Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə100/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   96   97   98   99   100   101   102   103   ...   142

299 

altında rus qoşunları 1811-ci ilin iyun-oktyabr aylarında türk 

ordusu

nu məğlubiyyətə uğratdılar. Napoleon bundan çox mü-



təəssir  oldu.  Türkiyənin  yenidən  sülh  danışıqlarına  razı  ol-

maq


dan başqa heç bir əlacı qalmadı. Buxarestdə aparılan sülh 

danışıqları  1812-ci  il  mayın  28-də  sülh  müqaviləsinin 

imzalanması ilə nəticələndi. 

Müqaviləyə əsasən Bessarabiya Rusiyaya verildi, Zaqaf-

qaziyada isə Arpa çaya, Acar dağlarına və Qara dənizə qədər 

olan bütün yerlər Rusiyanın təsir dairəsinə keçdi. Maldoviya 

və  Valaxiya  Türkiyəyə  qaytarıldı  və  eyni zamanda onlara 

1791-


ci il Yassı müqaviləsində göstərilən imtiyazlar verilirdi. 

Müqavilə  serb  xalqının  Türkiyə  əsarətindən  tamamilə 

azad olmaq ümidlərini doğrultmadısa da, bununla belə Serbi-

ya  üçün  böyük  əhəmiyyəti  var  idi.  Yəni,  Serbiya  müəyyən 

daxili muxtariyyət əldə etmiş oldu. 

 

1814-1829-cu 



illərdə Balkanlarda  

yeni milli-

azadlıq hərəkatı 

 

Rusiya  ilə  müharibəni  qurtarmağa  macal  tapmış  Türki-

yənin  hakim  dairələri  Balkanlarda  milli-azadlıq  hərəkatının 

yeni 


dalğası ilə üz-üzə gəlməli oldular. 1814-cü ildə serblər 

ye

nidən  üsyan  qaldırdı.  II Mahmud  Rusiyanın  Napoleonla 



haribəyə  başı  qarışmasından  istifadə  edərək  Buxarest 

sülhünün  şərtlərini  pozub  serbiyada  əvvəlki  hakimiyyətini 

bərpa etmək üçün 1813-cü ildə böyük bir ordu ilə Serbiyaya 

hücum etdi

. Əhaliyə divan tutulmaqla yanaşı, şəhər və kənd-

lər dağılırdı. Buna cavab olaraq serblərin kütləvi üsyanı baş 

verdi və Rusiya serblərə diplomatik yardım göstərdi. Rusiya-

nın təzyiqi nəticəsində Sultan güzəştə gedib serblərə öz daxili 

işlərində muxtariyyət verməyə məcbur oldu. 

1820-

ci ildə Moldaviya və Valaxiyada kəndlilər sultanın 



əlaltıları olan qospodarlara və mülkədarlara qarşı üsyan qal-

dırdılar. 1821-ci ildə üsyana valax vətənpərvəri Todor Vladi-

mi

resku  başçılıq  etdiyi  zaman  hərəkat,  xüsusilə  geniş  vüsət 



almış oldu. Üsyan eyni zamanda Avropa müstəmləkəçilərinə 

və Türkiyəyə qarşı da çevrilmişdi. 




300 

1821-1829-cu 

illərdə yunanların üsyanı 

 

XIX 



əsrin 20-ci illərində milli-azadlıq hərəkatlarından ən 

böyüyü 1821-

ci ildə baş verən yunan üsyanı idi. Bu üsyan yu-

nan 


xalqına istiqlaliyyət verməklə bərabər beynəlxalq müna-

si

bətlərdə də dərin iz buraxdı. 



 

Bu zaman yunan xalqı iqtisadi və mədəni sahədə xeyli 

in

kişaf etmişdi. Əlbəttə, yunan xalqının bəşər sivilizasiyasına 



töhfələr verməsi hər bir kəsə məlumdur. Onların müstəmləkə 

əsarətində  qalmaları  dünya  dövlətləri  tərəfindən  birmənalı 

qarşılanmırdı. 

Balkanlarda antiosmanlı hərəkətına keteriyalar (yunanca 

cəmiyyətlər)  rəhbərlik  edirdi.  Yunan  geteriyaları  bu  üsyanı 

çox


dan hazırlayırdı. İlk dəfə 1821-ci ilin martında Moreyada 

başlanan bu üsyan tez bir zamanda bütün Yunanıstanı, Egey 

və  Adriatik  dənizlərində  yunan  əhalisinin  yaşadığı  adaların 

çox hisəsini bürüdü. Eyni zamanda 1821-ci ildə baş verən üs-

yanda bolqar könül

lüləri də iştirak edirdi. Üsyana yunan tica-

rət burjuaziyası başçılıq edirdi. Lakin əsas hərəkətverici qüv-

və kəndlilər idi. Nəhayət, gərgin mübarizədən sonra 1822-ci 

ildə milli yunan hökuməti təşkil olundu. 

Yun


an  üsyanı  demokratiya  tərəfdarları  olan  Avropa öl-

kələrinin əhalisi tərəfindən rəğbətlə qarşılandı. Böyük mütə-

fəkkir  Bayron  üsyanda  iştirak  etmiş,  Puşkin  üsyana  bir  sıra 

şeirlər  həsr  etmişdi.  Avropanın  əsas  ölkələrinin  hökumətləri 

isə əksinə hərəkət edirdi. Onlar "qanuni hökmdarın" hakimiy-

yətini  qəsdlərdən  qorumaq  məqsədi  ilə  1815-ci  ildə  Vyana 

konqresində "Müqəddəs ittifaq" yaratmış və hər hansı bir in-

qilabi hərəkata nifrətlə yanaşırdılar. "Müqəddəs ittifaqın" eh-

kamları  Türkiyə  sultanını  da  qoruyurdu.  II  Mahmud  özü  də 

üs

yançı yunanlara qarşı mübarizəsində bu əhkamlardan ilham 



alırdı. Avstriya hökumətinin başçısı "Müqəddəs ittifaqın" ya-

radıcısı  Metternix  yunanlara  yardım  göstərilməsinə  xüsusilə 

müqavimət  göstərirdi.  Metternix  ona  görə  buna  müqavimət 

göstərirdi ki, Avstriyanın məzlum slavyan əhalisinə də üsya-

nın  təsir  edəcəyindən,  habelə  Rusiyanın  fəal  iştirakı  ilə  yu-



301 

nan


lara  yardım  göstərildiyi  halda,  Balkanlarda  Rusiyanın 

mövqeyinin qüvvətlənəcəyindən qorxurdu. 

 

Əlbəttə, Yunan üsyanını yatırmaq Sultan üçün olduqca 



çətin  idi.  Çünki,  beynəlxalq  əks-səda  güclü  idi.  Bu  zaman 

i

taətdən çıxan iri feodallar Yunanıstana qoşun göndərməkdən 



imtina  etdilər,  yeniçərilər  isə  əsas  etibarilə  dinc  əhalini  qır-

maq və qarət etməklə məşğul olub, vuruşma qabiliyyətinə əs-

la malik olmadıqlarını nümayiş etdirdilər. II Mahmud öz vas-

salı  əslində  isə  Misirin  müstəqil  canişini  Məhəmmədəliyə 

yar

dım haqqında müraciət etdi. Məhəmmədəli Misirdə Avro-



pa qaydası ilə təşkil olunmuş nizami ordu yaratmışdı. Misirin 

göstərəcəyi yardım müqabilində sultan Suriyanı və Krit ada-

sını  Məhəmmədəlinin  ixtiyarına  verməyi  vəd  etdi  (Məhəm-

mədəli əslində 1823-cü ildə Krit adasına yiyələnmişdi). Mə-

həmmədəlinin  oğlu  İbrahim  paşanın  komandanlığı  altında 

1824-


cü  ildə  Moreyaya  böyük  bir  ordu  göndərildi.  Bu  ordu 

öz  sayı,  xüsusilə  silahı  və  hərbi  təlimi  cəhətdən  yunanların 

qüv

vələrindən üstün idi. Misir ordusu 1825-ci ildə Moreyaya 



çıxarıldı və üsyançıların müqavimətini qırmaq üçün misilsiz 

vəhşiliklərə başladı. Yunanlar inadla vuruşurdular, lakin on-

la

rın qüvvələri az idi. 1826-cı ildə Misir ordusu demək olar 



ki, bütün Moreyanı işğal etdi. Yunanlar hələ müqavimət gös-

tərməkdə idilər. Lakin onların müqaviməti əvvəlki qüvvə və 

vüsətini itirmişdi. Sultan qısa vaxt ərzində qələbə əldə edilə-

cəyinə əmin idi. Lakin sultan irəlicədən əbəs yerə sevinirdi. 

Ona görə ki, Rusiya Türkiyənin Balkanlar siyasəti ilə barış-

mır və Avropa dövlətləri ilə Türkiyəyə qarşı gizli danışıqlar 

aparmışdı. 

Nəhayət, Rusiya sultana güclü təzyiq göstərərək 1826-cı 

il martın 17-də ona ultimatum şəklində belə bir tələb verdi ki, 

Moldaviya və Valaxiyanın muxtariyyəti bərpa edilsin. Demək 

olar ki, elə bu zaman (1826-cı il aprelin 4-də) Rusiyanın tə-

şəbbüsü  ilə  Rusiya  və  İngiltərə  arasında  Peterburqda  saziş 

im

zalandı. İngiltərə hələ 1823-cü ildə Yunanıstanı və Türki-



yəni  müharibə  edən  tərəflər  kimi  tanımışdı,  yəni  yunanların 

üsyanını  qanuni  elan  etmişdi.  Peterburq  sazişinə  əsasən  hər 

iki dövlət sultandan tələb etdilər ki, yunanlara qarşı mühari-



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə