91
olan
kiçik hərbi sərkərdə Heydərəli (1702-1782) yeni sülalə-
nin əsasını qoydu.
Xatırlatmaq olduqca vacibdir ki, Heydərəli XVIII əsrdə
Hindistanda
ən görkəmli siyasi xadimlərdən biri olmuşdur. O,
aqrar islahat keçirərək zəmindarlığı, torpaq üzərində şərtsiz
nəsli sahiblik sistemini ləğv etdi. Müsadirə edilən torpaqların
bir qismi
müvəqqəti istifadə şərtilə Maysur ordusunun hərbi
sərkərdələrinə, yəni amildarlara paylandı. Vahid vergi aparatı
yarad
ıldı. İnzibati və maliyyə idarəsi mərkəzləşdirildi. Kəndli-
lər üzərindəki ağır vergi yükü bir qədər yüngülləşdirildi. Sə-
nətkarlıq və ticarətin inkişafına hər cəhətdən kömək göstərildi
1
.
Beləliklə, Maysurda tədricən iqtisadi yüksəliş başlandı
və bu dövrdə Banqalur, Valur və başqa şəhərlər pambıq parça
və iplik mallar hazırlayan ən iri mərkəzlərə çevrilirdi. Maysu-
run şərq hissəsi dəmirəritmə və digər emal sahələrinin mərkəzi
idi.
Bununla yanaşı rəng və boyaq istehsalı sürətlə inkişaf
etm
əkdə idi. Xarici və daxili ticarətdə irəliləyiş müşahidə olu-
nurdu. Daxili
və xarici ticarətin inkişafı xüsusilə nəzərə çar-
pırdı ki, bu da beynəlxalq miqyasda ölkənin nüfuzunu artırırdı.
Amma təəsüf ki, ölkədə əmək alətləri və istehsalın təşkili
orta əsrlərdə olduğu kimi qalmışdı. Lakin feodal iqtisadiyyatı
daxilində, xaricilərin heç bir müdaxiləsi olmadan, sadə kapi-
ta
list kooperasiyası və ilkin kapitalist manufakturası inkişaf
et
məyə başlamışdı. Eyni zamanda başqa xalqların, o cümlə-
dən o zamankı Hindistanın ən qədim və qabaqcıl xalqlarından
biri olan kannara xa
lqının mədəni səviyyəsi və emal bacarığı
dünya görüşünün fəallaşması prosesi başlanmışdı.
Bunlarla yanaşı Heydərəli fransız zabitlərinin köməyi ilə
ordunu yenidən təşkil etdi, güclü süvari dəstələri yaratdı, do-
nan
manın inkişafına böyük qayğı göstərdi, sahil adalarında
gəmi tərsanələri yaratdı.
Əlbəttə, hökumətin bu xarici siyasəti təbii olaraq Maysurun
istiqlaliy
yətini qoruyub saxlamağa yönəldilmişdi və buna görə
də xalq kütlələri hökumətin siyasətini müdafiə edirdilər. Lakin
1
Hindşünas V.İ.Pavlov və başqaları hesab edirdilər ki, Maysurda artıq kapitalist
kooperasiyası və ilk manufaktura rüşeymləri yaranmışdı. K.A.Antonov isə bu fikri
rədd edirdi.
92
belə bir siyasət ingilislərin xoşuna gəlmirdi və nəticə etibarilə bu
Maysu
rla Britaniya istilaçıları arasında hərbi toqquşmaya səbəb
olmalı idi. Çünki Hindistanın inkişafı imperialist İngiltərə
hökumətinin istilaçı maraqlarına tamamilə zidd idi.
Nəhayət, Britaniya müstəmləkəçilərinin Hindistana dair
qapalı və məkrli siyasəti tezliklə özünü biruzə verdi və 1767-
1769-
cu illərdə İngiltərə ilə Maysur arasında birinci İngiltərə-
Maysur
müharibəsi baş verdi. Maysurun süvari dəstələri ingilis
qoşunlarını məğlub edərək, Mədrəsə qədər gedib çıxdılar və
Ost-Hind kom
paniyası sülh müqaviləsi bağlamağa məcbur oldu.
Müstəqil Maysur dövləti Cənubi Hindistanda ingilis iş-
ğalçılarına qarşı inadlı müqavimət göstərən ən böyük qüvvə-
yə çevrildi.
1764-
cü ildə Pəncab ərazisində müstəqil Siqx dövləti
təşkil edildi. Bu dövlət, feodal istismarçılarına qarşı xalq küt-
lələrinin yüz ildən bəri apardığı mübarizənin İran, sonra da
əfqan işğalçılarına qarşı təqribən 25 illik azadlıq mübarizə-
sinin
nəticəsində yaradılmışdı. Bunun nəticəsi olaraq siqx ic-
ma
sı (xəlsə) mülki və hərbi işlər sahəsində ali hakimiyyət or-
qa
nı elan edildi. Hakimiyyətdən devrilmiş feodal zadəgan-
ların torpaqları müsadirə edilib icma mülkiyyəti elan olundu.
Kəndlilərin vəziyyəti müvəqqəti olaraq yüngülləşdirildi.
Xarici işğalçılara qarşı müvəffəqiyyətli ümumxalq mü-
ba
rizəsi kütlələrin vətənpərvərlik şüurunun artmasına kömək
etdi. Əfqan ordularının 1764-cü və 1767-ci illərdə Hindistana
yenidən soxulmaq cəhdləri Pəncabın xalq kütlələri tərəfindən
qəti surətdə dəf edildi. Bu hadisə Əhməd şahın öz qoşunlarını
Hin
distandan çıxarmağa məcbur olmasında həlledici rol oynadı.
Lakin XVIII əsrin 70-90-cı illərində Britaniya müstəm-
ləkəçilərinə qarşı Hindistanın apardığı şiddətli mübarizədə
Pəncab ciddi rol oynaya bilmədi, çünki döyüş meydanı Pən-
cabdan xeyli uzaqda idi.
XIX əsrin 70-ci illərində Siqx dövlətinin özündə də daxi-
li ictimai-siyasi
vəziyyət dəyişmişdi. Siqxlərin hərbi sərkər-
dələri (sərdarlar) ən yaxşı və çoxlu münbit torpaqlar ələ keçir-
mişdilər. Onlar Pəncab əhalisinin əksəriyyətini təşkil edən, siqx
olmayan kəndliləri istismar etməyə başlamışdılar. Zəif siqx
93
hökuməti cəmi bir neçə il fəaliyyət göstərdi. Nəticədə Pəncab
on iki xanədana (misala) parçalandı ki, bunların da hakimləri
ara
sında fasiləsiz mübarizə başlandı. Bu mübarizə XIX əsrin
əvvəllərinədək davam etdi.
Ost-Hind
kompaniyasının qəsbkarlıq müharibələri
Hindistanda Ost-Hind kompaniya
sının zəbt etdiyi yerlərdə
müs
təmləkə zülmü ildən-ilə güclənirdi və kəndlilərdən alınan
torpaq vergisinin
həcmi süni şəkildə çoxaldılırdı.
Ost-Hind kom
paniyasının xəzinəsinə torpaq vergisindən
daxil olan
gəlirin ümumi miqdarı dönmədən artırdı. Kənd
təsərrüfatı tənəzzül etdiyindən və kəndlilər müflisləşdiyindən
vergilərin yığılması məmurlar üçün yeni-yeni problemlər ya-
ra
dırdı. Vəziyyətdən çıxmaq üçün Ost-Hind kompaniyası tor-
paq vergisi toplamaq məqsədi ilə daha sərt üsullara, zorakılıq
və işğalçı müharibələrə əl atırdı.
Kompaniyanın ən böyük gəlir mənbələrindən biri də zəif
qonşu knyazlıqları qarət etmək, onları münaqişəyə cəlb et-
mək idi. Qastinqs 1774-cü ildə Ost-Hind kompaniyasının
vas
salı Aud nəvabını qonşu Roxilkxand knyazlığı üzərinə
müh
aribəyə təhrik edirdi. Ost-Hind kompaniyasının qoşunları
Aud ordusu ilə birlikdə ölkəyə soxuldu və yerli əhalini qarət
etdi,
hətta 7 milyon rupilik qənimətin böyük bir hissəsini Ost-
Hind kompaniyası mənimsədi. Şəxsən Qastinqs özü bir neçə
yüz min rupini
ələ keçirmişdi.
İngilis müstəmləkəçiləri 1775-ci ildə maratxaların hakim
dairələri arasında gedən mübarizəyə öz maraqları naminə mü-
daxilə etdi. Bu dövrdə ingilislər peşvə taxtına öz əlaltısını
keçir
məyə çalışırdılar. İngilislərin bu hərəkəti Ost-Hind kom-
pa
niyasının agentlərinə qarşı maratxaların hiddətinə səbəb oldu
və 1775-1782-ci illərdə ingilis-maratxa müharibəsi ilə
nəticələndi. Fasilələrlə gedən bu döyüşdə, xüsusilə 1778-ci
ildə maratxa ordusu ingilis qoşunlarına ağır zərbə endirmişdi.
Təəccüblü olsa da ölkə xaricilər tərəfindən işğala məruz
qalandan sonra nəhayət ki, 70-ci illərin axırı və 80-ci illərin
Dostları ilə paylaş: |