Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə91/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   87   88   89   90   91   92   93   94   ...   142

272 

karlar  içərisində  deyil,  xarici  kapitalın  İrana  soxulmasından 

zərəz  çəkən  xırda  ruhanilər  və  tacirlər  arasında  da  baş 

qaldırmaqda idi. 

 

XIX əsrin axırlarında İranda ictimai siyasi vəziyyət 

 

 

Artıq  XIX  əsrin  ortalarında  İranda  təkcə  kəndlilər,  sə-

nətkarlar deyil, əksər təbəqələr hakimiyyətə qarşı nifrət hissi 

ilə yaşayır, xalq arasında qəzəb kütləviləşməkdə idi. Orduya 

güc 

tətbiq  etməklə  xalq  çıxışlarını  yatırmaqda  məşhur  olan 



cəza  dəstələrinə  arxalanan  despotik  rejim  öz  hakimiyyətini 

əbədi hesab edərək zülmü gündən-günə artırırdı. Xalqın nara-

zılığı  şahın  və  xanların  hakimiyyətinə  qarşı  hələlik  kortəbii 

çıxışlar  şəklini  alırdı.  Bu  çıxışlar  XIX  əsrin  40-cı  illərinin 

axırlarında İranın müxtəlif vilayət və şəhərlərində, o cümlə-

dən Zəncanda, İsfəhanda, Təbrizdə, Yəzddə və başqa yerlər-

də getdikcə daha tez-tez baş verirdi. XIX əsrin ortalarında bu 

çıxışların başında babi müsəlman şiə təriqəti və onun banisi 

Bab dururdu. 

Babın əsil adı Əli Məhəmməd idi. O, 1820-ci ildə bəz-

zaz

lıqla məşğul olan seyid ailəsində anadan olmuş və həddi-



büluğa çatandan sonra özü də beş il ticarətlə məşğul olmuşdu. 

O, Kərbala və Nəcəfdə ziyarətdə olan vaxt şeyxilər təriqətinə 

qoşulmuşdu. Bu təriqətin tərəfdarları müsəlmanlara nicat ve-

rəcək 12-ci imam Mehdinin tezliklə zühur edəcəyi ideyasını 

ya

yırdılar.  İranda  mövcud  istibdad  rejimindən  təngə  gəlmiş 



xalq şah rejimindən ümidini üzdüyünə görə Babizm cərəyanı-

na  inanmaq  məcburiyyətində  qalmışdı.  Ona  görə  də  Babın 

ide

yaları sürətlə yayılmağa başladı. Rəvayətə görə təxminən 



min il bundan əvvəl qeyb olmuş imam Mehdi guya yer üzün-

də  ədalətsizliyi  aradan  qaldırmaq  və  yeni,  ədalətli  qaydalar 

yaratmaq üçün zühur etməli, xalqı əzab və əziyyətlərdən xilas 

etməli idi. 

1844-

cü ildə seyid Əli Məhəmməd özünün Bab – zühuru 



gözlənilən imam Mehdinin öz iradəsini xalqa ötürəcəyini və 

tezliklə bu hadisənin qapı vasitəsilə reallaşacağını elan etdi. 




273 

Nəhayət,  1847-ci  ildə  o,  özünü  əsil  Mehdi  peyğəmbər  elan 

edir  və  yazdığı  "Bəyan"  kitabında  öz  nəzəriyyəsinin  əsas 

müd


dəalarını şərh edir və çoxlu tərəfdarlar tapmağa nail oldu. 

 

Bab  öyrədirdi  ki,  "Məhəmməd  tərəfindən  quranda  qo-



yul

muş qanunlar və qaydalar artıq köhnəldiyindən, bunlar ye-

ni peyğəmbərin, yəni Babın öz müqəddəs "Bəyan" kitabında 

insanlara gətirdiyi yeni qanunlarla əvəz edilməlidir". Bab bü-

tün insanların bərabər olmasını və İranın beş əsas vilayətində 

Azərbaycanda, Mazandaranda, Ərakda (Mərkəzi İran), Fars-



da və Xorasanda müqəddəs səltənət yaradılmasını irəli sürür-

. O, göstərirdi ki, "Bəyanı" və onun göstərişlərini qəbul et-



məyənlərin hamısı, o cümlədən xaricilər də babilərin müqəd-

dəs ölkəsindən qovulacaq, onların əmlakı isə müsadirə edilib 

babilər  arasında  bölüşdürüləcəkdir.  "Bəyanda"  şəxsiyyət  və 

mülkiyyət hüquqlarının müdafiə edilməsi haqqında maddələr 

də var idi. Feodal zülmündən azad olmaq haqqında və bütün 

in

sanların bərabər və xoşbəxt yaşayacağı bir quruluş haqqın-



da geniş xalq kütlələrinin arzularını əks etdirən bu kimi ümu-

mi  müddəalardan  başqa,  Bab  tacirlərin  mənafeyinə  uyğun 

olan bir sıra çox konkret tələblər də irəli sürürdü. O, borcların 

hökmən  ödənilməsi,  sələm  faizlərinin  qanuniləşdirilməsi,  ti-

ca

rət haqqındakı yazışmanın gizli olması, tacirlər üçün müx-



təlif güzəşt və üstünlüklərlə yanaşı digər təkliflər də irəli sü-

rürdü. 


Əlbəttə, Babın nəzəriyyəsi zəhmətkeş kütlələrin, kənd-

lilərin və sənətkarların mənafeyini ardıcıl surətdə ifadə etmir-

di.  O,  özü  tacir  olduğuna  görə  əsasən  tacirlərin  mənafeyini 

güdür  və  imkanlı  tacir  təbəqlərin  imtiyazlarının  artırılması 

üçün çalışırdı ki, bu da onun bərabərlik ideyasını inkar edirdi.  

 Bab 


mövcud quruluşun və dinin əleyhinə təbliğat apar-

dığına görə 1847-ci ildə həbs edilib əvvəlcə Maku qalasına, 

sonra da Çəhrik qalasın salındı. 

 

Babın bəzi şagirdləri, o cümlədən, molla Məhəmmədəli 



Bərfruşi,  babilərin  məşhur  təbliğatçısı  qadın  Qürrətüleyn  və 

başqaları öz müəllimindən daha da irəli gedərək, onun nəzə-

riyyəsinin demokratik müddəalarını inkişaf etdirdilər. 1848-ci 



274 

ilin  yayında  Şahrud  şəhəri  yaxınlığındakı  Bədəşt  kəndində 

babilərin yığıncağında onlar köhnə qanun və qaydaların, bü-

tün vergilərin, mükəlləfiyyətlərin və xüsusi mülkiyyətin ləğv 

olunduğu  və  qadınların  kişilərlə  bərabərliyini  elan  etdilər, 

həmçinin, başqa tələblər də irəli sürdülər. Hökumət orqanları 

babilərin Bədəşt kəndindəki yığıncağını dağıtdı. Babilər Bə-

dəştdən  ölkənin  müxtəlif  vilayətlərinə  dağılaraq  öz  ideya-

larını daha fəal şəkildə təbliğ etməyə başladılar. 

Məhəmməd şahın vəfatı ilə əlaqədar olaraq 1848-ci ildə 

şah və hökumət dairələri içərisində baş verən qarışıqlıqdan is-

ti

fadə  edən  babilər  1848-ci  ilin  sentyabrında  Mazandaranda 



üs

yan  qaldırdılar.  Bir  neçə  yüz  babi  Bərfruş  şəhərindən  cə-

nub-

şərqdə  Talar  çayı  sahilində  olan  meşə  rayonunda  şeyx 



Təbəri məqbərəsi ətrafına toplaşdılar. Onlar məqbərənin ya-

nında çiy kərpicdən qala tikib, ətraf kəndlərdə kəndlilər ara-

sında geniş təbliğat aparmağa başladılar. Tez bir zamanda ba-

bilərin ətrafına 2 mindən artıq adam toplandı ki, bunların da 

əksəriyyəti  kəndlilər  və  sənətkarlar  idi.  Kəndlilər  babilərə 

ərzaq gətirir, sənətkarlar isə silah hazırlayırdılar. 

 

Babilərin  rəhbərləri,  molla  Məhəmmədəli  Bərfruşi  və 



molla Hüseyn Boşruye babilərin düşərgəsində xüsusi mülkiy-

yəti  ləğv  etməyə,  əmlak  ümumiliyini  və  insanların  bərabər-

liyini həyata keçirməyə çalışırdı. Əldə edilmiş mülkiyyət ba-

bi

lərin ümumi mülkiyyəti elan edilirdi. Əmlak bölgüsü ilə, bu 



iş  üçün  ayrılmış  xüsusi  babilər  məşğul  olurdular.  Babilər 

ümu


mi  qazandan  yeyirdilər.  Onlar  üçün  fərdi  qayğı  yox, 

ümu


mi qayğı qanunu var idi. 

 B

u  zaman  xalqa  zülm  etmiş  mülkədarlar,  soyğunçu 



əyanlar  iri  torpaq  sahibləri  və  qorxuya  düşmüş  məmurlar, 

Ma

zandaranın  bir  çox  xanları  və  ruhaniləri  şəhərlərdən  öz 



mülklərini  qoyub  dağlara  qaçırdılar.  Onlar  babilərin  guya 

əhalini  soyub,  qarət etməsi,  qadınları  ümumiləşdirməsi  haq-

qında və i.a. yalan şaiələr yayırdılar.  

Nəhayət, varlı təbəqələr, yerli xanların dəstələri və topla 

silahlanmış  şah  qoşunları  üsyançı  babilərə  qarşı  göndərildi. 

Lakin səkkiz ay ərzində babilər şah qoşunlarının həmlələrini 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə