Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə84/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   80   81   82   83   84   85   86   87   ...   142

251 

İRAN 

   


 

Uzun sürən daxili feodal müharibələrindən sonra XVI-

XVII əsrlərdə qüdrətli Azərbaycan Səfəvilər dövlətinin haki-

miy


yəti  bərqərar  oldu.  Səfəvilər  bütün  İran  ərazisini  və  ona 

qonşu olan bəzi vilayətləri özlərinə tabe etdilər. Lakin XVIII 

əsrdə İran yenidən dağıdıcı feodal vuruşmaları və müharibə-

ləri meydanına çevrilir. 1722-ci ildə əfqanlar İranı işğal etdik-

dən  sonra  XVIII  əsrin  axırlarınadək  bu  feodal  müharibələri 

öl

kədə  mütəmado  olaraq  davam  edirdi.  Nadir  şahın  (1736-



1747) Əfqanıstana, Hindistana, Orta Asiyaya, Qafqaza istilaçı 

yürüşləri, Türkiyə ilə Cənubi Qafqaz, əsasən də Azərbaycan 

uğrunda  müharibələr İranın  istilası uğrunda  Rusiya-İngiltərə 

rəqabəti ölkənin iqtisadi qüdrətini və onun məhsuldar qüvvə-

lərini sarsıdırdı.  Kərim  xan  Zəndin  hakimiyyəti  dövründə 

(1760-1779-

cu  illərdə)  daxili  feodal  müharibələrində  əmələ 

gələn qısa fasilədən sonra, Zəndlər və Qacarlar sülalələrinin 

yuxarı feodal təbəqələri arasında hakimiyyət üstündə yenidən 

daxili mübari

zə  başlandı.  1779-cu  ildə  Çəxrik  qalasından 

həbsdən qaçan Ağa Məhəmməd xan Zəndlərə qarşı yeni qüv-

və ilə mübarizəyə başladı. Beləliklə, XVIII əsrin axırlarında 

Ağa Məhəmməd xan başda olmaqla Qacarlar bu mübarizədə 

qalib  gəldi.  1791-ci  ilədək  Astrabad,  Mazandaran,  Tehran, 

Qum,  Kaşan  və  Cənubi  Azərbaycan  Qacarların  hakimiyyəti 

altına keçdi. 1794-cü ildə Qacarlar Zəndlərin axırıncı nüma-

yəndəsi Lütfəli xanın dəstələrinin Kirmanda darmadağın etdi-

lər.  1795-ci  ildə  Gürcüstanı  və onun  paytaxtı  Tiflis şəhərini 

tala


yan dağıdıcı yürüşdən sonra, Ağa Məhəmməd xan 1796-

cı ildə özünü İran şahı elan etdi. İranda yeni sülalənin – Qa-

carlar sülaləsinin hakimiyyəti bərqərar edildi və Tehran İra-

nın  paytaxtı  elan  edildi.  Qacarlar  sülaləsini  banisi  Ağa  Mə-

həmməd  şah  narazı  xanların  sui-qəsdi  nəticəsində  1797-ci 

ildə  Qarabağda  öldürüldükdən  sonra,  həmin  dövrdə,  yəni, 

1797-

ci  ildə  Ağa  Məhəmməd  şahın  qardaşı  oğlu  Fətəli  şah 



(1797-1834) hakim

iyyətə  keçdi.  Dəfələrlə  təkrar  olan  dağı-

dıcı  əcnəbi  işğallar  İranda  yaşayan  çoxlu  köçəri  qəbilələrin 

oturaq rayonlara viranedici 

yürüşləri, müxtəlif feodal qrupları 

arasında baş verən daxili feodal müharibələri və çəkişmələri, 




252 

tün  bunlar  ölkənin  aqrar  sisteminin  dağılmasına,  kənd  və 



şəhər əhalisinin müflisləşməsinə səbəb olur, ölkənin iqtisadi 

və ictimai inkişafını ləngidirdi. Qədimdə öz dövrünün inkişaf 

et

miş və qabaqcıl bir ölkəsi olan İranın XVIII əsrin axırların-



da artıq, kapitalist münasibətlərinin inkişaf edib qalib gəldiyi 

Av

ropa dövlətlərinə nisbətən geridə qalmış bir ölkəyə çevril-



məsinin  başlıca  səbəbi  də  təqribən  bunlar  idi.  Orta  əsrlərdə 

oldu


ğu kimi yenə də İran istər iqtisadiyyatında, istərsə də si-

yasi qurulu

şunda  feodal,  bəzi  yerlərdə  isə  yarımfeodal,  ya-

rımpatriarxal  münasibətlərin  tam  hökm  sürdüyü  geridə  qal-

mış aqrar, orta əsir səviyyəsində qalmaqda idi.  

Feodal zülmü, ağır vergilər feodalların özbaşınalığı orta 

əsrlərdə və XVII-XVIII əsrlərdə ölkənin müxtəlif rayonların-

d

a, xüsusilə şimal vilayətlərində Azərbaycanda və Xəzərsahi-



li  rayonlarında  dəfələrlə  kəndlilərin,  sənətkərların  və  şəhər 

yoxsullar

ının  xalq  üsyanlarına  səbəb  olmuşdu.  Nadir  şahın 

haribələri və yürüşləri ilə əlaqədər olaraq xalqın ağır və-



ziy

yəti daha da pisləşdiyi bir vaxtda, XVIII əsrin 30-40-cı il-

lərində  bu  üsyanlar  xüsusilə  geniş  meydan  almışdı.  Adətən 

be

lə  xalq  üsyanlarının,  üsyançıların  sinfi  mənafeyinə  uyğun 



olan  və  aydın  ifadə edilmiş  məqsəd  və  proqramları  yox idi. 

Eyni zamanda bir qayda olaraq bu üsyanlarda 

xalq mənafeyi 

uğrunda  ardıcıl  müarizə  aparan  rəhbərlər  də  az  idi. Bunlar 

qeyri-

mütəşəkkil,  kortəbii  və  əlahiddə  üsyan  olub,  bir  çox 



hallarda hakimiyyət uğrunda bir-birinə qarşı daxili mübarizə 

aparan ayrı-ayrı feodallar tərəfindən idarə olunurdu. 

XVII-

XVIII  əsrlərdə,  xüsusən  XVIII  əsrin  əvvəllərində 



və ortalarında kəndlilərin, sənətkarların və yoxsulların üsyan-

la

rından başqa digər köçəri həyat tərzi keçirən tərəkəmələrin 



də üsyanları geniş yayılmışdı. 

 

Kəndli,  sənətkar  və  şəhər  yoxsullarının  antifeodal  üs-



yan

ları,  əsarət  altına  alınmış  xalqların  üsyanları  Səfəvilər 

döv

lətinin  və  Nadir  şah  imperiyasının  tənəzzülünün  başlıca 



səbəblərindən biri oldu. Ən başlıcası isə milli birlik kimi va-

cib amillər nəzərdən qaçırılmışdı. 

 

XVIII əsrdə İranın ictimai-iqtisadi geriliyi mədəniyyətin 



ümumi tənəzzülündə də özünü göstərirdi. Orta əsrlərdə İran 

xalqlarının mədəniyyəti yüksək inkişaf səviyyəsinə çatdığı və 




253 

adları bütün dünyada məşhur olan Firdovsi, Rəşidəddin, Sədi, 

Hafiz  və  bir  çox  görkəmli  simalar  yetişdirdiyi  halda,  artıq 

XVIII əsrdə ədəbiyyat, poeziya, fəlsəfə və incəsənət sahəsin-

də görkəmli simalara az rast gəlmək olurdu.  

 

İqtisadiyyatın və siyasi quruluşun geridə qalmasına, mə-



dəniyyətin  isə  tənəzzül  etməsinə  baxmayaraq,  XVIII  əsrin 

a

xırlarında İran nə müstəmləkə, nə də Qərbi Avropa dövlətlə-



rindən asılı bir ölkə idi. Səfəvilərin axırıncı hökumdarı Sultan 

Hüseyn şah 1708 və 1715-ci illərdə Fransa ilə bağladığı qey-

ri-

bərabər  hüquqları  ticarət  müqavilələrinə  əsasən  İranda 



fran

sızlara kapitulyasiya hüquqları vermişdisə də, 1763-cü il-

də isə Kərim xan Zənd ingilislərə bir sıra imtiyaz və güzəşt-

lər, o cümlədən ingilislərin İranda məhkəməyə cəlb edilmə-

məsi və Buşirdə istehkamlı faktoriya yaratmaq şəraiti yaradıl-

sa da 


İranda Avropa dövlətlərinin mövqeyi hələ çox zəif idi. 

İranda  avropalılar  başlıca  olaraq  ticarətlə  maraqlanırdılar. 

XVIII əsrin ikinci yarısında yalnız Fars körfəzi adalarında və 

onun sahillərində hollandların və ingilislərin ticarət faktoriya-

ları var idi. O zaman Avropa dövlətləri İranın daxili və xarici 

siyasətinə elə bir təsir göstərmirdi. İran hələ Avropa dövlətlə-

ri

nin siyasəti və təsir dairəsinə zəif cəlb edilmişdi. Lakin İra-



nın  ictimai-iqtisadi  geriliyi  Avropa  kapitalı  və  dövlətlərinin 

vəffəqiyyətlə İrana soxulması üçün zəmin hazırlayırdı və 



onlar  artıq  XVIII  əsrdə  bu  sahədə  ilk  addımlarını  atmaqda 

idilər. 


 

İranın ictimai-iqtisadi və siyasi quruluşu 

 

XVIII 


əsrin axırı – XIX əsrin əvvəllərində İranın iqtisadi 

və  siyasi  quruluşunda  feodal  münasibətləri  hələ  də  hökm 

sürürdü.  Bu  münasibətlərin  əsasını  şahın,  dünyəvi  və  dini 

feodalların  torpaq  üzərində  feodal  mülkiyyəti  təşkil  edirdi. 

Hərbi-len sistemi hələ də qalmışdı. Torpaqların baş mülkiy-

y

ətçisi  hesab  olunan  şah  torpaqları  tiyul  (müvəqqəti  və  ya 



ömürlük olaraq) 

və soyurqal (nəsli olaraq) şəklində xanlara, 

onların xidməti müqabilində bəxş edirdi. Torpaq mülkiyyəti-

nin aşağıdakı əsas formaları var idi: xalisə - dövlət torpaqları; 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə