281
lıca olaraq ya saray mədhiyyə ədəbiyyatı, ya da yuxarı hakim
dairələrin bəzi nümayəndələrinə və şairlərin düşmənlərinə
yazılan satira və həcvlər idi. Bunlar nə məzmun, nə də forma
etiba
rilə orta əsr şairlərinin əsərlərindən fərqlənmirdi. Digər
sahələrdə olduğu kimi memarlıq və incəsənət də düşgün və-
ziy
yətdə idi. Rəssamlıq sahəsində Avropa nümunəsində
portret rəsmlərinin meydana çıxmasını qeyd etmək lazımdır.
Rəssamlığın bu sahəsinin ən görkəmli nümayəndəsi "nəqqaş
başı" Əbülhəsən xan Qəffari idi.
XIX əsrin ortalarında ölkədə maarifin yayılmasına kö-
mək edən Mirzə Tağı xanın islahatları ilə əlaqədar olaraq,
İranın mədəni həyatında bəzi irəliləmələr baş vermişdi. Mirzə
Tağı xanın təşəbbüsü ilə Tehranda ali politexniki məktəb, da-
rül
fünun yaradılmışdı. Darülfünunun müəllimləri xarici dil-
lərdən fars dilinə tərcümələr etmiş və elmi-populyar və başqa
ədəbiyyat tərcümə edirdilər. Bununla bərabər İranda "Təsa-
dü
fi hadisələrin gündəliyi" adlı ilk qəzet nəşr edilməyə başla-
mışdı. Gənc iranlılar xaricə, xüsusilə Rusiyaya oxumağa gön-
dərilir, İrana xarici professorlar və müəllimlər dəvət edilməyə
başlamışdı. Mirzə Tağı xanın islahatları müvəffəqiyyətsizliyə
uğrasa da, hər halda onun təşəbbüsü ilə maarif sahəsində gö-
rü
lən tədbirlər müəyyən bir dərəcəyə qədər ictimai fikrin in-
ki
şafına kömək etdi. Qeyd etmək yerinə düşərdi ki, 1000 il,
yəni 925-ci ildən 1925-ci ilədək İran adlanan regionu idarə
ed
ən azərbaycanlılar (Azərilər) bu dövlətin elm, mədəniyyət,
incəsənətinin intibahında, inkişafında misilsiz rol oynamışlar.
Təəssüflər olsun ki, uzun müddət fars şovinizmi Azəri mütə-
fəkkirlərinin yaratdığı klassik poeziya nümunələrini farslaş-
dırmağa, onlara siyasi rəy verməyə cəhd göstərmişdilər.
282
TÜRKİYƏ
Türkiyə dövlətinin yarandığı Kiçik Asiya Anadolu yu-
nanc
a Anatole sözündən götürülmüş, mənası Şərq deməkdir.
Ərazisi qədim zamanlarda və erkən orta əsrlərdə bir sıra döv-
lətlərin, o cümlədən Hest, Lidiya, Midiya, Əhəmənilər, İsgən-
dərin imperiyasının, Selevkilərin, Pont və Perqam padşahlığı-
nın, Qədim Roma və Bizansın tərkibində olmuşdur. Roma,
Bi
zans, Çin, Ərəb və İran mənbələrinə görə qədim türk tayfa-
larının ilk dəstələrinin Altay dağları ətəklərindən köçüb Kiçik
Asiyaya gəlməsi III-IV əsrlərə təsadüf edir. Bu tayfalar hun-
lar, uzlar, peçeneqlər, xəzərlər, suvarlar və başqa tayfalardan
ibarət idi. Türklərin Kiçik Asiyaya yalnız İran və Qafqaz tə-
rəfdən deyil, həmçinin Şimaldan, Qara dəniz yolu ilə də gəl-
mələri haqqında məlumatlar vardır. Beləliklə, türklərin Kiçik
Asiyada kütləvi məskunlaşmaları XI əsrin 70-ci illərinə təsa-
düf edir ki, elə bu zaman Anadolunun şimal-şərqində səlcuq-
oğuz və türkmən tayfalarının ilk dövləti təşəkkül tapır. Xatır-
latmaq zəruridir ki, Səlcuqlar oğuzların qanıq qoluna mənsub
olub əvvəllər Buxara ilə Səmərqənd arasındakı Zərəfşan çayı
vadisində yaşamışlar. Səlcuq özü isə tayfa başçısı olmuşdur.
VIII əsrdə ərəblər Orta Asiyanı işğal edəndə köçəri-
maldar Səlcuqlar islamı qəbul etmişdilər. Səlcuqlar artıq XI
əsrdə, yəni 1040-1055-ci illərdə İranı, daha sonra İraqı, Suri-
yanı, Azərbaycanı, Qərbi Azərbaycanın bir hissəsini işğal
edərək yaxın Şərqdə qüdrətli Səlcuq dövlətini yaratdılar.
Səlcuqlar 1071-ci ildə Malazgirt döyüşündə Bizans im-
peratoru IV
Roman Diogeni məğlub etdikdən sonra daha 10 il
müharibə apararaq Nikeyanı (İznik), 1085-ci ildə Simirnanı
(İznik) tutdular. Nikeya şəhəri "Böyük Səlcuq" sultanlığının
pay
taxtı oldu. Səlcuqilər bir neçə dəfə Bizansa qarşı mühari-
bəyə cəhd göstərsələr də, bu cəhd uğursuzluqla nəticələndi.
Çünki, 1096-1204-
cü illəri əhatə edən səlibçilərin Şərqə hərbi
yürüşləri buna mane oldu. Eyni zamanda Avropa cəngavər-
ləri Nikeyanı tutub özlərinə paytaxt edəndən sonra 1116-cı il-
də Səlcuqilər Koniyanı özlərinə yeni paytaxt seçdilər və bun-
283
dan sonra sultanlıq Koniya sultanlığı adlandırıldı. Səlcuqilər
Ki
çik Asiyada paytaxtı Sivas olan digər türk dövləti Danişi-
məndiləri 1180-ci ildə özlərinə tabe etdilər. Beləliklə, XIII
əsrin əvvəllərində səlcuqilər bütün Kiçik Asiyada hökmranlı-
ğa nail oldular. Lakin 1243-cü ildə Kosadağ vuruşmasında
türk
lər monqollar tərəfindən məğlubiyyətə uğradıldı və 230 il
mövcud olmuş vahid Səlcuqilər dövləti ayrı-ayrı feodal bəy-
lik
lərinə parçalandı. Osmanlı bəyliyinin banisi Osman bəy
1299-
cu ildə monqolların zəifləməsindən istifadə edərək Os-
manlı dövlətini yaratdı və bundan sonra Səlcuqilər dövlətinin
bazası əsasında yaradılan dövlət onun banisinin adı ilə Os-
manlı türkləri və dövləti Osmanlı adlanmağa başladı. Beləlik-
lə, orta əsrlərin feodal monarxiyalarından ən qüdrətlisi olan
Os
manlı dövləti 150 il ərzində Balkan xalqlarını, o cümlədən
bolqarlar, serblər, makedoniyalılar, frakiyalılar və başqa xalq-
ları özünə tabe etdilər. Osmanlılar 1396-cı ildə Nikopol vu-
ruşmasında Avropa cəngavərlərinin birləşmiş qüvvələrini
məğlub edib Konstantinopola yaxınlaşsalar da, Teymurla İl-
dırım Bayazidin (1389-1402) arasında olan düşmənçilik və
1402-
ci il Ankara vuruşması türklərin Bizans üzərində qələbə
çalmasına imkan vermədi. Eyni zamanda türklərin Avropaya
irəliləməsini 40 il ləngitdi. Nəhayət, II Muradın oğlu II Meh-
met (1451-1481) 1453-
cü il mayın 29-da Bizansın paytaxtı
Konstantinopolu tutaraq Bizansı süquta uğratdı, Konstantino-
pol İstanbul adlandırılaraq Osmanlı imperiyasının paytaxtına
çevrildi. Eyni zamanda türklər işğallarını daha da genişlən-
dirərək XV əsrin 50-70-ci illərində Bosniya, Hersoqovina,
Va
laxiya, Çernoqoriya, Albaniya, Moreya, Krım, Kiçik Asi-
ya
da isə Trabzon imperiyasını və Qaraman bəyliyini zəbt
etdilər.
I Səlim Yavuz (1512-1520) və I Süleyman Qanuninin
(1520-
1566) hakimiyyəti dövründə Osmanlı imperiyasının
ərazisi xeyli genişləndi. Lakin təəssüfedici hal odur ki, Avro-
pa dövlətlərinin düşmənçilik toxumu səpmək kimi mürtəce
si
yasəti Səfəvi-Osmanlı dövlətlərindən də yan keçmədi. Qüd-
rətli Azərbaycan dövləti olan Səfəvilər imperiyasına qarşı
Dostları ilə paylaş: |