Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə75/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   71   72   73   74   75   76   77   78   ...   142

224 

qanza vasitəsilə (qızıl və gümüş külçə) edilirdi. Ölkənin feo-

dal  dağınıqlığı,  kəndlilərin  yoxsulluğu,  icma  təsərrüfatının 

natural xarakter daşıması və daxili gömrük sədləri xeyli müd-

dət  vahid  daxili  bazar  yaranmasına  mane  olurdu.  Ayrı-ayrı 

malların dövlət ticarət inhisarında olması, ticarətin inkişafını 

olduqca ləngidirdi. 

Eyni zamanda 

Birmanın xarici ticarəti xeyli geniş inkişaf 

etmişdi.  Birma  ən  çox  Çinlə  qızğın  ticarət  aparırdı.  Qədim 

Bamo-Momeyi 

karvan yolu ilə birmalılar Çinə pambıq, lak, 

kəhrəba, qiymətli daşlar (nefrit, yaqut) və başqa şeylər aparır, 

Çindən isə ətriyyat, dəri məmulatları, şirniyyat, kətan parça-

lar, çini qablar, kağız və çay gətirirdilər. Birmanın Avropa öl-

kələrilə də ticarəti xeyli geniş idi. Lakin Avropa tacirlərinin 

qa

rətkar  hərəkətləri  nəticəsində  Birma  hökuməti  XVII  əsrin 



axırlarında bu ticarəti olduqca məhdudlaşdırmışdı. Bunun sə-

bəbi  ondan  ibarət  idi  ki,  avropalılar  Birmaya  gəlir  mənbəyi 

kimi  baxırdılar.  Avropa  tacirləri  Birmada  keyfiyyətsiz  məh-

su

lu yerli xalqa çox baha qiymətə satırdılar. Əslində avropa-



lılar Birmanı talayırdılar. XVII əsrin axırlarında xarici ticarət-

lə əlaqədar qanun qəbul edildi və bu qanunla da avropalıların 

ticarət fəaliyyətinə nəzarət qoyuldu. 

 

Vahid feodal 

dövlətin yaranması 

 

Uzun müddət idi ki, Birmada mərkəzləşdirilmiş dövlətin 



yaradılması  problem  olaraq  qalırdı.  Feodal  pərakəndəliyi 

mərkəzləşdirilmiş dövlətin yaradılmasına maneçilik törədirdi. 

Odur ki, XVII 

əsrin ikinci yarısınadək Birma feodal dağınıq-

lığı  vəziyyətində  qalmaqda  idi.  Pequ  səltənətində  yaşayan 

mon


lar (talainqlər) Birma hökmdarlarının mər-kəzi hökumə-

tini


n son dərəcə zəif olmasından istifadə edərək, 1740-cı ildə 

onlara  qarşı  çıxış  etdilər.  Monlar  Birma  qoşunlarını  məğlub 

edərək tədricən ölkənin bütün hissəsini tutdular və bir neçə il 

sonra 


hətta Birmanın paytaxtı Ava şəhərini də ələ keçirdilər. 

Lakin  monların  yuxarı  feodal  təbəqələri  hakimiyyəti 

uzun müddət öz əllərində saxlaya bilmədi. 1752-ci ildə onla-

rın hakimiyyətinə qarşı birmalılar içərisində azadlıq hərəkatı 




225 

başlandı.  Şvebo  mahalının  Montxobo  kəndinin  kəndxudası 

Alaun-Pay (Alom

pra) hərəkatın başında duraraq özünü Birma 

kralı elan etdi. Bir az sonra Ava və ölkənin cənubundakı əsas 

rayonlar monlardan geri alındı. Monlar üzərində qələbə şərə-

fi

nə Alaun-Pay 1753-cü ildə Ranqun ("nifaqın sonu") şəhəri-



nin əsasını qoydu. Lakin birmalılarla monlar arasında siyasi 

hakimiyyət  uğrunda  mübarizə  daha  bir  neçə  il  davam  etdi. 

Birmada vətəndaş müharibəsi, sülalələr arasındakı ziddiyyət-

lərin uzunmüddətli olması fransız və ingilis müstəmləkəçilə-

ri

nin ölkənin daxili və siyasi həyatına fəal müdaxiləsi ilə izah 



olunur. 

Belə  ki,  həm  ingilislər,  həm  də  fransızlar  Birma 

uğrunda rəqabət aparmaqla yanaşı Birmaya öz müstəmləkəsi 

kimi baxırdılar. 

Birma ərazisində ticarət faktoriyalarına sahib olan ingilis 

və fransız Ost-Hind kompaniyaları ölkədəki daxili müharibə-

lərdən öz mənafeyi üçün istifadə edirdilər. Onlar yerli xalq-

ların  avropalılara  qarşı  müqavimətini  zəiflətmək  məqsədilə 

bir

malılarla monlar arasındakı düşmənçiliyi hər vəchlə qızış-



dırdılar. İngilislər bu işdə birmalılara, fransızlar isə monlara 

kömək edirdilər. Haşiyə: - Tarixin bütün mərhələlərində xris-

tian-

islam qarşıdurması mövcud olmuşdur. Bu faktordan bey-



nəlxalq imperializm daima bəhrələnmişdir. Belə ki, müstəm-

ləkə  ərazilərində  vətəndaş  həmrəyliyinin  pozulması  vətənin, 

müdafiəsiz qalmış ölkənin işğalını asanlaşdırırdı. Birmada di-

gər amillər də müşahidə olunurdu. Belə ki, bəzən, vəziyyət-

dən asılı olaraq, onlar eyni zamanda düşmən tərəfə də yardım 

göstərirdi.  Bununla  yanaşı,  onlar  Birmada  öz  mövqelərini 

mün

təzəm  olaraq  möhkəmləndirirdi.  Misal  üçün,  özünü  bir-



ma

lıların dostu kimi göstərməyə çalışan Ost-Hind kompani-

ya

sı  Basseyn  çayı  mənsəbindəki  Neqrays  adasını  çox  ucuz 



qiymətə  satın  aldı  və  iri  liman  şəhəri  olan  Basseyndə  yeni 

fak


toriya təsis etdi. Ost-Hind kompaniyası bu yerlərdə isteh-

kam


lar düzəldərək, Birmaya daha da soxulmaq üçün bunları 

dayaq  məntəqələrinə  çevirməyə  başladı.  Fransız  Ost-Hind 

kom

paniyası isə Siriamda möhkəmlənməyə nail oldu. 



 

Monlara  qarşı  mübarizə  gedişində  birmalılar  daha bir 

uğur əldə edərək 1756-cı ildə Siriamı tutdular. Siriamın süqu-



226 

tundan sonra 

monlar fransızların silahlı yardımından məhrum 

edildi. Fransızlar təkcə Siriamdan deyil, ölkənin digər rayon-

la

rından da qovuldu. Öz rəqibindən yaxa qurtaran ingilis Ost-



Hind  kompaniyası  işğalçılıq  fəaliyyətini  gücləndirərək  Bir-

ma

da  mərkəzləşdirilmiş  dövlətin  yaranmasına  var  qüvvəsilə 



mane  olurdu.  İngilis  Ost-Hind  kompaniyası  eyni  zamanda 

mon


ları  yeni  üsyan  qaldırmağa  təhrik  edirdi.  Buna  cavab 

olaraq,  birmalılar  1759-cu  ildə  Neqrays  adasında  və  digər 

rayonlarda ingilis faktoriyalarını dağıdıb ingilisləri Birmadan 

qovdular. 

 

Fransız və ingilis işğalçılarını qovduqdan sonra, birma-



lılar monların və digər tabe olmayan feodal knyazların müqa-

vimətini tamamilə qırıb, bütün ölkəni feodal dövlətində bir-

ləşdirə  bildilər.  Öz  birliyi  uğrunda  uzun  müddət  mübarizə 

aparan Birma 

dövləti heç bir zaman Alaun-Payın hakimiyyəti 

dövründəki qədər vahid olmamışdı. Ava şəhəri yenidən Bir-

ma

nın paytaxtı elan edildi. Paytaxtın adı ilə bütün imperiya 



Ava dövləti adlanırdı. 

Birmada vahid feodal dövləti burada millətlərin təşəkkü-

lün

dən qabaq yaranmışdı. Ölkənin sayca ən çox və ən qabaq-



cıl  xalqı  olan  birmalılar  bütün  məmləkət  üzərində  öz  hege-

mon


luğunu bərpa etdi. Daxili feodal müharibələrinə son qo-

yul


ması  Birmanın  xarici  işğalçılara  müqavimət  göstərmək 

imkanlarını artırdı və onun müstəmləkə əsarəti altına alınma-

sına on illər boyu imkan verilmədi. 

 

Bu amillərlə yanaşı Birmada daxili ziddiyyətlər nəticə-



sin

də hələ də problemlər çoxluq təşkil edirdi. Eyni zamanda 

Bir

manın idarəçilik sistemi olduqca mücərrəd idi. Kral özünü 



müstəqil idarəçi kimi göstərirdi. Odur ki, dövlət başında qey-

ri-


məhdud hakimiyyətə malik kral dururdu. O özünü: "Ağ fil-

lərin ağası. Dənizlərin və torpaqların hökmdarı"

1

 

adlandırırdı. 



Hökumət vəzifəsini icra edən və ali qanunverici və məhkəmə 

orqanı hesab olunan Dövlət şurası kralın verdiyi qanun və ya 

                                                 

1

 



K.Marks. Hindistan tarixinə dair xronoliji çıxarışlar (1664-1858-ci illər). 

Dövlət siyasi ədəbiyyat nəşriyyatı, 1947, səh 125. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə