Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə101/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   97   98   99   100   101   102   103   104   ...   142

302 

bəni  dayandırsın  və  Yunanıstana  muxtariyyət  versin. Lakin 

nə  İngiltərə,  nə  də  Rusiya  sultanı  bu  tələbləri  qəbul  etməyə 

məcbur  etmək  üçün  qəti  tədbir  görmədilər.  Bundan  başqa 

Avstriya, yuxarıda göstərilən səbəblərə görə, Rusiya və İngil-

tərənin  tələbləri  ilə  razı  olmadığını  bildirdi.  Buradan  belə 

məntiqi nəticəyə gəlmək olur ki, İngiltərə, Rusiya və Avstriya 

arasında həmrəylik baş tutmadı. 

 

Yeniçərilərin məhv edilməsi və orduda yeni islahatlar 

 

Yunan 



məsələsi  haqqında  hələ  danışıqlar  aparıldığı  bir 

vaxtda 


Türkiyədə çox böyük əhəmiyyəti olan bir hadisə baş 

verdi və hakimiyyətə qarşı üsyan qaldırdılar. Sultan  üsyançı 

gənclərə  qarşı  qəddar  tədbirlər  həyata  keçirdi  və  yeniçərilər 

məhv edildi. Yunanıstandakı müharibə, Məhəmmədəliyə yar-

dım üçün müraciət etmək məcburiyyəti, ordunun döyüş baca-

rığının aşağı olması III Səlimin islahatlarının bir çox əleyh-

dar

larına göstərdi ki, Türkiyənin yeni qaydada təşkil edilmiş 



nizami orduya nə qədər böyük ehtiyacı vardır. Sultan yeniçə-

rilərdən  xüsusilə  narazı  və  onlara  qarşı  qəzəbli  idi.  Yeniçə-

rilər  daha  ordu  deyil,  yalnız  qiyam,  qətl  və  qarətlə  məşğul 

olan  quldurlar  dəstəsinə  çevrilmişdi.  Bundan  başqa  yeniçə-

rilərin çoxu ev-eşik və ailə sahibi olub sənətkarlıq və ticarətlə 

məşğul olmaqla yanaşı, kazarmalarda qalanlar isə dələduzluq 

edir, tüfeyli 

həyat tərzi keçirirdilər. 

Odur ki, zaman göstərdi ki, təkcə yeniçərilər deyil, bütün 

türk  qoşunu  yararsız  vəziyyətdədir.  Belə  hesab  olunurdu  ki, 

müharibə  dövründə  türk  ordusu  sıralarında  400  min  canlı 

qüvvə olmalıdır. Əslində isə orduda 170 mindən artıq əsgər 

yox idi, çünki timar və ziyamət sahiblərinin əksəriyyəti hərbi 

xid


mətdən boyun qaçırırdı. Eyni zamanda bu 170 min nəfər-

dən  yalnız  60  min  nəfəri  silahlı  əsgər  idi,  qalanını  köməkçi 

heyət o cümlədən mehtərlər, sudaşıyanlar, yerqazanlar, müx-

təlif ustalar və sairə təşkil edirdi. 

Ordunun yenidən qurulması məqsədilə 1826-cı il mayın 

28-


də  sultan  nizami  ordu  yaradılması  haqqında  ali  fərman 

(xətti-şərif)  imzaladı.  Fərmanda  tələb  olunurdu  ki,  hər  bir 

yeni

çəri  polkundan  yeni  orduya  150  adam  göndərilsin. 




303 

Ye

niçərilər  başa  düşdülər  ki,  bu  tədbir  onların  korpusunun 



fəaliyyətinə  son  qoyur  və  əsgər  həmrəyliyi  qəsdən  pozulur, 

buna  görə  də  onlar  açıq  şəkildə  öz  narazılığını  bildirməyə 

başladılar. Bunun üstündə onların bəzilərinin boynu vuruldu 

və yeniçərilərin edam edilməsi qiyama səbəb oldu. Xatırladaq 

ki, Osmanlı ordusu Avropanın Şərqində, xüsusilə Balkan ya-

rımadasında  hərbi  yürüşlərdə  olan  zaman  xristian  mənşəli 

çox

lu qadın və uşağı əsir kimi Türkiyəyə gətirmiş, hərbi his-



sələrdə,  kazarmalarda  yerləşdirmişdilər.  Həmin  uşaqlar  indi 

üsyan edirdi. 

İyunun  15-i  gecəsi  10  min  yeniçər  İstanbul 

mey


danlarından birinə toplaşaraq sultandan öz fərmanını ləğv 

etməyi tələb etdilər. Lakin II Mahmud yəniçəriləri aldatmağa 

nail oldu

. O, üsyançıları nizami hissələr və toplarla mühasi-

rəyə  alıb,  onların  məhv  edilməsi  haqqında  əmr  verdi.  Yeni-

çərilərlə üzbəüz durmuş toplar, onları yaxın məsafədən atəşə 

tutdu

.  Sultanın  əmri  ilə  yeniçərilərin  kazarmaları,  burada 



gizlənmiş qiyamçılarla birlikdə yandırıldı. Müxtəlif məluma-

t

a görə, bir neçə gün ərzində 7 mindən 16 minə qədər yeni-



çəri məhv edildi. Yeniçərilərin qalan hissəsini isə paytaxtdan 

qovdular və sürgün etdilər, başqa hissələrə göndərdilər. 

Eyni zmanada 

hiddətlənmiş sultan II Mahmud yeniçəri-

lərlə  sıx  bağlı  olan  bektaşi  müsəlman  təriqətinə,  yanğınsön-

dürənlərə, yeniçərilərə həmrəylik göstərənlərə də divan tutdu. 

Sonra  o,  hərbi  xidmətdən  boyun  qaçıran  len  sahiblərindən 

timar və ziyamət torpaqlarının geri alınmasına əmr etdi. Be-

ləliklə, III Səlimdən fərqli olaraq, II Mahmud nizami ordu ya-

radılması üçün qılınc və qanla lazım olan hər cür əməllərə əl 

atmalı  oldu. Lakin nizami  ordu  yaradılması,  təxminən  30  il 

keçəndən sonra nəzərə çarpacaq nəticələr verdi. Bu vaxt ər-

zində isə Türkiyə hərbi cəhətdən hələ də geri qalmaqda idi. Bu 

da  danılmaz  faktlardan  idi  ki,    Avropa  dövlətləri  Türkiyəyə 

qarşı açıqca düşmən münasibət bəsləyirdilər. III Sultan Mah-

mud Misir hakimi 

İbrahim paşanın qoşunlarına və Yunanıstan 

məsələsində  dövlətlər  arasındakı  ixtilaflara  ümid  bağlayaraq 

Yuna

nıstanda  müharibəni  davam  etdirirdi.  Lakin onun  layi-



hələşdirdiyi  mülahizələr  düz  çıxmadı  və  özünü  doğrultmadı. 

Yuna


nıstandakı  müharibə  Balkanlardakı  mövcud  vəziyyət 

tezliklə Rusiya ilə müharibəyə səbəb oldu. 




304 

1828-1829-cu 

illərdə Rusiya-Türkiyə müharibəsi 

  

Rusiya  1826-

cı  il  martın  17-də  Türkiyəyə  ultimatium 

ver

dikdə, təkcə yunanların xeyrinə sultana təzyiq göstərmək 



deyil, 

həmçinin  yaranmış  vəziyyətdən  öz  mənafeyi üçün  də 

istifadə etməyi nəzərdə tutmuşdu. Nəticə etibarilə Akkerman-

da keçi


rilən rus-türk konfransı 1826-cı il oktyabrın 7-də saziş 

im

zalanması ilə sona çatdı. Həmin saziş əvvəlki müqavilələr 



əsasında müəyyən edilmiş rus-türk sərhədlərini təsbit etdi və 

Buxarest  sülh  müqaviləsinin  Moldaviya,  Valaxiya  və  Serbi-

ya

ya vermiş olduğu hüquqları bərpa etdi. Beləliklə, Rusiya-



nın uzun müddət apardığı Balkan siyasəti Rusiyanın və Bal-

kan xalqlarının xeyirinə həll edildi. Yeni sazişə əsasən Rusiya 

Balkanlarda 

əvvəlki  illərə  nisbətən  öz  mövqeyini  daha da 

möhkəmləndirdi. 

 Bu 


dövrdə isə Misir qoşunları öz istiqlaliyyəti uğrunda 

mübarizə aparan yunanlara qarşı qırğını davam etdirirdi. Mi-

sir qoşunları 1827-ci ilin iyununda yunan vətənpərvərlərinin 

da

yağı olan Afinanı işğal etdilər. Belə bir vəziyyətdə Rusiya 



1827-ci il iyulun 6-

da  üç  dövlət  arasında  imzalanan  sazişin 

təşəbbüsçüsü oldu. Bu saziş əsasında sultandan tələb edilirdi 

ki,  Yunanıstana  muxtariyyət  versin.  Eyni zamanda sazişdə 

nəzərdə tutulurdu ki, sultan bu tələbi rədd etsə, ona qarşı güc 

tətbiq edilsin. 

Avstriya tərəfindən qızışdırılan II Mahmud ümid edirdi ki, 

dövlətlər arasında Yunanıstan məsələsi üstündəki ixtilaf onların 

imzaladığı sazişin əhəmiyyətini itirəcək. Buna görədə II Mah-

mud ona verilmiş tələbləri rədd etdi. Bunun nəticəsində birləş-

miş ingilis-fransız eskadrası 1827-ci il oktyabrın 20-də Navarin 

limanında  (Peloponnes  yarımadasının  cənub-qərb  sahili) Tür-

kiyə-Misir eskadrası ilə döyüşə başladı. Müttəfiqlərin, yəni av-

ro

palıların  eskadrasında  26  gəmi,  Türkiyə-Misir eskadrasında 



isə 94 gəmi var idi. Bu texniki üstünlüyə baxmayaraq, türk-Mi-

sir eskadrası demək olar ki, tamamilə darmadağın edildi. İbra-

him  paşa  Misirə  çəkilməyə  məcbur  oldu.  Lakin  Avstriyanın 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə