Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə83/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   79   80   81   82   83   84   85   86   ...   142

248 

hakimiyyətə gəldi. Eyni zamanda asanlıqla qələbə qazanmağa 

adət  etmiş  Kabildəki  Britaniya  məmurları  və  zabitləri  işğal 

edilmiş  ölkədə  öz mövqelərinin  möhkəm  olduğuna  əmin 

edil

dilər.  Bu  zaman  Əfqanıstanda  yadellilərə  qarşı  geniş 



müqavimət  hərəkatı  başlanmışdı.  Lakin  şiddətli  cəza 

tədbirlərinə  baxmayaraq,  işğalçılar  Əfqan  xalqının  partizan 

mübarizəsini yatıra bilmədilər. 

Dost Məhəmmədə Buxarada sığınacaq vəd verilmişdisə 

də, o, əslində burada əsir vəziyyətində idi. Bir sıra təhlükəli 

ma

cəralardan  sonra  Dost  Məhəmməd  Buxara  əmirliyinin 



ərazisindən qaçıb Əfqanıstana gələ bildi və burada ingilislərə 

qarşı  mübarizəyə  başladı.  İşğalçılar təşvişə  düşərək,  Hindis-

tanda

kı ingilis hökumət orqanlarından əlavə yardımçı qüvvə 



göndərilməsini xahiş etdilər. Məlum olmayan səbəbdən (ingi-

l

islər üçün gözlənilmədən) Dost Məhəmməd 1840-cı ilin no-



yab

rında mübarizəni dayandırıb özünü ingilislərə təslim etdi 

və mühafizə altında Hindistana göndərildi. İngilislərin fikrin-

cə, onların Əfqanıstan üzərindəki ağalığı üçün təhlükə aradan 

qaldırıldı.  Çünki  Şücanın  hakimiyyətinə  düşmən  olan  rəqib 

meydand


an  çıxarılmışdı.  Lakin  sonrakı  hadisələr  onların  nə 

qədər səhv etdiyini göstərdi. 

1841-

ci ilin yazında və yayında xalq müharibəsi yenidən 



alovlandı. İngilislərə qarşı bu mübarizədə əfqanlarla birlikdə 

tacik  əhalisi  də  iştirak  edirdi.  1841-ci  il  noyabrın  2-si  gecə 

Kabildə baş verən xalq üsyanı müstəmləkəçi işğalçılara güclü 

zərbə vurdu. Şəhər sakinləri paytaxtı ələ keçirərək ingilis za-

bitlərinə divan tutdu. Əfqan qəbilələrinin dəstələri tezliklə üs-

yançıların köməyinə gəldi. Şerpurdakı (Kabilin yaxınlığında) 

ingilis  düşərgəsi  mühasirəyə  alındı.  Təslim  olmağa  məcbur 

edilən ingilis işğalçıları toplarının bir hissəsini əfqanlara ve-

rib, adamlarının bir hissəsini zamin qoyaraq tələsik halda geri 

çəkilməyə  məcbur  oldular. Lakin  şaxtalı  hava  şəraitində 

əfqan  partizanlarının  sistemli  hücumları  nəticəsində  məhv 

oldular.  Bu 

məğlubiyyətdən  sonra  Ost-Hind  kompaniyası 

qisas  almaq  və  "nüfuzunu  bərpa  etmək"  məqsədilə  Kabilə 




249 

yeni yürüş təşkil etdi. İngilis qoşunları şəhəri alıb vəhşicəsinə 

qarət  etdilər,  öz  gözəlliyi  ilə  məşhur  olan  qədim,  üstüörtülü 

bazarı partlatdılar və şəhərin minlərlə sakinini edam etdilər. 

Lakin  arasıkəsilməyən  xalq  müharibəsi  tez  bir  zamanda 

ingilisləri Əfqanıstan ərazisindən tamamilə çıxıb getməyə və 

əsirlikdə  olan  Dost  Məhəmmədi  Kabil  taxtına  qaytarmağa 

məcbur etdi. 

Əfqan  xalqının  yadellilərə  qarşı  mütəşəkkillə  apardığı 

istiqlal savaşı,  ölkənin bütün taqfalarının və xalqlarının bir-

lik

də  çıxışı,  əfqanların  qəhrəman  mübarizəsi  güclü  və  qor-



xulu düşmən üzərində qələbə ilə nəticələndi. Belə bir cəhətin 

də böyük əhəmiyyəti oldu ki, əfqan kəndlilərinin çox hissəsi 

feodallar 

tərəfindən  hələ  tamamilə  təhkim  edilməmişdi  və 

onlar şəxsən azad silahlılar idi. Əfqan qəbilələrinin cəsur dö-

yüşçüləri partizan müharibəsi aparmaqda təcrübəli idi. Onlar 

ö

z dağlıq ölkəsinin şəraitindən yaxşı istifadə edirdilər. 1838-



1842-

ci illər birinci ingilis-əfqan müharibəsində silaha sarıl-

mış xalqın göstərdiyi igidliklər əfqanların vətənpərvərlik ənə-

nələrindən irəli gəlirdi. Əfqan xalqının müstəmləkəçilik əley-

hinə  mübarizəsi  haqqında  hətta,  İngiltərə  mətbuatı  geniş 

yazılar verirdi. 

Hakimiyyətə qayıdan Dost Məhəmməd bərpa etdiyi dai-

mi  orduya  arxalanaraq  ölkəni  birləşdirmək  siyasətini  davam 

etdirirdi.  Müharibədəki  müvəffəqiyyətsizliklərinə  baxmaya-

raq 


Britaniya  müstəmləkəçiləri  Əfqanıstanı  yaxın  gələcəkdə 

ələ keçirəcəklərini hələ də ümid edirdilər. Buna görə də onlar 

siqxlər  tərəfindən  işğal  edilmiş  əyalətlərin  Əfqanıstanla  bir-

ləşməsinə  mane olur, lakin Şimalda Dost Məhəmmədin tor-

paq

larını  genişləndirməsinə  tərəfdar  idilər.  Bununla  yanaşı 



in

gilislər Əfqanıstanı itaətə gətirmək üçün Hindistandakı ya-

rımçıq qalmış müstəmləkəçilik siyasətini davam etdirmək si-

ya

sətini ön plana çəkdilər. İngiltərə 1849-cu ildə Pəncabı ta-



ma

milə işğal etdi və Hind çayının sağ sahilində vaxtilə siqx-

lərin işğal etmiş olduğu yerlərin əfqan əhalisi ingilis müstəm-

ləkəçilərinin  əsarəti  altına  düşdü.  Dost  Məhəmməd  həmin 




250 

əfqan  əyalətlərini  ingilislərdən  geri  almaq  üçün  cəhdlər 

göstərsə  də,  amma  buna  nail  ola  bilmədi  və  özünün  bütün 

səylərini Qəndəharı və Heratı öz torpaqlarına birləşdirməyə, 

həmçinin  Hindiquşla  Amu-Dərya  arasında  yerləşən  kiçik 

özbək və tacik xanlıqlarını özünə tabe etməyə yönəltdi. 1850-

1855-

ci  illərdə  bu  xanlıqların  çoxunu  özünə  tabe  etdikdən 



sonra 

Dost Məhəmməd 1855-ci ildə Qəndəharı öz torpaqları-

na bitişdirdi. 1863-cü ildə isə ingilis-əfqan müharibəsinədək 

Kabil əmirinin hakimiyyətinə tabe olmayan Heratı tutdu. 

1863-

cü  ildə  Dost  Məhəmmədin  vəfatı  Əfqanıstanda 



stabilliyə təsir etmədi, əksinə hakimiyyətə gələn Əmir Şirəli 

(1863-


1879)  Amudəryanın  sol  sahillərinin  Əfqanıstana  tabe 

etdirilməsinə nail oldu. Bununla yanaşı Bədəşxan zəbt olun-

du, hakimiyyət qüvvətləndirilidi, ordunun sayı artırıldı. Həm-

çinin d


övlət quruculuğu prosesində çatışmayan atributlar bər-

pa edild


i, poçt xidməti yaradıldı. Amma Əmir Şirəlinin quru-

cul


uq işlərinə yenə də ingilislər mane oldu. Hətta 1878-1880-

ci  illərdə  ingilislərlə  müharibə  əfqan  xalqının  inadını  qıra 

bilmədi. 1880-ci ildə hakimiyyətə keçən Əbd ür-Rəhman in-

gi

lis qoşunlarını Əfqanıstandan çıxarmağa nail olsa da, 1893-



cü  ildə  ingilislər  yenidən  Əfqanıstana  qarşı  müharibə  hədə-

qorxusu gələrək əfqan tayfalarına məxsus sərhəd torpaqlarını 

Hindistandak

ı müstəmləkə torpaqlarına birləşdirdilər. Yalnız 

XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəllərində  Əfqanıstanda  mər-

kəzləşdirilmiş feodal dövləti yaranmağa başlandı. Əfqan xal-

qının  uzunmüddətli  məşəqqətlərə  düçar  olmasının  bir  çox 

səbəbləri var idi. Bunlar ölkədə təriqət başçılarının həddindən 

artıq  varlanmağa  meyilli  olmaları  və  tayfaların birləşməsinə 

imkan  verməmələri  idi.  Digər  bir  vacib  amillərdən  biri  də, 

İngiltərə  ilə  Rusiya  arasında  Əfqanıstanın  işğal  edilməsi 

maraqlarının  toqquşması  idi.  Ən  vacib  amillərdən  biri  də 

Əfqan  xalqlarının  birləşə  bilməmələri  idi.  Buna  mane  olan 

amillər  isə  qan  düşmənçiliyi,  qohumbazlıq,  tayfabazlıq  və 

proteksionizmin idarəçilik sistemində ənənəyə çevrilməsi idi.  

 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə