharibələrə zəmin hazırlayırdılar. 1829-cu il  Ədir-

nə sülh müqaviləsindən sonra güman etmək olardı ki, Türkiyə 

ilə Avropa dövlətləri arasında əbədi sülh bərqərar ediləcəkdir. 

Amma 

belə olmadı. Çünki dünyanın bölüşdürülməsi məsələsi 



qarşıda dururdu. Odur ki, sülh müqaviləsi imzalandıqdan iki 

il  sonra  Türkiyə  yenidən  müharibəyə  cəlb  olundu.  Bu  dəfə 

münaqişə Türkiyədən uzaq olan Misirdə formalaşmaqda idi. 

                                                 

1

K. 


Marks və F.Engels. Əsərləri, 9-cu cild, səh 32. 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə