Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə97/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   93   94   95   96   97   98   99   100   ...   142

290 

ğının həddi yox idi. Vergilər və cərimələr əhalinin qazancı ilə 

uzlaşmır  və  daima  ağırlaşdırılırdı. Qəlp  pul  buraxılması  isə 

döv


lət büdcəsinə böyük ziyan vururdu. Dövlət xəzinəsi boşal-

mışdı. Amma sultanın şəxsi xəzinəsi və paşaların sandıqları 

qızıl və cəvahiratla dolu idi. Türkiyə tarixində ilk dəfə idi ki, 

hökumət xaricdən borc almaq istəyirdi. Lakin bu da böhran-

dan çıxış yolu deyildi. 

  

Həmin  dövrdə  Türkiyənin  keçirdiyi  iqtisadi  və  siyasi 



böh

ranın təzahürlərindən biri də iri feodallarda separatizm təma-

yüllərinin  artması  idi. Bütün imperiyada  feodalların  separatçı 

çıxışları gözlənilirdi. Separatçı feodallar içərisində Vidin paşası 

(Vidin,  Dunayda  bolqar  şəhəri)  Pəzvənd  oğlu, Albaniyada 

Yaninalı Əli paşa, Ankara rayonunda Çapan oğlu və başqalarını 

xüsusilə qeyd etmək olar. Bu feodalların öz xüsusi qoşunları var 

idi. O


nlar  öz  xeyirlərinə  vergi  toplayır  və  bəzən  də  müstəqil 

xarici  siyasət  yeridirdilər.  Lakin  İstanbul  hökuməti  üçün  əsas 

təhlükə  onlar  deyildi.  Əksinə,  onların  hamısını  eyni  mənafe 

ümumilyi  birləşdirirdi.  Onlar Türkiyənin  xalq  kütlələrindən, 

xüsusilə  kəndli  təbəqələrindən  eyni  dərəcədə  qorxurdular, 

h

akim  qüvvələr  Balkanlarda  və  Ərəb  ölkələrində  güclənən 



milli-

azadlıq hərəkatlarına qarşı birgə mübarizə aparmalı olur və 

təhlükə  qarşısında  əlbir  çıxış  edirdilər.  Osmanlı  hökumətinin 

qarşı  ən  böyük  təhlükə    ərəb  ölkələrində  və  balkanlarda 

haz

ırlanırdı. 



 

Balkanlarda 

osmanlılara qarşı milli-azadlıq hərəkatı 

 

Acınacaqlı fakt olsa da qeyd olunmalıdır ki, Balkanlarda 

despotik 

idarəçilik  sisteminə  qarşı  XVIII  əsrin  axırıncı  ili 

Balkan 

xalqlarının mübarizəsi tarixində dönüş dövrü oldu. Bu 



ən  əvvəl  rus  qoşunlarının  Balkanlara  gəlməsi,1768-1774-cü 

illər və 1787-1791-ci illər müharibələri gedişində quruda və 

dənizdə  rus  ordularının Türkiyə  üzərində  çaldığı  qələbələrlə 

əlaqədar idi. Mənbələrdə göstərilirdi ki, Balkanların məzlum 

əhalisi rus ordularını öz xilaskarı kimi qarşılayırdı. Bu haqda 

Marks və Engels göstərmişlər ki, yunanlar və Balkan yarım-




291 

ada


sının slavyan xalqları Rusiyanın timsalında "özünün yega-

nə  dayağını,  özünün  xilaskarını,  özünün  nicatverənini"

1

  gö-

rür


dülər.  Əlbəttə,  çar  hökuməti  və  onun  arxalandığı  siniflər 

də Balkanlarda işğalçı məqsəd güdürdülər və orada yaşayan 

"

məzlum" xalqların Türkiyə əsarətindən azad olması haqqın-



da 

heç  də  az  düşünmürdülər.  Buna  baxmayaraq  o  zamankı 

Rusiya

nın hakim dairələrinin subyektiv səylərinin əksinə ola-



r

aq,  Balkan  xalqlarına  münasibətdə  Rusiya  obyektiv  olaraq 

həm istilaçı, həm də xilaskar rolunu oynayırdı. 

XVIII  əsrin  axırlarını  Balkan  xalqlarının  milli-azadlıq 

hərəkatında  dönüş  dövrü  kimi  təsvir  edilirdi.  Eyni zamanda 

xristian  təəssübkeşliyi  "din  qardaşlığı"  ideyası  təbliğatının 

dai

ma  gündəmdə  olması  da  slavyan  birliyinin  kütləviləşmə-



sinə təkan verən amillərdən idi. XVIII əsrin axırı və XIX əs-

rin  əvvəllərində  bu  xalqların  ictimai-iqtisadi  inkişafı  onların 

öz milli burjuaziyasının, başlıca olaraq ticarət-sənaye burjua-

zi

yasının  yaranmasına  və  formalaşmasına  səbəb  olmuşdu. 



Milli-

azadlıq hərəkatında yenə də kəndlilər əsas hərəkətverici 

qüvvə olaraq qalmaqda davam edirdisə də, bu zamandan eti-

barən  milli-azadlıq  hərəkatına rəhbərliyi  burjuaziya  öz  əlinə 

alır  və  hərəkata  lazımi  istiqamət  verməyə  başlayır.  Lakin  

barizənin  müvəffəqiyyətli  olması  üçün  ümumxalq birli-



yinin  yaranması  üçün  şəraitin  yetişməsi  lazım  idi.  Xaricdən 

isə bu yardımı yenə də Rusiya göstərdi. 

 

III  Səlimin  padşahlığı  dövründə  (1789-1807)  demək 



olar 

bütün  məzlum  xalqlar  öz  zülmkarlarına  qarşı  mübarizə 

apa

rırdı.  Balkanlarda  yunanların,  bolqarların,  qaradağlıların, 



serb

lərin,  rumınların,  Misirdə  və  Ərəbistan  yarımadasında 

ərəblərin  antitürk  hərəkatı  başlanmışdı.  Məcburiyyət  qarşı-

sında  qalan  III  Səlim  1792-1796-cı  illərdə  hərbi  xidmətlərə 

görə len sisteminə daxil olan mülkləri ləğv etdi. 

Bu  dövrdə  müstəmləkələrlə  yanaşı,  Yunanıstanı  da 

1770-ci il

də  güclü  milli-azadlıq  hərəkatı  bürümüşdü.  Lakin 

bu 

hərəkat türk qoşunları tərəfindən yatırılmışdı. Sonralar da 



                                                 

1

K.Marks və F.Engels. Əsərləri, 9-cu cild, səh 32. 




292 

bu 


hərəkat pərakəndə şəkildə davam etmişdi. Hərəkatı əsasən 

partizanlar, 

davam etdirirdi. Fransa burjua inqilabı, həmçinin 

XVIII 


əsrin  axırlarında,  1787-1791-ci  illər  rus-türk mühari-

bəsi Yunanıstanda milli-azadlıq hərəkatının yeni yüksəlişinə 

səbəb oldu. Hərəkata gizli fəaliyyət göstərən vətənpərvər itti-

faqlar,  geteriyalar (yunanca – 

cəmiyyət  deməkdir)  rəhbərlik 

edirdi. 


İlk  geteriya  yunan  şairi  və  vətənpərvəri  Konstantin 

Riqas tərəfindən təşkil edilmişdi. 

XVI əsrdən etibarən sultan-Xəlifə dünya müsəlmanlarının 

dini  lideri  rolunu  oynayırdı.  Sonralar  dünya  müsəlmanlarının 

birliyi “Ottaman” fransızcadan çevrilmiş (“Ottomans” “la porte” 

qapı sözləri ilə əvəzləndi). Avropa dövlətləri Osmanlı dövlətinin 

müstəmləkəşiliyə  başlaması  ilə  əlaqədar  bu  dövləti  “Ottoman 

liman”  adlandırırdılar.  XVIII  əsrin  axırlarında  bolqarlar  müs-

təmləkə əsarətindən  azad  olmaq uğrunda mübarizəni daha da 

qüvvətləndirdi.  Bolqar  şəhərlərinin  artması,  bu  şəhərlərin get-

gedə  türklərin  inzibati  mərkəzlərindən  bolqarların  ticarət  və 

sənaye  mərkəzlərinə  çevrilməsi  azadlıq  uğrunda  mübarizəyə 

başçılıq edən bolqar ticarət və sənət burjuaziyasının yaranması 

ilə nəticələndi. 

Bu dövrdə qaradağlılar III Səlimə ciddi çətinlik törətdi. 

Sultan  Qaradağın  rəsmi  asılılığını  həqiqi  asılılığa  çevirmək 

təşəbbüsü etmişdi və bunun nəticəsində baş verən 1792-1796-

cı illər müharibəsində türk qoşunları bir sıra böyük məğlubiy-

yətlərə  uğradı.  Nəticədə  Sultan  Qaradağın  rəsmi  istiqlaliy-

yətini tanımağa məcbur oldu. 

Balkanlarda 

başlanan  milli-azadlıq  hərəkatı  demək  olar 

k

i, bütün xalqları əhatə etmişdi. Bu məqsədlə başlanan serb 



xalqının milli-azadlıq mübarizəsi ən güclü hərəkatlardan he-

sab  olunur

du. Serbiyada türk paşaları və feodallarının, yeni-

çərilərin çıxışı, yeniçəri başçıları olan daxilərin zülmü misil-

siz dərəcəyə çatmışdı. İş o yerə çatdı ki, serblərin kütləvi üs-

yanı baş verəcəyindən təşvişə düşən yeniçərilər 1804-cü ilin 

yanvarında bütün serb knezlərini (kəndxudalarını; türk cani-

şinləri paşaları nəzdindəki mahal valilərinə baş knez deyirdi-

lər), keşişləri və monaxları məhv etmək qərarına gəldilər. Bu 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə