Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə82/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   78   79   80   81   82   83   84   85   ...   142

245 

1793-


cü ildə hakimiyyətə gələn Zaman şah özünün bəzi 

xüsusiyyətlərinə  görə  fərqlənirdi.  Teymur  şahdan  fərqli  ola-

raq 

Zaman şah (1793-1801) itaətdən çıxan bəzi dürrani xanla-



rını özünə tabe etməyə çalışır, xoşuna gəlməyən xanları nəsli 

dövlət vəzifələrindən məhrum edir və torpaqlarını əllərindən 

alırdı.  Lakin  o,  da  şah  hakimiyyətini  möhkəmlədə  bilmədi, 

əksinə, dürrani zadəganlarının xeyli hissəsini özündən narazı 

sal

dı. O, Hindistana yürüşlər təşkil etdi, lakin müvəffəqiyyət 



qaza

na  bilmədi.  Çünki  hər  dəfə  Əfqanıstanın  özündə  baş 

verən  qiyamları  yatırmaq  üçün  Qacarların  Herat  və  Bəlx 

üzərinə  hücumunu  dəf  etmək  üçün  Əfqanistana  qayıtmağa 

məcbur olurdu. 

XIX əsrin əvvəllərində Əfqanıstanda Sədozay sülaləsin-

dən olan son hakimlər arasında taxt-tac uğrunda uzun sürən 

mübarizə və çoxlu feodal dəstələri arasında daxili müharibə-

lər başlandı. Dövlətin paytaxtında tez-tez xalq üsyanları baş 

verirdi.  Gilzaylar  dürranilərin  imtiyazlı  vəziyyətinə  qarşı  si-

lahl

ı çıxış edirdilər. Xalq Mahmud şahı (1801-1803) Qacarla-



rın  əlaltısı  hesab  edirdi.  Beləliklə,  onun  kiçik  qardaşı  Şüca 

əhalinin  narazılığından  istifadə  edərək  hakimiyyətə  keçdi 

(1803-

1809).  Şüca  feodal  hərc-mərcliyinin  qarşısını  ala  bil-



mədi və barakzayların rəhbəri Fəth xan Mamudu yenidən ha-

ki

miyyət  başına  keçirə  bildi  (1809-1818).  Şüca  Hindistana 



qaç

dı  və  nəticə  etibarilə  Ost-Hind  kompaniyasından  maaş 

ala

raq təqaüdçüyə çevrildi. İngilislər Şücanı Əfqanıstanın iş-



lərinə müdaxilə etmək naminə saxlayırdılar. Mahmudun pad-

şahlığı illərində hakimiyyət əslində onun vəziri barakzay Fəth 

xanın əlində idi. Fəth xana nifrət edən və ondan qorxan şah-

za

də Kamran qüdrətli vəzirə divan tutmaq üçün gizlicə olaraq 



şahın razılığını aldı. Əvvəlcə Fəth xanın gözləri çıxarılıb kor 

edildi (1815), sonra isə vəhşicəsinə öldürüldü. Fəth xanın qo-

humları  qüdrətli  barakzay  feodalları  Mahmuda  və  Kamrana 

qarşı mübarizəyə qalxdılar. Mahmud şahın qoşunları itaətdən 

çıxdı.  Nəticədə  1818-ci  ildə  Sədozay  sülaləsi  devrildi. 

Mahmud və onun oğlu Kamran Herata qaçdılar və beləliklə 

yalnız  Herat  on  illər  boyu  Sədozayların  hakimiyyəti  altında 

qalmış iqamətgaha çevrildi. 




246 

Uzun  müddətli  daxili  ziddiyyətlər  və  çəkişmələr,  haki-

miy

yət uğrunda mübarizə nəticəsində Əfqanıstan bir sıra feo-



dal 

xanlıqlarına parçalandı. Bunlardan ən irisi Kabil, Qəndə-

har, Peşavər və Herat xanlıqları idi. Əfqanıstanın siyasi dağı-

nıqlığından  istifadə  edən  siqxlər  1819-1823-cü  illərdə  Hind 

ça

yının  sağ  sahillərində  əfqanların  yaşadığı  yerləri  tutdular. 



Rəncit Sinq 1823-cü ilin martında Nauşer yaxınlığındakı qan-

lı vuruşmada yusufzaylara qalib gəlib Peşavəri özünə tabe et-

di. Əfqanların bu mühüm təsərrüfat və mədəni mərkəzi o za-

mandan etibarən Əfqanıstan dövlətinin tərkibindən çıxarıldı. 

Britaniya müstəmləkəçilərinin yardımı da siqxlərin hərbi mü-

vəffəqiyyətinə  kömək  etdi.  Britaniya  müstəmləkəçiləri  gələ-

cəkdə həm siqxləri, həm də əfqanları özünə tabe edib əsarət 

al

tına almaq ümidində idi. Xalqları, qonşu dövlətləri bir-birilə 



vuruşdurmaqda  böyük  təcrübəyə  malik  olan  ingilislər  gələ-

cəkdə həm Hindistanı, həm də Əfqanıstanı işğal etmək məq-

sədi güdürdü. 

 

Dost 

Məhəmmədin hakimiyyətinin başlanması 

 

Əfqanıstanda tayfalar arasında hakimiyyət uğrunda mü-



ba

rizə son həddə çatdı və sərdar Dost Məhəmməd hərbi cə-

hətdən daha da güclənərək Qəznəni, Cəlalabadı və Kabili ələ 

keçirə bildi. Paytaxtı da işğal edən Dost Məhəmməd sonralar 

özünü  əmir  adlandırdı  və  Barakzay  sülaləsinin  hakimiyyəti-

nin  əsasını  qoydu.  Dost  Məhəmməd  feodal  dağınıqlığının 

qar

şısını  almaq  uğrunda  mübarizəyə  başladı.  Lakin  beynəl-



xalq vəziyyət ölkənin birləşdirilməsini çətinləşdirirdi. İngilis-

lər öz əlaltısı olan keçmiş əfqan şahı Şücadan və işğalçılığa 

təhrik etdikləri siqxlərdən istifadə edərək Əfqanıstanın daxili 

işlərinə qarışır və kobud müdaxilələr edirdilər. Lakin siqxlər-

lə əfqanlar arasında düşmənçilik hələ də davam edirdi. Odur 

ki, s


iqxlər Xeybər keçidində qala tikərək buradan Əfqanısta-

na  soxulmaq  istəyirdilər.  Dost  Məhəmməd  başa  düşürdü  ki, 

Əfqanıstan üçün əsas təhlükə Şücanın və siqxlərin arxasından 

iş  görən  ingilislər  tərəfindəndir  və  profilaktik  tədbirlər  gör-

mək  məqsədilə  Dost  Məhəmməd  Rusiyadan  yardım  almaq 

üçün 


Peterburqa  elçilər  göndərdi.  Lakin,  1837-ci  ildə  Herat 


247 

üstündə ixtilaf baş verdi. İngilislər Heratı tutub onun zəif Sə-

doza

y hakimlərini öz nəzarətinə tabe etməyə cəhd göstərdilər. 



İngiltərə ilə rəqabət aparan çar Rusiyası ingilisləri Orta Asi-

yan


ın  yaxınlıqlarına  buraxmaq  istəmədiyindən,  yaxın 

münasibətdə  olduğu  Qacarların  işğalçılıq  planlarına  kömək 

edirdi. 1837-ci ilin pa

yızında  qacarlar  Heratı  mühasirəyə 

aldılar.  Dost  Məhəmməd  və  onun  Qəndəharda  hökmranlıq 

edən qardaşları Qacarlarla dostluq müqaviləsi imzaladılar. Bu 

müqavilə  Rusiyanın  nümayəndəsi  poruçik  (zabit  rütbəsi) 

Vitkeviçin vasi

təçiliyi  ilə  bağlanmışdı.  Amma  müqaviləyə 

Rusiya təminat verməli olduğu halda ingilis diplomatiyasının 

təzyiqi altında çar hökuməti bu müqaviləni təsdiq etməkdən 

boyun qaçırdı. Çar hökumətinin Əfqanıstana qarşı mövqeyinin 

dəyişməsi onunla əlaqədar idi ki, İngiltərə Əfqanıstana strateji 

region  kimi  baxırdı.  Eyni  zamanda  bu  regiona  ruslardan  tez 

gəlmişdi.  Bununla  yanaşı,  İngiltərənin  müstəmləkəçilik 

təcrübəsi Rusiyadan qədim idi. 



 

Birinci ingilis-

əfqan müharibəsi (1838-1842) 

 

Rusiyanın diplomatik cəhətdən geri çəkilməsinə müvəf-



fəq olmuş və 1838-ci ilin  sentyabrında İran qoşunlarını Herat 

əyalətindən çıxarmağa məcbur edə bilmiş çevik siyasət yeri-

dən,  müstəmləkəçilik  ənənlərinə  yiyələnmiş  İngiltərə  Əfqa-

nıstanın  istilasına  başlayaraq  Ost-Hind kampaniyasının  22 

minlik ordusunu  b

uraya  göndərdi.  İşğalçılar  öz  əllərində 

oyuncaq  olan 

Şücanın hakimiyyətini bərpa etmək bəhanəsilə 

çıxış edirdilər. Feodallar arasındakı daxili mübarizədən istifa-

də  edən  və  satqın  feodalları  ələ  almaq  üçün  pullarını 

əsirgəməyən ingilislər 1839-cu ilin aprelində Qəndəharı işğal 

etdi, iyulda isə Qəznəni aldılar və bundan sonra Kabil üzərinə 

hərəkət  etdilər.  İngilislər  tərəfindən  rüşvətlə  ələ  alınmış 

əyanlar və sərkərdələr Dost Məhəmmədə xain çıxdılar. Dost 

Məhəmməd  öz  ailəsi  ilə  birlikdə  Bəlxə,  sonra  da  Buxaraya 

q

açdı.  Otuzillik  fasilədən  sonra  Şüca  əcnəbi  qoşunlarının 



müdafiəsi  altında  Kabilə  daxil  oldu  və  beləliklə  ingilislərə 

verilmiş  qızıl  bəxşişlərin  və  ingilis  süngülərinin gücü  ilə 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə