Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə88/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   84   85   86   87   88   89   90   91   ...   142

263 

r

ın  qiymətinin  5  faizi  həcmində  gömrük  haqqı  alınması 



müəyyən edilirdi. 

 Rus-


İran müharibəsinin nəticəsi, İranın məğlubiyyəti və 

Gülüstan müqaviləsinin bağlanması, eyni zamanda İranı özü-

nə tabe etməyə çalışan İngiltərənin planlarına ciddi zərbə vu-

rur


du. İngilislər İranda Rusiya təsirinin güclənməsindən qor-

xur


dular.  Onlar  qorxurdular  ki,  İranda  Rusiya  təsirinin  güc-

lənməsi  gələcəkdə  İrandan  ingilis  siyasətinin  bir  aləti  kimi 

isti

fadə edilməsinə mane olsun. Buna görə də onlar bu zaman 



Rusiyadan qisas almaq üçün yeni müharibə aparmaq fikrinə 

düşən və Gülüstan müqaviləsinin əvəzini şıxmaq üçün İn-gil-

tərədən kömək almaq istəyən şah ilə 1814-cü il noyabrın 25-

də  Tehranda  yeni  ingilis-İran  müqaviləsi  imzaladı  ki,  bu  da 

əslində İranın təcridinə istiqamətlənmişdi. 

Əlbəttə, İngiltərənin antirusiya tədbirləri Rusiyanı o qədər 

də narahat etmirdi. Ona görə ki, Rusiya nəzərdə tutduğu məq-

sədin  birinci  mərhələsinə  nail  olmuşdu,  ikinci  mərhələnin 

reall

aşdırılması  üçün  beynəlxalq  müşahidələr  aparır,  istila 



ediləcək region xalqları arasında profilaktik tədbirlər görürdü. 

Odur ki, ideoloji təbliğat, yerli xalqlara humanist münasibət öz 

bəhrəsini  vermişdi.  İran  və  Osmanlı  istilalarından  qurtulmaq 

üçün çar hökumətinə 1806-cı ildən 1813-cü ilə qədər təkcə Cə-

nubi Qafqazdan 400 mindən çox isitsmar olunan və incidilən 

adamın müraciəti olmuşdu.  

1814-cü il ingilis-

İran müqaviləsi şahın İngiltərəyə düş-

mən olan dövlətlərlə bağlamış olduğu bütün müqavilə və itti-

faqları ləğv etməsi haqqında 1809-cu ildəki ilkin müqavilənin 

şərtlərini təsdiq edirdi. Bundan başqa ingilislərlə Əfqanıstan 

arasında müharibə baş verdikdə şah öz qoşunlarını ingilislərin 

məyinə göndərmək zərurəti meydana çıxdıqda yalnız İngil-



tərədən və ya onunla dost olan ölkələrdən hərbi təlimatçılar 

ça

ğırmağı öhdəsinə götürdü. İran hər hansı bir Avropa dövləti 



ilə müharibə etdikdə İngiltərə İrana ildə 200 min tümən mad-

di  yardım  göstərməyi  və  Gülüstan  müqaviləsilə  müəyyən 

edilmiş  rus-İran  sərhədinə  yenidən  baxılmasına  nail  olmağı 



264 

vəd  etdi.  Bu  müqavilə  İranı  Rusiyaya  qarşı  yeni  müharibəyə 

təhrik etmək məqsədi güdürdü. Fransa kimi İngiltərə də İranın 

feodal  dairələrini  Zaqafqaziya  haqqındakı  qəsbkar  niyyətlə-

rindən  istifadə  edərək,  İranı  Rusiyaya  qarşı  öz  təcavüzkarlıq 

siyasəti alətinə çevirdi. 1814-cü il ingilis-İran müqaviləsini im-

zalamaqla İran öz beynəlxalq əlaqələrini ingilislərin nəzarətinə 

tabe etdi və siyasi müstəqilliyini xeyli dərəcədə itirmiş oldu. 

Həmin  müqavilənin  imzalanması  şah  saray  dairələrində 

Rusiyadan 

qisas almaq əhvali-ruhiyyəsini qızışdırdı. Rusiya-

ya qarşı müharibəyə hazırlaşan Abbas Mirzə ingilis təlimatçı-

la

rının  köməyilə  İran  qoşunlarını  səfərbərlik  üçün  yenidən 



təşkil etdi. İran ilə Türkiyə arasında sərhədlərin dürüst müəy-

yən edilməməsi ilə əlaqədar olaraq baş verən sərhəd münaqi-

şələri, habelə Məkkəyə, Kərbəlaya və Nəcəfə gedən İran zəv-

varlarının  Türkiyə  hökumət  idarələrinin  zorakılığından  şika-

yətləri 1821-1823-cü illərdə İranla Türkiyə arasında mühari-

bəyə səbəb oldu. Bu müharibə İran üçün müvəffəqiyyətli ol-

du. M

üharibə gedişində İran qoşunları Bəyazid, Süleymaniyə, 



Kirkuk, 

Mosul  şəhərlərini  və  Türkiyənin  başqa  şəhərlərini 

tutdu.  1823-cü ilin mar

tında  imzalanan  Ərzurum  sülh  mü-

qaviləsi  yalnız  müharibədən  əvvəlki  vəziyyəti  təsdiq  etdi. 

Yəni, eyni vaxtda İran həm Rusiya, həm də Türkiyə ilə mü-

ha

ribə aparmaq iqtidarında olmadığına görə İran Ərzurumda 



Türkiyəyə  güzəştə  getməyə  məcbur  oldu.  Sülh  müqaviləsi 

bağlandıqda şahın belə mövqe tutması bununla izah olunurdu 

ki, Rusiyaya qarşı müharibəyə hazırlaşdığı bir vaxtda Türkiyə 

ilə  münasibətlərini  kəskinləşdirmək  istəmədiyinə  görə  belə 

bir şəraitdə qonşu Türkiyə ilə münaqişə İran üçün də əlverişli 

deyildi. 

Türk-

İran müharibəsindən sonra şah saray dairələri, ingi-



lislər və səlahiyyətli ruhanilər Rusiyaya qarşı müharibə təb-

liğatı və hazırlığını artırdılar. 1826-cı ilin iyulunda şah ordusu 

qəflətən  rus  qoşunlarının  mövqelərinə  hücum etdi. Rus 

qoşunları  əvvəlcə  geri  çəkilməyə  məcbur  oldu.  Lakin  artıq 

1826-

cı ilin sentyabrında hərbi-strateji vəziyyət dəyişdi və rus 




265 

qoşunları  iranlıları  bir  neçə  dəfə  məğlubiyyətə  uğratdı.  Şah 

qoşunları Araz çayından cənuba doğru qaçmağa məcbur oldu. 

İngilis hərbi təlimatçılarının köməyilə Abbas Mirzənin təşkil 

etdiyi ordu əslində pərakəndə hala düşdü. 1827-ci ilin oktyab-

rında rus qoşunları İrəvanı, sonra da Təbriz, Xoy, Mərənd və 

başqa şəhərləri və yaşayış ərazilərini tutdular. 

1828-


ci il fevralın 10-da Təbriz yaxınlığındakı Türkmən-

çay kəndində sülh müqaviləsi imzalandı. Həmin müqaviləyə 

görə  müasir  Ermənistan  adlandırılan  ərazinin  şərq  əyalətləri 

Rusiyanın  tərkibinə  daxil  oldu  və  rus-İran  sərhədi  əsasən 

Araz çayı boyunca müəyyən edildi. İran Rusiyaya 20 milyon 

ma

nat təzminat verməyi öhdəsinə götürdü. Gülüstan müqavi-



ləsinə görə Xəzər dənizində müstəsna olaraq Rusiyanın hərbi 

do

nanma  saxlamaq  hüququ  və  rus  ticarətinə  verilən  ticarət 



üs

tünlükləri  haqqındakı  şərtlər  bir  daha  təsdiq  edildi.  Türk-

mənçay sülh müqaviləsinə və bununla eyni vaxtda imzalan-

mış ticarət haqqındakı xüsusi müahidənaməyə əsasən rus tə-

bəələrinə  eksterritoriallıq  hüququ  (İranda  olan  rus  təbəələri-

nin yerli qanunlara deyil, ancaq öz dövlətinin qanunlarına ta-

be olması) və bir sıra digər iqtisadi, siyasi üstünlüklər verilir-

di ki, bunlar da İran tacirlərinə nisbətən rus tacirlərinə geniş 

şərait yaradırdı. Bununla yanaşı Türkiyədən 84 min, İrandan 

40 min e


rməni Azərbaycanın Qarabağ, Şirvan, Quba, Gəncə 

və Gəncəbasar regionlarına köçürüldü. Bu problemə bir qədər 

ciddi  münasibət  bildirəndə  və  hərtərəfli  təhlil  edildikdə  bir 

daha belə bir qənaətə gəlmək olur ki, Türkmənçay müqavilə-

sindən sonra ermənilərin və kürdlərin Cənubi Qafqaza köçü-

rülmələri planlı şəkildə baş vermişdi. 

Beləliklə,  XIX  əsrin  əvvəllərində  rus-İran  müharibələri 

planlı şəkildə düşünülərək Gülüstan və Türkmənçay sülh mü-

qavilələri  uzun  müddət  hazırlanmış  strategiyanın  məntiqi 

nəticəsi idi. Odur ki, nəticə etibarı ilə bu müqavilələr İranın 

Cənubi Qafqazda hərbi-strateji, iqtisadi və siyasi mövqelərini 

sarsıtdı.  Zaqafqaziyanı  işğal  edib  onu  müstəmləkə  istismarı 

altına almağa çalışan çar hökumətinin öz qarşısına qoyduğu 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə